Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini əldə etdikdən sonra dünyada gedən
proseslərə getdikcə daha çox qatılmaqdadır. Müstəqil Azərbaycan Respublikasının
rəhbərliyinə gələn
ümummilli lider Heydər Əliyev qeyri-neft sektoru içərisində turizmin inkişafına böyük önəm verdiyindən
xarici ölkələrlə bu sahədə əməkdaşlığa xüsusi diqqət yetirirdi. Bu gün həmin siyasəti uğurla davam etdirən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi islahatlar ölkəmizin
uzunmüddətli davamlı inkişafını təmin edir.
İndi Azərbaycanın qarşısında öz təbii sərvətlərindən milli mənafeyə uyğun istifadə etmək, müstəqil
daxili və xarici iqtisadi siyasət yeritmək və dünya təsərrüfat sisteminə inteqrasiya üçün geniş imkanlar
açılmışdır. Bu gün Azərbaycan dünya iqtisadiyyatının qloballaşması və
beynəlxalq əmək bölgüsünün
tələblərini nəzərə almaqla açıq iqtisadi siyasət yürüdən, qapılarını beynəlxalq aləmə daha çox açan elmi-
texniki və s. sahələrdə əlaqələr yaradan bir ölkəyə çevrilmişdir.
Ölkəmizin beynəlxalq aləmdə tanınması və beynəlxalq iqtisadi münasibətlər sisteminə daxil olması,
yaxın və uzaq xarici dövlətlərdə qarşılıqlı faydalı turizm əlaqələrinin yaradılması inkişafı müasir turizm
inkişaf perspektivlərinə geniş imkanlar açır. Azərbaycan Respublikasının indiki sürətli sosial-iqtisadi
inkişafı möhkəm ictimai-siyasi, sosial-iqtisadi sabitliyin mövcud olması, aparılan ardıcıl iqtisadi islahatlar
yolu ilə turizmin prioritet sahələrinin sürətli inkişafı, cəmiyyətin bütün həyatında əldə edilmiş nailiyyətlərin
dönməz xarakter alması, ölkənin XXI əsrdə dünyanın inkişaf etmiş dövlətləri sırasına daxil olması üçün
möhkəm və səmərəli turizm əlaqələrinin və iqtisadi əlaqələrin qurulması ilə səciyyələnir.
Turizmin ölkə iqtisadiyyatına təsiri onun növlərindən və istiqamətlərindən asılı olaraq fərqlənir.
Məlumdur ki, turizmin gəlmə növü ölkəyə daha böyük iqtisadi xeyir gətirir.
Daxili və gəlmə turizmin inkişaf etdiyi
ölkələrdə və regionlarda o, iqtisadiyyata, infrastrukturun
genişlənməsinə, sahibkarlıq subyektlərinə təsir göstərir.
Bu səbəbdəndir ki, turizmin inkişafının əsas
məqsədi və vəzifələri ölkə iqtisadiyyatının potensialını artırmaq, sosial inkişafın, məşğulluq problemini həll
etmək və regionların sosial-iqtisadi inkişafını təmin etməkdir.
Bu məqsədlə turizmin potensialını qiymətləndirmək, onun ehtiyatlarını və inkişaf meyillərini
tənzimləmək, təşkilatı baxımdan aktuallıq kəsb edir.
Hazırda respublikamızın xeyli sayda çox ölkələrlə turizm əlaqələri yaratmışdı. Azərbaycanın
beynəlxalq turizm əlaqələri sahəsində əsas strateji partnyorlarından biri güclü elmi-istehsalat potensialına,
inkişaf emtiş sənaye, kənd təsərrüfatı və nəqliyyat infrastrukturuna malik qardaş, Türkiyə Respublikasıdır.
Azərbaycanın turizm əlaqələri sistemində Türkiyənin rolu çox böyükdür. İki ölkə arasında prezidentləri
səviyyəsində
keçirilən görüşlər, bir daha onu göstərir ki, ölkəmiz arasında turizm əlaqələri getdikcə
genişlənir. Burada isə bizim qarşımızda duran əsas məqsəd və vəzifələr aşağıdakılardan ibarətdir.
-
Beynəlxalq turizm əlaqələrinin ölkələrin inkişafındaki rolunun elmi
öyrənilməsi və bu sahədə
mövcud olan nəzəri-metodoloji yanaşmaların sistemləşdirilməsi;
-
İki ölkə arasında turizm münasibətlərinin mövcud vəziyyətinə və perspektivlərinə təsir edən
amillərin müəyyən edilməsi;
-
Azərbaycan-Türkiyə turizm əlaqələrinin müasir vəziyyətinin qiymətləndirilməsi;
-
Ölkələrin turizmin inkişafında nəqliyyat sektorunun rolunun öyrənilməsi;
-
Yaxın perspektivdə Azərbaycan-Türkiyə arasında turizm əlaqələrin daha da inkişaf etdirilməsi
üçün potensial imkanların aşkar edilməsi və.
Azərbaycanda 2002-2005-ci, eləcədə 2010-2014-cü illərdə turizmin inkişafına dair qəbul edilən dövlət
proqramları bu sahədə qarşıya qoyulan məqsədlərə möhkəm zəmin yaratmış, beynəlxalq turizm bazarına
inteqrasiyanın əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir. Bu inkişafın
konturları 2018-ci ildə daha diqqətçəkən olmuşdur. Turizm sahəsində aparılan
islahatlar, ölkəmizdə
keçirilən beynəlxalq görüşlər, dünyanın müxtəlif yerlərində təşkil olunan
sərgi və tədbirlər həm də
Azərbaycanın dünyada tanıdılmasına xidmət etmişdir. Bu islahatlar sayəsində cari ildə respublikamıza
gələn turistlərin sayında müsbət dinamika müşahidə olunub. 2017-ci ildə Azərbaycanı ziyarət edən turistlər
içərisində Rusiya birinci sırada 853 min 82 nəfər, Türkiyədən isə 301 min 553 nəfər olmuşdur.
2017-ci ilin yanvar-iyun aylarında Türkiyəyə səfər edən Azərbaycanlı vətəndaşların sayı 306 min 644
nəfərə çatıb.
Qardaş Türkiyədən və başqa ölkələrdən Azərbaycana gələn turistlərin dövlət sərhədinin buraxılış
məntəqələrindən sürətli keçidinin təmin olunması və viza sisteminin asanlaşdırılması üçün müvafiq
normativ hüquqi aktlar qəbul edilib, sürətləndirilmiş elektron vizanın verilməsi
müddəti üç gündən üç
saatda endirilib.
Dostları ilə paylaş: