onların basdırılma yerlərində əlavə xərclərin çəkilməsinə ehtiyac yaranır. Bu xərclər zibilin yandırılması prosesini, onların bilavasitə basdırılması prosesinə nəzərən daha bahalı edir 1. Tullantılarla davranma və onların idarə olunması qanunları kəskin dəyişir 2. Tullantıların emalının yeni texnologiyaları yaranır. Bu texnologiyalar tullantıların çeşidlənməsi sisteminin zibili yandırılma zavodların yaradılmasın, enerjinin alınmasının, sanitar tədbirlər əsasında basdırılması poliqonlarını əhatə edir
3. Tullantıların iqtisadiyyatı və idarə olunması mürəkkəbləşir 4. Əvvəllər tətbiq edilən texnologiyaların yararsızlığı aşkar edilir 5. Tullantıların sivilizasiyasının qiymətləri artır ki bu da şəxsi biznesi özünə cəlb edir 6. Tullantıların emalı prosesi böyük həcmdə investisiya tələb edir Tullantıların ətraf mühitə təsiri və ekoloji problemləri Ətraf mühitin tullantılarla çirklənməsi təbii yolla və insan fəaliyyəti antropogen təsir nəticəsində baş verir. Geniş mənada ətraf mühitin çirklənməsi dedikdə mühitə bütün təbii və antropogen təsirləri başa düşmək lazımdır ki bu təsirlər nəticəsində ekoloji tarazlıq pozulur və ətraf mühitin keyfiyyətinin pozulması prosesi neqativ inkişaf edir. Ətraf mühitə çirkləndirici maddələrin atılması və ya tullanması emissiya adlanır. Atılma termini atmosferin çirklənməsinə tullanma isə su və torpağın çirklənməsinə tətbiq edilir. Ətraf mühiti çirkləndirən subyekt emitten çirklənmə təsirinə məruz qalan isə desipien adlanır. Ətraf mühitin ən çox çirklənməsinə səbəb olan tullantılar istehsalat və məişət tullantılardı. Ətraf mühiti çirkləndirən mənbələr onların hərəkət edə bilmək qabiliyyətinə görə