375) Disfagiya hansı xəstəlikdə müşahidə edilir?
A) Qida borusunun xərçəngi
B) Ağciyər xərçəngi
C) Qırtlağın xərçəngi
D) Mədə xərçəngi
E) 12 barmaq bağırsaq xərçəngi
Ədəbiyyat: R.M. Məmmədhəsənov. Daxili xəstəliklər, “Şirvan nəşr”. Bakı 2004
376) Disfagiya nədir?
A) Udma və həzm funksiyasının pozulması
B) Motor funksiyasının pozulması
C) Udma aktının pozulması
D) Həzmetmə funksiyasının pozulması
E) Sekretor funksiyasının pozulması
Ədəbiyyat: R.M. Məmmədhəsənov. Daxili xəstəliklər, “Şirvannəşr”. Bakı 2004
377) Mədə dispepsiyasına nə daxildir?
A) Epiqastral nahiyədə ağrı, göynəmə, turş gəyirmə, meteorizm, qəbizlik
B) Epiqastral nahiyədə ağrı, gəyirmə, hıcqırma, qarında köpmə, ishal
C) Epiqastral nahiyədə ağrı, hıçqırma, gəyirmə, meteorizm, ishal
D) Epiqastral nahiyədə ağrı, ürəkbulanma, qusma, qarında qurultu, qəbizlik
E) Epiqastral nəhiyədə ağrı, göynəmə, turş gəyirmə, ürək bulanma, qusma
Ədəbiyyat: И.Н. Броновеч Справочник по гастроэнтерологии «Беларусь» Минск 1998
Dostları ilə paylaş: |