1167) Hansı xəstəlik zamanı xəstədə seqmentar-dissosasiya tipli hissiyat pozğunluğu meydana çıxır? A) Dağınıq skleroz
B) Yan amiotrofik skleroz
C) Bel tabesi
D) Serinqomieliya
E) Ensefolomielit
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1168) Dissirkulyator ensefalopatiya nə deməkdir? A) Meninqoensefalit
B) Dağınıq ensefalomielit
C) Beyin qan dövranının kəskin pozulması
D) Hemorragik insult
E) Beyin qan dövranının tədricən pozulması
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1169) Getdikcə artan başağrısı, başgicəllənmə, göz dibində durğunluq, kəllə-sümüklərinin deformasiyası hansı xəstəlik üçün xarakterikdir? A) Mərkəzi sinir sisteminin travmatik xəstəlikləri
B) Baş beynin şişləri
C) Periferik sinir sisteminin xəstəlikləri
D) Mərkəzi sinir sisteminin infeksion xəstəlikləri
E) Baş beynin qan-damar xəstəlikləri
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1170) Müvazinətin pozulması, nistaqm, başgicəllənmə, ürəkbulanma, qusma, bəzən də eşitmənin pozulması hansı ataksiyada müşahidə olunur? A) Beyincik ataksiyası
B) Sensor ataksiya
C) Fridreyk irsi ataksiyası
D) Alın ataksiyası
E) Vestibulyar ataksiya
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1171) Parkinson əlaməti mərkəzi sinir sisteminin hansı infeksion xəstəliyində təsadüf edilir? A) Meningitdə
B) Epidemik ensefalitin xronik dövründə
C) Mielitdə, kəskin dövrdə
D) Dağınıq skleroz
E) Poliomielitdə, qalıq dövrdə
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1172) Tibb işçilərinin ehtiyatsızlığı nəticəsində müşahidə olunan psixi pozğunluq nədir? A) İradi-hərəki pozulma
B) Maniakal sindrom
C) Diqqətin pozulması
D) Yaddaşın pozulması
E) Yatrogen xəstəlik
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003