224) Uşaqlarda dirsək oynağında olan Malqenya sınığına hansı zədələnmə aiddir?
A) Dirsək sümüyünün yuxarı 1/3-nin və aşağı 1/3-nin sınığı.
B) Dirsək çıxıntısının sınığının said sümüklərinin ağırlaşmış çıxığı ilə olan zədələnməsi.
C) Said sümüklərinin yuxarı 1/3-nin sınığı.
D) Dirsək sümüyünün tac və dirsək çıxıntısının birlikdə sınığı.
E) Said sümüklərinin aşağı 1/3-nin sınığı.
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
225) Uşaqlarda mil sümüyünün başının yarımçıxığı ən çox hansı yaşda təsadüf edir?
A) 14 yaşdan sonra
B) 0-1 yaş arasında
C) 5-6 yaşda
D) 10-14 yaş
E) 1-3 yaş arasında
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
226) Uşaqlarda mil sümüyünün başının yarımçıxığı zamanı yerinə salınma nə vaxt asan olur?
A) Travmadan sonra birinci günlərdə
B) Travmadan 5 gün sonra
C) Travmadan 3 gün sonra
D) Travmadan 2 həftə sonra
E) Travmadan 7 gün sonra
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
227) Uşaqlarda mil sümüyünün başının yarımçıxığı yerinə salınandan sonra ətraf necə fiksasiya olunmalıdır?
A) 5-6 həftə
B) 6-8 həftə
C) 8-10 həftə
D) 4-5 həftə qol asqısı ilə fiksasiya olunmalıdır
E) 1-2 gün qol asqısı ilə fiksasiya olunmalıdır
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
Dostları ilə paylaş: |