Toksikologiyanın inkişaf tarixi?


Zəhərlərin əlavə təsir xüsusiyyətləri?



Yüklə 53,95 Kb.
səhifə16/24
tarix11.11.2022
ölçüsü53,95 Kb.
#68548
1   ...   12   13   14   15   16   17   18   19   ...   24
Toksikologiyanın Əsasları- QISA VARİANT

29. Zəhərlərin əlavə təsir xüsusiyyətləri?
Sənaye zəhərlərinin genetik xüsusiyyətlərə mənfi təsiri siçanlarda 3 nəsil üzərində öyrənilmişdir.Məlum olmuşdur ki, hələ birinci nəsildə dominant mütasiyalar yaranır. Hal-hazırda sübüt edilmişdir ki, etilenimin, civə triemetilenmetilamin bəzi xlorüzvlü petioidlər, alkiladknsulfonatlar, benzol, toluol, uratanvəs. birləşmələr məməlilərin nəsil artımında genetik təhlükəlilik yaradırlar.Somatik mütasiyaların öyrənilməsi nəinki mutagen effektimüəyyən etməyə, həmçinin kimyəvi birləşmələrin kanserogen təhlükəliliyini qabaqcadan söyləməyə imkan verir. Hal- hazırda məlum kansrogenlərin bəzilərinə təbiətdə rast gəlinir.Əsas kimyəvi kanserogen lər əsasən insanın aktiv tədqiqat və istehsalat fəaliyyətinin nəticəsidir. Sənayye zəhərlərinin kansorogen təsiri uzun müddətdə ya istehsalatda, yaxud laboratoriya şəraitində müəyyən kimyəvi birləşmələrlə təmasda olan adamların klinik müayinəsi zamanı nəzərə çarpmışdır.
30. Pestissidlərin qrupları.
Kənd təsərrüfatı bitkilərinin müdafiəsi üçün istifadə olunan kimyəvi preparatlara pestisidlər deyilir.Hazırda 1000-dən çox pestisid böyük müvəffəqiyyətlə tətbiq olunur.Ziyanvericilərlə mübarizə üçün tətbiq sahələrindən asılı olaraq pestisidlər aşağıdakı qruplara bölünürlər.
- akrosidlər- zərərli həşaratlara qarşı;
- nematosidlər- həlqəvi qurdlara qarşı;
- limasidlər – mollyuskalara qarşı;
- funqisidlər- bitkilərin xəstəliklərinə və göbələklərə qarşı;
- bakterisidlər – müxtəlif bakteriyalara və onların əmələ gətirdiyi xəstəliklərə qarşı;
- antiseptiklər – müxtəlif mikroorqanizmlərə qarşı;
- zoosidlər – kənd təsərrüfatı gəmiricilərinə qarşı;
- herbisidlər - alaq otlarına qarşı;
- alqisidlər – müxtəlif su bitkilərinə qarşı;
Göstərilən əsas qruplardan əlavə pestisidlərə bitkilərin boy artmasını stimullaşdırn və tormozlayan maddələr (tənzimləticilər), yarpaqları salmaq üçün istifadə olunan maddələr ( desikantlar), hürküdücü preparatlar (repelentlər) da aiddir. Kimyəvi tərkibinə görə pestisidlər 3 əsas qrupa ayrılırlar;

  1. qeyri –üzvi birləşmələr (civə, mis, barium,ftor, bor, kükürd birləşmələri və xloratlar);

  2. bitki, bakteriya və göbələk mənşəli pestisidlər (piretrinlər,antibiotiklər və fitonsidlər);

  3. üzvi birləşmələr (xlor və fosfor üzvi birləşmələri, karbamin, tio və ditiokarbamin turşularının törəmələri, müxtəlif heterotsiklik birləşmələr,fenolların nitrotörəmələri və s.);




Yüklə 53,95 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin