Tövsiyələrin Ekspertizası və Qiymətləndirilməsi Üzrə sorğu vəSAİTİ



Yüklə 154.95 Kb.
PDF просмотр
tarix18.12.2016
ölçüsü154.95 Kb.

Tövsiyələrin Ekspertizası və 

Qiymətləndirilməsi Üzrə  

 SORĞU VƏSAİTİ 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

INSTRUMENT 

The AGREE Collaboration 

September 2001

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

AGREE APPRAISAL INSTRUMENT 

 

MÜƏLLİF HÜQUQLARI  



 

Bu  sənəd beynəlxalq ortaq müəlliflik nəticəsində tərtib olunmuşdur. Sənəd tədris 

məqsədilə,  keyfiyyətin təmin olunması proqramlarının yerinə yetirilməsi və klinik 

praktikada istifadə olunan tövsiyələrin qiymətləndirilməsi üçün istifadə oluna bilər. 

Bu sənəd kommersiya və marketinq məqsədləri üçün istifadə edilə bilməz. AGREE 

sorğu vəsaitinin digər dillərə tərcümə olunmuş variantları da tərtib olunur. Tərcümə 

haqqında təkliflər o şərtlə qəbul olunurlar ki, onlar AGREE Collaboration –un işçi 

qrupu tərəfindən tərtib olunmuş protokolun şərtlərinə cavab versinlər.   

 

 

AGREE sorğu vəsaiti ümumi xarakter daşıyır və klinik tövsiyələrin metodoloji 



keyfiyyətinin qiymətləndirilməsində yardım etmək məqsədilə onları tərtib və  istifadə 

edənlər üçün  nəzərdə tutulub. Sorğu vəsaitinin yanlış istifadəsinə görə müəlliflər 

məsuliyyət daşımır. 

 

 

 



TƏKLİF OLUNAN İSTİNAD: 

 

The AGREE Collaboration. 



Appraisal of Guidelines for Research & Evaluation (AGREE) Instrument. 

www.agreecollaboration.org

 

 

MALİYYƏ DƏSTƏYİ 



 

AGREE Sorğu vəsaitinin tərtib edilməsi 

 

EU BIOMED2 (BMH4-98-3669) proqram 



qrantının hesabına mümkün olmuşdur. 

 

Azərbaycan dilinə tərcümə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən 



maliyyələşən  İlkin Səhiyyənin Gücləndirilməsi Layihəsi tərəfindən dəstəklənmişdir.   

 

 



Ə

LAVƏ MƏLUMAT ÜÇÜN MÜRACİƏT EDİN: 

 

Azad Əhmədov  



Email: 

azad.ahmadov@isim.az

 

2


 

 

AGREE APPRAISAL INSTRUMENT     



 

GİRİŞ  


 

Sorğu vəsaitinin məqsədi  

 

AGREE sorğu vəsaiti (Appraisal of Guidelines Research and Evaluation/ Klinik  

protokolların ekspertizası və qiymətləndirilməsi  üzrə sorğu vəsaiti) klinik tövsiyələrin 

keyfiyyətinin qiymətləndirilməsi  üçün istifadə olunur.   

Klinik tövsiyələr “həkim və pasiyentlərə müəyyən klinik vəziyyətlərdə düzgün tibbi 

qərarların qəbul edilməsində yardım etmək məqsədilə sistematik şəkildə hazırlanan 

müddəalardır” 

1

. Bu tövsiyələrin məqsədi  - “həkimlərin fəaliyyətinə təsir göstərmək 



üçün onlara ətraflı göstərişlər verməkdir” 

2

.  



 

Biz klinik tövsiyələri o zaman keyfiyyətli hesab edirik ki,  onların hazırlanmasında 

sistematik səhv riskini aşağı salmaq üçün adekvat tədbirlər görülmüş olsun, onlar həm 

konkret xəstə, həm də xəstələrin populyasiyası üçün effektiv olsun və praktikada 

istifadə  edilə bilsin.  

 

Klinik tövsiyələri qiymətləndirərkən, təklif olunan metodların effektivliyi, 



təhlükəsizliyi və dəyəri ilə bərabər, onların istifadəsinin praktik aspektlərini də nəzərə 

almaq lazımdır. Beləliklə,  klinik tövsiyələrin ekspertizası onların hazırlanmasında 

istifadə olunan metodikaların qiymətləndirilməsini, tövsiyələrin son variantının 

məzmununu və onların tətbiqi ilə bağlı faktorları özünə daxil edir.  

 

AGREE sorğu vəsaiti təqdim olunan materialın keyfiyyəti ilə bərabər, tövsiyələrin bəzi 



aspektlərinin keyfiyyətini də qiymətləndirməyə imkan verir. O, klinik tövsiyələrin 

gözlənilən effektivliyini,  yəni arzu olunan nəticənin əldə olunması ehtimalının 

qiymətləndirilməsini təmin edir. Sorğu vasitəsi tövsiyələrin xəstəliyin klinik nəticəsinə 

təsirini qiymətləndirməyə imkan vermir.  

 

AGREE sorğu vəsaitində istifadə olunan qiymətləndirmə meyarlarının əksəriyyəti 



təcrübi sübutlardan  daha çox nəzəri fərziyyələr üzərində qurulmuşdur. Onlar, klinik 

tövsiyələr sahəsində  geniş təcrübə və biliklərə malik olan və bir neçə ölkəni təmsil 

edən

 mütəxəssislərin müzakirəsi nəticəsində işlənib hazırlanmışdır. Beləliklə, AGREE 



sorğu vəsaitinə  hazırkı məsələ üzrə bu gün  mövcud olan fikirləri əks etdirən bir 

sənəd kimi baxılmalıdır.      

  

AGREE sorğu vəsaiti vasitəsilə hansı klinik tövsiyələr qiymətləndirilə bilər? 

 

 



AGREE sorğu  vəsaiti yerli, regional, milli, beynəlxalq qeyri-hökumət  və dövlət 

təşkilatları tərəfindən hazırlanmış klinik tövsiyələrin ekspertizası üçün nəzərdə 

tutulub. Bu klinik tövsiyələrə daxildir: 

 

1.  Yeni klinik tövsiyələr 



2.  Mövcud klinik tövsiyələr 

3.  Mövcud  klinik tövsiyələrin yenilənməsi  

 

 

 



 

3


 

 

 



 

AGREE sorğu vəsaiti ümumi xarakter daşıyır və hər hansı bir xəstəliyin diaqnostika, 

profilaktika və müalicəsi üzrə klinik tövsiyələrin qiymətləndirilməsi üçün istifadə 

oluna bilər. Vəsait həm çap, həm də elektron versiyada təqdim olunmuş tövsiyələrin 

qiymətləndirilməsi üçün istifadə oluna bilər.   

 

 



ффAКакие клинические рекомендации могут быть оценены с помощью 

опросника u1069вдломадшоэз 

1

 Lohr KN, Field MJ. A provisional instrument for assessing clinical practice guidelines. In: Field MJ, 



Lohr KN (eds).Guidelines for clinical practice. From development to use. Washington D.C. National 

Academy Press, 1992. 

 

2

 Hayward RSA, Wilson MC, Tunis SR, Bass EB, Guyatt G, for the Evidence-Based Medicine Working 



Group. User’s guides to the Medical Literature. VIII. How to Use Clinical Practice Guidelines. A. Are the 

Recommendations Valid? JAMA, 1995; 274, 570––574 

 

4


 

 

GİRİŞ 


 

AGREE vəsaitindən kim istifadə edə bilər? 

 

AGREE vəsaiti  aşağıda göstərilən qrupların istifadəsi üçün nəzərdə tutulub: 



1.  Dövlət qurumları üçün: hansı klinik tövsiyələrin təcrübədə istifadə olunması 

haqqında qərar qəbul etmək məqsədilə. Belə hallarda sorğu vəsaitinin istifadəsi 

rəsmi ekspertizanın bir hissəsi olmalıdır.  

2.  Klinik tövsiyələri tərtib edənlər üçün: onların tərtib olunması zamanı ciddi və 

strukturlu metodologiyaya  riayət etmələri məqsədilə. 

3.  Tibb işçiləri üçün – tövsiyələrin istifadəsindən əvvəl onları müstəqil şəkildə 

qiymətləndirmək məqsədilə.  

4.  Tədris işçiləri üçün – tibb işçilərinin təlimi zamanı onlara tənqidi yanaşma 

bacarığını aşılamaq məqsədilə. 

 

 



Ə

sas  ədəbiyyat 

 

AGREE sorğu vəsaitinin hazırlanmasında aşağıdakı ədəbiyyat mənbələri istifadə 



olunmuşdur: 

 

Lohr, KN, Field MJ. A provisional instrument for assessing clinical practice guidelines. 



In: Field MJ, Lohr, KN (eds). Guidelines for clinical practice. From development to 

use. Washington D. C. National Academy Press, 1992. 

 

Cluzeau F, Littlejohns P, Grimshaw J, Feder G, Moran S. Development and application 



of a generic methodology to assess the quality of clinical guidelines. International 

Journal for Quality in Health Care 1999; 11; 21––28. 

 

Grol R, Dalhuijzen J, Mokkink H, Thomas S, Veld C, Rutten G. Attributes of clinical 



guidelines that influence use of guidelines in general practice: observational study. 

BMJ 1998; 317: 858––861. 

 

Lohr, KN. The quality of practice guidelines and the quality of health care. In: 



Guidelines in health care.  Report of a WHO Conference. January 1997, Baden-Baden: 

Nomos Verlagsgesellschaft, 1998. 

 

 

 



Основная литература 

 

5



 

İSTİFADƏ ÜZRƏ TƏLİMAT 



 

AGREE sorğu vəsaitini istifadə etməmişdən əvvəl təklif olunan təlimatı diqqətlə 

oxumağı Sizdən xahiş edirik. 

 

 

 

1.  AGREE sorğu vəsaitinin strukturu və məzmunu 

 

Sorğu vəsaiti 6 bölmədə qruplaşdırılmış 23 bənddən ibarətdir. Hər bölmədə 

tövsiyələrin xüsusiyyətləri keyfiyyət baxımından qiymətləndirilir.  

 

İstifadə sahəsi və məqsədlər (bəndlər 1-3).

 Tövsiyələrin son məqsədi, konkret klinik 

suallar və hədəf olaraq seçilmiş pasiyent qrupları ilə bağlıdır.  

 

Maraqlı tərəflərin iştirakı (bəndlər 4-7).

 Bu bəndlərdə ehtimal olunan istifadəçilərin 

fikirlərinin tövsiyələrdə nə dərəcədə nəzərə alındığı qiymətləndirilir. 

 

Tövsiyələrin hazırlanması prosesinin mükəmməlliyi (bəndlər 8-14).

  Sübutların 

toplanması və sintezi, tövsiyələrin tərtib olunması və yenilənməsi proseslərini əhatə 

edir

.  


 

Üslubun aydın olması və təqdim olunmuş materialın formatı (bəndlər 15-18).

 

Tövsiyələrin yazılış dili və formatı ilə bağlı məsələlər. 



 

Tətbiq etmə imkanı (bəndlər 19-21).

 Klinik tövsiyələrin tətbiqi zamanı yarana 

biləcək mümkün təşkilati, davranış və maliyyə nəticələrinin qiymətləndirilməsi.  

 

Tərtibatçıların müstəqilliyi (bəndlər 22-23).

 Tövsiyələrin müstəqil şəkildə 

hazırlanmasının və müəlliflərdə maraqların toqquşması ehtimalının qiymətləndirilməsi.  

 

2.

  

Sənədləşdirmə 

Ekspertlər klinik tövsiyələrin hazırlanması haqqında olan bütün məlumatı 

ekspertizadan əvvəl aydınlaşdırmağa çalışmalıdırlar.  Bu məlumat bilavasitə 

tövsiyələrin özündə və ya ayrıca tərtib olunmuş texniki hesabatda, dərc olunmuş 

məqalələrdə, proqram sənədlərində (məsələn, tövsiyələrin tətbiqi üzrə planda) ola 

bilər. Biz məsləhət görürük ki, tövsiyələr və onlara əlavə olunmuş sənədlər ekspertiza 

başlamamışdan əvvəl bütövlükdə oxunsun. 

 

3. Ekspertlərin sayı 

Hər klinik tövsiyələrin qiymətləndirilməsi üçün biz 2, daha yaxşı isə 4 ekspertin cəlb 

olunmasını məsləhət görürük, çünki bu, qiymətləndirmənin etibarlılığını artırır.  



 

4. Cavablar şkalası  

Hər bənd 4-ballıq şkala ilə  4-dən “Tamamilə razıyam” 1-ə qədər “Tamamilə razı 

deyiləm” və aralıq - 3 “Qismən razıyam” və 2 “Qismən razı deyiləm” balları ilə 

qiymətləndirilir. 

Şkala ekspertin həmin bənddə olan  müddəa ilə nə dərəcədə razı olub-olmadığını  

qiymətləndirir.  

 

 

Ə



gər Siz müddəanın tam doğru olduğuna əminsinizsə, o zaman “Tamamilə 

razıyam” cavabını verməlisiniz

 

 

6



 

 

 



 

 

 



Ə

gər Siz müddəanın tamamilə doğru olmadığına əminsinizsə və ya 

qiymətləndirmənin aparılması üçün lazım olan məlumat tamamilə yoxdursa, o 

zaman “Tamamilə razı deyiləm” cavabını verməlisiniz

 

  Ə


gər Siz müddəanın tam doğru olduğuna əmin deyilsinizsə (məsələn, təqdim 

olunan məlumatın tam aydın olmadığı halda) və ya müddəa tövsiyələrin yalnız 

bir hissəsi üçün doğrudursa, Siz  müddəa ilə razılıq dərəcəsindən asılı  olaraq,  

“Qismən razıyam” və ya “Qismən razı deyiləm ” cavabını verməlisiniz.  

 

5. İstifadəçilər üçün rəhbərlik 

İstifadəçilər üçün nəzərdə tutulan rəhbərliyin hər bəndində  biz əlavə məlumat 

təqdim etmişik.  Bu məlumat sorğu vəsaitinin hər bəndinin hansı problem və 

məfhumlara həsr olunduğunu başa düşmək üçün Sizə yardım edəcəkdir. Cavab 

verməzdən öncə, Sizdən hazırkı rəhbərliyi oxumağı xahiş edirik.  

 

 

7



 

 

İSTİFADƏ ÜZRƏ TƏLİMAT 



 

AGREE sorğu vəsaitini istifadə etməmişdən əvvəl təklif olunan təlimatı diqqətlə 

oxumağı Sizdən xahiş edirik. 

 

 

6. Şərhlər  

 

Hər bəndin yanında şərh üçün yer ayrılıb. Bu sahəni Siz cavablarınızın izahı üçün 

istifadə etməlisiniz. Məsələn, Siz “Tamamilə razı deyiləm” cavabını verə bilərsiniz, 

çünki lazım olan məlumatın əldə olunması mümkün deyil və ya müddəa bu hala aid 

edilə bilməz, yaxud təqdim olunmuş məlumatda təsvir edilən metodologiya 

qənaətbəxş deyil. Əlavə şərhlər üçün sahə sorğu vəsaitinin sonunda ayrılıb.  

 

7. Bölmə üzrə balın hesablanması 

Bölmə üzrə ümumi bal bölmənin bütün bəndləri üzrə verilən balların toplanması 

vasitəsilə hesablanır. Standartlaşdırılmış nəticə bu bölmə üçün mümkün olan 

maksimum baldan hesablanıb faizlə göstərilir.   

 

 

Nümunə 

 

Ə



gər 4 ekspert  1-ci bölmədə (İstifadə sahəsi və məqsədlər) aşağıdakı balları 

veriblərsə  

 

 

Bənd 1 



Bənd 2 

Bənd 3 


Cəmi 

Ekspert 1 





Ekspert 2 





10 

Ekspert 3 





Ekspert 4 







Cəmi 9 

13 

14 

36 

 

Maksimum mümkün olan balların sayı = 4 (Tamamilə razıyam) x 3 (bəndlərin sayı) x 



4 (ekspertlərin sayı) = 48 

Minimum mümkün olan balların sayı = 1 (Tamamilə razı deyiləm) x 3 (bəndlərin sayı) 

x  4 (ekspertlərin sayı) = 12 

 

Bölmə üçün standartlaşdırılmış bal: 



 

Verilmiş bal – Minimum mümkün olan bal 

Maksimum mümkün olan bal - Minimum mümkün olan bal 

 

(36 – 12) / (48 – 12) = 24/36 = 0.67 × 100 = 67% 



 

 

 



8

 

 

 

Qeyd: 

Hər altı bölmə üçün ballar ayrı-ayrılıqda hesablanır və yekun qiymət şəklində 

toplanmır.   Bölmələr üzrə qiymətləndirmə klinik tövsiyələrin müqayisəsi zamanı 

faydalı ola bilər və klinik tövsiyələrdən istifadə edib-etməmək haqqında qərar 

verməyə yardım edə bilər. Lakin onları  “yaxşı” və “pis” klinik tövsiyələr kimi 

qiymətləndirmək üçün hər hansı bir bal həddini göstərmək mümkün deyil.  

 

8. Yekun qiymətləndirmə 

Yekun qiymətləndirmə hissəsi sorğu vəsaitinin sonunda yerləşir. Bu hissədə aşağıdakı 

fikirlər vardır: “Təkidlə tövsiyə edirəm”, “Tövsiyə edirəm (bəzi dəyişiklik və 

düzəlişlərlə)”, “Tövsiyə etmirəm”, “Əmin deyiləm”. Ekspert, hər bir meyarı nəzərə 

alaraq, yekun qiymətləndirməyə klinik tövsiyələrin keyfiyyətinə dair rəyini daxil 

etməlidir.   



 

 

 

9



 

İSTİFADƏ SAHƏSİ VƏ MƏQSƏDLƏR 

 

1. О 

бщая(-ие) цель(-и) клинических рекомендаций подробно описана(-ы). 

1. Klinik tövsiyələrin ümumi məqsədi(ləri) təfsilatlı təsvir olunub 

 

Tamamilə 



razıyam 



1 Tamamilə 

razı deyiləm 

 

Şərhlər  

 

 

 



 

 

 



 

 

2. Klinik tövsiyələrdə nəzərdən keçirilən klinik suallar təfsilatlı təsvir olunub 

 

Tamamilə 



razıyam 



1 Tamamilə 

razı deyiləm 

 

Şərhlər  

 

 

 



 

 

 



 

3. Klinik tövsiyələrin tətbiq edilməsi üçün nəzərdə tutulan pasiyent qrupu təfsilatlı 

təsvir olunub 

 

Tamamilə 



razıyam 



1 Tamamilə 

razı deyiləm 

 

Şərhlər  

 

 

 



 

 

 



 

10


 

İSTİFADƏ SAHƏSİ VƏ MƏQSƏDLƏR 



 

 

1.  

 

Bu bəndin məqsədi  klinik tövsiyələrin bütün cəmiyyətin sağlamlığına və ayrı-ayrı 

xəstələr populyasiyasına mümkün təsirini qiymətləndiməkdir. Klinik tövsiyələrin 

ümumi məqsədləri təfsilatı ilə açıqlanmalıdır, onların istifadəsi nəticəsində əmələ 

gələn müsbət təsir isə müəyyən klinik problem üçün spesifik olmalıdır. Məsələn, 

konkret məqsədlər aşağıdakı kimi ola bilər: 

 

Şəkərli diabeti olan xəstələrdə fəsadların (uzunmüddətli) profilaktikası  



 

 Miokard infarktı keçirmiş xəstələrdə damar fəsadlaşmaları riskinin azaldılması 

 

Xərclərin effektivliyi nöqteyi-nəzərindən antidepressantların səmərəli istifadəsi 



 

 

 

2. 

 

 

Klinik tövsiyələrdə baxılan klinik məsələlər, xüsusilə də, əsas müddəalar ətraflı təsvir 



olunmalıdır (bax bənd 17). 1-ci bənddə verilən nümunələrin davamı: 

   


 

Şəkərli diabeti olan xəstələrdə HbA1-in səviyyəsini ildə neçə dəfə ölçmək 

lazımdır? 

 

Kəskin miokard infarktı olan xəstələrdə aspirinin gündəlik dozası nə qədər 



olmalıdır? 

 

Xərclərin effektivliyi nöqteyi-nəzərindən depressiyalı xəstələrdə serotoninin 



introneyronal tutulmasının seçici inhibitorları trisiklik antidepressantlarla  

müqayisədə daha üstündürmü? 

 

 

 



3.  

 

Klinik tövsiyələrin istifadəsi üçün nəzərdə tutulan pasiyentlərin populyasiyası təfsilatlı 



təsvir olunmalıdır.  Yaş kateqoriyası, cins, xəstəliyin klinikası və yanaşı xəstəliklər  

göstərilə bilər. Məsələn: 

 

Şəkərli diabeti olan xəstələrin müalicəsi üzrə klinik tövsiyələr yalnız  yanaşı 



ürək-damar xəstəlikləri olmayan, insulindən asılı olmayan diabet hallarına 

aiddir.  

 

Depressiyanın müalicəsinə aid klinik tövsiyələr yalnız  “Psixi  pozğunluqlar üzrə 



diaqnostik və statistik rəhbərliyin 4-cü  buraxılışı”nın  meyarlarına uyğun gələn 

ağır depressiyası olan xəstələrə aid edilə bilər, uşaqlarda və psixotik 

simptomları olan xəstələrdə istifadə edilə bilməz.  

 

Süd vəzisi xərçənginin skrininqi üzrə tövsiyələr yalnız 50-70 yaşlarında olan, 



anamnezində xərçəng xəstəliyi və ailə anamnezində süd vəzisinin xərçəngi 

olmayan qadınlara aid edilə bilər.  

 

 

 



 

11


 

MARAQLI TƏRƏFLƏRİN İŞTİRAKI 



 

 

4. Klinik tövsiyələri hazırlayan qrupa bütün müvafiq ixtisaslardan olan tibb  

mütəxəssisləri daxil olmuşdur  

 

Tamamilə 

razıyam 



1 Tamamilə 

razı deyiləm 

 

Şərhlər  



 

 

 



 

 

5. Pasiyentlərin fikirləri və istəkləri nəzərə alınmışdır 

 

Tamamilə 



razıyam 



1 Tamamilə 

razı deyiləm 

 

Şərhlər  



 

 

 



 

 

6. Klinik tövsiyələrin istifadəçiləri dəqiq müəyyən olunmuşdur 

 

Tamamilə 



razıyam 



1 Tamamilə 

razı deyiləm 

 

Şərhlər  



 

 

 



 

 

7. İstifadəçilər klinik tövsiyələrin ilkin aprobasiyasını aparmışdır 

 

Tamamilə 



razıyam 



1 Tamamilə 

razı deyiləm 

 

Şərhlər  



 

 

 



 

 

 



12

 

MARAQLI TƏRƏFLƏRİN İŞTİRAKI 

 

 

4.  



 

Bu bənd hər hansı bir mərhələdə klinik tövsiyələrin hazırlanmasında iştirak edən 

mütəxəssislərə aiddir.  Bu, klinik tövsiyələrin hazırlanmasının idarə olunması qrupu, 

sübutların seçilməsi və qiymətləndirilməsində iştirak edən tədqiqatçılar kollektivi və 

sənədin yekun versiyasının hazırlanmasına cəlb olunan ayrı-ayrı fərdlər ola bilər.    

 

Bu bənd klinik tövsiyələrin kənardan resenziyasını həyata keçirən şəxslərə aid deyil 



(bax bənd 13).  

Klinik tövsiyələrin hazırlanmasında iştirak edən qrupun tərkibi, onun iş qaydası və 

müvafiq peşəkarlığı haqqında məlumat təqdim olunmalıdır. 

 

 



5. 

 

Klinik tövsiyələrin hazırlanması zamanı göstərilən tibbi yadım haqqında pasiyentlərin 



rəy və istəkləri nəzərə alınmalıdır. Bunun üçün bir neçə üsul mövcuddur. Pasiyentlər 

tövsiyələri hazırlayan qrupun tərkibinə daxil ola bilər, məlumatlar pasiyentlərin 

arasında sorğu keçirməklə və ya pasiyentlərin rəyini əks etdirən ədəbiyyatdan 

götürülməklə toplana bilər. Belə bir işin aparılması barəsində sübutlar təqdim 

olunmalıdır. 

 

 



 

6.  

 

Klinik tövsiyələrdə istifadəçilər aydın şəkildə göstərilməlidir ki, tövsiyələrin onlara aid 



olub-olmamağı dərhal təyin edilə bilsin. Məsələn, bel-oma radikulitinin müalicəsi üzrə 

klinik tövsiyələrin istifadəçiləri ümumi praktika həkimləri, nevropatoloqlar, cərrah-

ortopedlər, revmotoloqlar və fizioterapevtlərdir. 

 

6. 



7.  

 

Çap olunmazdan əvvəl tövsiyələr ehtimal olunan istifadəçilər arasında aprobasiyadan 



keçməlidir. Məsələn, onlar bir və ya bir neçə poliklinika və xəstəxanada aprobasiya 

oluna bilər. Bu proses sənədləşdirilməlidir.   

 

 

6.



 

 

13



 

Tövsiyələrin hazırlanması prosesinin mükəmməlliyi 



 

 

8. Sübutların axtarışı üçün sistematik yanaşmalardan istifadə olunmuşdur. 

 

Tamamilə 

razıyam 



1 Tamamilə 

razı deyiləm 

 

Şərhlər  



 

 

 



 

 

9. Sübutların seçilməsi prosesi aydın təsvir olunub 

 

Tamamilə 

razıyam 



1 Tamamilə 

razı deyiləm 

 

Şərhlər  



 

 

 



 

 

10. Tövsiyələrin hazırlanması üçün istifadə edilən üsullar aydın təsvir olunub 

 

Tamamilə 

razıyam 



1 Tamamilə 

razı deyiləm 

 

Şərhlər  



 

 

 



 

 

11.  Təklif olunan yanaşmaların effektivliyi və təhlükəsizliyi tövsiyələrin 

hazırlanmasında nəzərə alınmışdır  

 

Tamamilə 

razıyam 



1 Tamamilə 

razı deyiləm 

 

Şərhlər  



 

 

 



 

 

 

14



 

Tövsiyələrin hazırlanması prosesinin mükəmməlliyi 



 

 

8.  

 

Sübutların axtarış strategiyası əsas sözlər, məlumat  mənbələri və ədəbiyyat 

axtarışının ara “pəncərələri” daxil olmaqla təfsilatla təsvir olunmalıdır. Məlumatlar 

elektron məlumat bazaları (məsələn, MEDLİNE, EMBASE, CİNAHL), sistematik 

icmalların məlumat bazası (məsələn, Koxran əməkdaşlığı, DARE), jurnallar, konfrans 

materiallarının icmalları və digər klinik tövsiyələrdən (məsələn US National Guideline 

Clearinghouse, German Guidelines Clearinghouse) alına bilər.  

 

 

9. 

 

Axtarış zamanı aşkarlanan daxil etmə və xaric etmə meyarları qeyd olunmalıdır. Bu 

meyarlar aydın təsvir olunmalı və bununla yanaşı, sübutların daxil edilmə və xaric  

edilmə səbəbləri də dəqiqliklə qeyd olunmalıdır. Məsələn, klinik tövsiyələrin 

müəllifləri yalnız randomizasiya üsulu ilə aparılan tədqiqatlardan alınan sübutları 

daxil etməyi və ingilis dilində yazılmayan məqalələri xaric etməyi qərara ala bilərlər.  



 

 

10. 

 

Tövsiyələrin hazırlanması və son qərarların qəbul edilməsi zamanı istifadə olunan 

metodlar təsvir olunmalıdır. Məsələn, belə metodlara səsvermə, qiymətləndirmələrin 

formal üsullarla uyğunlaşdırılması (Delphi, Glaser) aid edilə bilər. Fikir ayrılıqları və 

onların aradan qaldırılması yolları təsvir olunmalıdır.

 

 

 11.  

 

Klinik tövsiyələrdə təklif olunan metodların təhlükəsizliyi və effektivliyi nəzərə 



alınmalıdır. Məsələn, süd vəzisi xərçənginin müalicəsi üzrə klinik tövsiyələrdə 

ümumiyyətlə müalicənin müxtəlif klinik nəticələrə təsiri müzakirə edilə (sağ qalma, 

həyatın keyfiyyəti, yanaşı təsirlər, xəstəliyin əlamətləri) və ya müxtəlif müalicə 

metodikaları müqayisə oluna bilər. Bu məsələlərin müzakirə edildiyi haqda  sübutlar 

olmalıdır.  

1

 

 



 

15



 

Tövsiyələrin hazırlanması prosesinin mükəmməlliyi 

 

 

12.  Tövsiyələr və sübutlar arasında aydın əlaqə varmı?



 

 

Tamamilə 

razıyam 



1 Tamamilə 

razı deyiləm 

 

Şərhlər  



 

 

 



 

 

13.  Nəşr olunmamışdan əvvəl Klinik tövsiyələrin kənardan resenziyası həyata 

keçirilmişdir

 

 

Tamamilə 

razıyam 



1 Tamamilə 

razı deyiləm 

 

Şərhlər  



 

 

 



 

 

14. Klinik tövsiyələrin yenilənməsi prosesi təsvir olunmuşdur 

 

Tamamilə 

razıyam 



1 Tamamilə 

razı deyiləm 

 

Şərhlər  



 

 

 



 

 

16



 

Tövsiyələrin hazırlanması prosesinin mükəmməlliyi 

 

 

 



12.  

 

Tövsiyələr və onların əsaslandığı sübutlar arasında aydın əlaqə olmalıdır. Hər 



tövsiyənin əsaslandığı mənbələrin siyahısına istinad edilməlidir.  

 

 



 

13.  

 

Klinik tövsiyələri nəşr etməmişdən əvvəl kənardan resenziya verilməsi həyata 



keçirilməlidir

. Resenzentlər tövsiyələri hazırlayanların qrupuna daxil olmamalıdır; 

resenziya verilməsində həmin klinik problem və metodologiya üzrə mütəxəssislər 

iştirak etməlidir. Eyni zamanda pasiyentlər tərəfindən nümayəndə də iştirak edə 

bilər. Kənardan resenziya verilməsinin metodikası təsvir olunmalıdır; həmçinin 

resenzentlərin siyahısı və onların iş yerləri qeyd oluna bilər. 

 

 

14.

 

 

Klinik tövsiyələr son tədqiqatların nəticələrini əks etdirməlidir.  Onların yenilənməsi 

üsulu aydın göstərilməlidir. Məsələn, yeniliklər cədvəli yerləşdirilməli və ya 

komissiyanın müntəzəm şəkildə yenilənən ədəbiyyatın siyahısını alması və lazım olan 

dəyişiklikləri yerinə yetirməsi haqqında qeyd olmalıdır.

 

 

 

 



17

 

Üslubun aydın olması və təqdim olunmuş materialın formatı 



 

 

15. Tövsiyələr konkret və birmənalıdır 

 

Tamamilə 

razıyam 



1 Tamamilə 

razı deyiləm 

 

Şərhlər  



 

 

 



 

 

16. Bu xəstəlik zamanı yardım göstərilməsinin müxtəlif üsulları aydın təsvir olunub  

 

Tamamilə 

razıyam 



1 Tamamilə 

razı deyiləm 

 

Şərhlər  



 

 

 



 

 

17. Əsas tövsiyələri asanlıqla tapmaq olur  

 

Tamamilə 

razıyam 



1 Tamamilə 

razı deyiləm 

 

Şərhlər  



 

 

 



 

 

Üslubun aydın olması və təqdim olunmuş materialın formatı 



 

18. Klinik tövsiyələrlə bərabər praktik istifadə üçün materiallar da təqdim 

olunmuşdur 

 

Tamamilə 

razıyam 



1 Tamamilə 

razı deyiləm 

 

Şərhlər  



 

 

 



 

 

 

18



 

Üslubun aydın olması və təqdim olunmuş materialın formatı 



 

 

15.  

 

Mövcud sübutlara əsaslanaraq, tövsiyələrdə hansı müalicə taktikasının hansı 

vəziyyətlərdə və hansı pasiyent qrupuna aid olması haqqında dəqiq  məlumat 

olmalıdır.  

 

 

Dəqiq tövsiyə nümunəsi: yaşı iki və daha  yuxarı olan uşaqlarda kəskin orta otit 



zamanı antibiotiklər şikayətlərin üç gün davam etməsi və ya  ağrıkəsici 

preparatlarla adekvat müalicəyə baxmayaraq həkim konsultasiyasından sonra 

güclənməsi halında təyin olunmalıdır; belə hallarda 7 gün ərzində amoksisillin 

təyin olunmalıdır (təyinat sxemi əlavə olunur). 

 

 

Qeyri-dəqiq tövsiyə nümunəsi: antibiotiklərin təyini xəstəliyin atipik və fəsadlı 



gedişi zamanı  göstərişdir.  

 

 



Bəzən sübutlar birmənalı olmur və optimal müalicə taktikası qeyri-müəyyən ola 

bilir. Belə hallarda qeyri-müəyyənlik klinik tövsiyələrdə əksini tapmalıdır.  



 

 

16. 



 

Klinik  tövsiyələrdə müxtəlif skrininq, profilaktika, diaqnostika və müalicə üsulları 

nəzərdən keçirilməlidir.. Bu üsullar klinik tövsiyələrdə aydın təqdim olunmalıdır. 

Məsələn, depressiyanın müalicəsində aşağıdakı variantlar təklif oluna bilər: 

A.  Trisiklik antidepressantlarla müalicə 

B.  Serotoninin introneyronal tutulmasının seçici inhibitorları ilə müalicə 

C.  Psixoterapiya  

D.  Farmakoterapiyanın psixoterapiya ilə kombinasiyası 



 

 

 17. 



 

 

Göstərilən hal üzrə tövsiyələri istifadəçi asanlıqla tapmalıdır. Bu tövsiyələr klinik 

rəhbərlikdə işıqlandırılan əsas klinik sualları cavablandırmalıdırlar. Onları çərçivəyə 

yerləşdirməklə, daha iri şriftlə yazmaqla və ya altından xətt çəkməklə, sxem və 

alqoritmdən istifadə etməklə təqdim etmək olar.

 

 



 

18 

 

İstifadəsinin daha effektiv olması üçün, klinik tövsiyələr əlavə materiallarla birlikdə 

yayılmalı və praktikada tətbiq rfilməlidir.  Əlavə materiallara qısa icmal,  məzmun 

göstəricisi, tədris materialları, pasiyentlər üçün kitabçalar, proqram təminatı daxildir 

və tövsiyələrlə birlikdə təqdim olunur.   

 

 

 

19



 

Tətbiq etmə imkanı 



 

 

19. Tövsiyələrin tətbiqinə maneə törədə biləcək təşkilati problemlərin müzakirəsi  

aparılıb 

 

Tamamilə 

razıyam 



1 Tamamilə 

razı deyiləm 

 

Şərhlər  



 

 

 



 

 

20. Tövsiyələrin tətbiqinin mümkün maliyyə nəticələri nəzərdən keçirilib 

 

Tamamilə 

razıyam 



1 Tamamilə 

razı deyiləm 

 

Şərhlər  

 

 

 



 

 

21.  Klinik tövsiyələrdə monitorinq və / və ya auditin məqsədlərinin  

qiymətləndirilməsi üçün əsas meyarlar təqdim olunub   

 

1. В клиниче ских рекомендациях представлены основные критерии оценки для целей 

Tamamilə 

razıyam 



1 Tamamilə 

razı deyiləm 

 

Şərhlər  



 

 

 



 

 

 

20



 

Tətbiq etmə imkanı 



 

 

19.  

 

Tövsiyələrin tətbiq edilməsi mövcud səhiyyə sisteminin (və ya tibb müəssisəsinin) 

təşkilində dəyişikliklərin aparılmasını tələb edə bilər. Bu dəyişikliklər müzakirə 

olunmalıdır. Məsələn: 

 

1. Tövsiyə oluna bilər ki, insultlu xəstələrə yardım göstərilməsi insultun müalicəsi 



üzrə ixtisasllaşmış şöbələr və bölmələrlə əlaqələndirilmiş şəkildə aparılsın.    

 

2. Sahə həkimləri üçün nəzərdə tutulmuş klinik tövsiyələrdə şəkərli diabeti olan 



xəstələrin müayinəsi və sonrakı müşahidəsi üçün diabetin müalicəsi üzrə ixtisaslaşmış 

şöbələrə göndərilməsi tələb oluna bilər.      



 

 

20. 

 

Tövsiyələrin tətbiqi dar ixtisaslı mütəxəssislər, yeni avadanlıq, bahalı dərman 

preparatları kimi əlavə resursların cəlb olunmasını tələb edə bilər.  Bu, səhiyyə 

büdcəsinə təsir edə bilər. Klinik tövsiyələrdə bu kimi məsələlər öz əksini tapmalıdır  



 

 

21.  

 

Klinik tövsiyələrin icrasının qiymətləndirilməsi onların istifadəsinin effektivliyini artıra 



bilər. Bunun üçün klinik tövsiyələrin əsas göstərişlərindən irəli gələn dəqiq təyin 

olunmuş meyarlar olmalıdır.  Bu meyarlar təqdim olunmalıdır. Qiymətləndirmə 

meyarlarının nümunələri: 

 

HbA1c 8,0 %-dən aşağı olmalıdır 



 

Diastolk təzyiq 95 mm civə sütunundan aşağı olmalıdır 

 

Kəskin orta otit zamanı şikayətlər 3 gündən çox davam edərsə, amoksisillin 



təyin olunmalıdır  

 

 



 

 

21



 

TƏRTİBATÇILARIN  MÜSTƏQİLLİYİ 



 

 

22. Klinik tövsiyələrin  tərtibatçıları maliyyələşdirmə mənbəyindən asılı deyillər.  

 

Tamamilə 

razıyam 



1 Tamamilə 

razı deyiləm 

 

Şərhlər  



 

 

 



 

 

23. Klinik tövsiyələri tərtib edən qrup üzvləri arasında  maraqlqr toqquşmasının 

olub-olmamağı haqqında qeydiyyatın aparılması 

Наличие/отсутствие конфликта интересов у членов группы по разработке клинических 

Tamamilə 

razıyam 



1 Tamamilə 

razı deyiləm 

 

Şərhlər  



 

 

 



 

 

 

Ə

LAVƏ ŞƏRHLƏR 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

22



 

TƏRTİBATÇILARIN  MÜSTƏQİLLİYİ  



 

 

22.  

 

Bəzi klinik tövsiyələr xarici maliyyə mənbələrinin hesabına tərtib olunurlar (məsələn, 



dövlət fondları, xeyriyyə təşkilatları, farmasevtik kampaniyalar).  Maliyyələşmə 

xərcləri bütövlüklə və ya onlarıın bir hissəsini (məsələn tövsiyələrin çapını) ödəyə 

bilər. Maliyyələşdirən  mənbənin maraqlarının tövsiyələrin yekun variantına təsir 

etməməsi haqqında aydın müddəa olmalıdır. 

 

Qeyd: Əgər  tövsiyələrin  xarici maliyyələşmə mənbəyi olmadan hazırlanması 

haqqında   müddəa varsa, Siz “Tamamilə razıyam” cavabını verməlisiniz.  

 

 

23.  

 

Bəzi hallarda klinik tövsiyələri tərtib edən qrup üzvləri arasında  maraqların 

toqquşması baş verə bilər. Bu, məsələn, elmi araşdırması tövsiyələrlə üst-üstə düşən 

və ya farmasevtik kampaniya tərəfindən maliyyələşdirilən qrup üzvünə aid ola bilər. 

Bütün qrup üzvləri onların maraqlarının toqquşması haqqında bildirməlidirlər və bu 

haqda aydın müddəa olmalıdır. 



 

 

 



Ə

LAVƏ ŞƏRHLƏR 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

23



 

YEKUN QİYMƏTLƏNDİRMƏ 



 

 

Siz bu  klinik tövsiyələri praktik istifadə üçün tövsiyə edirsiniz mi? 

 

 

Təkidlə tövsiyə edirəm 



 

 

Tövsiyə edirəm (bəzi dəyişiklik  və 



düzəlişlərlə) 

 

 

Tövsiyə etmirəm 



 

 

Ə



min deyiləm  

 

Şərhlər 

 

 

 

 

QEYDLƏR  



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə