Tourism and recreation in the XXI century: problems and prospects


-ci ildə turizm sektorunun inkişafının təhlili



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə72/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   68   69   70   71   72   73   74   75   ...   356
Kitab Turizm

 
1.2018-ci ildə turizm sektorunun inkişafının təhlili 
2018-cı ildə Səyahət və Turizm sənayesinin Azərbaycanın ümumi daxili məhsuluna (ÜDM) 
birbaşa təsiri 2,8 milyard manat (1 milyard 596,8 milyon dollar), yaxud 4,2%-ni təşkil edib. WTTC-
nin proqnozuna görə, 2018-2028-ci illərdə turizmin ÜDM-ə birbaşa təsiri 5,3 milyard manat (3 
milyard 089,1 milyon dollar), yaxud 5,6% olacaqdır. 2017-ci ildə turizm sektoru birbaşa olaraq 
173,500 min iş yeri təmin edib, bu da əhalinin ümumi məşğulluq səviyyəsinin 3,8 faizi qədər olub. 
2028-ci ildə isə 246,000 min iş yerinin təmin ediləcəyi və əhalinin ümumi məşğulluq səviyyəsinin 5,3 
faiz olacağı proqnozlaşdırılır [5; s.1].
Ölkə statistikasına müraciət etdikdə məlum olur ki, 2010-2016-cı illərdə xarici vətəndaşların 
böyük əksəriyyəti Azərbaycana turizm məqsədi ilə gəlmişdir. Lakin 2016-cı ildə qəbul edilmiş və 
göndərilmiş turistlərin sayı 2012-ci ilə nisbətən 2 dəfə azalmışdır. Dövlət Statistika Komitəsinin 
TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
56
Baku, Azerbaijan


məlumatına görə, 2018-ci ilin yanvar-sentyabr ayları ərzində turistlərin yerləşdirilməsi və ictimai iaşə 
sahəsində yaradılmış əlavə dəyər əvvəlki ilin 2017-ci ilin yanvar-sentyabr ayları ilə müayisədə 7.6% 
artaraq 1398.7 mln. manata çatmış və qeyri-neft ÜDM-də xüsusi çəkisi 4.3% təşkil etmişdir [6]. 
Ölkəmizdə turizm bazarının inkişaf dinamikasını tədqiq etmək üçün, 2012-2017-ci illərdə 
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin və xarici ölkələrə gedən Azərbaycan 
vətəndaşlarının səfərlərinin məqsədi üzrə bölgüsü böyük əhəmiyyət kəsb edir. 2012-ci ildə 
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 2484,1 min nəfər, 2017-ci 
ildə 2696,7 min nəfər olmuşdur. Onlardan, turizm məqsədi ilə səfər edənlər 1985,9 min nəfər, 2017-ci 
ildə isə 2454,0 min nəfər təşkil etmişdir.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2018-ci ildə Azərbaycana dünyanın 196 ölkəsindən 
2849,6 min və ya əvvəlki illə müqayisədə 5,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 
2019-cu ilin yanvar ayında isə Azərbaycana dünyanın 143 ölkəsindən 191,6 min və ya 2018-ci ilin 
yanvar ayı ilə müqayisədə 2,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Gələnlərin 2018-ci ildə 30,9 faizi, 2019-cu ildə isə 29,4 faizi Rusiya Federasiyası, 21,4: 29,1 faizi 
Gürcüstan, 10,2:11,2 faizi Türkiyə, 8,5:5,4 faizi İran, 3,3:4,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,4:1,3 
faizi İraq, 2,0:1,7 faizi Ukrayna, 17,2:17,3 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı 
olmayan şəxslər olmuşdur. Gələnlərin 66,1:77,1 faizini kişilər, 33,9:28,9 faizini isə qadınlar təşkil 
etmişdir.

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin