235) Uşaqlarda bazu sümüyünün distal hissəsinin oynaqdan kənar sınıqlarına hansılar aiddir?
A) Bazu sümüyü başcığının sınığı
B) Bazu sümüyünün blokunun sınığı
C) Bazu sümüyünün epimetafizar sınığı
D) Bazu sümüyünün kondilusüstü sınığı, iç və tış epikondilusların sınığı
E) Bazu sümüyünün kondiluslardan keçnə sınığı
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
236) Uşaqlarda bazu sümüyünün distal hissəsinin oynaqdaxili sınıqlarına hansılar aiddir?
A) Bazu sümüyünün aşağı 13-nin sınığı
B) Bazu sümüyünün iç epikondilusunun sınığı
C) Bazu sümüyünün çəp kondilusüstü sınığı
D) Bazu sümüyünün tış epikondilusunun sınığı
E) Bazu sümüyünün blokunun, başcığının, epimetafizinin və kondilusdan keçən sınıqları
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
237) Uşaqlarda mil sümüyünün distal ucunun təzə osteoepifizeolizinin əsas müalicə üsulu hansıdır?
A) Vintlərlə osteosintez
B) İlizarov aparatı ilə osteosintez
C) Açıq üsul ilə repozisiya
D) Konservativ müalicə, qapalı repozisiya
E) Heç bir repozisiya aparılmır
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
238) Uşaqlarda mil sümüyünün distal ucunun osteoepifizeolizi zamanı ətraf hansı müddətə fiksasiya olunmalıdır?
A) 3-4 həftəyə
B) 1-2 həftəyə
C) 10-12 həftəyə
D) 6-7 həftəyə
E) 8-10 həftəyə
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
Dostları ilə paylaş: |