Avropalı mədəni tur iştirakçıları birbaşa səfər edəcəkləri yerin servis təminatçıları vasitəsilə öz
turlarını sifariş edir.Birbaşa satış imkanınızı inkşaf etdirmək üçün siz öz məhsulunuzu turizmlə bağlı
internet səhifələrində / portallarında tanıda bilərsiniz. Məsələn, “Columbus Travel”, “GoNOMAD”,
“The Culture Trip”.
Mədəni turizm məhsulları üçün arzu olunan bazar qiymətləri nədir?
Tursitlərin səyahət etmək üçün müxtəlif destinasiya və tətil seçimləri olur.Bu turizmi qiymət
baxımından rəqabətcil bir sənayeyə çevirir. Uzun müddətli səyahətlərin qiyməti üç amildən asılıdır:
1.
Yaşadığın ölkə ilə gedəcəyiniz ölkənin valyutaları arasında mübadilə fərqi.
2.
Gedəcəyiniz ölkəyə və ya ölkədən transport xərcləri.
3.
Turistlərin gedəcəkləri ölkədə istehlak etdikləri məhsul və xidmətlərin qiyməti.
Avropalı turoperatorlar öz turizm məhsullarının alış qiymətlərini gizlədirlər.Sənaye
ekspertlərinin fikirlərinə əsasən, turoperatorların gəlirləri 10-25% arası dəyişir. Turpaketin qiymətləri
də dəyişkəndir, çünki onlar əlverişlilik, destinasiya, nəqliyyat vasitəsinin növü, səyahət müddəti,
turistlərin sayı, qalma müddəti, yerləşmə müəssisəsinin növü faktorlardan asılıdır.
Təkliflər:
Hansı ölkələrin sizin destinasiyalarınıza daha ucuz uçuşları olduğunu yoxlaya bilərsiniz.
Məsələn, “Skayskaner”. Bu sizə həmin ölkələrdə rəqabətə davamlı üstünlüklər verəcəkdir.
Siz “Lonely Planet”, “History& Culture” kimi portallar vasitəsilə mədəni tur məhsullar üçün
təklif olunan qiymətləri müqayisə edə bilərsiniz. “Turism Boost” da tur və yerləşdirmə müəssisələrinin
qiymətləndirilməsi ilə bağlı bir sıra faydalı online təklifləri vardır. Bu da sizə turizm məhsulunuzun
kar və gəlirlərinin eyniləşdiyi zamanı və ideal alış qiymətini müəyyənləşdirməyə kömək edə bilər.
Dostları ilə paylaş: