Tofiq quliyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə27/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   ...   23   24   25   26   27   28   29   30   ...   61
Monoqrafiya

kiminsə  toyuğuna  daş  atmaq  və  ya  kiminsə  toyuğuna  kiş 
demək  birləşməsinə  nəzər  salaq.  “Bu  birləşmənin  mənası 
hər  bir  komponentin  ayrı-ayrılıqda  malik  olduğu 
mənalardan  irəli  gəlmir.  Çünki  əslində  bu  komponentlər 
semantik  baxımdan  deaktullaşmaya  məruz  qalmışdır. 
Çünki onların daxili forması və ya obrazı aydın görünür” 
[33, 93].   
 
İdiomlar nitq prosesində, yəni kontekstdə gerçəkləşir. 
İdiomların  mənası  onu  qəbul  edənə  (reseptora)  aydın 
olmalıdır,  əks  təqdirdə,  o,  idiomun  komponentlərinin 
lüğəvi  mənasına  istinad  edəcək,  bütövün  mənasını  isə 
başa düşməyəcək və ya başa düşməyə çətinlik çəkəcəkdir. 
 
Bununla  belə,  reseptor,  komponentin  həm  ümumi, 
həm  də  xüsusi  mənaları  əsasında  məntiqi  mülahizələr 
aparmaqla  bütövün  mənasını  aydınlaşdıra  bilər.  Məlum 


 
135 
olduğu  kimi,  kommunikativ  aktda  beş  komponent  iştirak 
edir:  ötürücü,  qəbul  edən  (reseptor  –  T.Q.),  kontakt, 
kontekst və kod [158, 140]. Ötürücü reseptor ilə müəyyən 
kontekstlə bağlı müəyyən kod ilə əlaqə saxlayır. Beləliklə, 
idiomların hər biri bir nitq aktıdır və ötürücü mənası ona 
məlum  olan  idiomu  komponentlərin  qəbul  olunmuş 
struktur vahidi kimi reseptora ötürür. Reseptor nitq aktını 
komponentlərin  məna  toplusu  və  ya  komponentlərin 
mənasından asılı olmayan bütöv kimi qəbul etməyə hazır 
olmalıdır.  O,  mətndəki  sözləri  başa  düşür,  lakin  ötürülən 
mənanı  qavramırsa,  bu  hal  idiomatik  ifadənin  işlənməsi 
ilə bağlıdır. Misallara  müraciət edək.  Fred is a real cool 
cat. He never blows his stack and hardly ever flies off the 
handle  cümlələrinin  tərkibində  mənası  məlum  olan  cat 
(“pişik”), cool (“sərin”), blow (“əsmək”), stack (“topa”), 
fly (“uçmaq”), handle  (“dəstək”) sözləri vardır. Cool cat 
(“soyuq  pişik,  sərin  pişik”),  to  blow  one’s  stack  (“topanı 
üfürüb  dağıtmaq”),  to  fly  off  the  handle  (“dəstəyi 
uçurmaq”)  kimi  hərfi  tərcümə  qeyd  olunan  idiomların 
bütöv  mənasını  ifadə  etmir.  Lakin  “soyuq,  sərin  pişik” 


 
136 
mənası  “pişik  kimi  sakit  olmaq,  sakit  adam  olmaq” 
mənasını tapmağa müəyyən zəmin verir. Aydın olur ki, to 
be  a  cool  cat  birləşməsi  “sakit  adam  olmaq”,  to  blow 
one’s  stack  “özündən  çıxmaq”,  to  fly  off  the  handle  isə 
“qəzəblənmək” mənasını verir. Bu mənalardan çıxış etsək, 
yuxarıda  verilmiş  cümlələri  belə  tərcümə  etmək  olar: 
“Fred  çox  sakit  adamdır.  O,  heç  vaxt  özündən  çıxmaz, 
təsadüfən qəzəblənərdi (hirslənərdi)”. 
 
İdiomların  mənasının  onların  komponentlərinin 
mənasından  heç  bir  asılılığı  olmaması  fikri  idiomların 
onların  ifadə  etdikləri  mənalara  görə  təsnifatına  üstünlük 
verilməsinə gətirib  çıxarır.  Özbək  idiomlarına dair  işində 
idiomların  mənasının  onları  təşkil  edən  komponentlərin 
mənalarından  asılı  olmadığını  deyən  M.Ruzıkulova 
idiomları  öz  mənasına  görə  təsnif  etməyi  daha  düzgün 
sayır və özbək idiomlarını 23 semantik qrupa ayırır [138, 
14-15].  
 
İdiomların  təfnifatından  bəhs  edən  Ə.Hacıyeva, 
E.Nəcəfov  və  A.Cəfərov  onları  əsasən  beş  əsas  qrupa 
bölürlər: 


 
137 
 
1) Köhnə adət-ənənələri ifadə edən idiomlar: to be on 
one’s high horse (“təkəbbürlü olmaq”), to win one’s spurs 
(“ad  qazanmaq”),  to  throw  down  the  glove  (“çağırış 
etmək”); 
 
2)  Xüsusi  adlardan  ibarət  olan  idiomlar:  before  one 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin