172) Xardal yaxmasının dəri üzərində qalma müddəti nə qədərdir?
A) 3 - 5 dəqiqə
B) 20 - 25 dəqiqə
C) 10 – 15 dəqiqə
D) 20 - 30 dəqiqə
E) 30 - 40 dəqiqə
Ədəbiyyat:C.H. Hacıyev, R.Y. Əliyev. Xəstələrə qulluq. Səh. 115. “Təhsil”, Bakı 1998
173) Sifon imaləsi üçün neçə litr su götürülməlidir?
A) 1- 2
B) 4 - 6
C) 10 - 12
D) 6 - 8
E) 5 - 7
Ədəbiyyat: C.N.Hacıyev; R.Y. Əliyev. Xəstələrə qulluq. Səh.206. “Təhsil” Bakı 1998.
174) Spastik qəbizlik zamanı təmizləyici imalənin temperaturu necə dərəcə olmalıdır?
A) 15° - 20°C
B) 20° - 25°C
C) 38° - 40°C
D) 30° - 32°C
E) 45° - 50°C
Ədəbiyyat:C.H. Hacıyev, R.Y. Əliyev. Xəstələrə qulluq. Səh.203“Təhsil”, Bakı 1998
175) Arterial hipertenziya nədir?
A) Arterial təzyiqin azalması
B) Mərkəzi venoz təzyiqin artması
C) Arterial təzyiqin artması
D) Damar tonusunun azalması
E) Mərkəzi venoz təzyiqin azalması
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 138 “Çıraq” 2008
Dostları ilə paylaş: |