136) Bayılma zamanı ilk yardım nədən ibarətdir?
A) Ürək nahiyəsinə isitqac qoymaq
B) Xəstəyə üfüqi vəziyyət vermək
C) Ətraflara turna qoymaq
D) Xəstəni otuzdurmaq
E) Ürək nahiyəsinə soyuq kompres qoymaq
Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh. 513 ”Çıraq” 2008.
137) Yoğun bağırsağın selikli qişasının endoskopik müayinəsi necə adlanır?
A) Kolonoskopiya
B) Sistoskopiya
C) Duodenoskopiya
D) Qastroskopiya
E) Ezofaqoskopiya
Ədəbiyyat:C.N.Hacıyev. R.Y..Əliyev. Xəstələrə qulluq . Səh.217. “Təhsil” Bakı 1998.
138) Alimentar yolla orqanizmə daxil olan zəhərli maddələri çıxarmaq üçün hansı imalə istifadə olunur?
A) Dərman
B) Qidalandırıcı
C) Sifon
D) Təmizləyici
E) Yağlı
Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev . Xəstələrə qulluq . Səh.203 “Təhsil” Bakı 1998
139) Ağ ciyər qanaxması zamanı tibb bacısının sərbəst müdaxiləsi nədən ibarətdir?
A) Vena daxilinə kalsium - xlorid məhlulu yeritmək
B) Vena daxilinə natrium - xlorid məhlulu yeritmək
C) Döş qəfəsinə soyuq kompres qoymaq
D) Vena daxilinə aminokapron turşusu məhlulu yeritmək
E) Döş qəfəsinə isitqac qoymaq
Ədəbiyyat:Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 197. “Maarif” 1974
Dostları ilə paylaş: |