861) Skleranın ön hissəsinin səthi qatlarının xəstəlikləri necə adlanır?
A) İrit
B) Konyuktivit
C) Episklerit
D) Sklerit
E) Keratit
Ədəbiyyat: В.И.Морозов, А.А.Яковлев «Фармакотерапия глазных болезней справочник». «Медицина» Москва 2001
862) Burunun müayinəsi necə adlanır?
A) Farinqoskopiya
B) Otoskopiya
C) Rinoskopiya
D) Bronxoskopiya
E) Larinqoskopiya
Ədəbiyyat: Y.Qasımov. “Qulaq, burun və boğaz xəstəlikləri”. Bakı, 1969
863) Burunun qanaxan zonası harada yerləşir?
A) Burun boşluğunun lateral divarında
B) Burun çəpərinin aşağı ön hissəsində
C) Orta balıqqulağı nahiyyəsində
D) Burun girəcəyində
E) Aşağı balıqqulağı nahiyəsində
Ədəbiyyat: И.Б.Солдатов “Лекции по оториноларингологии”
864) Burunun furunkulu zamanı əsas simptom hansıdır?
A) Burunun tutulması
B) Selikli-irinli ifrazatın axması
C) Hərarətin yüksəlməsi
D) Baş ağrısı
E) Xarici burunun hiperemiyası və ödemi
Ədəbiyyat: Y.Qasımov. “Qulaq, burun və boğaz xəstəlikləri”. Bakı, 1969
Dostları ilə paylaş: |