Terapevtik Klinikasında peyvənd otağı
yaradılıb. Burada xəstələrə “Yoluxucu
xəstəliklərin immunoprofilaktikası haqqında”
qanunda nəzərdə tutulan zəruri peyvəndlər
edilir. Onlar arasında Hepatit B, vərəm,
poliomielit, göyöskürək, tetanus və digərləri
var.
Milli
Peyvənd
təqvimindəki
siyahı-
dan əlavə, Klinikada həmçinin həkimin
məsləhəti ilə aşağıdakı xəstəliklərə qarşı
da peyvəndlər etdirmək mümkündür: insan
papilloması virusu, suçiçəyi, hepatit A, me-
ninqokokk infeksiyası və qrip.
Peyvənd otağı ATU-nun Tədris Tera-
pevtik Klinikasının ikinci mərtəbəsində
yerləşir. Bu mərkəz peyvəndin aparılması
üçün zəruri olan avadanlıqlarla təchiz edi-
lib: peyvəndlərin saxlanılması üçün soyu-
ducu, şok əleyhinə yardım vasitələri, tibbi
ləvazimatlar, bakterisid lampa mövcud-
dur. Bu kabinet peyvənd olunan uşaqların
özünü yaxşı hiss etməsi üçün oyuncaqlar,
uşaq mebeli, müasir tibbi taxtla təchiz olu-
nub, daha körpələr üçün isə bələk masası
qoyulub. Qeyd edək ki, ATU-nun Tədris
Terapevtik Klinikasında vurulan peyvəndlər
əsasən Böyük Britaniyanın GlaxoSmith Kli-
ne dərman şirkətindən alınır. Peyvəndin vu-
rulması vaksinoprofilaktika sağlamlığı üzrə
hazırlıq keçmiş tibb personalı tərəfindən
həyata keçirilir.
Peyvənd otağında xüsusi maarifləndirici
kitabçalar da var. Bu kabinet gündə 2 dəfə
dezinfeksiyaedici vasitələrlə təmizlənir.
Sonda onu da qeyd edək ki, peyvənd
vurdurmaq üçün gərək vətəndaşın sağ-
lamlıq vəziyyəti haqqında həkimin yazılı
rəyi olsun. Burada həmin şəxsin müvafiq
peyvənd olunmağa qarşı əks-göstərişin ol-
madığı qeyd edilməlidir. Peyvənd yalnız bu
rəy əsasında vurula bilər.
Dostları ilə paylaş: |