Tullanmalar.-maneələri və müəyyən bir sahəni dəf etmək üçün hərəkətdir. -
Maneələrdən aslı olaraq tullanmalar hündürlüyə və uzuna,icra olunma usuluna
görə isə yerindən və ya qaçaraq ola bilər.Tullanmalar hərtərəfli fiziki inkişafın fəal
vasitələrindən biridir.Bununla əlaqədar olaraq əsas yüngül atletika tullanmaları
“ƏMH” kompleksinə daxil edilmişdir.Atmalar: Atmaların yüngül atletikanın
başqa növləri ilə uygun şəkildə tətbiq olunması qiymətli keyfiyyətləri və vərdişləri
inkişaf etdirmək üçün böyük əhəmiyyəti vardır.Atmalar müxtəlif üsulları alətin
formasına və çəkisinə görə müəyyən edilir.Yüngül alətləri baş arxasından
tullanmaq olar,daha ağır alətləri döndərlə tullamaq olar,yadronu isə itələmək
əlveriçlidir.Çoxnövçülülük-bir qayda olaraq çoxnövçülüyə qaçış,tullanmalar və
atmalar daxildir.
2.Yüngül atletika bədən tərbiyəsi sistemində.Bədən tərbiyəsi sistemi
respublikamızın idman aləmində geniş yer tutur.Onun əsas məqsədi xalqımızın
sağlamlığını möhkəmləndirməkdən və istəlinən müdafiəsinə hazırlamaqdır.
Yüngül atletika hərəkətləri genişdir.Bu da hər gəncə özünə münasib yüngül atletika
növü seçməyə imkan verir.Yüngül atletikada məşğul olanların fiziki inkişafı və
idman ixtisaslaşması üçün də müvəffəqiyyətlə istifadə olunur.Məhz buna görə də
yüngül atletika idmanı ölkəmizdə geniş yayılmışdır.Onunla respublikamızın
ümumtəhsil məktəblərində,şəhər və kəndlərdə, orduda həvəslə məşğul
olurlar.Yüngül atletika üzrə keçirilən yarışlar tamaşaçılarda həmişə böyük marağa
səbəb olur.Buna görə də yüngül atletika üzrə aparılan yarışlar təşviqatın ən yüksək
vasitələrdən sayılır.Azərbaycanda yüngül atletika məşgələrini təxminən il boyu
açıq təmiz hava şəraitində aparmaq olar.Yüngül atletika üzrə məşğələni təchiz
etmək və invertar almaq o, qədərdə böyük xərc tələb etmir.Yüngül atletika ilə
uşaqlar və böyüklər,gənclər və yaşlılar,kişilər və qadınlar məşğul ola bilərlər.
Vətənin
müdafiəsinə
hazıram
kompleksində.
–Respublikamızda yüngül atletika minlərlə idmanşını hərtərəfli inkişar etdirmək
onları hər an Vətənin Müdafiəsinə Hazırlayaraq,öz dövlətinə sədaqətli olan
kollektivin,Azərbaycan dövlətinin mənafeyini öz şəxsi mənafeyindən yüksək tutan
İdmançıların –vətənpərvərlər yetişməsinə kömək edir.Vahid idman təsnifatı
ölkəmizdə idmanın yüksəlişi üçün mühüm vasitə olub,aparılan işin miqdar və
keyfiyyətini böyük diqiqliklə nəzərə almağa,Azərbaycan yüngül atletlərinin
ustalığının artırılması sahəsində nailiyyətlər və nöqsanlar haqqında düzgün fikir
söyləməyə imkan verir.
3.Yüngül
atletikanın
sağlamlıq
və
tərbiyəvi
əhmiyyəti
haqqında.Azərbaycanda,demək olar ki bütün il boyu açıq havalarda yüngül atletika
ilə məşğul olmaq mümkündür.Məhz bütün bunları nəzərə alaraq deməyə əsas verir
ki yüngül atletikanın böyük sağlamlıq əhəmiyyəti vardır.Yüngül atletika
hərəkətləri düzgün icra edildikdə insanın bütün hərəkət aparatı dinamiki işə cəlb
olunur,bunun sayəsində də orqanizmdə maddələr mübadiləsi artır;daxili orqanların
fəaliyyəti,ümumiyyətlə,orqanizmin həyat fəaliyyəti yüksəlir və yaxşılaşır.Tərbiyə
əhəmiyyəti.Yüngül atletika idmanda mübarizə aparmaq,qələbə qazanmaq,səy
göstərmək,seçilən növdə nəticə əldə etmək həvəsi çox nəzərə çarpır.Yüngül
atletika üzrə təlim-məşq və yarışlar düzgün təlim edildikdə bu idmançılarda şüurlu
nizam-intizam kollektivçiliyin,yoldaşlıq hissinin,tapşırılan iş üçün məsuliyyət
hissinin və möhkəm xarakterin formalaşmasına təsir göstətir.Azərbaycan
idmançılarına lazım olan qüvvətlilik,cəldlik,davamlıq,gümrahlıq,diqqətlilik,özünü
ələ almaq bacarığı və s. bu kimi keyfiyyətlərin meydana çıxarması və bu
keyfiyyətlərin inkişaf etdirilib təkmiləşməsi üçün gözəl şərait yaradır.
Dostları ilə paylaş: |