598) Hematoma nədir ?
A) Qarın boşluğuna qanın toplanması
B) Toxumalar arasına qanın toplanması
C) Perikard boşluğuna qanın toplanması
D) Plevra boşluğuna, qanın toplanması
E) Oynaqlara qanın toplanması
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
599) Kəskin qanaxmadan sonra hansı laborator göstəricilər dəyişir ?
A) Arterial qanın pH
B) HB və hematokrit
C) Qanda oksigenin miqdarı
D) Arterial təzyiq
E) Mərkəzi venoz təzyiq
Ədəbiyyat: В.М.Буянов, Ю.А.Нестеренко. «Хирургия» – М.: Медицина, 1990
600) Barmaqlarda əməliyyat zamanı tətbiq olunan yerli anesteziya hansıdır?
A) İnfiltrasiya üsulu
B) Oberst-Lukaşeviç üsulu
C) Futlyar anesteziya
D) Onurğa beyni anesteziyası
E) Vişnevski üsulu
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
601) Narkozdan sonra xəstənin çarpayıda düzgün vəziyyəti hansıdır?
A) Başı yana əyilmiş, yastıq üzərində
B) Uzanıqlı, yastıqsız
C) Üzü aşağı yastıq üzərində
D) Başı yana əyilmiş vəziyyətdə
E) Üzü aşağı yastıqsız
Ədəbiyyat: М.С.Брукман «Руководство для операционных медсестер», БСМ. – Л.: Медицина, 1977
602) Körpücük sümüyünün sınıqlarında hansı sarğı qoyulur ?
A) Tısbağavari
B) Ləçək sarğısı
C) Sünbülvari sarğı
D) Dezo sarğısı
E) Xaç şəkilli sarğı
Ədəbiyyat: Н.С.Тимофеев, Н.Н. Тимофеев. Перевязочная, БСМ. – Л.: Медицина, 1987
603) Döş qəfəsinin yaralanmalarında hermetiklik yaradan sarğı hansıdır?
A) Dezo sarğısı
B) Ləçək sarğısı
C) Gips sarğısı
D) Okklyuzion sarğı
E) Bint sarğısı
Ədəbiyyat: Н.С.Тимофеев, Н.Н. Тимофеев. Перевязочная, БСМ. – Л.: Медицина, 1987
Dostları ilə paylaş: |