761) Yetkin şəxslərdə ürəyin vasitəli massajı zamanı döş qəfəsinə təzyiq əlin hansı hissəsi ilə aparılır? A) 2 barmaq ilə
B) 1 barmaq ilə
C) Ovucun proksimal hissəsi ilə
D) 3 barmaq ilə
E) Bütün ovuc səthi ilə
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
762) Hava emboliyasının qarşısını almaq üçün hansı profilaktik tədbir görülür? A) Kiçik diametrli iynələrdən istifadə olunur
B) Sistemdən əvvəlcə hava qabarcıqları çıxarılır
C) İti uclu iynələrdən istifadə olunur
D) Sistem və iynə steril olur
E) Maye köçürüləcək damarlar dəyişdirilir
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
763) “Kəskin qarın” sindromu olan xəstəlikdə tibb bacısının vəzifəsi nədən ibarətdir? A) Təmizliyici imalə edib xəstənin vəziyyətinə nəzarət etmək
B) Spazmolitiklər vuraraq həkim çağırmaq
C) Ağrıkəsicilər verərək həkim çağırmaq
D) Xəstənın qarın nahiyəsinə soyuq qoyub həkim çağırmaq
E) Mədəni yuyaraq xəstəyə nəzarət emək
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
764) Təmizləyici imalə zamanı xəstə hansı vəziyyətdə olmalıdır? A) Sol böyrü üstə
B) Arxası üstə
C) Qarın üstə
D) Diz-dirsək vəziyyətində
E) Sağ böyrü üstə
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
765) Köçürülən qan hansı dərəcəyə qədər qızdırılmalıdır? A) 40-41o
B) 38-40o
C) 42-44o
D) 33-35o
E) 37-38o
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
766) Sidik harada əmələ gəlir? A) Sidik kisəsində
B) Böyrəklərdə
C) Deyilənlərin hamısında
D) Sidik axarlarında
E) Toxumalar arasında
Ədəbiyyat: S.B.İmamverdiyev, V.Y.Əbdürəhmanova “Uroloji şöbədə tibb bacısının işi”. Bakı 2004