228) Göstərilən inyeksiyalardan hansını tibb bacısı aparmamalıdır?
A) Arteriya daxilinə
B) Əzələdaxilinə
C) Venadaxilinə
D) Dərialtına
E) Dəriiçinə
Ədəbiyyat:C.N. Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq. Səh. 137. “ Təhsil ” Bakı 1998.
229) Xəstəyə oksigen verilməsi üçün ən çox hansı üsul istifadə olunur?
A) Burun kanyulası
B) Duodenal zond
C) Oksigen yastığının qıfı
D) Mədə zondu
E) Burun kateteri
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 223. “Maarif” 1974.
230) Xəstənin hərarəti yüksək olduqda ( qızdırmanın II dövründə) tibb bacısı ona aşağıda sadalanan yardımlardan hansını göstərməlidir?
A) Xəstənin alnına soyuq kompres qoyub, içməyə maye verməlidir
B) Xəstənin ayaqlarına isitqac qoymalıdır
C) Ayaqlarına isti vanna etməlidir
D) Xəstənin üstünü yorğanla örtməlidir
E) Xəstəyə isti çay verməlidir
Ədəbiyyat: C.N. Hacıyev ;.R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 105. “ Təhsil ” Bakı 1998.
231) 10 saatda 5 litr mayeni damara yeritmək üçün tibb bacısı 1 saatda damara neçə litr maye yeritməlidir?
A) 500 ml
B) 1000 ml
C) 50 ml
D) 100 ml
E) 150 ml
Ədəbiyyat: C.N Hacıyev ; R.Y. Əliyev. Xəstələrə qulliuq . Səh. 156 “ Təhsil” Bakı 1980 .
Dostları ilə paylaş: |