Tibbi Termometriya və termometrlərlə temperaturun qısa təyinini Qalen vermişdir, o 33 -34 dərəcəni "qeyri-təbii qızdırma"



Yüklə 258,42 Kb.
səhifə4/59
tarix19.04.2022
ölçüsü258,42 Kb.
#55776
1   2   3   4   5   6   7   8   9   ...   59
biootibbi diaqnostika muhazire

Hipotermiya –35,8° və aşağı bədən temperaturudur – xroniki xəstəliklərdə müşahidə olunur. Ümumiyyətlə termometriya daxili və xarici formalarda qeyd olunur.

1.Daxili temteratur – termometrin ağız və ya rektal hissədən bədənin temperaturunun ölçülməsi ilə təyin olunur, selikli qişadan ölçmə aparmaqla daxili orqanlarda olan temperatur ölçülür.

2.Səthi temperatur – dəri üzərindən qoltuq altı çökəkliyə qoyularaq bir

müddət gözlənilir, bu zaman bədən temperaturu ətraf mühitin temperaturuna əsasən təyin olunur.



Teplovizor toxumalarda gedən termokimyəvi reaksiyaları istilik enerjisi kimi qəbul edib, yüksək və aşağı temperaturda orqanizmin histokimyəvi reaksiyalarını qeydə almağa imkan verir.
Lazer terapiyası lazer işığının aşağı səviyyədə tətbiq olunması ilə həyata keçirilən fizioterapiya metodudur. Xüsusi dozalanmış monoxromatik lazer işığının terapevtik təsiri təsdiqlənmişdir. Lazer terapiyası revmatoidartrit, osteoartrit, kəskin ve xroniki bel ağrıları, tendinopatiyalar və digər oynaq problemlərində istifadə olunur.
Lazerşüası terapiyası

Lazerşüası insan bədəninin müxtəlif nahiyələrində toxumadan asılı olaraq fərqli dərinliklərdən udularaq bərpa proseslərini sürətləndirir. Toxumaların qanla təminatı və hüceyrə immuniteti yüksəlir. Lazer şüası bakteriostatik təsir göstərərək sümük toxumasının sağalma proseslərini sürətləndirir. Lazerterapiyası baş beynin qan təchizatını aktivləşdirir, sinir regenerasiyasını sürətləndirir, qığırdaq toxumasının qidalanmasını yaxşılaşdırır, qanın laxtalanmasını azaldaraq ağrıkəsici və hipotenziv təsir göstərir.

Ürək damar xəstəlikləri: ürəyin işemik xəstəliyi, stenokardiya,hipertoniya xəstəliyi, vegetodamar distoniyası, mədə bağırsaq xəstəlikləri, oynaq xəstəlikləri və s. 
Cərrahi: yaralar, yanıqlar, donmalar, daxili xəstəliklərin zədələnmələri, irinli infiltratlar, düz bağırsağın çatı, furunkul, karbunkul, flebit, tromboflebit, hemorroy. 
Nevroloji: osteoxondroz, radikulit, nevritlər, nevralgiyalar, nevrozlar.
Qastroenterologiya: qastrit, mədə - 12 barmaq bağırsaq, qaraciyər və mədəaltı vəz xəstəlikləri, hepatit, pankreatit, xolesistit, kolit.
Pulmonologiya: bronxit, bronxial astma, xroniki pnevmoniya, pnevmoskleroz, plevrit
Qulaq burun boğaz xəstəlikləri: rinit, haymorit, tonzillit.
Uroloji: pielonefrit, böyrək daşı xəstəlikləri, sistit, uretrit, prostatit.
Ginekoloji: adneksit, kiçik çanaq iltihabi proseslər.
Dermatoloji: neyrodermit, eczema, psoriaz,allergikdermatitlər, herpes, akne.
Stomatoloji: parodontoz, stomatit, ağızın selikli qişasının zədələnməsi, dodaqların xroniki çat xəstəliyi
Pediatriya: bronx ağciyər xəstəlikləri, mədə bağırsaq xəstəlikləri, dərinin infeksion xəstəlikləri

Lazer – (ing. LASER – "Light Amplification by Stimulated Emission of Radiation" – "Məcburi şüalanma ilə işığın gücləndirilməsi"). Bu söz 1957-ci ildə Qordon Quld (Gordon Gould ) tərəfindən istifadəyə daxil edilmişdir. Fiziki mahiyyəti məcburi şüalanmanın kvant mexaniki effektindən istifadə etməklə koherent işıq axınının alınmasından ibarətdir.

Lazer şüaları sabit amplitudalı fasiləsiz və ya olduqca böyük gücə sahib olan impuls xarakterli ola bilər. Bir çox konstruksiyalarda lazer qurğusunun elementləri başqa mənbədən yayılan şüaları optik gücləndirmə vasitəsi kimi istifadə edilir. Gücləndirilmiş siqnal dalğa uzunluğuna (tezliyinə), fazasına və polyarizasiyasına görə ilkin siqnalla üst-üstə düşür. Bu rabitə qurğuları üçün çox vacibdir. Adi işıq mənbələri, məsələn, közərmə lampası işığı müxtəlif istiqamətlərdə, böyük dalğa diapazonunda səpələyir. Onların çoxu koherent deyillər və bundan əlavə qeyri-lazer mənbələrdən buraxılan işıq şüaları dəqiq polyarizasiyaya da malik deyil. Lazerdə isə bunların əksinə olaraq monoxromatik dağılma bucağı kiçik olan çox dar koherent və güclü şüalanma baş verir.

Mənbədən enerji sistemə verilir. Mənbə kimi impuls lampası, qövs lampası, kimyəvi reaksiya ola bilər. Bunun seçilməsi lazerdə istifadə olunan qüvvənin xassələrindən birbaşa asılıdr. Məsələn, helium-neon lazerləri helium-neon qaz qarışığında elektrik zərrəciklərindən, neodimium örtüklü aluminium itrit qranatı (YAG lazerləri "neodymium-doped yttrium aluminium garnet", Y3Al5O12)ksenon lampasının fokuslanmış işığından, eksimer lazerləri isə kimyəvi reaksiya enerjisindən istifadə edirlər.




Yüklə 258,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin