Tikinti üçün torpaq sahəsinin sanitariya-gigiyena cəhətdən yararlı olması haqqında rəyin verilməsi üzrə İNZİbati reqlament



Yüklə 22.81 Kb.
tarix01.01.2017
ölçüsü22.81 Kb.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

Kollegiyasının 07 noyabr 2013-cü il tarixli,



35 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Tikinti üçün torpaq sahəsinin sanitariya-gigiyena cəhətdən

yararlı olması haqqında rəyin verilməsi üzrə
İNZİBATİ REQLAMENT



  1. Ümumi müddəalar




    1. Elektron xidmətin adı: Tikinti üçün torpaq sahəsinin sanitariya-gigiyena cəhətdən yararlı olması haqqında rəyin verilməsi.

    2. Elektron xidmətin məzmunu: Tikinti üçün torpaq sahəsinin sanitariya-gigiyena cəhətdən yararlı olması haqqında rəyin verilməsindən ibarətdir.

    3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

      1. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsi;

      2. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsi;

      3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 05 dekabr tarixli 272 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın 3.1-ci bəndi;

      4. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

      5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 14.28-ci bəndi.

    4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və respublikanın şəhər (rayon) gigiyena və epidemiologiya mərkəzləri (bundan sonra - Mərkəz).

    5. Elektron xidmətin digər icraçıları: yoxdur.

    6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

    7. Elektron xidmətin icra müddəti: 30 gün.

    8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Tikinti üçün torpaq sahəsinin sanitariya-gigiyena cəhətdən yararlı olması haqqında rəyin verilməsi.


  1. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi




    1. Elektron xidmətin növü: interaktiv

    2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.

    3. Elektron xidmətin istifadəçiləri: fiziki və hüquqi şəxslər.

    4. Elektron xidmətin təqdim olunma yeri:

http://www.e-gov.az; http://www.health.gov.az;

http://www.e-health.gov.az



    1. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://www.e-gov.az; http://www.health.gov.az

Elektron poçt: office@health.gov.az

Telefon: (+99412) 421 62 48, (+99412) 431 38 28


    1. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

      1. ərizə (əlavə №1);

      2. tikinti üçün ayrılan torpaq sahəsinin yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanının sorğu məktubunun elektron formada surəti.

Qeyd: Ərizə forması xidmətin təqdim edildiyi internet ünvanına daxil olaraq doldurulur və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan edilmiş surətləri ilə birlikdə elektron formada göndərilir.




  1. Elektron xidmətin göstərilməsi üçün inzibati proseduralar




    1. Elektron xidmətlər üçün sorğu:

      1. sorğunun formalaşdırılması: İstifadəçi bu reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlarına daxil olub şəxsiyyət vəsiqəsinin nömrəsini və pin kodunu daxil edir və qeydiyyatdan keçir. Bundan sonra istifadəçi internet səhifəsində elektron ərizə formasını doldurur və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədləri ərizəyə əlavə kimi həmin internet səhifəsinə yükləyir.

      2. sorğunun qəbulu: Sorğu, internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.

    2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

      1. sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən ərizə forması tam doldurulmadıqda, bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlər internet səhifəsinə yüklənmədikdə və təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçi dərhal məlumatlandırılır.

Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin bu elektron xidmət növünə yenidən müraciət etməsinə mane olmur.

      1. sorğunun qəbulu: İmtina üçün əsaslar olmadıqda sorğunun qəbul edilməsi barədə ərizəçinin elektron poçt ünvanına bildiriş göndərilir.

    1. Sorğunun icrası:

      1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Mərkəzin Xəbərdaredici sanitariya nəzarəti bölməsinin müdirinə ünvanlanır.

      1. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:

        1. istifadəçi Mərkəzə müraciət edilməsi üçün müraciət formasını doldurub, tələb olunan sənədləri ərizəyə əlavə kimi yükləyib onlayn rejimdə göndərir, müraciətin qeydiyyata götürülməsi haqqında avtomatik rejimdə istifadəçiyə bildiriş göndərilir.

        2. avtomatik rejimdə müraciət Mərkəz üçün hazırlanmış proqram təminatına daxil olunaraq qəbul edilir.

        3. Mərkəzdə ərizəyə əlavə kimi yüklənmiş sənədlər yoxlanılır və çirkab sularının axıdılması, zəhərli-kimyəvi və radioaktiv maddələrin işlədilməsi və basdırılması hallarının müəyyənləşdirilməsi məqsədilə müayinələrin aparılması təşkil edilir.

        4. Mərkəz müayinələrin nəticələrinə əsasən sanitariya-epidemioloji rəyin verilməsi üzrə qərar qəbul edir və rəy (əlavə №2) ərizəçiyə birbaşa təqdim olunur və ya poçt rabitəsi vasitəsilə göndərilməsi yolu ilə verilir, həmçinin müraciət edənin qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına göndərilir.

      2. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: yoxdur.

      3. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

        1. sorğuya və ona əlavə edilən sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müvafiq qərar qəbul edilir.

    1. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

      1. nəzarət forması: Kargüzarlıq, daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

      2. nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada. Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Mərkəz həyata keçirir.

    2. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

      1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

      2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayətdə fiziki şəxsin adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanına göstərilməlidir.

      3. şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və qərar verilir.


“Tikinti üçün torpaq sahəsinin sanitariya-

gigiyena cəhətdən yararlı olması haqqında

rəyin verilməsi üzrə inzibati reqlament”ə


Əlavə № 1
fiziki şəxslər üçün
Azərbaycan Respublikasının Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə
Tikinti üçün torpaq sahəsinin sanitariya-gigiyena cəhətdən yararlı olması haqqında rəyin

verilməsi məqsədilə _________________________________________________ tərəfindən

(SAA)
Ə R İ Z Ə


Yaşayış ünvanı:

(şəhər, rayon (indeks)

küçə, ev, mənzil)











Telefon, faks,

elektron poşt ünvanı







VÖEN-i



Fəaliyyət növü



Hüquqi şəxslər üçün



Ə R İ Z Ə


Hüquqi şəxsin adı və VÖEN-i




Təşkilati-hüquqi forması




Hüquqi ünvan:

(şəhər, rayon (indeks), küçə, ev)










Telefon, faks,

elektron post ünvanı








Hesablaşma-hesabının nömrəsi və bankın adı




Fəaliyyət növü



“Tikinti üçün torpaq sahəsinin sanitariya-

gigiyena cəhətdən yararlı olması haqqında

rəyin verilməsi üzrə inzibati reqlament”ə


Əlavə №2

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi


Tikinti üçün torpaq sahəsinin sanitariya-gigiyena

cəhətdən yararlı olması haqqında
RƏY
№ _____________ “__”___________20__ il
TORPAQ SAHƏSİNİN SANİTARİYA- EPİDEMİOLOJİ TƏSVİRİ

1. Sahəsi






Relyefi




2. Torpaq sahəsinin əvvəllər istifadəsi




3. Sahənin ətraf əraziyə və bu ərazidəki tikililərə münasibətdə yerləşməsi







4. Tikilən obyektin ətraf mühitə

və əhalinin yaşayış şəraitinə mümkün təsiri









5. Sənaye müəssisələri və yaşayış rayonları

arasında mühafizə zolağının təşkilinin mümkünlüyü









6. İstehsalatın sanitariya təsnifatı və mühafizə zolağı




7. Tikinti aparılacaq ərazidə yerləşən sənaye müəssisələri, onların sanitariya təsnifatı və mühafizə zolağı







8. Hakim küləklər




9. Torpaq qatının quruluşu, yeraltı suların səviyyəsi, bataqlığın, yaşıllığın olması, torpağın radioloji fonu







10. Su təchizatı mənbələri







11. Kanalizasiya şəbəkəsinə qoşulmasının mümkünlüyü,çirkab suların axıdılacağı yer







12. Obyektin gələcəkdə genişləndirilməsi

üçün əlavə torpaq sahəsinin olması








13. Nəqliyyat yolunun olması (yerli, dövlətyolu)








Tədqiqatı aparan layihə təşkilatının adı və aparılan tədqiqatların göstəriciləri:









Torpaq sahəsinə yerində baxış keçirilib(bəli, xeyr):




Sahənin müayinəsi

(sanitariya-epidemioloji xidmət müəssisəsinin adı)tərəfindən




(komissiya, nümayəndə, təşkilatın adı)iştirakı ilə aparılıb

Hazırkı sanitariya-epidemioloji rəy təsdiq edir ki,


Ünvanda yerləşən torpaq sahəsi



(torpaq sahəsinin ünvanı)







(obyektin təyinatı və tabeçiliyi)

tikintisi üçün




(tikinti, sanitariya norma və qaydaların adı)

Tikinti Normalarına və Sanitariya Qaydalarına uyğun olaraq YARARLIDIR/ ŞƏRTİ YARARLIDIR/YARARSIZDIR



(lazım olanı işarə etmək)

Torpaq sahəsinin göstərilən obyektin tikintisi üçün sanitariya norma və qaydalarına uyğun olaraq yararlı/şərti yararlı/yararsız qəbul edilməsi üçün əsaslar:

(lazım olanı işarə etmək)

1.

2.

3.

4.

5.

(baxılmış sənədləri qeyd etmək/lazımi sağlamlaşdırıcı tədbirləri qeyd etmək/əsaslandırmaq)
Rəy təqdim olunur:

1.

2.

Rəyin qüvvədə qalması müddəti _____________________________



Azərbaycan Respublikasının baş

dövlət sanitariya həkimi (müavini) ______________________

(imza)
MY
Каталог: uploads -> media -> 2014
2014 -> Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının "15" may 2014-cü il tarixli
2014 -> Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının "15" may 2014-cü il tarixli
2014 -> Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının "15" may 2014-cü il tarixli
2014 -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının "01" iyul 2013-cü il tarixli
2014 -> Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının "15" may 2014-cü il tarixli
2014 -> Rentgen kabinetinin istismarına icazə verən sanitariya-epidemioloji rəyin verilməsi üzrə
2014 -> Radioaktiv maddə və materialların, ionlaşdırıcı şüa mənbələri olan qurğuların, avadanlıqların və radioaktiv tullantıların daşınması üsullarının və şəraitinin sanitariya qaydalarına uyğun olması barədə sanitariya-epidemioloji
2014 -> Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının "15" may 2014-cü il tarixli
2014 -> Mehmanxana və mehmanxana tipli obyektlər üçün sanitariya pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə
2014 -> Tikinti və yenidənqurma layihələrinə sanitariya-epidemioloji rəyin verilməsi üzrə İNZİbati reqlament


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə