Məsələn, boğazağrısı, bronxit, ürək tutmaları, səs tellərinin disfunksiyası da
təngnəfəsliyə, bogulmaya, xırıltıya səbəb ola bilər. Spirometriya düzgün diaqnoz
qoyulmasına kömək edir.Ag ciyərlərin rentgen və kompyuter tomoqrafiyası köməyi
ilə infeksiyanı, tənəffüs yollarınin yoluxmasını, xroniki qan dövranı
çatışmamazlıgını və ya yad cismin tənəffüs yoluna duşməsini aradan götürmək
olar.Astmanın allergik olub-olmamasını təyin etmək üçün dəri testləri aparmaq
lazımdır. Qeyri-allergik astmanın səbəblərini tapmaq üçün bəlğəm analizi
aparılmalıdır. Həkim-allerqoloqdan məsləhət almaq hər kəsə lazımdır.
Müalicə
Əgər sizdə astma tutması baş veribsə, birinci növbədə otağı təmiz hava ilə təmin
edin. Bu anda xəstə onun halını yaxşılasdıran vəziyyətdə , məsələn, oturmuş və ya
əllərinə dikələrək dayanmalıdır. Xardal yaxmasını sinənizə və ya baldırınıza qoyub
isti ayaq vannası edin. Ağır tutmalarda təcili yardım çagırmaq lazımdır. Astmanın
müalicəsi üçün simptomatik və əsas preparatlardan istifadə olunur. Simptomatik
preparatlar tənəffüs yollarını açırlar, spazmanı və tutmanı aradan götürürlər. Əsas
preparatlar bronxların iltihabını azaldırlar və tutmaların uzun müddətli profilaktikası
üçün istifadə olunurlar. Ola bilsin ki, sizə də fizioterapiya və ya spesifik
immunoterapiya kurslarından keçmək lazımdır. Bronxial astmanın düzgün müaliçəsi
üçün xəstə (idealda həm də onun qohumları) astma-mərkəzdə tutmaların əsas
profilaktik tədbirlərini, rasional nəfəsalma üsulunu, allergen və astma əleyhinə
preparatların əsas qruplarını və individual hipoallergen dieti öyrənməlidir.
Donuz
Dostları ilə paylaş: