TİBBİ-genetikadan suallar məsələ №1



Yüklə 16,14 Kb.
tarix07.01.2017
ölçüsü16,14 Kb.
#4687
TİBBİ-GENETİKADAN SUALLAR

Məsələ №1.

15 yaşlı xəstə əzginlik, tez yorulma, əzələ yorgunluğu, ürək ritminin pozulması, taxikardiya, stenokardiya və onun fəsadları olan kürək, ciyin və qol nahiyələrində olan ağrılarla şikayəti ilə həkimə müraciət edib.

Obyektiv: Xəstənin boyu ucadır. Kəskin astenik bədən quruluşuna, uzun yuxarı ətraflara və barmarlara, ensiz kəlləyə, böyük buruna, progeniyalı çənəyə malikdir. Skeletində kifoz və skolioz, ürək qapaqlarında və göz büllurunda çatmamazlıqlar, arterial hipotoniya (A/T -85/50 mm c. süt.), akrosianoz müsahidə edilir. Qan dövranının pozulması nətiçəsi olaraq əl və ayaqların soyuqluğu müşahidə olunur.
Suallar:


  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik ya əlavə müayinə metodu hansıdır?

  2. Klinik diaqnoz nədir?

  3. İrsiyyət tipi necədir?


Məsələ №2.

Yenidoğulmuş oğlan uşağı, vaxtindan iki həftə tez doğulub, çəkisi azdır: 2,2kq. Obyektiv: Yenidoğulmuşda braxisefaliya, peysərin yastı olması, sifətin yastı olması, ağızın açıq olması, kloun sifətinə bənzər xarakterik qızartı (yanaqlarda və burunun ucunda), qısa boyluluq, boyunun, ətrafların və barmaqların qısa olması, ovucun enli olması müşahidə olunur.


Suallar:

  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

  2. Klinik diaqnoz nədir?

  3. İrsiyyət tipi necədir?


Məsələ №3.

Beş yaşlı anemiya əlamətləri olan üşaq həkimə müraciət etmişdir. Baxtında doğulmuş, normal boya və çəkiyə malik olmuşdur. Anemiya əlamətləri doğulduqdan altı ay sonra özünü biruzə vermişdir.



Obyektiv: Xəstənin başı gümbəz formasında, burun yəhər formasındadır. Xəstənin qarını böyümüş dalaq və qara ciyərin hesabına böyükdür. Əzələ sistemi zəif inkişaf etmişdir. Qanın ümumi analizində, hemoqlobinin miqdarı aşağı, eritrositlərin miqdarı normadan çox olur. Mikrositoz və hipoxromiya müşahidə olunur.

Suallar:

    1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

    2. Klinik diaqnoz nədir?

    3. İrsiyyət tipi necədir?

Yüklə 16,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin