Müsahibə
u Həmin gün 1948-ci ildə Dünya Səhiyyə
Təşkilatının yaradıldığı gün - hər il aprelin 7-də
qeyd olunur. Dünya Sağlamlıq Gününün qeyd
edilməsi 1950-ci ildən ənənəyə çevrilib. Həmin
tarixi andan dünyanın 200-ə yaxın dövləti DST-
nin üzvü olub.
Dünya Sağlamlıq Günü münasibətilə
tədbirlər insanların sağlamlığın çox
böyük
əhəmiyyət
daşıdığını
başa
düşməsi üçün keçirilir. Dünya Sağlam-
lıq Günü hər il dünya səhiyyəsi qarşı-
sında duran qlobal problemlərə həsr
olunur və “Çoxlarının həyatının xila-
sı sənin qanının təhlükəsizliyindədir”,
“Fəallıq uzunömürlülüyə aparan yoldur”,
“Hamiləlik həyatda xüsusi hadisədir. Onu
təhlükəsiz edək”, “Sağlamlığımızı iq-
lim dəyişmələrindən qoruyaq” və s. kimi
müxtəlif devizlər altında keçirilir.
2015-ci ildə Dünya Sağlamlıq Gü-
nünün mövzusu “Qida məhsullarının
təhlükəsizliyi”dir. DST-nin məlumatına
görə, hər il təqribən 2 milyon insanın ölümü
(dəhşətlisi budur ki, əsas etibarilə uşaqla-
rın ölümü) təhlükəli qida məhsulları ilə bağ-
lıdır. Qidanın tərkibində olan patogen bak-
teriyalar, viruslar, parazitlər və ya təhlükəli
maddələr ishaldan tutmuş xərçəngə qədər
200-dən çox xəstəliyin səbəbidir. Qida
məhsullarının təhlükəsizliyinə daim yeni
təhlükələr yaranır. Kifayət qədər yaxşı
bişirilməyən heyvan mənşəli məhsulları,
nəcislə çirklənmiş meyvə və tərəvəzi,
tərkibində dəniz biotoksinləri olan mol-
yuskları təhlükəli məhsullara nümunə
göstərmək olar. Odur ki, bu il “Ferma-
dan boşqaba qədər - qida məhsullarını
təhlükəsiz edək!” devizi ilə keçirilən Dünya
Sağlamlıq Günü müxtəlif hökumət sek-
torlarında işləyənlərin, fermerlərin, isteh-
salçıların, pərakəndə satış müəssisələri
işçilərinin, tibb işçilərinin, habelə isteh-
lakçıların diqqətini qida məhsullarının
təhlükəsizliyinin əhəmiyyətinə və hər bir in-
sanın boşqabındakı məhsulların təhlükəsiz
olduğuna əminlik hiss etməsi üçün hər
kəsin nə kimi rol oynaya biləcəyinə cəlb
etmək imkanı verir.
Azərbaycan ilə DST arasında əməkdaşlıq
uğurla inkişaf edir və bu da səhiyyə
sahəsində keçirilən islahatlar baxımın-
dan əhəmiyyətlidir. DST-nin Avropa Re-
gional Komitəsinin sessiyasının 2011-ci
ilin sentyabrında ölkəmizdə keçirilməsi
bunu təsdiq edir. Bundan əlavə, ölkəmizdə
əhalinin sağlamlığının təmin olunması və
səhiyyə sisteminin maddi-texniki bazasının
möhkəmləndirilməsi istiqamətində konkret
tədbirlər görülür.
Son 10 ildə səhiyyəyə ayrılan büdcə
vəsaiti 10 dəfədən çox artıb. Bu müddət
ərzində əksəriyyəti respublikanın re-
gionlarında yerləşən 500-dən çox tibb
müəssisəsi inşa edilib və əsaslı təmir
olunub, bütün müəssisələr müasir tibb
avadanlığı və texnika ilə təmin olunub.
Azərbaycan Prezidenti İlham Əliyev 2014-
cü ilin iyununda “Ana və uşaqların sağlam-
lığının yaxşılaşdırılmasına dair 2014-2020-
ci illər üçün Dövlət Proqramı”nın təsdiq
edilməsi haqqında Sərəncam imzalayıb.
Əhalinin ümumi dispanserləşdirilməsi
səhiyyə sistemində məcburi qaydaya çev-
rilir. Yoluxucu xəstəliklərə qarşı mübarizə
sahəsində əhəmiyyətli nəticələr əldə olu-
nub. Bu sahə praktiki səhiyyənin prioritet
istiqaməti kimi daim diqqət mərkəzindədir.
Ana və uşaq ölümünün səviyyəsi bir neçə
dəfə azalıb.
Dostları ilə paylaş: |