Toyuna 1 ay qalmış həkimlər diaqnoz qoydu: 10 gün vaxtınız var



Yüklə 11,42 Kb.
tarix02.01.2022
ölçüsü11,42 Kb.
#1341
növüYazı

Toyuna 1 ay qalmış həkimlər diaqnoz qoydu: 10 gün vaxtınız var...

27 yaşlı Tural Budaqovun valideyinləri fəryad etdilər: Bu məmləkətdə 50 min manat tapa bilmədik deyə oğlumuzu itiririk.

Sitarə Budaqova: Bizim 27 yaşlı övladımızın ölümünə adi hal kimi baxanların vicdanlarına yazıqlar olsun!

Hepatit B virusuna yoluxan Tural Budaqovun anası Sitarə Budaqova prezident İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya, Səhiyyə naziri Oktay Şirəliyevə, Fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciətlərinə cavab almadıqda son çıxış yolu kimi ictimaiyyətə və mətbuata müraciət etdi:



“Müraciətim övladı olan hər kəsədir. Göydə Allah, yerdə Siz oğluma kömək edin.

Oğlum qara ciyərin serrozu xəstəliyindən əziyyət çəkir. Uzun müddətdir ki, Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alandan sonra həkim açıq dedi: Tural əgər dərhal əməliyyat olunmasa 10 gün yaşaya biləcək. Cərrahiyyə əməliyyatını aparmaq üçün isə 50 min manat pul ödəməliyəm. Uzun müddət apardığımız müalicələr ailəmizin onsuz da ağır olan durumunu bir qədər də ağırlaşdırdı. Artıq bu məbləği haradansa borc tapmaq belə bizə nağıl və yuxu kimi görünür. İmkanlı, qeyrətli Azərbaycan balalarına müraciət edirəm – Balama yardım edin. Bir Ananın fəryadına biganə qalmayın. Tural da bu Vətənin övladıdır və hər zaman da ona layiqli vətəndaş olub. Hər zaman dostlarının, ailəsinin sevimlisi olub. Mehriban, təvazökar, ağıllı, savadlı bir gəncdir. Cəmi bir aydan sonra onun çoxdan planlaşdırdığımız toy məclisi olacaqdı. Turalı sevən hər kəs dərd içində qovrulur. Övladımız gözümüzün qabağında günbəgün saralıb, solur. Bu gün bizə yardım edin, övladımızı ölməyə qoymayın. Söz verirəm ki, əməliyyatdan sonra ailəmizin hər bir üzvü ömrümüzün axırınadək işləməli də olsa, sizlərin borcunu qaytarmağa çalışacaq. Bu gün, məhz sayılı günlər qaldığı üçün sizlərin yardımına ehtiyacım var. Allah da sizlərin yardımçısı olsun...”
Yüklə 11,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin