1
“Tibb müəssisələri barədə məlumatların verilməsi” elektron
xidmətinin təlimatı
Bu xidmət vasitəsilə istifadəçilər Respublika ərazisində fəaliyyət göstərən
tibb müəssisələrinin profili və göstərilən xidmətlərin siyahısı, ünvanı, telefon
nömrələri və digər əlaqə vasitələri, iş rejimi haqqında məlumatları əldə edə bilərlər.
Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin
sehiyye.gov.az
saytına, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin
e-sehiyye.gov.az
rəsmi saytına və yaxud Elektron hökümət portalına
e-gov.az
daxil
ola bilərsiz. Daha sonra Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən
“Tibb müəssisələri barədə məlumatların verilməsi” elektron xidmətini seçmək
lazımdır. (Şəkil 1)
Şəkil 1
Xidmətə keçid aldıqdan sonra açılan səhifədə axtardığınız müəssisənin ilk öncə
yerləşdiyi regionu seçməlisiniz. Daha sonra təqdim olunan siyahıdan müəssisənin
adını seçirsiniz. (Şəkil 2)
2
Şəkil 2.
İstifadəçi,həmçinin səhifədə yerləşdirilmiş xəritədə müəssisənin yerləşdiyi ərazini
seçərək də axtarışı həyata keçirə bilər.
3
Azərbaycan Respublikası, Bakı şəhəri,
AZ 1022 akad. M.Mirqasımov küç. 1A
Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi
Tel: (+99412) 596 80 44, (+99412) 431 38 2
www.e-sehiyye.gov.az