|
meneceri Bayram Küçük olur:
- Xəstəxana fəaliyyəti özəl
bir fəaliyyətdir. Tutaq ki, həkim
xəstəni müayinə və müalicə etmək
üçün təhsil alır və öyrənir. Ona
xəstəxananı idarə etmək məsələsi
öyrədilmir. Bu məsələ ilə məşğul
olan bir şəxs kimi onu deyə
bilərəm ki, menecer qida təminatı
və personalın idarə edilməsi
vəzifəsini yerinə yetirir. Amma
xəstəxananın idarə edilməsi
digərlərindən həm fərqli, həm
də çətindir. Adicə xəstələr üçün
yeməklərin hazırlanması mü-
hüm əhəmiyyət kəsb edir. Hər bir
xəstənin durumunu qarşılayacaq
yeməklər hazırlanmalı və onlara
verilməlidir. Təsəvvür edin, qida
qaydalara uyğun olaraq hazır-
lanmazsa bu, xəstənin ölümünə
belə səbəb ola bilər.
Sterilizasiya məsələsi ciddi
önəm daşıyır. Bütün alətlər ideal
sterilizasiya olunmazsa xəstənin
yoluxduğu hansısa virusdan
ölmək ehtimalı yüksələr.
Cərrahiyyə klinikası olaraq
bizdə 3-cü mərtəbə tamamilə
əməliyyatlar üçün ayrılıb. Ən
ağır əməliyyatları burada həyata
keçirə bildik. Həkimlərimizin
əksəriyyəti yüksək hazırlıqlı, sa-
vadlı və təcrübəli həkimlərdir.
Onlar bir çox ağır əməliyyatları
uğurla
həyata
keçirməyə
qadirdirlər. Burada işləyən hər
kəs klinikanın daxili qaydalarına
riayət edir. Burada konfranslar
və kurslar təşkil edir, tələbələri,
həkim və tibbi personalı hazırlayı-
rıq. Bilgi və başarılarını daha da
təkmilləşdirmək məqsədi ilə tibb
bacılarını Türkiyəyə göndərir, bu-
nun da müsbət nəticəsini görürük.
Əsas hədəflərimizdən biri
də bura gələn hər xəstənin
bizdən məmnun və razı qalma-
sıdır. Pasiyentlər ilk olaraq
düşünsünlər ki, bir insan olaraq
bizə xoş münasibət göstərdilər,
sonra müalicə etdilər. Burada
işləyən hər kəs klinikaya daxil
olan pasiyenti doğması, yaxı-
nı kimi qarşılamalıdır. Bunu
pasiyentlərlə görüşünüz zamanı
da müəyyənləşdirə bilərsiniz.
Bizdə sorğu və təkliflər kitabçası
da var. Onlar buradan çıxanda
tərtib etdiyimiz anketləri dol-
dururlar. Anketdə klinikamızdan
kimin məmnun qalıb-qalmadığı
öz əksini tapır. Öz fəaliyyətimizi
bununla kontrol edirik. Çalışırıq
ki, pasiyentlərimizi klinikamız-
dan narazı salmayaq.
Dostları ilə paylaş: |
|
|