BÖLMƏ 8. TURİZMİN İNKİŞAFINDA DÖVLƏT VƏ
YERLİ ÖZÜNÜ İDARƏETMƏ ORQANLARININ ROLU
MÜASİR İPƏK YOLUNUN TURİZM İMKANLARI
c.ü.f.d. dos., Məmməd SADIQOV
magistrant Könül HƏŞİMOVA
Azərbaycan Turizm və Menecment Universiteti
konulhesim@gmail.com
ANNOTASİYA
Turizm sektorunun olmazsa olmazı
hesab olunan nəqliyyat ünsürü,
Azərbaycan turizminə Avropa-
Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə ciddi töhfə verəcəkdir. Məqalədə göstərilir ki, müasir
İpək Yolu ölkələri turizmi inkişaf etdirmək üçün, ortaq “İpək Yolu pilot turizm” layihəsinin imkanlarını
gerçəkləşdirirlər. Səyahət agentlikləri və turoperatorların üzərinə bu regionlarda turizmin canlandırılması
baxımından mühüm vəzifələr düşür.
Bu məqalədə, müasir İpək Yolu proqramının turizmdə yaratdığı
fürsətlər, dünyanın mədəni irsində yeri araşdırılıb.
Məqalədə, BMÜTT və YUNESKO-nun əməkdaşlığı
çərçivəsində müasir İpək Yolu ölkələrində turizmin təbliği layihələri və nailiyyətləri təhlil edilib. “İpək
Yolunda
Təşəbbüs”
proqramının mədəniyyətlərarası dialoqa təsirinin nəticələri göstərilib.
Mədəniyyətlərarası dialoq və xalqlararası əməkdaşlığın turizmdə payı müəyyənləşdirilib.
Dostları ilə paylaş: