Tofiq Bəhərçi V. Z. Mehdiyeva



Yüklə 5.01 Kb.
PDF просмотр
səhifə1/7
tarix27.06.2017
ölçüsü5.01 Kb.
  1   2   3   4   5   6   7

AZƏRBAYCAN RESPUBLĠKASI TƏHSIL NAZĠRLĠYĠ 
AZƏRBAYCAN DÖVLƏT ĠQTĠSAD UNĠVERSĠTETĠ 
 
 
Tofiq Bəhərçi 
  V.Z.Mehdiyeva 
 
 
 
 
 
EKOLOJĠ-ĠQTĠSADĠ RAYONLAġMANIN  
SOSĠAL-ĠQTĠSADĠ ASPEKTLƏRĠ
  
 (Monoqrafiya)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2016 
 

Elmi redaktor:  c.e.d. A.Qurbanlı 
 
Rəyçilər:  i.e.d. M.Əhmədov 
                 c.e.n. M.Sadıqov 
 
 
Tofiq  Bəhərçi,  V.Z.Mehdiyeva.  Ekoloji-iqtisadi  rayonlaĢmanın sosial-iqtisadi 
aspektləri  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI -2016 

 
Kitab  Qərb  və  Şərq  sivilizasiyalarının  mərkəzində  yerləşən  qədim 
Azərbaycan  Respublikası  timsalında  ekoloji-iqtisadi  rayonlaşmada  sosial-iqtisadi 
aspektlər  mövzusuna  həsr  edilmişdir.  Materialda  sosial-iqtisadi  aspektlər, 
təklif,nəticə,3  dildə  xülasə  öz  əksini  tapmışdır.  Dövrün  aktual  mövzusuna  həsr 
edilmiş kitabdan bu sahədəki mütəxəssislər,tələbələr,hər bir oxucu bəhrələnə bilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
M  Ü  N  D  Ə  R  Ġ  C  A  T 
GĠRĠġ........................................................................................................................6  
 
I  FƏSĠL. EKOLOJĠ-ĠQTĠSADĠ  RAYONLAġMA  NƏZƏRĠYYƏSĠNĠN       
ƏSASLARI.............................................................................................14 
1.1.
 
Ekoloji-iqtisadi rayonların yaranma amilləri...........................................14 
 
II FƏSĠL. TƏBĠƏTLƏ CƏMĠYYƏTĠN QARġILIQLI ƏLAQƏSĠ.................24 
2.1.  Təbiətlə cəmiyyətin qarĢılıqlı əlaqələrinin müasir problemləri................24 
2.2.  Sosial-iqtisadi aspektlər və təbii amillər......................................................32 
2.3.  Ekoloji-iqtisadi rayonlaĢmanın sosial-iqtisadi aspektləri..........................41
  
 
III FƏSĠL. AZƏRBAYCAN  RESPUBLĠKASINDA  EKOLOJĠ-ĠQTĠSADĠ, 
ĠQTĠSADĠ-GOĞRAFĠ  RAYONLARIN  EKOLOJĠ  VƏ  SOSĠAL-
ĠQTĠSADĠ  ASPEKTLƏRĠ................................................................56 
3.1.  Azərbaycan Respublikasının ekoloji-iqtisadi, iqtisadi-coğrafi, sosial-
iqtisadi rayonlaĢması.....................................................................................56 
3.2.  Azərbaycan Respublikasında  ayrılmıĢ sosial-iqtisadi zonaların  
        səciyyəsi..........................................................................................................65 
 
NƏTĠCƏLƏR.........................................................................................................92 
TƏKLĠFLƏR.........................................................................................................96 
XÜLASƏ ................................................................................................................97 
REZYUME ............................................................................................................99 
SUMMARY .........................................................................................................101 
ƏDƏBĠYYAT  .....................................................................................................103 
 

 
 
 
 
 
 
 
 
 
 
 
Təhsil – Millətin gələcəyinə qoyulan sərmayədir. 
H.Əliyev 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Азярбайжан Дювлят Игтисад Университетинин “Ətraf 
mühitin  mühafizəsi  və  iqtisadiyyatı”  kafedrasının 
əməkdaşları  Tofiq  Bəhərçi,Validə  Mehdiyevanın 
«Ekoloji-iqtisadi 
rayonlaşmanыn 
sosial-iqtisadi 
aspektləri» mövzusunda йазмыш олдуqları  ишə 
 
 
Р   Я   Й 
 
Тягдим  олунан  иш  мцасир  дюврля  сясляндийиндян  юз  актуаллыьынı  saxlayır. 
Мцяллифlərin  гаршыйа  гойдуqları    вя  щялл  етмяйя  чалышдыqlarы  мювзунун  шярщи 
эиришдян,  бири-бириндян  фярглянян  3  фясилдян,  нятижя,  тяклиф,referat  вя  истифадя 
олунмуш ядябиййат сийащысындан ибарятдир. 
Ишин йахшы жящяти одур ки, фясил вя бюлмялярдя шярщ олунан башлыгларын изащы 
бири-диэярини тамамлайыр. 
Сон  иллярин  мялуматларындан  истифадя,işin  şərhi,  нятижяляр,  тяклифляр  ишин 
мцсбят жящятляриндян хябяр верир. 
Йухарыда  эюстярилянляр  «Ekoloji-iqtisadi  rayonlaşmanыn  sosial-iqtisadi 
aspektləri» (Азярбайжан Республикасы цзря) мювзусуна  щяср олунмуш иши nəşr 
етмяйя имкан верир.  
  
 
АДИУ-нун “Игтисадиййатын тянзимлянмяси” 
кафедрасынын мцдири:                                                              проф. М.А. Ящмядов 
 
 
 
 

 
Азярбайжан Дювлят Игтисад Университетинин “Ətraf 
mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının 
əməkdaşları  Tofiq  Bəhərçi,Validə  Mehdiyevanın 
«Ekoloji-iqtisadi  rayonlaşmanыn  sosial-iqtisadi 
aspektləri» mövzusunda йазмыш олдуqları  ишə 
 
Р   Я   Й 
 
Тягдим олунан иш дюврцн мцасир тялябляриня жаваб вермякля эириш, цч фясил, 
бюлмяляр,  нятижя, тяклиф вя истифадя олунмуш  ядябиййат сийащысындан ибарятдир. 
Мювзу чох дцзэцн олараг бири диэярини тамамлайан 3 фясля бюлцнмцшдцр. 
Eləcə də,aйрылмыш фясилляр  айры-айры бюлмялярля ятрафлы шярщ олунур. 
Беля гянаятя эялмяк мцмкцндцр ки, мцяллифlər ишин йериня йетирилмясиндя 
няшр  олунмуш  мянбялярдян,  архив  материалларындан,  юзlərinin  йарадыжылыг 
габилиййятlərindən  щяртяряфли  истифадя  етмишləр.  Чцнки,  шярщин  йахшы  верилмяси, 
тяклиф вя нятижялярин дя ардыжыллыгла юзцня йер тапмасы дейилянляри бир даща тясдиг 
едир. 
Göstərilənlər  əsasında  «Ekoloji-iqtisadi  rayonlaşmanın  sosial-iqtisadi 
aspektləri» mövzusuna həsr olunan  işi nəşr etdirmək üçün  məqsədyönlü sayıla 
bilər. 
 
 
 
 
AMEA,akad.H.Əliyev adına 
Coğrafiya Ġnstitutu                                                              c.e.n. M.Sadıqov 
 
 

 

G  İ  R  İ  Ş 
 
İctimai  inkişafın  perspektivliyi  iki  vacib  sosial  məsələnin  həlli  ilə  bağlıdır. 
Bunlardan  biri  təsərrüfatın  inkisafı,  digəri  isə  həmin  inkişafı  təmin  edən  mühitin 
qorunmasıdır. Bu məsələlər bir-biri ilə sıxı surətdə bağlıdır. Cəmiyyətin inkişafı isə 
təbiətlə cəmiyyətin qarşılıqlı vəhdət və əlaqəsində mümkündür. 
Təbiətlə  cəmiyyətin  qarşılıqlı  əlaqəsinin  idarə  olunması,  ekoloji-iqtisadi 
rayonlaşmanın  sosial-iqtisadi  aspektləri  Azərbaycan  Respublikasında  da  daha 
aktual  məsələlərdəndir.  Cünki,  son  dövrlər  burada  elm  tutumlu  sahələrlə  yanaşı 
xammal tutumlu sahələr daha sürətlə inkişaf edir, ərazi həm təbii, həm də təsərrüfat 
cəhətdən çox diferensiasiya olunur. Ətraf mühit hələ əvvəlki illərdən cox cirklənsə 
də bu proseslərin qarşısı alınmaqdadır.  
Ekoloji  rayonlaşmanın  sosial-iqtisadi  aspektləri  mövzunun  aktuallığı  onunla 
güclənir  ki,  iqtisadiyyatın  bazar  şəraitinə  keçməsi  ilə  əlaqədar  təbiətdən  səmərəli 
istifadənin və ətraf mühitin mühafizəsinin inzibati-amirlik üsulu ilə idarə olunması 
zəifləyir. Beləliklə də önə təbiəti mühafizənin iqtisadi üsullarla stimullaşdırılması 
çıxır. Təbiəti mühafizənin iqtisadi üsulları əlavə kimi tətbiq olunur. Təbii mühitin 
keyfiyyətinin  ciddi  standartlara  əsaslanması  təbiəti  mühafizənin,  ekoloji-iqtisadi 
rayonlaşmanın aparılmasını, sosial-iqtisadi aspektləri, eləcə də iqtisadi tənzimləmə 
mexanizmlərini asanlaşdırır.  
Bəşəriyyətin  davamlı  inkişafının  əsası  1992-ci  ildən  Rio-de-Janeyroda 
qoyulmuşdur. Онун əsas və prioritet göstəricisi elmi-texniki tərəqqinin yeni və son 
nəailiyyətlərindəndir.  Hazırda  dünya  elminin  fundamental-tətbiqi  xarakterli  əsas 
aparıcı sahələri bəşəriyyətin həyatının bütün sferalarına çox böyük sürət və geniş 
diapazonla  daxil  olmuşdur.  Eləcə  də  müasir  dövrdə  cəmiyyətin  və  təbiətin 
qarşılıqlı  əlaqələrinin  inkişafında  çoxsaylı  ekoloji  problemlərin  həlli  üçün  əsas 
baza  bütövlükdə,  iqtisadiyyatın  tarazlı  və  davamlı  inkişafı,  onun 
ekolojisizləşdirilməsi  və  səmərəli  idarə  olunmasıdır.  Ekoloji  tarazlığı,  onun 
mürəkkəb və  biri-biri  ilə  hərtərəfli  bağlılıq  mexanizmini  bilmədən,  daha  doğrusu 

 
 

 
sanballı  ekoloji  biliyə  malik  olmadan  təbiətdən,  onun  şəraiti  və  təbii 
ehtiyatlarından  istənilən  istiqamətdə  səmərəli  və  rentabelli  istifadə  etmək,  təbii 
ətraf  mühiti  həyat  üçün  yararlı  halda  saxlamağı  proqnozlaşdırmaq  mümkün 
deyildir. Bu əsasdan da ekocoğrafi problemlərin, onun sosial-iqtisadi aspektlərinin 
həll olunması qaчılmazdır.  
Deyilənlər planetar xarakter daşımaqla Azərbaycan Respublikası regionlarına 
da  şamil  edilir.  Bu  baxımdan  zəngin  təbii  ehtiyatlara,  əlverişli  təbii  şəraitə, 
füsünkar təbiətə malik olan Azərbaycan Respublikasının dünya xəritəsində tutduğu 
yer bir o qədər də böyük olmasa da, onun ekocoğrafı problemlərinin, sosial-iqtisadi 
aspektlərinin özünəməxsusluğu vardır. 
İki sivil regionun təmasında yerləşən Azərbaycan Respublikasında ekocoğrafı 
problemlərin yaranmasına səbəblərdən biri Ermənistan silahlı qüvvələri tərəfindən 
ərazinin  20%-nin  zəbt  olunması  (təxminən  17  min  kv.km.),  1  milyondan  artıq 
qaçqın  və  köçkünlərin  öz  doğma  dədə-baba  yurd-yuvalarından  didərgin 
düşmələridir.  Belə  hal  siyasi,  iqtisadi,  mənəvi,  mədəni,  sosial  və  s.  ekocoğrafı 
problemlərin yaranmasının əsas amili kimi sayılmalıdır. 
Respublikada  ekocoğrafi  rayonlaşmadakı  sosial-iqtisadi  problemlərin 
yaranmasına  digər  səbəb  ərazinin  geoloji  quruluşu,  digər  fıziki-coğrafı 
xüsusiyyətləri,  onların  insanların  təsərrüfat  fəaliyyətlərinə  olan  müxtəlif 
təsirləridir.  Əlbəttə,  burada  coğrafı  mövqeyin  təsiri  də  danılmazdır.  Geoloji 
səbəblərə  görə  baş  verən  ekocoğrafı  problemlər  endogen  və  ekzogen  proseslərin 
təsirindən  yaranır.  Bunlar  zəlzələ,  palçıq  vulkanları,  tektonik  yarılmalar,  aşınma, 
eroziya,  abraziya,  sel,  daşqınlar,  sürüşmə  və  s.  törəmələrdir.  Azərbaycan 
Respublikası ərazisi bütövlükdə 9 bala qədər gücü olan zəlzələ zonasında yerləşir. 
Baş  verən  zəlzələlər  təbii  fəlakət  olmaqla  yanaşı,  həm  də  ekoloji  fəlakət 
törədicisidir. Tarixdə izi qalmış ən güclü zəlzələlər Şamaxı ərazisində 1192, 1667, 
1859 və 1902-ci illərdə, Gəncədə 2 dəfə - 427 və 1139-cu illərdə baş verməklə öz 

 
 

 
dağıdıcı  “işini”  görmüşdür.  Ölkədə  son  25  il  ərzində  İsmayıllı,  Ağdaş,  Lerik, 
xüsusilə  də  2000-ci  ildə  5  bal  gücündə  Bakıda  olan  zəlzələ  öz  ekocoğrafı 
problemləri  ilə,  insanların  səhhətinə  təsir  etməklə  yadda  qalmışdır.  Dünyada 
mövcud  olan  900-dən  çox  palçıq  vulkanının  1/3-i  -  300-ə  qədəri  Azərbaycan 
Respublikasında:  Abşeronda,  Qobustanda,  Xəzər  dənizindəki  Abşeron  və  Bakı 
arxipelaqlarındadır.  Uzun  geoloji  dövr  ərzində  Kür-Araz  ovalığı,  eləcə  də  ona 
bitişik  ərazilərin  indiki  Xəzər  dənizinin  suları  altında  olması  nəticəsində  ərazidə 
yaranan duzlu mühit ekocoğrafı vəziyyətin gərginləşməsinə səbəb olmuşdur. 
Ekzogen  proseslərin  inkişafında  və  ekocoğrafi  rayonlaşmada  baş  verən 
problemlərin  mövcudlaşmasında  ərazinin  relyefi  və  iqlimi  ilə  yanaşı  süxurların 
litologiyası  da  heç  də  az  deqradasiya  yaratmamışdır.  Naxçıvan  Muxtar 
Respublikasının alçaq və orta dağlıq ərazilərində, Bozdağ, Xocaşən, Axaz-baxar və 
digər  silsilələrin  bedlend  tipli  kəskin  parçalanmaya  məruz  qalması  ekzogen 
amillərlə əlaqədardır.  
Dağlıq ərazilərdə, xüsusilə də Böyük Qafqazda torpaqların eroziyası, onların 
deqradasiyası, sel, sürüşmə prosesləri daha fəal olduğu Abşeron yarımadasında eol 
mənşəli relyef formaları da özünə məxsus - problemlər yaradır. Xəzər dənizi, eləcə 
də  su  anbarları  sahilləri  boyu  abraziya  prosesi  də  ekocoğrafi  problemlər  yaradan 
səbəblərdəndir.  Ekzogen  problemlərin  baş  verməsində  antropogen  amillər  daha 
fəallıqla özünü göstərir. 
Geoloji quruluş və ölkənin ümumi fiziki-coğrafi xüsusiyyətləri ilə müqayisədə 
antropogen  amillər  nəticəsində  mövcudlaşan  ekocoğrafı  problemlər  daha  ağır 
nəticələr yaradır.  
Cəmiyyət yarandığı gündən indiyə kimi insanın yaratdığı ekocoğrafı gərginlik 
və  ya  problemlər  XX  əsrin  2-ci  yarısından  başlayaraq  az  qala  həndəsi  silsilə  ilə 
davam  etməkdədir.  Respublikada  belə  vəziyyətin  daha  da  gərginləşməsinə  səbəb 
olan  başlıca  amillərdən  biri  də  insanların  təbiəti  öz  məqsədlərinə  tabe  etdirmək 

 
 

 
fəaliyyətləri sayılır. Nəticədə relyefdən də asılı olaraq ölkənin ekocoğrafı vəziyyəti 
göstərilən  səbəblərdən  daha  artıq  mürəkkəbləşmişdir.  Acınacaqlı  cəhət  prosesin 
hələ də davam etməsidir. 
“Biz  təbiətdən  mərhəmət  gözləyə  bilmərik,  onu  -  istədiyimizi  ondan  almaq 
bizim borcumuzdur” kəlamının yerinə yetirilməsi ölkə torpaqlarının və digər təbii 
sərvətlərinin  eroziya  və  deqradasiyasiyaya  məruz  qalmasına,  onların 
şoranlaşmasına,  bataqlaşmasına,  eramızın  əvvəllərindən  indiyə  kimi  meşələrin 
sahəsinin  ölkə  ərazisində  60%-dən  12%-ə  enməsinə,  səth  sularının  sənaye,  kənd 
təsərrüfatı və məişət tullantıları ilə ifrat dərəcədə çirklənməsinə, flora və faunanın 
bir  çox  növlərinin  nəslinin,  kökünün  kəsilməsinə,  onlardan  bəzilərinin  yalnız 
Dövlət qoruqlarının, Milli Parkların  gündən-günə artırılması sayəsində indiyə kimi 
mövcud olmasına gətirib çıxarmışdır. 
Respublikada çox böyük quruculuq layihələrini hayata keçirən Heydər Əliyev 
Fondunun prezidenti Mehriban Əliyeva ekoloji durumun və ya tarazlığın bugünkü 
acınacaqlı  vəziyyətini  nəzərə  alaraq  planetar  və  bəşəri  əhəmiyyətli  “Hərəmiz  bir 
ağac  əkək”  layihəsinin  həyata  keçirilməsini  günün  ən  ümdə  və  qlobal  ekoloji 
probleminin  həlli  kimi  dəyərləndirmiş  və  böyük  tarixi  əhəmiyyət  kəsb  edən 
təşəbbüs qaldırmışdır. 
Xəzərin səviyyəsinin son 40 il ərzində 2,5 m qalxması və bu prosesin hələ də 
davam  etməsi  də  ekocoğrafı  problemləri  artıraraq  böyük  təşviş  doğurmaqla  artıq 
həyəcan təbili çalmaqdadır. 
Qlobal  istiləşmə  və  səhralaşma  proseslərinin  get-gedə  qüvvətlənməsi,  ozon 
dəliyinin  get-gedə  genişlənməsi  və  s.  kimi  proseslər    dünya  miqyasında,  o 
cümlədən  Azərbaycan Respublikasında da ekocoğrafı gərginliyi artırır. 
Göstərmək lazımdır ki, Azərbaycan Respublikasının ekocoğrafı xüsusiyyətləri 
onun  fiziki-coğrafı  xüsusiyyətləri  ilə  sıx  surətdə  uyğunluq  təşkil  edir.  Lakin 
urbanizasiya  və  suburbanizasiyanın  güclü  inkişaf  etdiyi  və  ölkənin  iqtisadi 

 
 
10 
 
potensialının  75-80%-nin  cəmləşdiyi  Abşeron  yarımadasını  Böyük  Qafqaz  fiziki-
coğrafı  vilayətindən  ayıraraq  bir  ekocoğrafı  bölgə  kimi  tədqiq  etmək  çox 
gərəklidir. 
Yuxarıda göstərilənlər mövzunun aktuallığından xəbər verir. 
Problemin  öyrənilməsinin  vəziyyəti  ilə  tanışlıqda  müəyyən  olur  ki, 
Ümumiyyətlə  ekoloji,  ekocoğrafi,  ekoloji-iqtisadi  rayonlaşmanın  sosial-iqtisadi 
aspektləri  üzrə  problemlərlə  bir  çox  dünya  tədqiqatçıları  və  alimləri  ilə  yanaşı 
Azərbaycan  Respublikasının  tədqiqatçı  alimləri  də  az  əmək  sərf  etməmişlər.  Bu 
sahədə  H.Əliyev,  B.Budaqov,  U.Ələkbərov,  Q.Mustafayev,E.Əlizadə,  F.Əliyev, 
T.İbrahimov,  Ş.Xəlilov,  T.Hüseynov,  V.Mehdiyeva,İ.Xəlilov    və  başqaları  xeyli 
sayda monoqrafiya, dərslik, dərs vəsaitləri, elmi məqalələr nəşr etdirmişlər. 
Göstərilən  alimlərin  bu  problemlərin  həllinə  dair  təklif  etdikləri  öyrənmə, 
tədqiqat  üsullarının,  modellərinin  əhəmiyyətini  heç  də  azaltmadan  qeyd  etmək 
gərəklidir. Bunların hər birinin ümumi məqsəd üçün müəyyən xüsusiyyəti, tədqiqat 
sferası,  məqsədi  olmuşdur.  Görülən  işlərdə,  xüsusilə  son  dövrlərdə  Azərbaycan 
Respublikasında  ekocoğrafı  region1arın,  onların  sosial-iqtisadi  aspektlərinin 
qarşısında duran yeni tələb və məqsədlərin müəyyən hissəsi yerinə yetirilmişdir. 
Kitabın  yazılmasında  əsas    məqsəd  və  vəzifələr  müasir  dövrün  keçid 
şəraitində  ölkədə  yaranmış  yeni  mülkiyyət  formaları  və  təsərrüfatları  şəraitində, 
xüsusilə də şəxsi mülkiyyətin xüsusi çəkisinin davamlı və dayanıqlı artdığı dövrdə 
müxtəlif  məzmunda  inkişaf  etmiş,  “problem”  xarakterli  və  ekstremal  şəraitdə 
ərazilərə  malik  ekocoğrafı  regionlar  üzrə  dövlətin  ekoloji  siyasətinin,  ekoloji-
iatisadi  rayonlaşmasının,  sosial-iqtisadi  və  regional  ekoinkişaf  konsepsiyasının 
işlənib hazırlanmasının nəzəri-metodoloji aspektlərini öyrənmək, tədqiq etmək və 
onun elmi cəhətdən əsaslandırılmış təkliflərini işləyib hazırlamaqdan ibarətdir. 

 
 
11 
 
Təbii rayonlaşmadan fərqli olaraq ekoloji-iqtisadi rayonlaşma qapalı deyildır. 
Ekoloji-iqtisadi  rayonlaşmanın  əsas  vəzifəsi  təbii  materiallardan  maksimum 
səmərəli istifadə və istehsalın daha da qapalı sistemə çevrilməməsi və sairədir.  
Ekoloji iqtisadi rayonlaşma üç əsas tərkib hissədən ibarətdir. Bunlar cəmiyyət, 
həyat  fəaliyyəti  və  ətraf  təbii  mühiti  özündə  əks  etdirir.  Eləcə  də  ekoloji-iqtisadi 
rayonlaşmanın  və  sosial-iqtisadi  aspektlərin  əsas  vəzifəsinə  regionda  məhsuldar 
qüvvələrin inkişafı və yerləşdirilməsi ilə əlaqədar təbii ekoloji tarazlığın qorunub 
saxlanılmasına yardımçı olmaq daxildir.  
“Ekoloji-iqtisadi  rayonlaşmanın  sosial-iqtisadi  aspektləri”  mövzusuna  həsr 
olunmuş kitab Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, 
Azərbaycan  Respublikası  Dövlət  Statistika  Komitəsinin  materiallarından,  digər 
fond  və  nəşr  olunmuş  ədəbiyyat  külliyatından  istifadənin,  eləcə  də  müəlliflərin  
şəxsi fəaliyyətlərinin məhsuludur.  
Kitabda  qarşıya  qoyulmuş  məqsədə  nail  olmaq  üçün  indiki  şəraitdə  ekolojı 
siyasətin,  rayonlaşmanın,  sosial-iqtisadi  aspektlərin  prinsiplərini  araşdırmaq, 
ekocoğrafi siyasətin tədqiqi metodlarını və ardıcıllığını müəyyən etmək, ekocoğrafı 
siyasətin  məqsədlərinin  reallaşdırılması  qaydalarını  araşdırmaq,  eləcə  də  həmin 
siyasətin  daha  da  formalaşdırılması  layihələrinin  hazırlanması  və  onların 
reallaşdırılması  istiqamətlərini  müəyyənləşdirərək  müvafıq  və  məqsədyönlü 
təkliflər vermək çox gərəkli sayılır. 
Monoqrafiyanın  tədqiqat  obyekti  kimi  Azərbaycan  Respublikasının 
ekocoğrafi  rayonları  əsas  götürülmüşdür.  İqtisadi  və  inzibati  tənzimləmə,  sosial-
iqtisadi  aspektlər  ərazi  üzrə  differensasiya  olunmuşdur.  Belə  hal  ekoloji-iqtisadi 
rayonlaşmanın  aparılmasında  çətinliklər  törədir.  Məhdud  ərazidə  təbii  və  sosial-
iqtisadi  proseslərin  rəngarəngliyi  ekoloji-inzibati  rayonlaşma  üçün  reprezentativ 
tədqiqat  obyekti  yaradır.  Bu  əsasdan  da  hazırda  ekoloji-iqtisadi  sistemlər 
nəzəriyyəsindən geniş istifadə edilməkdədir.  

 
 
12 
 
Əlbətdə, təqdim olunan  monoqrafiyanın yazılmasında nəzəri-metodoloji əsas 
yaddan çıxarılmamışdır.Ona görə də, kitabın nəzəri-metodoloji əsasını Azərbaycan 
Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Milli 
Məclisinin  qəbul  etdiyi  qanunlar  və  onlara  müvafıq  olan  icraedici  orqanlarının 
qəbul etdikləri qərarlar, digər normativ-hüquqi sənədlər, alimlərin mövcud nəzəri-
təcrübi əsərləri təşkil edir. 
Yuxarıda deyilənlərlə yanaşı təqdim olunan material lazımi statistik, iqtisadi-
riyazi üsullardan, modellərdən, sosial-iqtisadi aspektlərdən, monitorinqlərdən tələb 
olunan  səviyyədə  hərtərəfli  istifadə  etməklə  sistemli  yanaşma  metodu  əsasında 
yerinə yetirilmişdir. 
Burada  dövrü  mətbuatdan,  elmi  mənbələrdən,  Azərbaycan  Respublikası 
Dövlət  Statistika  Komitəsinin,  Azərbaycan  Respublikası  Ekologiya    və  Təbii 
Sərvətlər  Nazirliyinin  materiallarından,  2009-2013-cü  illərdə  Regionların  sosial-
iqtisadi  inkişafı  Dövlət  Proqramının  dörd  illik  yekun  materiallarından,  şəxsi 
monitorinqlərdən geniş istifadə edilmişdir.  
“Ekoloji-iqtisadi rayonlaşmanın sosial-iqtisadi aspektləri” adlı təqdim olunan 
kitabda  diqqəti  cəlb  edən  cəhətlərdən  biri  onda  olan  elmi  yeniliklərdən  ibarətdir. 
Yeni  təsərrüfatçılıq  şəraitində,  müasir  ekoloji  duruma  əsaslanaraq  Azərbaycan 
Respublikasında ekocoğrafi rayonlaşdırma, onun sosial-iqtisadi mənbələri bir daha 
dəqiqləşdirilmişdir.  Eləcə  də  Azərbaycan  Respublikası,  habelə  onun  ekocoğrafi 
regionları  üzrə  regional  ekoloji  siyasətin,  sosial  aspektlərin  durumu 
işıqlandırılmışdır.  Digər  tərəfdən,  ekocoğrafi  regionların  ərazisindən  asılı  olaraq 
təbii ekoloji, sosial-iqtisadi  vəziyyət daha da aydınlaşdırılmışdır. Ekososial prob- 
lemlərin həllində regionlar üzrə dövlətin yardım hədləri araşdırılmışdır. Bu sahədə 
ekstremal  şəraitdə  olan  ərazilərdə  dövlət  güzəştləri  və  yardımlarının  zəruriliyi 
əsaslandırılmış,  habelə  ekologiya,  sosial-iqtisadi  durum  sahəsində  əhalinin 
maarifləndirilməsi  səviyyəsinin  artırılması  istiqamətində  tədbirlərin  davam 

 
 
13 
 
etdirilməsinin  vacibliyi  bir  daha  göstərilmiş,  habelə  ağır  sosial-ekoloji  yönümlü 
məhsul istehsalının stimullaşdırılması elmi cəhətdən əsaslandırılmışdır. 
Mövzunun  təcrübi  əhəmiyyətinə  gəldikdə  isə  o,  ekocoğrafi,  sosial-iqtisadi 
aspektlərdəki problemlərin həllində verilmiş təkliflər,alınmış nəticələr 2009-2013-
cü  illər,  habelə  sonrakı  dövrlər  üçün,  ümumilikdə  dövlətin  və  ayrılıqda  hər  bir 
ekocoğrafı  regionun  mövcud  problemlərinin  həlli  istiqamətlərini,  onların 
maliyyələşdirmə mənbələrini, ekoregionların özünü  təminat və davamlı inkişafının 
təmin edilməsində mühüm əhəmiyyət kəsb edəcəkdir. 
Kitabın  mündəricatı  giriş,  3  fəsil,  6  bölmə,  nəticə,  təklif,  xülasə,  rezyume, 
summaru  və  istifadə  olunmuş  ədəbiyyat  toplusundan  ibarət  olmaqla  110  səhifə 
həcm əhatə edir. 
 

 
 
14 
 
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə