Torpaqəmələgətirən amillər. Plan


Relyef torpaqəmələgətirmə amili kimi



Yüklə 31,24 Kb.
səhifə3/9
tarix02.01.2022
ölçüsü31,24 Kb.
#39333
1   2   3   4   5   6   7   8   9
1 torpaqəmələ gətirən amillər

2. Relyef torpaqəmələgətirmə amili kimi

Torpaqların yaranmasında və torpaq örtüyünün inkişafında relyefin rolu böyük və çox müxtəlifdir. Relyef, hər şeydən əvvəl yamacların mailliyindən asılı olaraq günəş radiasiyasının və yağmurların paylanması amili kimi rol oynayır, su və istilik rejiminə təsir göstərir.

Relyefin bir torpaq əmələgəlmə amili kimi iştirakına bir çox torpaqşünasların işləri (V.V.Dokuçayev,N.M.sibirtsev,Q.N.Visotski,S.A.Zaxarov,B.B.Polinov,V.R.Vilyams,İ.P.Gerasimov və s) həsr edilmişdir.

Torpaq əmələgəlməsində relyefin rolunu başa düşmək üşün onu makrorelyef, mezorelyef mikrorelyef kimi üç qrupa ayırmışlar.

Makrorelyef dedikdə relyefin ən iri formaları: yayla, düzənlik, dağ silsilələri başa düşülür. Onların hamısı hava kütləsinin hərəkətinə və iqlimin formalaşmasına təsir göstərir. Dağlarda bitkilərin, iqlimin və torpaqların şaquli zonallığı meydana çıxır. Makrorelyefin yaranması başlıca olaraq yer qabağında gedən tektonik hadisələrlə bağlıdır.

Mezorelyef dedikdə orta ölçülü qruplara malik dağ ətəkləri, təpələr, dərələr, vadilər, terraslar və onların elemenetləri olan yastı yerlər, müxtəlif mailliyə malik olan yamaclar daxildir. Hər şeydən əvvəl məhz onlar yağmurların rütubətini yer səthində paylaşdırır, səth üzərində axan torpağa hopan suların nisbətini nizamlayırlar. Daha sonra onlar hopma və torpaq daxili suların axma istiqamətini müəyyən edirlər.

Müxtəlif mailliyi və ekspoziyası olan səthlər düzünə şüa udma vasitəsilə müxtəlif miqdarda günəş radiasiyasını alırlar. Bu soyuq iqlim şəraitində daha çox nəzərə çarpır. Mezorelyeflə birinci növbədə torpaq - eroziya proseslərinin inkişafları müəyyən edilir.

Mezorelyefin yaranması əsasən ekzogen geoloji proseslərlə əlaqədardır ki, onlarla qurunun ayrı- ayrı sahələrinə qalxması və düşməsi böyük təsir göstərir.

Mikrorelyef dedikdə relyefin xırda formaları olan təpəciklər çökəkliklər və çökmə hadisələri nəticəsində relyefin düzən səthlərində əmələ gələn yerlərə aiddir. Mikrorelyefin rütubətin paylanmasında böyük rolu vardır. Hətta ən xırda suxurlar belə rütubəti kəskin fərqləndirir. Rütubətlənmə olan fərqlər mikrorelyefin elementləri üzrə qida və duz rejimlərinin dəyişməsinə səbəb olur. Bütün bunlar müxtəlif bitkilərin yayılmasına, üzvi maddələrin sintezində, parçalanmasında xeyli fərqlərə və nəhayət etibarilə mikrorelyef elementləri üzərində müxtəlif torpaqların yaranmasına gətirib çıxarır.

Beləliklə relyef ərazinin mailliyi və ekspozisyasından asılı olaraq günəş radiasiyasını və atmosfer çüküntülərini paylaşdırmaqla torpaqda su, istilik, qida oksidləşmə reduksiya və duz rejimlərinə böyük təsir göstərir.

Hal- hazırda relyef vəziyyətinə görə, onların yağmurları müəyyən etmələri və paylanmasına görə torpaqları rütubətlənmə sırası adlanan aşağıdakı qruplara bölürlər:


Yüklə 31,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin