Tökmə ərintilərinin xalq təssərrüfatında və maşınqayırmada rolu


Əvvəlcə qızma rejimində işləyən sol regeneratorlar isə soyuma iş rejiminə keçir. Yanma məhsulları isə sobanın sağ başlığı ilə sağdakı regeneratorlara daxil olur, onu qızdırır



Yüklə 9,29 Kb.
səhifə3/3
tarix07.01.2024
ölçüsü9,29 Kb.
#205249
1   2   3
12-ci mühazirə

Əvvəlcə qızma rejimində işləyən sol regeneratorlar isə soyuma iş rejiminə keçir. Yanma məhsulları isə sobanın sağ başlığı ilə sağdakı regeneratorlara daxil olur, onu qızdırır.

Beləliklə Marten sobasının bütün işləmə dövründə hava və qaz sobaya fasilələrlə sağ və sol regenera-torlardan keçməklə verilir. Müəyyən edilmişdir ki, poladın sobadan asan buraxılması və keyfiyyətli polad tökmələrin alınması üçün onun temperaturu 1870 K-dən az olmamalıdır. Poladın bu temperatura qədər qızması üçün soba mühitinin temperaturu daha yüksək olmalıdır.Tələb olunan istilik rejimini yaratmaq üçün sobaya verilən həm hava həmdə qaz yanacağı qızdırılmalıdır. Əks təqdirdə sobanı lazımi tempera-tura qədər qızdırmaq mümkün olmur. Məlumdur ki, əvvəllər marten sobasının qızdırılmasında yanacaq kimi generator qazından istifadə edirdilər; bu qazı qızdırmadan istifadə etdikdə sobanın temperatru 1720 K-dən artıq qızdırmaq mümkün olmur. Belə qızma temperaturu isə yalnız çuqunun əriməsini təmin edir və polad istehsalı üçün azlıq edir.

Göstərilmişdir ki, yanacaq kimi yüksək istiliktörətmə qabiliyyətinə malik qazdan istifdə etdikdə o, sobaya qızdırılmadan verilir.

Marten sobasının istilik rejiminə müxtəlif amillər təsir göstərir.

Sobanın işlək həcmi.

Bu hissə döşəmə, yan divarlar və tavanın birgə əmələ gətirdikləri həcmdən ibarətdir.Sobanın işlək həcminin aşağı hissəsi (sobanın döşəmə səthindən yükləmə pəncərəsi səviyyəsinə qədər olan hissəsi) vanna adlanır. Soba işlək meydança tərəfdən yükləmə pəncərələrinə malikdir, şixtə sobaya bu pəncərə-lərdən yüklənir. Vannanın dib hissəsində arxa divar tərəfə müəyyən maillikdə maye metal buraxıcı gözlük yerləşir.Sobanın iş vəziyyətində yükləmə pəncərələri bağlı olur. Pəncərələr yalnız yükləmə zamanı açılır. Onların açılıb bağlanması uzaqdan idarə olunur. Kiçik tutumlu sobalarda bu əməliyyat əl ilə görülür.

Marten sobasının döşəməsi, yan divarları və tavanı (işlək sahə) ən ağır iş rejimində işləyir. Bunların hörgüsü yüksək temperaturlu maye metal, posa və soba qazlarının kimyəvi təsirin, şixtənin yüklənməsi zamanı isə mexaniki zərbələrə məruz qalır.Buna görə də sobanın işlək sahəsi, xüsusilə vanna hissəsi yüksək fiziki-kimyəvi və mexaniki xassələrə malik oadavamlı kərpicdən hörülməlidir.


Yüklə 9,29 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin