Tibbdə kliniki-termoqrafik diaqnostikanın imkanlarının qısa icmalı:
Süd vəzisinin xəstəlikləri
• Süd vəzilərinin şişlərinin diferensial diaqnostikası, subkliniki və prekliniki formalar daxil olmaqla, mastopatiyanın təyin olunması. Müalicənin gedişi və ya başqa terapiya üzrə nəzarətin aparılması.
LOR xəstəlikləri
• Rinitin diaqnostikası.
• Orta otitin və mastoiditin erkən diaqnostikası.
•Adenoidlərin erkən diaqnostikası.
Dayaq-hərəkət aparatının xəstəlikləri
• Fəqərələrin və sinir köklərinin sıxılmasının dərəcəsinin təyini və onurğanın osteoxondrozunun diaqnostikası.
• Fəqərələrin və yırtıqların istiqamətinin təyini və fəqərələrarası yırtıqların diaqnostikası.
• Onurğanın boyun və bel şöbələrinin travmasının erkən diaqnostikası.
• Oynaqların xəstəliklərinin diferensial diaqnostikası.
•Uşaqlarda çanaq-bud oynaqlarının displaziyasının erkən diaqnostikası. Travmatologiya və ortopediya, həmçinin irinli osteopatiya.
• Skoliozların diaqnostikası.
• Oynaqların formasını dəyişdirən artrozlarının diaqnostikası.
Dostları ilə paylaş: |