209
müq. et: azərb.
saçlarını yolmaq, ing.
tear one’s hair,
azərb.
əl qaldırmaq, ingiliscə
lift one’s hand.
Bir sıra dillərdə ekvivalent idiomların obrazlılıq
nüvəsini heyvanların davranışının təsviri təşkil edir. Belə
idiomatik vahidlərdə heyvanlara xas hal, vəziyyət və ya
hərəkət insana aid edilir. Müq. et: ing.
put one’s tail
between one’s legs – azərb.
quyruğunu qısmaq, ing.
prick
(up) one’s ears – azərb.
qulaqlarını şəkləmək.
Nümunələrdən göründüyü kimi, bu sabit söz birləşmələri
ilə ifadə olunan məzmun yalnız heyvanlara xasdır və
nitqin ekspressivliyini artırmaq məqsədilə işlədilir.
İdiomatik ifadələrin ekvivalentliyinin yaranması,
yuxarıda ötəri qeyd olunduğu kimi, insanların müxtəlif
emosional-psixi vəziyyətləri (ağrı, həyacan, qorxu, hiddət
və s.) ilə də şərtlənir. Belə vəziyyətlər bir sıra ifadələrin
obrazlılığını, ekspressivliyini, emosionallığını şərtləndirən
motiv kimi çıxış edir. Azərbaycan dilindəki
canına
Dostları ilə paylaş: