Şəkil:
1-Aorta,2-Yuxarı baş vena,3-Ağ ciyər arteriyanın qapağı,4-Sağ qulaqcıq,5-
Aortalı qapaq,6-Üc taylı qapaq,7-Ürəyin sağ mədəciyi,8-Əzələ(miokard),9-Piy
qatı,10-Aşağı boş vena,11-Ağ ciyər arteriyanın şahələri,12-Sol qulaqcıq,13-Ağ
ciyər venalarının budaqları,14-Mitra qapağı,15-Sol mədəcik,16- Vətərə
telləri,17-Arakəsmə,18-Aorta.
Ürəyin xarici qişası olan epikardı ürək kisəsinin
visseral səhfəsi təşkil edir və diafraqmanın vətərli
mərkəzi ilə birləşir.Epikard ürəyin əsasında iri
damarların divarlarında ürək kisəsinin parietal
səhfəsinə keçir.
Ürək əzələsi yığıldıqda təzyiq altında qanı qan
damarlarına qovur,qan damarlar daxilində cərəyan
edir.ürəyin yığılması sistola və boşalması diastola
adlanır.Yaşlılarda sakit halda ürək 1 dəqiqədə 60-70
dəfə döyünür.Ürəyin hər döyünməsinə 0.8 saniyə vaxt sərf olunur.Qulaqcıqların və
mədəciklərin yığılması eyni vaxtda olmayıb ,lakin ardıcıldır.Ürəyin fəaliyyətin sikli
3 mərhələdən ibarətdir:1 mərhələ -qulaqcıqların sistolası(0.1-0.16 saniyə);2 mərhələ
-mədəciklərin sistolası(0.3 saniyə)və 3 mərhələ ümumi pauza (0.4 saniyə).Ümumi
pauzada qulaqcıqlar və mədəciklər boşalır.Ürək fəaliyyəti sikli müddətində
KitabYurdu.az
20
qulaqcıqlar yığılır və 0.7-0.75 saniyə müddətində diastola vəziyyətində
olur.Mədəciklər 0.3 saniyədə yığılır,bunların diastolası 0.5-0.56 saniyə davam
edir.İ.M.Secenov müəyyən etmişdir ki,mədəciklər sutkada 8 saat işləyir.Bu iş
gününün 8 saatlıq olması üçün fizioloji əsas olmuşdur.
Dostları ilə paylaş: |