Tourism and recreation in the XXI century: problems and prospects



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə71/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   67   68   69   70   71   72   73   74   ...   356
Kitab Turizm

 
ƏDƏBIYYAT SIYAHISI: 
1.
Müasir turizmin inkişaf istiqamətləri, səh. 5, Bakı – 2018 
2.
“Azərbaycan turizmi: bu gün və sabah” Ümummilli lider H.Ə.Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr 
olunmuş gənc tədqiqatçıların IV Respublika elmi-praktiki konfransının meterialları, səh. 86, Bakı – 2013 
3.
Azərabycan qəzeti, 16 yanvar 2018, səh 5 
TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
55
Baku, Azerbaijan


AZƏRBAYCANDA TURİZMİN XİDMƏT İXRACINDA ROLUNUN 
ARTIRILMASI İSTİQAMƏTLƏRİ 
 
i.ü.f.d., dos. Arzu HÜSEYN Alim qızı 
Azərbaycan Turizm və Menecment Universiteti 
 
Abstract
: İn the article has been discussed the tourism policy in our Republic, the impact of the 
adopted strategic road map on the development of tourism and bank cards of tourists in Azerbaijan. 
Thus, while the number of foreign citizens arriving in our country in 2017 increased by 20%, there 
was an increase in spending on bank cards by 70%. Correlation dependence between arrivals of 
tourists by months and funds spent in 2017 is 0,63. At the same time, the author analyze the role of 
tourism in improving the level of service provision in the country and make relevant proposals. 
Key words:
 tourism, strategic roadmap, bank card, service export, easy visa 
 
Giriş 
Son illər ərzində Azərbaycan Respublikasında turizm sahəsində mühüm işlər görülmüş, 
Azərbaycan Respublikası Prezidenti 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında 
turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı imzalmış (8) və 2016-cı ilin 06 dekabr 
tarixində Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol 
Xəritəsi qəbul olunmuşdur. Strateji yol xəritəsinin icrası nəticəsində Azərbaycanın real ÜDM-i 2020-
ci ildə 465 milyon manat artacağı, Bakı və digər bölgələrdə prioritetlər həyata keçirilməklə, cəmi 35 
min, bilavasitə turizm sektorunda isə 25 min iş yeri yaradılacağı proqnozlaşdırılır (2).
Ölkəyə gələn turistlərin dövlət sərhədinin buraxılış məntəqələrindən sürətli keçidinin təmin 
olunması və viza sisteminin asanlaşdırılması üçün müvafiq normativ hüquqi aktlar qəbul edilməklə, 
sürətləndirilmiş elektron vizanın verilməsi prosesinə başlanılmışdır. Hazırda “ASAN Viza” portalı 
vasitəsilə e-viza verilən ölkələrin sayı 94-ə çatmışdır. 2017-ci ildə “ASAN Viza” sistemində təkmilləş-
dirmə işləri aparılaraq, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına 
səfər etmək üçün elektron vizanı sürətləndirilmiş qaydada alması ilə bağlı müraciətlərinə “ASAN 
Viza” sistemi vasitəsilə 3 saat ərzində baxılma təmin edilmişdir. Azərbaycan Respublikasının 
Sahibkarlığa Kömək Milli Fondu turizm sektoruna 2017-ci il üçün 2 milyon manat ayırmış, 2018-ci il 
üçün isə 10 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdur(9). Bütün bu həyata keçirilən tədbilər 
nəticəsində turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, 2018-ci ildə isə 6 faiz artmışdır. 
Müqayisə üçün qeyd edək ki, əgər 2002-ci ildə ölkəyə gələn turistlərin sayı 834 min 351 nəfər idisə, 
2016-cı ildə 2 mln. 242 min 783 nəfər, 2017-cı ildə isə 2 mln. 691 min 998 nəfər, 2018-ci ildə isə 2,8 
milyon nəfər olmuşdur. Bu kimi görülən tədbirlər ölkədə turizmin dinamik inkişafına təkan vermişdir. 
Azərbaycan Respublikasında qəbul olunan strateji yol xəritələrində də turizmə mövsümi hadisə kimi 
deyil, iqtisadiyyatın diversifikasiyasında mühüm rol oynayan sektor kimi yanaşılır. Bu məqalədə də 
ölkədə turizmin inkişafının mövcud vəziyyəti araşdırılır, turizmin Azərbaycanda xidmət ixracında 
oynadığı rol qiymətləndirilir və son 3 ildə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə 
apardıqları əməliyyatların inkişaf dinamikası təhlil olunur. Azərbaycana gələn turistlərin ölkədə orta 
qalma müddətinin artılmasını və onların bank kartları vasitəsi ilə daha çox vəsait xərcləməsini 
stimullaşdırmaq üçün həyata keçirilməsi zəruri olan tədbirlərlə bağlı təkliflər verilir. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin