792) Fleqmonanın yumşalma stadiyasında hansı müalicə növündən istifadə olunur? A) Geniş kəsiyin aparılması və irinciyin drenajlanması
B) Autohemoterapiya
C) Antibiotiklərlə novokain blokadası
D) Nəm qızdırıcı kompresslər
E) Irinciyin punksiyası və antibiotiklərin yeridilməsi
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
793) Tetanus əleyhinə zərdab və anatoksinin yeridilməsinə göstəriş nədir? A) Bazu boynunun qapalı sınığı
B) Bazunun çıxığı
C) Başın yumşaq toxumasının aralanması
D) Sağrı nahiyyəsinin absesi
E) Kəskin irinli plevrit
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982.
794) Tetanusun spesefik müalicəsində nədən istifadə olunur? A) Tetanus anatoksininin yeridilməsi
B) Yüksək dozalarda tetanus əleyhinə zərdabın yeridilməsi
C) Dezintoksikosiyaedici məhlulların yeridilməsi
D) Spazmolitiklərin yeridilməsi
E) Antibiotiklərin yeridilməsi
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982.
795) Hansı hallarda qanqrena əleyhinə zərdabdan istifadə olunur? A) Çanaq sümüklərinin qapalı sınıqlarında
B) Baldır sümüklərinin qapalı sınıqlarında
C) Aşağı ətrafın çirklənmiş yaralanmalarında
D) Sağrı nahiyəsinin fleqmonasında
E) Sümük dolamasında
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982.
796) Kəskin qeyri-spesefik cərrahi infeksiyanı ən çox hansı mikroorqanizm törədir? A) Stafilokokk
B) Şüalı göbələklər
C) Tetanus çöpləri
D) Bağırsaq çöpləri
E) Qazlı qanqrena çöpləri
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982.
797) Tetanus üçün xaakter olmayan əlamət hansıdır? A) Trizm
B) “Sardonik gülüş”
C) Sümüklərin və onurğanın sınığı
D) Opnustotonus
E) Kip sarğı hissiyatı
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982.