388) Xroniki xolesistit hansı ağırlaşmalara səbəb olur?
A) Xronik xolangit, hepatit
B) Kəskin xolesistit
C) Kəskin hepatit
D) Kəskin qastrit
E) Öd yollarının diskineziyası
Ədəbiyyat: R.M. Məmmədhəsənov. Daxili xəstəliklər. “Şirvannəşr”. Bakı 2004
389) Öd daşı xəstəliyi necə adlanır?
A) Xroniki xolesistit
B) Nefrolitiaz
C) Xolangit
D) Xolelitiaz
E) Kəskin xolesistit
Ədəbiyyat: И.Н. Броновеч, И.И.Гончарик. Справочник по гастроэнтерологии «Беларусь» 1998
390) Öd daşı xəstəliyinə bu amillərdən hansı səbəb olmaz?
A) Maddələr mübadiləsinin pozulması
B) Psixi emosional gərginlik
C) Öd durğunluğu
D) Ödün infeksiyalaşması
E) Hamiləlik, piylənmə
Ədəbiyyat: R.M. Məmmədhəsənov. Daxili xəstəliklər “Şirvannəşr”. Bakı 2004
391) Öd sansıcı tutması zamanı hansı preparatların istifadəsi əks-göstərişdir?
A) Narkotiklər
B) Antibiotiklər
C) Spazmolitiklər
D) Xolinolitiklər
E) Öd qovucular
Ədəbiyyat: R.M. Məmmədhəsənov. Daxili xəstəliklər “Şirvannəşr”. Bakı 2004
Dostları ilə paylaş: |