Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə4/50
tarix18.04.2017
ölçüsü5,74 Mb.
#14373
1   2   3   4   5   6   7   8   9   ...   50

3) Yusuf Qardavi deyir ki: Bizim Yəhudilərlə Cihadımız onların Yəhudi olmalarına görə deyildir, Onlarla döyüşümüz onların etiqadlarına görə deyildir, biz onlarla torpaqlara görə döyüşürük. Kafirlərlə onlar kafir olduqlarına görə döyüşmürük, onlarla torpaqlarımızı zəbt etdikləri üçün döyüşürük140. Quran və Sünnəyə müxalif olmuşdur. Çünki bizim Kafirlərlə döyüşümüz etiqada görədir. İbn Ömər - radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına və Muhəmmədin Allahın Elçisi olduğuna şəhadət edincəyə, namaz qılıncaya, zəkat verincəyə qədər insanlarla vuruşmağa əmir olundum. Elə ki, bunu etdilər, İslamın haqqı müstəsna olmaqla öz qanlarını və mallarını məndən qorumuş olurlar. Haqq-hesablarını çəkmək isə Allaha aiddir»141. İbn Bazz rahmətullahi aleyhi - deyir ki: Bizim Yəhudilərlə döyüşümüz Dinə görə deyildir sözləri pis, yalnış və inkar ediləsi bir sözdür. Yəhudilər möminlərə qarşı ən açıq-aydın düşmənlərdir. Allah buyurdu: Yəhudiləri və müşrikləri iman gətirənlərə qarşı düşmənçilik edən insanların ən pisi olduğunu görəcəksən.... (Əl-Maidə 82).


4) Yusuf Qardavi Xristianlar barəsində demişdir: “Mən onlar barəsində deyirəm ki: Xristianlar - Bizim qardaşlardır”. Lakin bəzi insanlar məni bu sözlərimə görə qınayırlar. Axı Allah buyurur: Həqiqətən möminlər qardaşdırlar. Biz də, onlar da özümüzə görə möminik axı”142. Heç bir səhabə, dörd məzhəb imamlarından və onlardan sonra gələn imamlardan, heç bir təfsir alimi bu ayəni bu cür təfsir etməmişdir. Heç bir özünə Sələfi deyən kəs Xristianı qardaş adlandırmamışdır. Həqiqətən, kitab əhlindən kafir olanların və müşriklərin yeri cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidirlər. (əl-Bəyyinə 6). Şeyx Useymindən rahmətullahi aleyhi - kafir bir kimsəyə deyilən: “Mənim qardaşım” sözü barəsində soruşurlar. O dedi: “Qardaş” sözünü müsəlmandan qeyrisinə söyləmək qadağandır və icazəli deyildir. Çünki burada din qardaşlığından söhbət gedir. Kafir isə din qardaşı ola bilməz”143. Bəziləri Qardavinin tərəfini saxlayaraq üzürxahlıq gətirirlər ki, burada “Qardaş” sözü lüğəti mənada söylənmişdir. Necə ki, Allah buyurdu: Onların qardaşları Saleh. Lakin bu üzürxahlıq əsası olmayan batil bir üzürxahlıqdır. Qardavinin sözləri açıq-aydındır.

5) Qardavi partiyaların, cəmaatların qurulmasını İslamda halal görür. O, deyir: “İslam ölkəsində siyasi partiyaların qurulmasına dair heç bir dəlil yoxdur”144. Allah isə bunu qadağan edərək buyurdu: Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!. (Ali İmran 103). (Allahdan tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar. (Ali İmran 105). (Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!. (əl-Ənam 159). Əbu Hureyrə - radıyallahu anhu deyir ki: “Bu ayə bu ümmət üçün nazil olmuşdur”145. Şeyx Muqbil rahmətullahi aleyhi - deyir ki: “Müsəlmanların bir çox cəmaatlara parçalanması bu əsrin bidətindəndir”146. Auf b. Məlik - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Yəhudilər yetmiş bir firqəyə bölünəcəklər, Xristianlar yetmiş iki firqəyə bölünəcəklər, Qəlbim əlində olan Allaha and olsun ki, mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir, onlardan yalnız biri - Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir»147. İbn Ömər - radıyallahu anhu nun rəvayətində isə səhabələr Cənnətə düşən firqə haqqında soruşdular. Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Onlar mənim və səhabələrimin yolu ilə gedənlərdir»148. Başqa rəvayətdə: Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «O, da cəmaatdır»149. Qardavi bu hədisi zəif hesab etmişdir. Halbuki ümmətin muhəddisləri bu hədisi səhih hesab etmişlər. Onlardan: Həkim, Zəhəbi “Mustədrək” 1/128, Tirmizi 3/367, İbn Hibban “Səhihdə” 8/48, Bəğavi “Şərh Sunnə” 1/213, İbn Kəsir “Təfsir” 1/390, İbn Teymiyyə “əl-Məsəil” 2/83, Şatibi “əl-İtisam” 3/38, İbn Həcər “Təxricul Kəşəf” 63, Suyuti “Cəmius Səğir” 1223, Əhməd Şakir “Təxricul Musnəd”, əl-Albani “Səhih Cəmi”, “Səhih Silsilə” 203, 204.

6) Qardavi kafirləri bayramları münasibətilə təbrik etməyi, onların bayramlarında iştirak etməyi icazəli görmüşdür150. Biz (keçmişdən bəri) hər ümmət üçün bir şəriət müəyyən etdik ki, ona əməl edərlər. (əl-Həcc 67). Ömər - radıyallahu anhu deyir ki: “Allahın düşmənlərindən onların bayramları vaxtı uzaqlaşmaq”151. İbn Teymiyyə rahmətullahi aleyhi - deyir ki: “Kafirlərin bayramlarından hər hansındasa iştirak etmək (xoşlamaq) onu ifadə edir ki, insan onların yalançı etiqadları və adətləriylə razıdır”. İbn Teymiyyə rahmətullahi aleyhi - deyir ki: “Müsəlman bir kimsəyə kafirlərin bayramında bayramla əlaqəli olan: yemək, paltar, ətir və s. Şeyləri satması qadağandır”152. İbn Qeyyim rahmətullahi aleyhi - deyir ki: “Alimlərin icmasıyla kafirləri bayramları münasibətilə təbrik etmək qadağandır. Bu eynilə bir kimsəni içki içməsi, adam öldürməsi və zina etməsiylə təbrik etmək kimidir”153. Şeyx Useymin rahmətullahi aleyhi - deyir ki: “Müsəlman bir kimsəyə kafirlərin bayramlarına dəvət alaraq icabət etməsi qadağandır. Bu təbrik etməkdən daha pisdir, çünki bu məclisdə iştirak etmək deməkdir”154. Ənəs İbn Məlik - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinəyə gəldiyi zaman onun əhalisinin iki bayram günü vardı. Onlar bu günü müxtəlif oyunlar və əyləncə ilə keçirərdilər. Peyğəmbər: “Bu günlər nə deməkdir?”. Onlar: “Bu günləri biz bütpərəstlikdən qaldığı üçün qeyd edir və əylənirik”. Peyğəmbər: “Həqiqətən Allah bu iki günü daha xeyirli iki günlə əvəz etdi: Qurbanlıq və Ramazan”155.

7) Bir gün Qardavi Cümə xütbəsini bitirdikdən sonra dedi: “Öz yerimi tərk etməmişdən öncə İsrail dövlətini seçkilər münasibətilə təbrik etmək istərdim. Təsəvvür edin, necə ədalətli. Kiçik bir dəstə seçkilərin gedişinə təsir etmişdir. Buna görə biz İsraili təbrik edirik. Biz istərdik ki, bizim ölkəmizdə bu ölkə kimi olsun. 100% göstəricidən 99,9% səs toplamağa necə baxırsınız. Bu nədir belə? Allah belə öz namizədliyini insanlar arasında irəli sürsəydi O da bu qədər səs faizi toplamazdı. Biz buna görə İsraili təbrik edirik”156. Şeyx Useymindən rahmətullahi aleyhi - bu barədə soruşduqda o dedi: “Allaha sığınıram! Bu sözləri söyləyən kimsə tövbə etməlidir, əksi təqdirdə mürtəd kimi öldürlməlidir. Çünki o, məxluqları Xaliqə bərabər tutmuşdur. Buna görə mütləq tövbə etmək lazımdır, Allah tövbələri qəbul edəndir. Əksi təqdirdə müsəlmanların Rəhbəri onun boynunu vurmalıdır”157.

8) Qardavi Peyğəmbərin sallallahu aleyhi və səlləm atası Abdullah İbn AbdulMutallib barəsində deyir: “Abdullah İbn AbdulMuttalibin günahı nədir? O, dəvət çatmayan kimsələrin sinifinə daxildir (Fitrət əhlidir) və cəzadan da qurtulacaqdır”158. Səhih Muslimdə hədis ola-ola bu sözləri deyir: Peyğəmbər-dən sallallahu aleyhi və səlləm bir nəfər soruşur: Mənim atam haradadır?”. Peyğəmbər: “Mənimdə, sənində atan Oddadır”. Onlar fitrət əhli deyillər ki, Qiyamət günü də qurtulsunlar. Çünki o, vaxtı İbrahimin Hənif dini vardı.

9) Əbu Bəkrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «O, xalq uğur qazanmaz (müvəffəq olmaz) əgər onun başında idarəçi qadındırsa»159. Bu hədis barəsində Qardavi deyir ki: “Bu Peyğəmbərin sallallahu aleyhi və səlləm zamanına, kişilərin idarə etdiyi zamana aiddir. Bizim zaman buna aid deyildir”160. Bu sözü Qadavidən başqa heç bir Sələf alimi deməyib161.

10) Qardavi Musiqini halal görür162. Yalnız nəfsi-istəkləri özlərinə qalib gələn kimsələr musiqi dinləməyi halal görmüşlər. Bu qədər qadağalar olmasına rəğmən. Onlar bütün bu hədisləri zəif hesab etmişlər. Səhih Buxaridə gələn hədisidə zəif hesab etmişlər. Allahu Əkbər! Əbu Məlik əl-Əşari - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ümmətimdən zinanı, ipəyi, içkini və musiqi alətlərini halal qəbul edən insanlar çıxacaq...»163. İbn Qeyyim rahmətullahi aleyhi - deyir ki: «Məazif bütün çalğı alətləridir. Bu xüsusta dilçilər arasında görüş ayrılığı yoxdur. Əgər bunlar halal olsaydı, heç bir zaman bunları halal qəbul etdikləri üçün onları qınamaz və zinanın halal qəbul edilməsi ilə birlikdə söz etməzdi. Ayrıca bu hədisdə çalğı alətlərini halal qəbul edənləri Uca Allah yerin dibinə keçirməklə, onları meymunlara və donuzlara döndərməklə təhdit etmişdir…»164. İbn Bazz rahmətullahi aleyhi - deyir ki: “Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər vermişdi ki, son zamanlarda (ümmətimdən) içki, zina, ipək və musiqi alətlərini halal görən (icazə verən) kimsələr çıxacaqdır. Bu da Peyğəmbər sallallahu aleyhi və səlləm in möcüzələrindəndir ki, artıq baş vermişdir. Bu hədis musiqi alətlərinin qadağan olunması və həmçinin də buna icazə verənləri pisləyən açıq-aydın dəlildir, necə ki, içki və zinanı icazə verənləri pislədiyi kimi. Ayə və hədislər mahnı və musiqidən (insanı) çəkindirir. Bir kimsə - Allah musiqi və musiqi alətlərinin icazə vermişdir deyərsə artıq yalan və böhtan atmış sayılır...”165. Səhl b. Səd - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qiyamətə yaxın pozğunluq, iflas və çirkinlik baş alıb gedəcəkdir». Biz: «Ey Allahın Rəsulu! Bu nə vaxt olacaqdır?» deyə soruşduq. O: «Musiqi alətlərinin və qadın müğənnilərinin çoxaldığı vaxt!» deyə buyurdu166. Ənəs b. Məlik, İmran b. Huseyn - radıyallahu anhum rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bu ümmətin içərisində yerə batırılma (yəni zəlzələ), göydən daş yağma və surət dəyişməsi (heyvana çevrilmə) olacaqdır. Səhabələr: «Nə zaman, Ey Allahın Rəsulu?» deyə soruşdular. Nə vaxt ki, içki içiləcək, qadın müğənnilər (cariyələr) və musiqi alətləri (Ud)167 zühur edəcəkdir»168.

11) Qardavi saqqalın vacibliyini inkar edərək onu qırxmağı halal görmüş-dür. Bütün fətvalarında Qardavi Quran, Sünnə və səhabələrin sözlərinə zidd olmuşdur. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Saqqalınızı uzadın və bığlarınızı qısaldın. Yəhudi və Nəsranilərə oxşamayın»169. İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Müşriklərə müxalif olun. Saqqalı uzadın və bığları qısaldın»170. İbn Teymiyyə rahmətullahi aleyhi - deyir ki: “Saqqalı qırxmaq haramdır”. Bu məsələdə icma vardır171.

12) Qardavi az miqdarda götürülən Sələmi (Riba) belə icazəli görmüş və Qiyamət günü Ölümün qara qoyun surətində gətirilməsini də inkar etmişdir172. Buxari və Muslimdə səhih hədisin olmasına baxmayaraq bunu inkar edir. İbn Ömər, Əbu Səid – radıyallahu anhum rəvayət etdi ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Qiyamət günü (Cənnət əhli Cənnətə, Cəhənnəmliklər də Cəhənnəmə ayrıldıqdan sonra) ölüm, qara bir qoyun surətində gətirilir. Cənnət ilə Cəhənnəm arasında dayandırılır və: «Ey Cənnət əhli! Sizlər bunu tanıyırsınızmı?» deyilir. Cənətliklər dərhal boyunlarını uzadıb başlarını ona doğru qaldırırlar və ona (qoyuna) baxırlar; «Bəli, tanıyırıq! Bu ölümdür» deyirlər. Sonra: «Ey Cəhənnəm əhli! Sizlər bunu tanıyırsınız?» deyilir. Onlar da başlarını qaldıraraq baxırlar və: «Bəli, tanıyırıq! Bu ölümdür» deyirlər. Bundan sonra qoyunun kəsilməsini əmr edirlər və dərhal qoyun kəsilir. Sonra: «Ey Cənnət əhli! Cənnətdə əbədi yaşayacaqsınız, artıq sizə ölüm yoxdur! və ey Cəhənnəm əhli! Sizlər də Cəhənnəmdə əbədisiniz, artıq ölüm yoxdur!» deyilir. Bundan sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm bu ayəni oxudu: (Ya Muhəmməd!) Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı (haqq-hesab çəkilib möminlərin cənnətə, kafirlərin isə Cəhənnəmə girəcəyi) peşmançılıq günü (insanın pis əməllərinə görə peşman olacağı, lakin bu peşmançılığın heç bir fayda verməyəcəyi qiyamət günü) ilə qorxut! (O, gün bütün) yer üzünə və onun üzərində olan hər şeyə yalnız biz varis olacağıq. Onlar bizim hüzurumuza qaytarılacaqlar». (Məryəm 39-40)173

13) Qardavi qəzetlərdə verdiyi məqalələrində özünü partladmağı şəhidlikdən saymış və buna icazə vermişdir. Bununla bir çox müsəlmanları zəlalətə salmışdır. Əhli Sünnə alimləri İstişhədi qadağan etmişlər. Bunlardan əl-Albani, İbn Bazz, İbn Useymin, Fovzan və s. Şeyx Useymin rahmətullahi aleyhi - deyir ki: “Həqiqətən mənim fikrim budur ki, bu özünü öldürməkdir. Buna görə də Cəhənnəm əzabı vardır. Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: “Kim özünə qəsd edərsə buna görə Cəhənnəm əzabı vardır əbədi qalmaqla”174. Lakin bir kimsə məlumatlansa ki, onun etdiyi bu əməl xeyirli və Allahın razılığı olan bir əməldir, biz ümid edərik ki, Allah onun səhv ictihadına görə bağışlayar. Lakin buna baxmayaraq günümüzdə mən belə bir kimsəyə üzr bilmirəm. Çünki bu cür özünü öldürmək insanlar arasında geniş yayılmış və hər bir kəs də bundan xəbərdardır. İnsana vacibdir ki, bu barədə alimlərdən soruşsun ta ki, ona doğru yol batildən ayrıd edilsin. Təəccübləndirən isə - bu insanların özlərini öldürməsidir halbuki Allah bunu onlara qadağan etdiyi halda. Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!. (ən-Nisa 29). Onların əksəriyyəti isə istənilən yolla halal və haramlığına baxmadan düşmənlərdən qisas almaq üçün bunu edir. Bu da yalnız öz qisas hisslərini həyata keçirməkdən ibarətdir”175.

14) Qardavi müsəlman xanımların kinolarda çəkilməsinə icazə vermiş, yad kişi və qadınların bir yerdə olmasına da icazə vermişdir176. Bu fətvalar bir çox müsəmanların nəfslərinə uyğun olduğu üçün tez qəbul edilir. Halbuki Peyğəmbər sallallahu aleyhi və səlləm bunu qadağan etmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «(Naməhrəm) qadınların yanına girməkdən çəkinin». Ənsarlardasn biri: «Ya Rəsulullah! Əgər bu kimsə (qadının) ərinin yaxın qohumu olsa necə?» deyə soruşdu. Peyğəmbər: «Yaxın qohum – bu ölümdür» deyə buyurdu177. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kişi (naməhrəm olan) bir qadınla tək qalarsa üçüncüləri şeytandır»178. İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bu gündən sonra kimsə yanında bir-iki adam olmadan əri yanında olmayan bir qadının yanına qətiyyən girməsin»179. Əbu Hureyrə – radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Kişilər üçün ən gözəl səf birinci, ən pis səf isə axırıncı səfdir. Qadınlar üçün ən yaxşı səf axırıncı, ən pis səf isə birinci səfdir»180.

15) Qardavi İslamda olan Tələb Cihadını inkar edir. Halbuki Allah bu barədə buyurdu: Kitab əhlindən Allaha və qiyamət gününə iman gətirməyən, Allahın və Peyğəmbərinin haram buyurduqlarının haram bilməyən və haqq dini (islamı) qəbul etməyənlərlə zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun. (ət-Tövbə 29). Hüdeybiyyə səfərindən) geri qalan bədəvi ərəblərə de: Siz (bir müddətdən sonra) çox güclü bir qövmlə vuruşmağa çağırılacaqsınız. Siz onlarla vuruşacaqsınız, ya da onlar dönüb müsəlman olacaqlar (döyüşə ehtiyac qalmayacaqdır). Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verər. Yox, əgər əvvəldə olduğu kimi (döyüşdən) üz çevirsəniz, (Allah) sizə ağrılı-acılı bir əzab verər. (əl-Fəth 16). Fitnə (müşriklərin fitnəsi) aradan qalxana qədər və din (ibadət) ancaq Allaha məxsus edilənədək onlarla vuruşun; əgər onlar (bu cür hərəkətlərə) son qoyarlarsa (siz də onlarla vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur. (əl-Bəqərə 193). Bu ayədə Fitnədən qəsd olunan Şirkdir. Təbəri rahmətullahi aleyhi - deyir ki: “Bu o, deməkdir ki, şirk yox olana qədər və insanlar Allahdan qeyrilərinə ibadətdən əl çəkmədikcə vuruşmaq. Hər bir kəs Allaha ibadət etmədikcə və Ona itaət etmədikcə”181. İbn Kəsir rahmətullahi aleyhi - deyir ki: “Allah müşriklərlə döyüşməyi əmr etmişdir ta ki, Fitnə - şirk yox olana qədər”182. İbn Qeyyim rahmətullahi aleyhi - deyir ki: “Cihadın məqsədi Allahın adının yüksəldilməsi, Onun İsmi hər bir şeydən üstün olmadıqca və bütün din Allaha məxsus edilənə qədər”183.



16) Sonda Yusuf Qardavinin “Əl-Cəzirə” kanalı ilə yayımlanan “əş-Şəriə Vəl Xaya” verilişində söylədiyi sözlərini qeyd etmək istərdim. Qardavi deyir: “Xristianlardan olan böyük bir alim ölmüşdür. Papa İohan Pavel 2. Biz müsəlmanların üzərinə vacibdir ki, (çoxlu) dostlarımız olan Xristian cəmiyyətinə və Vatikana başsağlığı göndərək. Dinlərinin yayılması üçün göstərdiyi səmimiyyətə və qətiyyətə (səyə) görə ona dərin təşəkkürümü bildirirəm. Mən Allaha dua edirəm ki, onu bağışlasın və rəhm etsin”. Allahu Əkbər! Əbu Talib öldüyü zaman Əli – radıyallahu anhu Peyğəmbərin sallallahu aleyhi və səlləm yanına gələrək dedi: “Sənin azmış əmin Əbu Talib ölmüşdür. Onu necə basdıraq?”. Peyğəmbər: “Get onu (özün) basdır” deyə buyurdu184. Şeyx əl-Albani rahmətullahi aleyhi - deyir ki: “Bu hədis dəlildir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Əliyə – radıyallahu anhu müşrik atasının ölməsinə görə başsağlığı göndərmədi. Bu da dəlildir ki, müsəlman bir kimsəyə ölmüş kafir qohumu üçün başsağlığı diləməsi qadağandır. Çünki şəriətdə buna dəlil yoxdur”185. Hansı əsasla Qardavi müsəlmanlara vacib edir kafir bir kimsə üçün başsağlığı diləməyi? Qardavi deyir ki: Vatikanda mənim dostlarım vardır. Halbuki Allah buyurdu: Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!. (əl-Maidə 51). Dininin dəvətinə görə ona təşəkkür bildirir. Bu insanın səbəbilə nə qədər müsəlmanlar Afrikada Xristianlığı qəbul etmişlər. İslamdan başqa hansısa bir dini haqq saymaq küfrdür. Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi (Məkkənin fəthi, islamın mövqeyinin möhkəmlənməsi, Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i. a.) tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim. (əl-Maidə 3). Allah yanında (haqq olan) din, əlbəttə, islamdır. (Ali İmran 19). Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!. (Ali İmran 85). Kitab Əhlinin kafir olmasında şübhə edən bir kimsə icma ilə kafirdir və İslam dairəsindən çıxmışdır. Kitab əhli üçün bağışlanma diləmək isə haramdır. Müşriklərin cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz!. (ət-Tövbə 113). İmam Nəvəvi deyir ki: “Kafirlər üçün Cənazə qılmaq və onlar üçün bağışlanma diləmək Quran və müsəlman icmasıyla qadağandır”. “əl-Məcmu” 5/144.

Son Çox təəssüf ki, bu insanın günümüzdə kitabları, məqalələri, fətvaları dükan və internet saytlarında yayılmışdır. Sələflər həmişə belə kimsələrin səhvlərini bəyan etmişlər. Bizim də məqsədimiz budur. Yusuf Qardavinin xətaları barəsində bu qədər. Dərrakəli insan üçün bunlar kifayət edər ki, belə bir kimsədən dini məsələlərdə heç bir şey götürməsin. Lakin burada sadalananlar heç kəsə əsas verməməlidir ki, bu kimsəni küfrdə ittiham edərək kafir saysın. Əsla. Bütün bunları söyləməkdə məqsədimiz insanları bu kimi kimsələrdən çəkindirməkdir.


Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin