Tomas de Vaal qarabag: Ermənistan və Azərbaycan sülh və savaş yollarında t



Yüklə 8.45 Mb.
Pdf просмотр
səhifə1/37
tarix23.12.2016
ölçüsü8.45 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   37

Tomas de Vaal
QARABAG:
Ermənistan və Azərbaycan 
sülh və savaş yollarında
t
& M '
A zsrbay can   R esp u b iik a sı  P rezid entinin
iş ia r  id a ra si
PREZİDENT  KİTABXANASI
Bakı 2008

V  n
Tərcüm əçi: Yusif Axundov 
Redaktor:  Famil İsm ayılov
Tomas de Vaal
Qarabağ:  Erm ənistan və  Azərbaycan  sülh və  savaş yollarında 
(Black  Garden:  Arm enia  and A zerbaijan T hrough Peace  and  W ar)
"İla y  M M C"  2008.  344 səh.
Kitabda  Erm ənistan-A zərbaycan  m ünaqişəsinin  kökləri,  son  mü- 
haribə  zam anı Q arabağda  və üm um ilikdə regionda baş verən olaylar, 
danışıqlar  və  vasitəçilik  prosesi  bitərəf  m üşahidəçi  prizm asından 
araşdırılır.
ISBN  978-9952-25-086-2
©  Tom as  de Vaal
© A BŞ-ın A zərbaycandakı  səfirliyi
This project xvasfunded,  in part,  through a  Grant Agreement 
with the Embassy o fth e   United States ofA m erica.  The opinions, 
findings and conclusions or recommendations expressed herein 
are those o fth e  Author(s) and do not necessarily reflect those o fth e  
United States  Department o f State,  translator or editor.
Bu layihə,  qismən,  Amerika Birləşmiş Ştatlarının  Səfirliyi ilə bağlanmış 
Qrant Sazişi vasitəsilə maliyyələşdirilmişdir.  Burada ifadə edilmiş 
fikirlər, faktlar və nəticələr və ya məsləhətlər Müəllif(lər)ə aiddir və 
heç də mütləcj şəkildə Amerika Birləşmiş Ştatları  Dövlət Departa- 
mentinin,  tərcüməçinin v əy a redaktorun  mövqeyini əks etdirmir.

Ött söz
A zərbaycarı n ə şri  ü çün  ön  söz
Müəllifi  olduğum  "Qarabağ"  kitabı  öncə  ingilis  dilində  nəşr  edilmiş, 
sonradan  isə  rus,  erməni  və Azərbaycan  dillərinə  tərcümə edilmişdir.  Bu 
kitabın Cənubi  Qafqaz  oxucularında  maraq doğurduğunu  görəndə,  mən 
həm fərəhlənir, həm də həyəcanlanıram.
Dağlıq  Qarabağ  münaqişəsi  mövzusunda  yazmağa  cəsarət  edən  hər 
bir  müəllif  əlbəttə  ki,  tənqid  obyektinə  çevrilir.  Bu  kitab  həmçinin 
ermənilər  və  azərbaycanlılar  tərəfindən  tənqid  atəşinə  tutulmuşdur.  Bu, 
təbiidir.  Qarabağ  məsələsi  hər  iki  ölkənin  ən  yeni  tarixinin  təməlində 
durur  və  hər  iki  millət  gələcəyə  irəlilədikcə,  onların  boyunlarından 
asılmış daşa bənzəyir.
Mən  Cənubi  Qafqazı  təmiz  havaya  ehtiyacı  olan  basırıq  otağa  bən- 
zədirəm.  Əlbəttə,  hər şeydən əvvəl bu  münaqişəni  qərəzsiz  təhlil  və  təd- 
qiq  etmək  lazımdır.  Bunu  yalmz  bütün  bölgəni  sərbəst  dolaşmaq 
iqtidarında olan kənar müşahidəçi edə bilər.
Tədqiqatçı  həm  əfsanələri,  həm  də  gerçəkliyi  öyrənməlidir.  Əksər 
münaqişələrdən  fərqli  olaraq,  Qarabağ  çəkişməsi  həqiqətən  də  "düşün- 
cələrdədir."  Qarabağ  haqqında  danışan  ermənilər  və  azərbaycanlılar 
şüursuz  əzbərlədikləri  fikirləri  sadalamağa  başlayırlar  və  bu  mövqelər 
tezliklə  dinləyicinin  beyninə  həkk  edilir.  Bu  baxışlardan  heç  biri  yeni 
deyil,  bu  "aksiomlar"  dəfələrlə  cəmiyyətin  xırmanmda  üyüdülüb  və 
cəmiyyətin özü on ildən artıqdır ki, yeni və ya fərqli bir şey eşitməyib.
Münaqişəni  tədqiq edərkən mən ilk  öncə bu hekayətləri -  əfsanələri -  
öyrənməyə,  sonra isə həqiqəti araşdırmağa qərar verdim.  Xüsusən,  1988- 
ci  ildə münaqişənin necə yarandığmı anlamağa çalışdım.
Atəşkəs  xəttinin  və  uzun  minalanmış  zolaqlarm  ayırdığı  tərəflər 
paralel  dünyada  yaşayırlar,  xəritədə  qonşu  olsalar  da,  on  ildən  çoxdur 
ki,  qarşılıqlı  rəsmi  təbliğat  və  şikayətlərdən  savayı  bir-biri  ilə  heç  bir 
əlaqələri  yoxdur.  Mən  bu  kitabı  yazarkən,  Azərbaycanda  bir  neçə  həftə 
keçirdikdən  sonra,  Azərbaycarun  mövqeyi,  yəni  azərbaycanlıların  bu 
münaqişənin  qurbam  olduqları,  ermənilərin  isə  Azərbaycanm  böyük 
hissəsini  işğal  etdikləri  mənə  yaxm  və  inandırıcı  görünürdü.  Sonra
5

Tomas de  Vaal.  Qarabağ.
atəşkəs  xəttinin  o  tərəfinə Moskvadan  və ya  Gürcüstandan  keçib  getdik- 
də,  mən  tədricən  münaqişəyə  ermənilərin  gözləri  ilə  baxmağa  başlayır, 
onların  dəlillərini  eşitməyə  alışırdım  ki,  ermənilərin  öz  kimliyi  və 
hüquqları uğrunda vuruşmaqdan başqa çıxış yolları olmayıb.
Yalnız  üçüncü  və  ya  dördüncü  səfərdən  sonra  mən  beynimdə  yanaşı 
yer  alan  gerçəkliyin  bu  iki  yarımçıq  versiyalarına  qarşı  özümü  "pey- 
vənd"  edilmiş kimi hiss etməyə başladım.  Mən  tam  əmin  oldum  ki,  əgər 
daim Ermənistanda və ya Azərbaycanda yaşasaydım və qarşı  tərəflə heç 
bir  əlaqəm  olmasaydı,  mən  də  vəziyyəti  eyni  şəkildə  görərdim.  Lakin 
tədricən  qarşımda  alınlarına  qarşı-qarşıya  durmaq  yazılan,  amma  eyni 
zamanda  bir  çox  dəyərləri  bölüşən  iki  cəmiyyətin  fərqli  surəti 
aydınlaşmağa  başladı.  Mən  tez-tez  özümə  sual  verirdim,  hansı  tərəfə 
ürəyim  daha  çox  yanır?  Mənim  səmimi  cavabım  belədir:  hər  iki  tərəfdə 
hörmət etdiyim və rəğbət bəslədiyim insanlar var, lakin ümumi vəziyyət 
ürəkaçan deyil və həyəcan doğurur.
Qəbul  etsələr  də,  etməsələr  də,  bu  iki  xalq  bir-biri  ilə  çoxlu  dostluq, 
qohumluq,  ticarət  və  mədəniyyət  telləri  ilə  bağlıdxr.  Bu  kitabın  məqsəd- 
lərindən  biri  də  münaqişənin  gizlətdiyi  tarixə,  ermənilərlə  azərbaycanh- 
larm  uzunmüddətli  birgə-yaşam  tarixinə  işıq  salmaqdır.  Kitab  üzərində 
işləyərkən  mən  çalışmışam  ki,  keçmiş  dostların və  qonşularm sağlam  və 
şüurlu  səslərinə  mümkün  qədər  çox  yer  ayırım,  çünki  onların  fikirləri 
çox vaxt eşidilmir.
"Qarabağ"  kitabmda  qarşı  duran  tərəflərin  özlərinə  bəraət  qazandır- 
maq  üçün  təqdim  etdikləri  versiyaları  bir  kənara  qoyub,  həqiqətdə  baş 
verən  hadisələrin  araşdınlmasına  cəhd  edilir.  Qeyd  etmək  lazımdır  ki, 
hazırda  qarşı  duran  cəmiyyətlərdə  münaqişənin  iki  versiyası  hökm  sü- 
rür:  azərbaycanlılar hesab edirlər ki,  onlar erməni təcavüzünün günahsız 
qurbanlarıdır və  Azərbaycan  ərazisinin böyük  hissəsi  işğal  edilib;  ermə- 
nilərin  fikrincə,  onlar  öz  tarixi  torpaqlarını  Azərbaycan  təcavüzündən 
azad etmək uğrunda uğurlu müharibə aparıblar.
Hər  iki mövqeyin  nəzərdən qaçırdığı  amil  insan amilidir,  qarabağlıla- 
rın  -  həm  ermənilərin,  həm  də  azərbaycanlılarm -  nəzər  nöqtəsidir.  Qa- 
rabağm  hər  iki  icması  özünü  zəif  və  köməksiz  hiss  edirdi,  onlar  heç  də 
təcavüzkarlara  bənzəmirdilər.  Bir-birlərini  "təcavüzkar"  adlandıran  tə- 
rəflərə insan siması və  insan səsi verib,  onları  canlandırmaqla siyasi kon- 
sepsiyaların  yox,  münaqişənin  və  iki  xalqın  yeni  səpkidə  anlanacağma 
ümid edirəm.
6
On söz
Bəzən tarix o  qədər  əzəmətli  görünür ki,  elə bir heç bir şeyi  dəyişmək 
mümkün  deyil  və  belə  bir  münaqişə  yalnız  daha  çox  qantökməyə  bais 
ola bilər. Amma bununla belə dəyişikliyin qatı əleyhdarı  olan və "doktor 
Yox"  ləqəbi  almış  siyasətçilərdən  birinin  2007-ci  ilin  martında  söylədiyi 
fikirlərə diqqət yetirməyə dəyər:
"Keçmişin  dəhşətləri  və  faciələrinə  qarşı  haqlı  ikrahımız  daha  gözəl 
və  sabit gələcəyin  qurulması  işində bizə  əngəl  olmamalıdır.  Bu  gələcəyə 
baxarkən  biz  heç  vaxt  o  zülmətli  dövrdə  iztirab  çəkənləri  unutmamalı- 
yıq.  Tanrının  köməyi  ilə  biz  bu  zülmətdən  yaxa  qurtarmaq  üzrəyik.  Ən 
gözəl gələcəyin işlənib  qurulmasmda biz  onlara borcluyuq və  əziyyətləri 
hələ də bitməyənlərdən öz səmimi köməyimizi əsirgəməyəcəyik."
Bu  tarixi  sözlər  Şimali  İrlandiya  protestantlarmın  lideri  İan  Peysli'yə 
məxsusdur.  40  il  müxalifətdə  olduqdan  sonra  o,  nəhayət  qatı  düşməni 
olan  katoliklərlə  əməkdaşlıq  etməyə  və  Şimali  İrlandiya  hökumətində 
əvvəllər  "terrorçu"  adlandırdığı  insanla  birgə  işləməyə  razılaşdı.  Beləcə, 
hətta  keçmiş  qırğınlarm  miras  qoyduğu  mürəkkəb  irsə  sahib  çıxan 
cəmiyyətlərdə  münasibətləri  dəyişmək  mümkündür.  Biz  keçmişin 
əsarətindən qurtulmalıyıq.
Bu  kitabın  özülündə  duran  tədqiqat  təqribən  120  birbaşa  müsahibə- 
nin  əsasında  işlənib.  Əlbəttə  ki, fərdi ifadələr subyektiv olduğundan,  ha- 
disələrin  düzgün  canlandırılması  üçün  mən  çoxsayh və fərqli  mənbələrə 
müraciət  edib,  tarazlığı  saxlamağa  çahşmışam.  Həmçinin  bəlli  oldu  ki, 
yazılı  materiallar əksər hallarda etibarsız,  qərəzli və natamamdır.
Bu  tədqiqatın  aparılması  və  kitabın yazılmasında  onlarla  insan  mənə 
yardımçı olmuşdur.  Onlardan bəziləri yazdıqlanmla razılaşmayacaqları- 
nı əvvəlcədən bilirdilər, məhz buna görə onların səxavətinə öz hədsiz eh- 
tiramımı  bildirirəm.  Bu  kitab  ABŞ  Sülh  İnstitutunun  ayırdığı  səxavətli 
qrantın  sayəsində  ərsəyə  gəlmişdir.  Kitab üzərində işləyərkən  Londonda 
yerləşən  "Barışıq  Resursları"  təşkilatı  mənə  inzibati  və  mənəvi  dəstək 
göstərdi.  Bu  təşkilat  həmçinin  münaqişənin  həll  edilməsi  üzərində 
işləyən  Britaniya  qeyri-hökumət  təşkilatları  konsorsiumu  çərçivəsində 
Britaniya  hökumətinin  "Qlobal  münaqişələrin  qarşısmm  alınması  fon- 
dunun"  vəsaiti ilə kitabın rus dilinə tərcüməsini maliyyələşdirdi.
Bu  layihəyə  başlayarkən  "sülh"  mənim  diqqət  mərkəzimdə  deyildi, 
lakin  kitabı başa  verəndə  mən  əmin  oldum  ki,  hər  iki  tərəfdən  ağrılı  gü- 
zəştlərə  söykənən  sülh  razılaşması bu  çətin  vəziyyətdən  yeganə  ədalətli 
və mümkün çıxış yoludur.
7

Tomas de Vaal.  Qarabağ.
Bu  kitabm  ərsəyə  gətirilməsində  bir  çox  insanın  zəhməti  var.  Azər- 
baycanda  əksər  müsahibələrin  təşkil  edilməsində  mənə  yaxmdan 
köməklik  edən  Zaur  Əliyevə;  praktik  yardım,  ətraflı  məlumatları  və 
insanlığma görə Azad İsazadəyə; və Qarabağ münaqişəsi haqqında dərin 
bilikləri,  qərəzsizliyi  və  ədalətli  mühakiməsi  ilə  Qafqazda  hamıdan  seçi- 
lən Arif Yunusa öz xüsusi minnətdarlığımı bildirirəm.  Eyni zamanda kö- 
məkliklərini  əsirgəməyən  həmkarım  Şahin  Rzayev,  Arzu  Abdullayeva, 
Vuqar  Əbdüsəlimov,  Ülvi  İsmayıl,  Fuad  Axundov,  Səbinə  Əliyeva,  foto- 
şəkillərə  görə  Xalid  Əsgərov  və  Oleq  Litvin,  BBC  şirkətinin  Bakı 
nümayəndəliyi,  Rauf  Hüseynov,  Tahir  Cəfərov,  Kərim  Kərimli,  Vahid 
Mustafayev,  Hikmət Sabiroğlu,  Rauf Talışinski, Leyla Yunus və səxavətli 
ev sahibim Devid Stem'in adlarmı çəkmək istərdim.
Azərbaycan  nəşrinin  gerçəkləşməsində  əməyi  olan  insanlara,  o 
cümlədən  layihənin  yüksək  səviyyədə  maliyyələşdirilməsi  və  idarə 
edilməsinə  görə  Stefani  Zom,  Aydan  Əsgərova  və  ABŞ-m  Azərbaycan- 
dakı  səfirliyinin  digər  əməkdaşlarına,  kitabı  tərcümə  edən  Yusif 
Axundov və redaktə edən Famil İsmayılova öz təşəkkürümü bildirirəm.
Həmçinin  qeyd  etmək  istərdim  ki,  bu  kitab  həyat  yoldaşım  Georgina 
Uilson'a sevgi ilə ithaf edilir.
Qarabağ  azərbaycanlıların  ən  yaralı  yeridir  və  bir  çox  Azərbaycan 
oxucuları  bu  kitabda  yazılanları  maraqla  qarşılayacaqlar.  Sizi  siyasi 
məqsədlər  naminə  buradakı  məlumatlara  seçimli  şəkildə  istinad  etmək- 
dən  çəkinməyə  çağınram.  Bu  kitab  yalnız  vahid  və  tam  şəkildə  səhih 
sayıla bilər.
Tomas de Vaal, 
London,  15 dekabr 2007-ci il.
8
Giriş
Giriş.
X Ə T T İ  K E Ç Ə R K Ə N
Cəbhə xətti, 19  may 2001-ci il.
Bu  sərhəd  bəlkə  də  dünyanın  ən  keçilməz  hüdudlarından  biridir. 
Azərbaycanm  Tərtər  şəhərindən  bir  neçə  kilometr  sonra  yol  tozlu 
səhrada  Azərbaycan  ordusunun  blok-postuna  dirəndi.  Tikanlı  məftilə 
ilişmiş kamuflyaj  qırıqları və bir də qurumuş ot küləkdən titrəyirdi.
Buradan  biz,  yəni  bir  qrup  Qərb  və  Rusiya  jumalisü  və  diplomatı 
Azərbaycan  ordusunun  polkovniki  Elxan  Əliyevin  müşayiəti  ilə  neytral 
zonaya  üz  tutduq.  Vasitəçilər  bir  neçə  ay  öncə  Floridada  keçirilən  sülh 
damşıqlarında  Ermənistan  və Azərbaycan prezidentlərinin əldə etdikləri 
irəliləyişi inkişaf etdirmək ümidi ilə bura gəlmişdilər.
Azərbaycanhlann  və  Dağlıq Qarabağ ermənilərinin mövqeləri  arasın- 
dakı cəbhə xəttini keçməklə vasitəçilər sülh prosesinə əlavə təkan vermə-
li  idilər.  Əfsuslar olsun  ki,  biz  cəbhə xəttinə  çatanda  sülh  razılaşması  ar- 
tıq gündəmdən düşmüşdü.
1994-cü  ildən bəri bu  xətti heç  kim  keçməmişdi.  Həmin  il  iki  il  yarım 
davam edən tam-miqyaslı hərbi  əməliyyatlardan sonra ermənilərin hərbi 
qələbəsini  faktiki  olaraq  təsdiqləyən  atəşkəs  sazişi  bağlandı.  O  vaxtdan 
etibarən  atəşkəs  xətti  tədricən  300  kilometr  uzunluğu  olan  səddə  çevril- 
di.  Qum  kisələri  və  tikanlı  məftildən  qurulmuş  bu  sədd  Cənubi  Qafqazı 
iki yerə böldü.
Polkovnik  Hüseynov  səliqəli  səhra  formasmda  idi,  tünd  eynək  gözlə- 
rini  gizlədirdi.  Onun  sözlərinə  görə,  həmin  səhər  təmas  xəttində  atışma 
olmuşdu,  amma  heç  kim  yaralanmamışdı.  Qrupumuzun  bəzi  üzvləri  zi- 
rehli  jilet  geyməyə  üstünlük  verdilər.  Rusiyalı  vasitəçi  Nikolay  Qribkov 
başına  "New  York  Yankees"  yazılmış  kepka  qoymuşdu.  Yoldaşlardan 
biri  zarafatla  dedi  ki,  əks  tərəfdə  "Yankees"  komandasının  köhnə  rəqibi
-   "Mets"  beysbolçularmın  azarkeşi  olsa  idi,  bu  dəqiqə  Qribkovun 
alnmdan nişan alardı.
Polkovnik  bizi  qum  səddinin  yamndan  aparıb  ensiz  kənd  yoluna 
çıxartdı.  Yolu  həmin  səhər  onun  əsgərləri  minadan  təmizləmişdilər.
9

Tomas de Vaal.  Qarabağ.
Bizim  yürüşümüz  kənardan  qəribə  görünə  bilərdi:  quşların  aramsız 
civiltisi  altında  əllərində portfel  tutmuş  və  arxalarınca  çarxlı  çamadanlar 
sürüyən  adamlar  neytral  zonaya  doğru  hərəkət  edirdilər.  Bu  cansız 
ərazidən  keçən  yolun  kənarlarında  insan  boyunda  ağ  və  al-qırmızı 
qanqal gülləri ucalırdı.
Beş  dəqiqədən  sonra  biz  "düşmənə"  -   bizi  yolda  gözləyən  bir  qrup 
erməni  əsgərinə  gəlib  çatdıq.  Onlar,  demək  olar  ki,  Hüseynov  və  onun 
adamlarımn  geyindikləri  eyni  səhra  formasmda  idilər,  fərq  yalnız  onda 
idi  ki,  onların  papaqları  dördkünc,  azərbaycanlılarda  isə  yumru  idi,  er- 
mənilərin  qollarında  tanınmamış  Dağhq  Qarabağ  Respublikasını  bildi- 
rən  "NKR"  nişanı  var  idi.  Onlarla  Avropa  Təhlükəsizlik  və  Əməkdaşlıq 
Təşkilatımn  (ATƏT)  bir  qrup  atəşkəs  müşahidəçiləri  də  gəlmişdi.  Bizə 
təklif  edilmiş  erməni  pivəsi  və  üzərinə  qara  kürü  yaxılmış 
buterbrodlardan  ibarət  yüngül  qəlyanaltı  iki  düşmən  tərəfin  mətbəxini 
diplomatik şəkildə özündə təcəssüm etdirirdi.
Ermənilərin  komandiri  Vitali  Balasanyan  saçları yanlardan  ağarmağa 
başlayan hündür kişi idi.  Bir-birinin gözlərinə baxmadan Hüseynovla bir 
anlıq  əllərini  sıxıb  görüşdülər.  Maraqlandıq  ki,  əvvəllər  görüşüblərmi? 
"Ola  bilər",  -   Hüseynov  cavab  verdi.  Bu  sözlərlə  o,  demək  istəyirdi  ki, 
döyüş  meydamnda  görüşə  bilərdilər.  Qarşı-qarşıya  duran  bölmələrin 
komandirləri  arasında  heç  bir  əlaqə  yox  idi,  hərçənd  ki,  telefon  rabitəsi 
olsa  idi,  hər  iki  tərəfdən  tələfatı  azaltmağa  kömək  edə  bilərdi  (hər  il 
atışma  nəticəsində  orta  hesabla  otuz  nəfər  tələf  olurdu).  Görəsən,  cəbhə 
xəttinin  üzərindən  telefon  xətti  çəkmək  istəyərdilərmi?  "Yaxşı  olardı"  -  
Balasanyan  cavab  verdi,  Hüseynov  isə  dedi  ki,  bu,  onun  səlahiyyətlərin- 
dən kənardır.  Bir az  əw əl  o,  Qarabağın erməni  qoşunlarını  "quldur dəs- 
təsi" adlandırmışdı.
Yolun  ikinci  hissəsini  erməni  mövqelərinə  kimi  qrupumuzu  Balasan- 
yan  müşayiət  etdi.  Gözlərimizin  önündə  mavi  meşələrlə  örtülmüş 
Qarabağ  dağları  ucahrdı.  Ağlasığmaz  paradoks  haqqında  düşündüm. 
Atəşkəs  xəttinin  keçilməsi  mümkün  olmadığmdan  bu  gün  Dağlıq 
Qarabağa  aparan  yeganə  yol  Ermənistandan  keçir.  2000-2001-ci  illərdə 
on  dörd  ay  ərzində  Azərbaycandan  Qarabağa  və  əks  istiqamətdə 
dəfələrlə  səfər  etmişdim.  Hər  dəfə  yüzlərlə  kilometr  -   ya  Gürcüstan 
ərazisindən  maşınla,  ya  da Moskvadan  təyyarə  ilə -  qət etməli idim.  İndi 
isə,  cəmi  bir  neçə  dəqiqəyə  bir  tərəfdən  digər  tərəfə  piyada  gedib
1 0
Giriş
mənzilimə  çatdım.  Məhz  bu  marşrutun  məntiqə  uyğunluğu  məni  hey- 
rətə gətirdi:  nəhayət ki, xəritədəki bu iki ərazi birləşdi.
İki  xalq  arasında  nəhəng  tarixi  və  siyasi  uçurumu  aşa  bilən  azərbay- 
canlı  və  erməni  yalnız  bircə  dəfə  neytral  ərazidə  bir-birinə  əllərini 
uzatdılar.
Tarixin  iki  versiyası  bu  çığırda  üz-üzə  gəldi.  Erməniləri  və  azərbay- 
canlıları  dinləsən,  elə  çıxır  ki,  münaqişənin  səbəbini  xristianlarla  müsəl- 
manların,  ermənilərlə  türklərin,  Qərblə  Şərqin  arasmdakı  səddə 
axtarmaq lazımdır.  Amma məsələ bundadır ki,  heç kəs deyə bilmir ki, bu 
sədd  haradan  keçir.  Yaşıl  meşələri  və  gözəl  təbiəti  ilə  gözlərimizin 
önündə duran  Dağlıq Qarabağın ermənilərin əlinə keçməsi  azərbaycanlı- 
lar üçün düşmən işğalı, ermənilər üçün isə,  ədalətin qələbəsidir.
Dağlıq  Qarabağ  hər  iki  xalq  üçün  böyük  mədəni  və  rəmzi  əhəmiyyət 
daşıyır.  Ermənilər Qarabağı erməni məlikləri və yepiskoplanmn tarixi sı- 
ğmacağı,  xristian  sivilizasiyasmm  şərq  və  türk  dünyası  önündə  son  da- 
yaq  nöqtəsi  kimi  qəbul  edirlər.  Azərbaycanlılar  üçün  Qarabağ  öz  mə- 
dəniyyətlərinin  beşiyi,  istedadh  musiqiçilər  və  şairlərin  vətənidir.  Er- 
mənilərin tarixi bu  anklav,  onun m onastırlan  v ə məlikləri  olmadan nata- 
mam  qalır;  Azərbaycan  öz  növbəsində  coğrafi  və  iqtisadi  cəhətdən  Dağ- 
lıq Qarabağsız zəifdir.
2001-ci ildə dağılmış yolda duran müsafirlər üçün vəziyyət amerikalı, 
fransız və rusların qaydaya  salmaq istədikləri bir sıra təzadlı amiüər top- 
lusu  kimi  görünürdü.  Yeddi  il  ərzində  ermənilər  təkbaşma  Dağlıq 
Qarabağın və  ətraf rayonlarm demək olar ki, bütün  ərazisinə, yəni  Azər- 
baycanm  beynəlxalq  səviyyədə  tamnmış  ərazisinin  14  faizinə  sahib 
çıxmışlar.  Yüz  minlərlə  azərbaycanlı  öz  doğma  el-obalarından  qovul- 
muşdu.
Buna  cavab  olaraq,  böyük  ərazi  itkisinə  məruz  qalan  Azərbaycan 
Türkiyə  ilə  bərabər  Ermənistanla  sərhədlərini  bağlayıb,  Ermənistan 
iqtisadiyyatmı iflic vəziyyətinə saldı.
Nəticədə yaranmış  tədrici  intihar vəziyyətindən  ölkələr özləri  əziyyət 
çəksələr  də,  bir-birlərinə  zərbə  vurmağa  çalışırdılar  ki,  damşıqlar  masa- 
sında daha faydalı mövqe əldə edə bilsinlər.
Son  illər  bu  dondurulmuş  münaqişəyə  beynəlxalq  müşahidəçilərin 
yetərincə  diqqət ayırmaması  onların  öz ziyanmadır.  Nizamlanmamış  qa- 
lan  münaqişə  Qara  və  Xəzər  dənizləri  arasmda  yerləşən  böyük  bölgəni 
durğunluq  vəziyyətində  saxlayır.  Türkiyə  və  Mərkəzi  Asiya,  Rusiya  və
11

Tomas de  Vaal.  Qarabağ.
İran  arasmda  əlaqələr  əngəllidir,  neft boru  kəmərlərində  tıxaclar  törənir, 
dəmir  yolları  yarıda  kəsilir.  Hər  iki  ölkə  alyanslar  yaradıb,  beynəlxalq 
ictimaiyyətin  rəyini  qütbləşdiriblər.  Rusiya  və  İranı  özünə  ən yaxın  dost 
ölkə  sayan  Ermənistan  Rusiyanın  hərbi  bazalarını  öz  ərazisində  2020-ci 
ilədək  saxlamağa  razılaşmışdır.  Azərbaycan  Qərbdə  dost  qazanmaq 
üçün  Xəzər  dənizindəki  öz  neft  yataqlarından  məharətlə  istifadə  et- 
di.  Azərbaycanm  Gürcüstan və  Türkiyə  ilə  koalisiyasınm   əsasını  təş- 
kil  edən  Bakı-Tbilisi-Ceyhan  neft  boru  kəməri  2005-ci  ildə  bu  üç  öl- 
kəni  Qərbin  enerji  bazarlarına  birləşdirm əlidir.
Birləşmiş  Ştatlar  istəsə  də,  istəm əsə  də,  bu  münaqişəyə  qatılıblar. 
Əsasən  Kaliforniya  və  M assaçusets  ştatlarında  yaşayan  bir  milyona 
yaxın  erməni  icması  ABŞ-ın  ən  seçilən  etnik  icmalarından  biridir, 
erməni  lobbisi  isə  Konqresdə  ən  güclülər  sırasındadır.  Lakin  digər 
tərəfdən,  Ekson-M obil  və  Şevron  kimi  iri  şirkətlər  Xəzər  neftinə  iri 
sərmayələr  qoymaqdadırlar,  Azərbaycamn  Rusiya  əleyhinə  Qərb- 
yönlü  mövqeyi  Ceyms  Beyker  və  Henri  Kissincer  kimi  nüfuzlu  siya- 
sətçilərin  rəğbətini  qazanmışdır.
Bütün  bunlara  əsaslanıb  demək  olar  ki,  bu  dağlıq  bölgədə  baş  ve- 
rə  biləcək  hadisələrə  görə  Qərbin  narahat  olması  üçün  müəyyən 
əsaslar  var.  Qarabağ  münaqişəsinin  hətta  çox  məhdud  və  kiçik  m iq- 
yasda  yenidən  başlam ası  Avropa,  Rusiya  və  Yaxm  Şərqdə  həyəcana 
səbəb  ola  bilər.  Yeni  münaqişənin  ən  dəhşətli  variantm da  Ermənis- 
tan  öz  hərbi  m üttəfiqi  olan  Rusiyadan  köməklik  istəyəcək,  Azərbay- 
can  ordusu  isə  öz  növbəsində  NATO-nun  üzvü  olan  Türkiyəyə 
müraciət  edəcək.  Bununla belə,  beynəlxalq  boru  kəmərinin  m arşrutu 
yaxınlığında  hərbi  əm əliyyatlann  aparılmasına  neft  şirkətlərinin 
münasibəti  birm ənahdır.  Bir  qərb  neft  mütəxəssisinin  söylədiyi 
kimi,  "potensial  müharibə  zonasında  13  milyard  dollar  sərf  etm əyə 
heç kəsin həvəsi  yoxdur."
1999-cu  ilin  aprel  ayından  etibarən  Azərbaycan  və  Erm ənistan 
prezidentləri  Heydər  Əliyev  və  Robert  Koçaryan  10-dan  artıq  ikitə- 
rəfli  görüşlər  keçirmişlər.  Bu  görüşlərdə  form alaşan  m üsbət  işgüzar 
m ünasibətlər  münaqişənin  nizamlanmasına  dair  diskussiyalara 
imkan  yaratdı.  Nəticədə,  2001-ci  ilin  aprelində  Floridanın  Ki-Uest 
şəhərində  beş  günlük  görüş  təşkil  edildi.  Həmin  toplantıya  qatılm ış 
üç  "fövqəl-dövlətin",  yəni  Rusiya,  Fransa  və  ABŞ  diplom atları 
danışıqlar  form atını  genişləndirdilər.  Ümumi  rəyə  görə,  ilk  dəfə  idi 
12
Giriş
ki,  səmərəli  keçirilm iş  bu  görüşdə  H.Əliyev  və  R.Koçaryan  öz 
ixtilaflarım   həll  etməyə  belə  yaxın  idilər.  Bir-iki  aydınlaşdırılmamış 
məsələni  nəzərə  almasaq,  çərçivə  sülh  sazişini  artıq  hazır 
adlandırmaq  olardı.  Qafqaza  etdiyimiz  bu  səfərin  məqsədi  həmin 
boşluqları  aradan  qaldırmaq  idi.
Prezident  Heydər  Əliyev  narazı  idi.  Uzun  masanın  arxasmda 
köm əkçilərinin  əhatəsində  oturmuş  Politbüro  və  DTK  veteranı 
məyus  görünürdü.
Biz  Azərbaycanın  paytaxtı  Bakıda  idik,  vasitəçilər  Qafqaza  səfər- 
lərini  məhz  buradan  başladılar.  Florida  danışıqlarmdan  sonra  həm- 
sədrlər  hər  iki  prezidentə  ölkələri  daxilində  daha  geniş  debatlar 
aparmağa  imkan  yaratdılar.  Prezidentlərin  iyunda  İsveçrədə  növbəti 
görüşü  planlaşdırılmışdı.  Hamı  bu  görüşə  ümidlə  baxırdı,  çünki  yer- 
də  qalan  m əsələlər  bu  damşıqlarda  öz  həllini  tapa  bilərdi.  Vasitəçi- 
lərdən  biri  ilə  söhbət  zamanı  o,  bildirm işdi  ki,  Əliyev  və  Koçaryan 
Ki-Uestdə  sülhə  aparan  yolun  "80-90  faizini"  qət  ediblər.  Vasitəçilə- 
rin  bu  yüksək  səviyyəli  Qafqaz  turnesinin  məqsədi  tənzimlənməmiş 
Ermənistan-Azərbaycan  m ünaqişəsindən  əziyyət  çəkən  adi  insanları 
dünya  ictim aiyyətinin  diqqət  m ərkəzinə  çəkmək  idi.  Səfər  zamanı 
dövlət  rəhbərləri  ilə  bərabər  azərbaycanlı  qaçqmlarla  və  Ermənista- 
nın  kasıb  və  işsiz  əhalisi  ilə  görüşlər  keçirildi.
Heydər  Əliyev  yorğun  görünürdü,  lakin  amiranə  gülümsəyib  və 
hərdən-bir  kameralara  nəzər  salaraq  üç  xarici  vasitəçi  ilə 
diskussiyaya  başladı.  Aydın  oldu  ki,  daxili  müzakirələrin  nəticələri 
ürəkaçan  deyildi.  Sonradan  məlum  oldu  ki,  danışıqlarda  digər 
güzəştlərin  əvəzinə  Əliyev  Qarabağı  erm ənilərə  verməyə  hazır  idi, 
lakin  Ki-Uest  danışıqlarından  sonra  Əliyevin  məsləhət  üçün 
m üraciət etdiyi  şəxslər bu  variantı  rədd  etm işdilər.
Rusiyanı  təmsil  edən  Qribkov  Azərbaycan  prezidentini  ötən  ad 
günü  münasibəti  ilə  təbrik  etdi.  "Təbrik  etdiyinizə  görə  təşəkkür 
edirəm ,"  -  Əliyev  ara  verdi,  və  sonra  davam  etdi,  -   "lakin  mənim  əsl 
ad  günüm  biz  sülh  sazişi  bağlayanda,  bütün  torpaqlarımız  azad  edi- 
ləndə  olacaq.  Bu  məsələ  ilə  məşğul  olduğum  bütün  illər  ərzində  mə- 
nim  üçün  heç  bir  bayram  əsl  bayram  deyildi,  ad  günüm  də  həmçi- 
nin.  Mən  öz  ad  günümü  unutmuşdum,  çünki  bütün  fikirlərim  təkcə 
bu  problemlə  bağlıdır."  Öz  ciddi  baxışı  ilə  prezident  sanki  ona  inan- 
mağımızı bizdən  tələb  edirdi.



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   37


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə