Toksikologiyanın inkişaf tarixi?


Kəskin zəhərlənmələr haqqında



Yüklə 53,95 Kb.
səhifə21/24
tarix11.11.2022
ölçüsü53,95 Kb.
#68548
1   ...   16   17   18   19   20   21   22   23   24
Toksikologiyanın Əsasları- QISA VARİANT

37.Kəskin zəhərlənmələr haqqında.
Kəskin zəhərlənmə xəstəliyi işçinin bir dəfə zəhərli təmasda olan hallarda baş verir. Kəskin zəhərlənmə texnoloji rejim pozulması , təhlükəsizlik texnikası və sənaye sanitariyasına riayət olunmadığı halda və s. olur.Bu cür zəhərlənmədə ya xəstə tam sağala bilir və yaxud da ölüm baş verir. Benzin sisterillərinin təmizlənməsi zamanı işçi çox yüksək qatılıqlı benzin buxarları ilə nəfəs aldığına görə kəskin zəhərlənmə baş verir və əgər tezliklə havaya çıxarılmazsa, nəfəs yollarının paralici nəticəsində ölüm baş verir. Qıcıqlandırıcı qaz və buxarlar çox nadir hallarda kəskin zəhərlənmə verir, çünki işçi bunu tezliklə nəfəs yolları vasitəsilə hiss edir və işçi zonasını tezliklə tərk edir.Adətən, kəskin zəhərlənmə uzun müddətli sağlamlığın pozulması ilə davam etmir, lakin bir neçə təkrar kəskin zəhərlənmə uzun müddət iş qabiliyyətinin itirilməsinə səbəb ola bilər. Sənaye toksikologiyasında kəskin zəhərlənmə əmsalı adlanan kəmiyyətdən də istifadə edilir.
qəflətən kəskin zəhərlənmə əmsalı
KZƏ=C20
CL50
C20 – buxar və ya qazın havada doymuş qatılığı ; CL50 - ölümə səbəb olan qatılıq .
38. Xroniki zəhərlənmələr haqqında.
Xroniki zəhərlənmə o xəstəliyə deyilir ki, sistematik olaraq və qatılığı və ya dozaya malik zəhərli maddənin daim təsiri altında inkişaf etmiş olsun .Burada nəzərə almaq lazımdır ki, az dozaya malik zəhərli maddə orqanizmə düşdükdə , orqanizmdə zəhərlənmə halı müşahidə olunur.Bir sıra sənaye zəhərləri üçün yalnız xroniki zəhərlənmə xarakterikdir.Bunun səbəbi odur ki, istehsalatda kəskin zəhərlənmələr verə bilən birləşmələrin qatılığı istənilən həddə çatmır.Bunlar qurğuşun , manqan ,trinitrol və civə buxarlarıdır.Bəzi hallarda isə zəhərli birləşmələr xroniki zəhərlənməyə səbəb ola bilmir.Bunun səbəbi onların orqanizmdə parçalanması və orqanizmdən ifraz olunmasıdır.Məsələn, iki valentli dəmir öz- özlüyündə çox təsirli zəhərdir., lakin orqanizmdə sürətlə oksidləşdiyinə görə (üçvalentli kompleks birləşməyə çevrilir)istehsalatda dəmirlə zəhərlənmə halları müşahidə olunmur.Elə sənaye zəhərləri vardır ki, onlar yalnız xroniki zəhərlənməyə misal olaraq Co-nu göstərmək olar.Hər bir sənaye zəhərləri xroniki xəstələnmə verə bilər.Bunun üçün az qatılıqla tədricən təsir olmalıdır.

Yüklə 53,95 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin