TÜrklüK ÇAĞDAŞliq


Cədvəl-3 Dövlətin adı



Yüklə 1,77 Mb.
səhifə14/16
tarix31.01.2017
ölçüsü1,77 Mb.
#6973
1   ...   8   9   10   11   12   13   14   15   16

Cədvəl-3

Dövlətin adı

Fəaliyyət dövrü

İmperatorluqlar:

1. Böyük Turan İmperatorluğu

2. II Böyük Turan İmperatorluğu

3. Saka (Skif) Böyük Turan İmp.-ğu

4. Midiya İmperatorluğu

5. Asiya Hun İmperatorluğu

6. Parfiya İmpertorluğu

7. Böyük Hun İmperatorluğu

8. Avropa (Qərbi) Hun İmperatorluğu

9. Tabqaç İmperatorluğu

10. Ağ Hun (Eftalit) İmperatorluğu

11. I Göy Türk İmperatorluğu

12. Doğu Göy Türk İmperatorluğu

13. Batı Göy Türk İmperatorluğu

14. Avar İmperatorluğu

15. Xəzər İmperatorluğu

16. II Göy Türk İmperatorluğu

17. Uyğur İmperatorluğu

18. Böyük Səlcuqlu İmperatorluğu

19. Xarəzmşahlar İmperatorluğu

20. Türk Moğol İmperatorluğu

21. Qızıl Orda İmperatorluğu

22. Osmanlı İmperatorluğu

23. Teymurlu İmperatorluğu

24. Səfəvilər İmperatorluğu

25. Babur (Türk-Hind) İmperatorluğu

26. Əfşarlar İmperatorluğu
Dövlətlər:

1. Aratta dövləti

2. Şümer şəhər dövlətləri

3. Quti dövləti

4. Lullubi dövləti

5. Elam dövləti

6. Manna dövləti

7. Adərbayqan dövləti

8. Alban dövləti

9. Quzey Hun dövləti

10. Güney Hun dövləti

11. I Çxao Hun dövləti

12. II Çxao Hun dövləti

13. Quzey Lianq Hun dövləti

14. Hsia Hun dövləti

15. Lou-Lan Hun dfövləti

16. Sabar dövləti

17. Onoqur dövləti

18. Tuqurkur dövləti

19. Uturqur dövləti

20. Doğu Tabqaç dövləti

21. Batı Tabqaç dövləti

22. Türkeş dövləti

23. Qarluk dövləti

24. Qırğız dövləti

25. Qaraxanlılar dövləti

26. Şirvanşahlar dövləti

27. Tulunoğulları (Misir) dövləti

28. Sacilər dövləti

29. Leonq Şato türk dövləti

30. Turfan uyğur dövləti

31. Tanq Şato türk dövləti

32. Tsin Şato türk dövləti

33. Oğuz yabqu dövləti

34. İxşidilər dövləti

35. Salarilər dövləti

36. Qəznəlilər dövləti

37. Şəddadilər dövləti

38. Rəvvadilər dövləti

39. Doğu Qaraxanlı dövləti

40. Batı Qaraxanlı dövləti

41. Anadolu Səlcuqlu dövləti

42. Suriya Səlcuqlu dövləti

43. Kirman Səlcuqlu dövləti

44. İraq Səlcuqlu dövləti

45. Şam (Suriya) Atabəyliyi

46. Mosul-Hələb Atabəyliyi

47. Azərbaycan Atabəyliyi

48. Fars (Salqurlular) Atabəyliyi

49. Əyyubilər dövləti

50. Hindistan türk dövləti

51. Misir Məmlük Türk dövləti

52. Elxanlılar (Hülakilər) dövləti

53. Cəlairlər dövləti

54. Bessarabiya (Qaqauz) türk dövləti

55. Qaraqoyunlu dövləti

56. Ağqoyunlu dövləti

57. Qacarlar dövləti


Xanlıqlar:

1. Böyük Bulqar Xanlığı

2. Volqa Bulqar xanlığı

3. Dunay bulqar Xanlığı

4. Peçeneq Xanlığı

5. Uz Xanlığı

6. Kuman Qıpçaq Xanlığı

7. Kan-Çon Uyğur Xanlığı

8. Özbək Xanlığı

9. Qazan Xanlığı

10. Kırım Xanlığı

11. Qasım Xanlığı

12. Həştərxan Xanlığı

13. Qaşqar Xanlığı

14. Noqay Xanlığı

15. Xivə Xanlığı

16. Sibir Xanlığı

17. Buxara Xanlığı

18. Xokand Xanlığı

19. Təbriz Xanlığı

20. Urmiya xanlığı

21. Xoy Xanlığı

22. Maku Xanlığı

23. Marağa Xanlığı

24. Qaradağ Xanlığı

25. Sərab Xanlığı

26. Ərdəbil Xanlığı

27. Şəki Xanlığı

28. Qarabağ Xanlığı

29. Quba Xanlığı

30. Şirvan Xanlığı

31. İrəvan Xanlığı

32. GəncəXanlığı

33. Bakı Xanlığı

34. Talış Xanlığı

35. Lənkəran Xanlığı

36. Naxçıvan Xanlığı

37. Türkmənistan Xanlığı


Bəyliklər:

1. Uyğur Bəyliyi

2. İzmirlilər Bəyliyi

3. İzmir Bəyliyi

4. Efes Bəyliyi

5. Dilmaçoğulları Bəyliyi

6. Danışməndli Bəyliyi

7. Saltuklu Bəyliyi

8. Artuklu Bəyliyi

9. Əhlət Bəyliyi

10. İnallı Bəyliyi

11. Sökmənlilər Bəyliyi

12. Məngücüklü Bəyliyi

13. Ərbil Bəyliyi

14. Bərçəm Bəyliyi

15. Yaraklular Bəyliyi

16. Çobanoğulları Bəyliyi

17. Qarluk Bəyliyi

18. Qaramanoğolları Bəyliyi

19. İnancoğulları Bəyliyi

20. Sahib Ataoğulları Bəyliyi

21. Pərvanəoğulları Bəyliyi

22. Məntəşəoğulları Bəyliyi

23.Çandaroğulları Bəyliyi

24. Alaiyə Bəyliyi

25. Qarasioğulları Bəyliyi

26. Çermiyanoğulları Bəyliyi

27. Əşrəfoğulları Bəyliyi

28. Hamitoğulları Bəyliyi

29. Sarıxanoğulları Bəyliyi

30. Aydınoğulları Bəyliyi

31. Təkə Bəyliyi

32. Ərtanaoğulları Bəyliyi

33. Dulqədiroğulları Bəyliyi

34. Tacəddinoğulları Bəyliyi

35. Ramazanoğulları Bəyliyi

36. Dobruca Türk Bəyliyi

37. Qazi Bürhanəddin Əhməd Bəyliyi


Müstəqil və muxtar respublikalar, muxtar vilayətlər:

1. Batı Trakya türk Cümhuriyyəti

2. Kiçik Başqırdıstan Cümhuriyyəti

3. Başqırdıstan Sovet Cümhuriyyəti

4. Azərbaycan Xalq Cümhuriyyəti

5. Başqırdıstan MSSR

6. Tatarıstan MSSR

7. Dağlıq Altay MV (SSRİ)

8. Çuvaşıstan MV/MSSR

9. Kabarda-Balkar MV/MSSR

10. Qaraçay-Çərkəz MV (SSRİ)

11. Yakutiya MSSR

12. Tuva MV/MSSR

13. Xakasiya MV (SSRİ)

14. Azərbaycan SSR

15. Qazaxıstan SSR

16. Qırğızıstan SSR

17. Özbəkistan SSR

18. Türkmənistan SSR

19. Türkiyə Respublikası

20. Xatay Respublikası

21. Quzey Kipr Türk Respublikası

22. Başqırdıstan Respublikası (RF)

23. Çuvaşıstan Respublikası (RF)

24. Kabarda-Balkar Resp.-sı (RF)

25. Qaraçay-Çərkəz Resp.-sı (RF)

26. Saxa (Yakut) Respublikası (RF)

27. Tatarıstan Respublikası (RF)

28. Tuva Respublikası (RF)

29. Xakasiya Respublikası (RF)

30. Altay Respublikası (RF)

31. Kırım MR (Ukrayna)

32. Sincan-Uyğur MV (Çin)

33. Qaqauz Muxtar Yeri (Moldova)

34. Azərbaycan Respublikası

35. Qırğızıstan Respublikası

36. Qazağıstan Respublikası

37. Özbəkistan Respublikası

38. Türkmənistan Respublikası

“Tufan”dan əvvəl

“Tufan”dan sonra – m.ö. VII əsr

m.ö. VIII – V əsrlər

m.ö. VIII əsr – 550-ci il

m.ö. IV – m.s. 48-ci il

m.ö. 250 – m.s. 226

m.ö. 204 – m.s. 216

374 – 469

386 – 557

420 – 562

552 – 582

582 – 630

582 – 630

563 – 803

650 – 985

681 – 744

744 – 840

1040 – 1157

1097 – 1231

1206 – 1368

1236 – 1502

1299 – 1922

1368 – 1507

1499 – 1736

1526 – 1858

1736 – 1763

m.ö. III minilliyin birinci yarısı

m.ö. XXVIII – XXIV əsrlər

m.ö. III minilliyin ikinci yarısı

m.ö. III m. II yarısı – II m. başl.

m.ö. 2240 – VI əsrin əv.

m.ö. I m.-in əv. – VI əsrin ax.

m.ö. 323 – m.s. II əsr

m.ö. I m.-in əvvəli – m.s.VII əsr

48 – 156

48 – 216

304 – 329

328 – 352

401 – 439

407 – 431

442 – 460

V – VII əsrlər

V – VI əsrlər

V – VI əsrlər

V – VI əsrlər

534 – 557

534 – 557

717 – 766

766 – 1215

840 – 1207

840 – 1042

861 – 1086, 1120 – 1501

868 – 905

879 – 942

907 – 923

911 – 1368

923 – 936

934 – 946

X əsrin əvvəli – 1000-ci il

935 – 969

942 – 981

969 – 1187

971 – 1075

983 – 1060, 1107 – 1117

1042 – 1211

1042 – 1212

1092 – 1307

1092 – 1117

1092 – 1187

1157 – 1194

1117 – 1154

1127 – 1259

1136 – 1225

1147 – 1284

1171 – 1348

1206 – 1413

1250 – 1383

1256 – 1358

1359 – 1410

1330 – ?

1365 – 1469

1469 – 1508

1747 – 1925

630 – 665

665 – 1391

681 – 864

860 – 1091

860 – 1068

IX – XIII əsrlər

905 – 1226

1428 – 1599

1437 – 1552

1440 – 1812

1445 – 1550

1466 – 1554

1472 – 1877

1502 – 1765

1511 – 1620

1556 – 1600

1599 – 1785

1710 – 1876

1747 – 1781

1747 – 1763

1747 – 1791

1747 - 1924

1747 – 1785

1747 - 1805

1747 – 1751

1747 – 1791

1747 – 1751

1747 – 1805

1747 – 1813

1747 – 1805

1747 – 1828

1747 – 1804

1747 – 1806

1747 – 1813

1740 – 1828

1747 – 1820

1860 – 1885

VIII əsr


IX əsr

1081 – 1091

1081 – 1090

1085 – 1192

1092 – 1178

1101 – 1409

1101 – 1409

1100 – 1207

1103 – 1183

1110 – 1207

1118 – 1250

1146 – 1232

XII əsr

XII əsr


1227 – 1309

XIII əsr


1256 – 1483

1261 – 1368

1277 – 1322

1277 – 1322

1280 – 1424

1292 – 1462

1293 – 1463

1297 – 1360

1300 – 1429

1300 – 1326

1301 – 1423

1302 – 1410

1308 – 1426

1321 – 1390

1335 – 1381

1339 – 1521

1348 – 1423

1352 – 1608

1354 – 1417

1381 – 1398


1913, 1915 – 17, 1920 – 23

1917 – 1919

1919 – 1920

1918 – 1920

1919 – 1991

1920 – 1991

1922 – 1991

1920/25 – 1991

1922/36 – 1991

1922 – 1991

1922 – 1991

1944/61 – 1991

1930 – 1991

1920 – 1991

1920 – 1991

1920 – 1991

1920 – 1991

1920 – 1991

1923-cü ildən bu günədək

1938 – 1939

1974-cü ildən bu günədək

1991-ci ildən bu günədək

1991-ci ildən bu günədək

1991-ci ildən bu günədək

1991-ci ildən bu günədək

1991-ci ildən bu günədək

1991-ci ildən bu günədək

1991-ci ildən bu günədək

1991-ci ildən bu günədək

1991-ci ildən bu günədək

1991-ci ildən bu günədək

1955-ci ildən bu günədək

1993-cü ildən bu günədək

1991-ci ildən bu günədək

1991-ci ildən bu günədək

1991-ci ildən bu günədək

1991-ci ildən bu günədək

1991-ci ildən bu günədək




3. Türk folkloru
Xalq ədəbiyyatı
Xalq ədəbiyyatı folkloromuzun ən zəngin və sevindirici haldır ki, ən çox toplanmış sahələrindəndir. Xalq ədəbiyyatımız forma müxtəlifliyi baxımından da zəngindir: atalar sözləri və məsəllər, alqışlar və qarğışlar, tapmacalar, dastanlar, na-ğıllar, əfsanələr, rəvayətlər, lətifələr, xalq şeiri nümunələri – xalq bayatıları, xalq mahnıları və nəğmələrinin mətnləri və s. Bu formalardan bir çoxu ədəbiyyat nəzəriyyəsində həm də “janr” kimi qəbul olunur. Çox vaxt müəllifi məlum olan aşıq şeirləri də xalq ədəbiyyatına aid edilir. Lakin bizcə bu doğru deyil. Şifahi ədəbiyyat hələ xalq ədəbiyyatı demək deyil. Aşıq şeirlərinin forması (qoşma, gəraylı və b. şeir şəkilləri) xalq yaradıcılığı ola bilər, özü isə şifahi müəllif yaradıcılığıdır. Bu məsələlərə bu kitabın müəllifinin yaxın vaxtlarda işıq üzü görəcək şeir formaları ilə bağlı növbəti filoloji araşdırma kitabında geniş toxunulacaqdır.

Xalq ədəbiyyatının ən önəmli xüsusiyyətlərindən biri digər folklor ünsürləri (xalq adət-ənənələri, xalq musiqisi, xalq geyimləri və s.) haqqında, həmçinin xalqın tarixi haqqında informasiyanı özündə daşıya bilməsidir. Bu baxımdan xalq ədəbiyyatı çox qiymətlidir və o yalnız filoloqların deyil, tarixçilərin, etnoqrafların, musiqişünasların, kulturoloqların, psixoloqların, sosioloqların və b. tədqiqat obyektinə çevril-məlidir.

Son dövrlər bir çox xalq ədəbiyyatı nümunələrinin məz-munu haqsız olaraq tənqid edilir. Əslində isə xalq ədəbiyyatı nümunələri əsrlərin sınağından süzülüb gəldiyindən, onun məzmunundakı fikirlər, normalar və xalq ənənələri ictimai münasibətləri hüquqdan kənar tənzimləmə funksiyası da-şıdığından yanlış ola bilməz. Sadəcə olaraq onlar dərindən təhlil edilməli və düzgün qiymətləndirilməlidir. Məsələn, bəzi şəxslər tərəfindən bəzi atalar sözlərinin pis şeyləri təbliğ etdiyi iddia edilir, onların zərərli olması fikri irəli sürülür və həmin atalar sözlərinin işlədilməməsi məqsədəuyğun hesab edilir. Acınacaqlı haldır ki, bəzən folklorşünaslarımız da bu itti-hamlara lazımı cavab verməkdə çətinlik çəkirlər. Bizcə bu fikirlər həmin atalar sözlərinin məhz “təyinat”ının düzgün qəbul olunmamasından irəli gəlir. Belə ki, xalq deyimlərinə münasibətdə mütləq aşağıdakı amillər nəzərə alınmalıdır:

- Atalarımız bu sözlərin bir çoxunu məhz cəmiyyətdəki mənfilikləri, pis insanların düşüncələrini ifşa etmək məqsədi ilə demişdir.

- Atalar sözləri və məsəllər bədii söz olduğundan barada məcazi mənada deyilmiş sözlər, qafiyələnmə, dilə yatımlılıq və qısalıq xatirinə formal dəyişmələr ola bilər. Belə hallarda isə sözləri hərfi mənada qəbul etdikdə fikir təhrif oluna bilər.

Bütün bunları daha aydın görmək üçün irad tutulan atalar sözlərindən bir neçə misala baxaq:

Allahsız yerdə otur, böyüksüz yerdə oturma” atalar sözünə tutulan irad odur ki, Allahsız yer ola bilməz. Əslində isə burada “Allahsız yer” deyimi diləyatımlılıq, avazlılıq xatirinə qısaltmanın nəticəsidir və bu söz birləşməsi “Allahsız insanların olduğu yer” mənasında işlədilmişdir.

Xalq üçün ağlayanın gözü kor olar” atalar sözünə tutulan irad odur ki, burada xalq üçün ağlamamaq, xalqın dərdini çəkməmək məsləhət görülür. Əslində isə burada cəmiyyətdə olan haqsızlıq, xalqın sözünü deyənə yer verilməməsi göstərilir və bu sözlər təəssüflə, yana-yana deyilir. “Düz düzdə qalar” atalar sözü də bu qəbildəndir.

Bacarana baş qurban” məsəlinə irad tutulur ki, burada bacaran insanlara hansı yolla (oğurluq, quldurluq, rüşvət və s.) olursa, olsun, iş görmək, gəlir əldə etmək məqbul sayılır. Əslində isə bu söz yaxşı mənada bacarıqlı olub yüksəlmiş insanlar haqqında deyilir və bacarıqsızların onlara paxıllıq etməməsi məsləhət görülür. Sadəcə olaraq pis əməllərlə məşğul olan insanlar zaman-zaman öz əməllərinə bəraət qazandırmaq üçün bu məsəldən başqa mənada istifadə ediblər.

Palaza bürün, elnən sürün”, “elnən gələn toy-bayramdır” deyimlərinə irad tutulur ki, burada cəmiyyətdəki haqsızlıqlara qarşı çıxmamaq məsləhət görülür. Əslində isə birinci deyimdə insanların xalq adət-ənənələrindən çıxmaması tələb edilir. Əlbəttə ki, burada mənfi ənənələr nəzərdə tutula bilməz. İkinci deyim isə insanlara təsəlli vermək və onlarda ruh yüksəkliyi yaratmaq məqsədi ilə deyilmişdir. Ellə gələn bəlanın elin gücü ilə də tezliklə həll olunacağı nəzərdə tutulur. Məşhur “El gücü – sel gücü” deyimində də elin gücü yüksək qiymət-ləndirilir.

Qızını döyməyən dizini döyər” atalar sözünə irad tutulur ki, burada qadına qarşı zorakılıq təbliğ olunur. Əslində isə burada “döymək” ifadəsini “tərbiyə vermək”, “tənbeh etmək”, “danlamaq” mənasında qəbul etmək lazımdır. Yəni bu söz məcazi mənada işlədilmişdir. Bəs nəyə görə “tərbiyə etmək” mənasında məhz “döymək” sözündən istifadə olun-muşdur? Birincisi, sözsüz ki, qafiyələnmə xatirinə. Digər tərəfdən, uşaq tərbiyə etməkdə fiziki təsir, vurmaq keçmişdə və elə bu gün də qaçılmaz bir üsuldur. Elə bir valideyn, xüsusən ana tapmaq mümkün deyil ki, ömründə bir dəfə də olsun uşağını vurmamış olsun. Yəni “uşaq tərbiyə etmək” anlayışı ilə “döymək” anlayışının ənənəvi bağlılığı var. Beləliklə məna da, qafiyə də uyğun olduğundan məhz “döymək” ifadəsindən istifadə olunmuşdur və bunu zorakılığın təbliği kimi qəbul etmək olmaz. O ki qaldı bu atalar sözünün niyə məhz qız övladına aid edilməsinə, yəqin heç kim inkar etməz ki, qız övladının düzgün tərbiyə olunması xüsusən vacib məsələdir. Bu yerdə uşaq tərbiyəsinin vacib məsələ olması haqqında deyilmiş “əzizim əziz, tərbiyəsi ondan da əziz!” məsəli də yada düşür.

Erməniyə dayı de, arxı keçənə kimi” deyiminə irad tutulur ki, burada insanlara şəxsi mənafeyinə görə başqaları qarşısında əyilmək, alçalmaq məsləhət görülür. Əslində isə bu atalar sözü istehza ilə, qürurunu, şərəfini itirmiş insanların dilindən deyilir və onların üzdəniraq düşüncələri ifşa olunur. “... öpməklə ağız murdar olmaz” deyimi də bu qəbildəndir.

Yeri gəlmişkən, bir çox atalar sözləri və məsəllərimizdə müxtəlif xalqların, o cümlədən ermənilərin adı çəkilir ki, burada da həmin xalqın xüsusiyyətləri çox obyektiv olaraq göstərilir. Bu qəbildən bir neçə misala baxaq.

Filankəs ərindiyindən erməniyə dayı deyir” məsəli tənbəl adamlara təsir etmək məqsədi ilə deyilir və burada (həmçinin yuxarıdakı misalda) erməniyə dayı deməyin qəbahət olduğu göstərilir.

Erməni qan görübdü” məsəli qorxaq adamlara təsir etmək məqsədi daşıyır və burada ermənilərin qorxaq olduğu göstərilir. “Ermənidən bəy olmaz, aşna...” və b. məsəllərdə də ermənilərə fərqli baxış özünü göstərir.

Filankəs erməni kimi adamdır” deyimi qəddar, qansız, insafsız adamlar haqqında və onlara təsir etmək məqsədiylə deyilir. Burada da xalqın ermənilər haqqında tarixi yaddaşı özünü göstərir.

Filankəs urus kimi adamdır” deyimi qohum-əqrəbaya yovuşmayan, ancaq öz işi haqqında düşünən soyuq insanlar haqqında və onlara təsir etmək məqsədiylə deyilir. Burada rusların həmin xüsusiyyətlərə malik olduğu görünür.

Biz yalnız atalar sözləri və məsəllər haqqında misallara baxdıq. Belə mübahisələr digər xalq ədəbiyyatı nümunələrinin məzmunu üzərində də yaranır. Ona görə də xalq ədəbiy-yatımızın məzmununun daha geniş və dərin araşdırılmasına böyük ehtiyac var. İndiyə qədər xalq ədəbiyyatımızın məzmunca obyektiv araşdırılmasına mane olmuş əsas amillərdən biri sovet rejiminin ideoloji inhisarı olmuşdur. Belə ki, sovet dövründə xalq ədəbiyyatımızın məzmunca araş-dırılması əsasən orada sosialist ideyalarının axtarılması üzə-rində qurulmuşdur.

Xalq ədəbiyyatında şeir formaları yaradıcılığı xüsusi yer tutur. Şeir formaları şeirin vəznişəkli ilə şərtlənir. Bir çox şeir şəkilləri həm də janr kimi qəbul olunur. Vəzn əsasən şeir misralarının bölgülənmə qaydasını, uzunluğunu (misrada olan hecaların sayını) və ritmik quruluşunu müəyyən edir. Şeirin şəkli isə, misraların qafiyələnmə qaydasını, misraların uzun-luqlarını və onların bəndlərə ayrılma qaydalarını müəyyən edir. Azərbaycan poeziyasında hecaəruz vəznindən və onlarla şeir şəklindən istifadə olunur. Həmçinin, ayrıca sərbəst şeir forması da vardır ki, özündə xüsusi vəzni və şəkli ehtiva edir.

Uzun müddət heca vəzni türk dilinin doğma vəzni, əruz vəzni isə gəlmə, türk dilinə yad və türk dilinin qaydalarını pozan vəzn kimi qiymətləndirilmişdir. Bu yanlış baxış məsələyə kökündən yanaşmamağın nəticəsidir. Birincisi, heca vəzni türk xalq yaradıcılığı məhsulu olsa da, təkcə türk dilinə xas vəzn deyil. Heca vəzninin xüsusiyyətlərini özündə daşıyan şeir vəznləri başqa xalqlarda (ərəb, fars və s.) da xalq yaradıcılığı vəzni kimi formalaşmışdır (bu məsələ haqqında da bu kitabın müəllifinin şeir formaları haqqında yaxın vaxtlarda işıq üzü görəcək növbəti araşdırma kitabında daha geniş danışılacaqdır).

Əruz vəzninə gəldikdə bu vəzn şifahi xalq yaradıcılığı məhsulu yox, fərdi yaradıcılıq məhsulu olduğundan onu hansısa xalqa aid etmək düzgün deyil. Digər tərəfdən, əruz qəliblərində dövri təkrarlanan ritmlər dilimizdə və folk-lorumuzda var və hətta bu ritmlər xalq musiqimizin əsasında dayanır. Bu faktlar isə əruzun bizə yad olmadığını deməyə əsas verir (Bu mövzuda daha ətraflı məlumat üçün bax, 3.27). Deməli bu vəzn şeirimizdə yaşadılmalı, dilimizin qanunlarına və musiqimizə uyğun olaraq inkişaf etdirilməlidir.


Xalq musiqisi
Xalq musiqimiz xeyli zəngindir. Xalq musiqimizin əsas qolları muğam, aşıq musiqisi, xalq mahnıları oyun havalarıdır. Onların hər birinin xalqımızın həyatında öz yeri və funksiyası vardır.

Muğam şifahi ənənəli professional musiqidir. Yəni bu musiqi şifahi ənənəli olsa da, bütün xalq tərəfindən yox, xüsusi peşə sahibləri – xanəndələr və instrumental musiqiçilər tərəfin-dən yaradılır və yaşadılır. Yəni kütləvi yox, professional folklora (bax, səh. 152-154) aiddir. Aşıq musiqisi isə xalq-professional musiqisi hesab olunur. Burada “xalq” ifadəsi geniş mənada yox, “kütləvilik” mənasında işlədilmişdir. Belə ki, geniş mənada “xalq musiqisi” anlayışına muğam da aiddir. Aşıq musiqisi isə, həm kütləvi, həm də professional folklorun xüsusiyyətlərini özündə daşıdığından məhz xalq-professional musiqisinə aid edilir. Xalq mahnıları və oyun havaları isə sırf kütləvi folklora (dar mənasında “xalq musiqisi”nə) aid edilir.

Xalq musiqimiz nəzəri cəhətdən götürüldükdə iki janra ayrılır: bəhrli musiqibəhrsiz musiqi. Xalq mahnıları, oyun havaları, ritmik aşıq havaları, muğam dəstgahlarındakı ritmik parçalar (təsniflər, diringilər və s.) bəhrli musiqiyə, muğam dəstgahlarındakı qeyri-ritmik hissələr (muğamlar), həmçinin aşıq havalarındakı qeyri-ritmik parçalar bəhrsiz musiqiyə aid edilir. Yəni xalq musiqimizin bütün ünsürləri (muğam, aşıq musiqisi, xalq mahnıları və oyun havaları) vahid əsasa və kökə malikdir. Sadəcə olaraq bu ünsürlər cəmiyyətdəki funksiyasına, “təyinat”ına, peşə-sənət sahəsinə görə fərqlənirlər. Bəzən yanlış olaraq xalq musiqimizin bu ünsürlərini qarşı-qarşıya qoymaq cəhdləri olur. Məsələn, aşıq sənətini türk xalqlarına doğma, muğam sənətini isə gəlmə (fars, ərəb və ya hind mənşəli), yad sənət kimi qəbul edirlər. Hətta bir dövr alimlər də bu məsələdə tərəddüd edirdilər. Son tədqiqatlarda (3.49, 3.50 və s.) bu fikrin yanlışlığı əsaslandırılsa da, həmin fikirləri bu gün də səsləndirənlər var. Əsas kimi də müxtəlif arqumentlər irəli sürürlər. Məsələn, qeyd edirlər ki, muğam türklərə məxsusdursa, bəs niyə məsələn, qırğızlarda yoxdur? Əslində isə eyni tipli musiqi “kü” adı ilə qırğızlarda mövcuddur (3.120, s.11). Yox, əgər söhbət “muğam” adı altında olan musiqidən gedirsə, bu ifadə yenə də daha çox türk xalqları ilə bağlıdır. Belə ki, “muğam” ifadəsi cüzi fonetik dəyişmələrlə əksər türk xalqlarında (Türkiyədə – “makam”, türkmənlərdə və uyğur-larda – “mukam”, özbəklərdə – “makom”) işləndiyi halda şi-mal ərəbləri və taciklərdən başqa heç bir qeyri-türk xalqında işlədilmir. Məsələn, eyni tipli musiqiyə farslar – “dəstgah”, Afrika ərəbləri – “nuba”, “istixbar”, hindlər – “raqa”, Pakistan-lılar – “xəyyal” deyirlər. Onu da qeyd edək ki, “aşıq” və “saz” ifadələri də Azərbaycan və Anadoluda işləndiyi halda digər türk xalqlarında fərqli ifadələr (baxşı, akın, dombıra, dütar və s.) işlədilir. Yəni, eyni tipli sənətin müxtəlif türk xalqlarında müxtəlif adlarla tanınması xarakterik haldır.

Muğamın türklüyə və Azərbaycana yad olmasını mu-ğamların adlarının əsasən farsca olması, həmçinin Azərbay-candan kənar yer adları (“Bayatı-Şiraz”, “Üşşaq” və s.) ilə bağlı olması ilə də əsaslandırmağa çalışırlar. Lakin bu da əsas ola bilməz. “Dübeyti”, “Təcnis”, “Ruhani”, “Müxəmməs” və b. aşıq havaları da vardır ki, adı türkcə deyil. Muğam saray sənəti olduğundan, sarayda da hələ sasanilərin dövründən və sonra fars dilinin mövqeyi güclü olduğundan muğam adlarının farsca olması normaldır və bu muğamın bizə yad olmasını deməyə əsas vermir. Bununla belə, muğamda türk tayfalarının adlarına (“Ovşarı”, “Bayatı-qacar/türk” və s.) rast gəlinir. Yer adlarına gəldikdə, muğamların yayıldığı müxtəlif ərazilərin adını daşıması normaldır. Eyni zamanda muğamda Azərbaycandan kənar yer adları ilə bərabər Azərbaycan yer adları (“Azər-baycan”, “Əraq”, “Arazbarı”, “Qarabağ/Şirvan şikəstəsi” və s.) vardır.

Muğamın yad musiqi olmasını əruz amili (muğamın “bizə yad əruz üzərində qurulması”) ilə də “əsaslandırmağa” çalışırlar. Bu isə hərtərəfli yanlış bir fikirdir. Belə ki:



birincisi – Əruz vəzni xalq yaradıcılığının yox, fərdi yara-dıcılığın məhsulu olmaqla heç bir xalqın folkloru deyil və türk folkloruna da yad deyil. (daha ətraflı bax, 3.27)

ikincisi – muğamın yaranma tarixi əruzun yaranma tarixin-dən çox-çox qədimdir (3.50) və əruz vəzni muğama sonradan daxil olmuşdur. Belə ki, əruz gözəl ahəngə, ritmə malik oldu-ğundan, həmçinin “elitar vəzn” hesab edildiyindən muğamda ondan istifadə bir ənənəyə çevrilmişdir.

üçüncüsü – muğam əruz demək deyil, yəni muğam musiqi-si heç də “əruz üzərində” qurulmayıb (daha ətraflı bax, 3.27)

Xalq musiqimizin ünsürlərinin peşə-sənət sahələrinə, cəmiyyətdəki funksiyalarına görə fərqlənməsinə gəldikdə deyə bilərik ki, muğam sənəti daha çox oturaq mədəniyyət olmaqla, elitar və saray musiqisi kimi formalaşmışdır. Aşıq sənəti isə daha çox səyyar sənət kimi formalaşmışdır və muğamdan fərqli olaraq yalnız musiqi sənəti deyil. Bu sənət həm də zəngin söz yaradıcılığını (aşıq ədəbiyyatı) ehtiva edir. Aşıq sənətinin digər bir mühüm funksiyası da xalq arasında tərbiyələndirici və maarifləndirici rol oynamasıdır. Aşıq sənətinin çox zəngin ənənələr sistemi vardır ki, xüsusi tədqiqata ehtiyacı var. Bu ənənələrə ustad-şagird münasibətləri, dastançılıq ənənələri, aşıqların el ağsaqqalı kimi xalq arasında tərbiyələndirici və maarifləndirici rolu, haqq-ədalətin tərənnümçüsü olmaları və s. aiddir. Təəssüf ki, bu ənənələr sistemi bu günədək demək olar ki, ayrıca araşdırılmamış, tədqiqatlarda ona yalnız ötəri toxunulmuşdur. Həmin ənənələrdən bu gün yalnız söhbətlər və çıxışlar səviyyəsində danışılır (bu barədə həmçinin bax, səh. 263). Bu günədək aşıq sənətinin əsasən ədəbiyyat, qismən də musiqi tərəfi tədqiq olunmuşdur.

Muğam sənəti oturaq və əsasən saray sənəti olduğundan oturaq mədəniyyətin və siyasi birliklərin (xanlıqların) mövcud olduğu bölgələrdə (Bakı, Şəki, Şirvan, Qarabağ və s.) daha çox inkişaf etmişdir. Aşıq sənəti isə səyyar, birbaşa xalq arasında olan sənət olduğundan bütün ərazilərdə yayılmış, bir tarixi dövrdə isə şəhər mədəniyyəti tərəfindən ucqarlara sıxış-dırılmışdır. Bu prosesin acısını bu gün çəkməkdəyik ki, müəyyən bölgələrdə aşıq sənəti sıradan çıxmışdır.

Xalq musiqimizin tədqiqi və mədəni səviyyəyə yük-səldilməsi məsələsinə gəldikdə, Azərbaycan xalq musiqisi əsasən XX əsrin 20-30-cu illərindən toplanmağa və müasir elmi yanaşma ilə tədqiq olunmağa başlamışdır. Bu dövrdə xalq musiqisi nümunələrimiz toplanmağa, texniki vasitələrə yazılmağa, tədqiq olunmağa, orta və ali məktəblərdə tədris olunmağa başlamışdır. Bu prosesdə böyük ziyalımız, Azər-baycan professional musiqisinin banisi Ü.Hacıbəylinin (1885-1948) müstəsna xidmətləri olmuşdur. Həmçinin bu işdə Bülbül (1897-1961), S.Rüstəmov (1907-83), F.Əmirov (1922-84) və b. musiqişünaslarımızın böyük xidmətləri var. Xalq musiqisi nümunələrinin toplanmasında isə ustad sənətkarlarımız – C.Qaryağdıoğlu (1861-1944), S.Şuşinski (1889-1965), Aşıq Şəmşir (1893-1980), Aşıq Hüseyn Saraclı (1916-87), Aşıq Əkbər (1933-90) və b. bir körpü rolunu oynamışdır.

Lakin təəssüf ki, xalq musiqimizin tədqiqi, tədrisi və mədəni səviyyəyə yüksəldilməsi bütün ünsürlər üzrə eyni sürətlə getməmişdir. Belə ki, muğamın elmi tədqiqi və ali səviyyədə tədrisi hələ XX əsrin 20-30-cu illərindən başlasa da, aşıq musiqisinin elmi tədqiqatı və ali məktəblərdə tədrisi xeyli gecikmişdir. Həmin dövrdən 1980-90-cı illərə qədər aşıq musiqisi sahəsində əsasən toplama-səsyazma işləri aparıl-mışdır. Bu sahədə elmi tədqiqat əsərlərinin (3.14, 3.25, 3.81 və s.) yalnız 1980-90-cı illərdən meydana çıxdığını görürük. Aşıq musiqisi sahəsində ilk əsaslı tədqiqat əsərlərinin yazılması görkəmli alimimiz Ə.Eldarovanın adı ilə bağlıdır. Sonrakı dövrdə T.Məmmədov, İ.İmamverdiyev və b. bu sahədə mühüm tədqiqatlar (3.81, 3.47, 3.48 və s.) aparmışlar. T.Məmmədov tərəfindən 80 klassik aşıq havası ustad aşıqların ifasından nota salınmışdır (4.19). Aşıq havalarının notlaşdırılmasında İ.İmam-verdiyev və b. tədqiqatçıların da mühüm xidmətləri var. Acı-nacaqlı haldır ki, aşıq musiqisinin ali məktəblərdə ayrıca tədrisi həddən artıq gec – yalnız son onillikdə baş tutmuşdur. İlk orta ixtisas aşıq məktəbi isə son illər Gədəbəydə açılmışdır. Ümid edirik ki, aşıq musiqisinin tədqiqi və tədrisi bundan sonra daha da genişlənəcək, bu musiqi ifaçılığı tezliklə “bölgə” səviy-yəsindən çıxacaq və əvvəlki ümummilli statusunu bərpa edəcəkdir.

Xalq adət-ənənələri
Hüquq normaları cəmiyyətdə hər şeyi tənzimləmək iqtidarında deyil, tarixən formalaşmış adət-ənənələrə, əxlaq normalarına həmişə ehtiyac var və onlar ictimai münasibətləri tənzimləmə funksiyasını daşımaqla məhz inkişafı stimul-laşdırır.

Xalq adət-nənələrimiz çox zəngindir. Bu günə qədər adət-ənənələrimizin toplanması və tədqiqi işləri müəyyən qədər aparılmış və bu gün də aparılmaqdadır. Lakin adət-ənənə-lərimizin tədqiqində onların məhz ictimai əhəmiyyəti, yaranma zərurəti məsələləri, başqa sözlə, onların fəlsəfəsininin açılması məsələsi az araşdırılmışdır. Tədqiqatların böyük bir hissəsi məhz sovet dövründə aparıldığından həmin dövrün ide-ologiyasına uyğun olaraq tədqiqatlar əsasən adət-ənənələrdə sosialist ideyalarının axtarışı üzrə getmiş və məhdud xarakter daşımışdır. Digər mühüm məqamlar isə arxa planda qalmışdır. Bu bölümdə adət-ənənələrimizə məhz bu baxımdan yanaşmağa çalışacağıq.

Bəzən adət-ənənələrin cəmiyyətdəki müsbət rolu qeyd olunmur və onlar yalnız insan azadlıqlarını məhdudlaşdıran bir neqativ amil kimi nəzərdən keçirilir. Əslində isə demək olar ki, bütün adət-ənənələr cəmiyyətin obyektiv, təbii inkişafı nəticəsində, ictimai ziddiyyətlərin həlli, ictimai münasibətlərin tənzimlənməsi modeli kimi meydana çıxmışdır. Hətta, ənənələr kənardan ədalətsiz görünsə belə, daha ədalətlisi mümkün olmadığından onlar yaşamışdır. Düzdür, müəyyən sosial qrupların mənafeyini qoruyan subyektiv xarakterli ənənələr də var və bu gün də yaranmaqdadır. Lakın, bu kimi ənənələr daha dinamik dəyişilir və əvəz olunur. Bunlar istisnadır.

Adət-ənənələr çoxsaylı və biri-biri ilə əlaqəli olduğundan onları təsnif etmək, qruplara ayırmaq da çətinlik gətirir. Aparılmış tədqiqatları və ümumi-ənənəvi təsnifatı nəzərə alaraq adət-ənənələrimizi ümumi olaraq aşağıdakı qruplara ayırmaq olar: ailə-nikah və toy adət-ənənələri, mistik-dini ənənələr və inanclar, yas adət-ənənələri, bayram adət-ənənələri, el köməyi adətləri, qonaqpərvərlik, döyüş ənənələri, köçəri həyat ənənələri, milli mentalitet və əxlaq, aşıq sənəti ənənələri və s. Bu adət-ənənələrin həyatımızda və milli ideologiyamızda daha çox əhəmiyyət kəsb edən bir neçəsi haqqında danışacağıq.

Türk cəmiyyəti tarixən ailə quruluşuna əsaslanmış və bu gün də ailə quruluşu Qərb xalqları ilə müqayisədə türk xalqlarında daha çox saxlanılmışdır. Türk cəmiyyəti ailə təməlləri üzərində qurulduğundan bir çox adət-ənənələrimiz məhz ailə sistemindən qaynaqlanır, ailədən gəlir. Ona görə də milli adət-ənənələrimizin qorunmasında ailə institutunun qorunub saxlanılması çox mühüm məsələdir. Türk cəmiyyəti üçün ailəni itirmək, əksər adət-ənənələri itirmək və inkişafdan qalmaq deməkdir.

Ailə ənənələri sırf obyektiv xarakterli ənənələrdir, çünki, ailə özü bir ictimai inkişaf əlaməti kimi meydana çıxmışdır və həmişə məhz inkişafa stimul vermişdir. Ailə təməlləri möhkəm olan cəmiyyətin inkişaf (xüsusən iqtisadi inkişaf) potensialının daha böyük olduğunu alimlər təsdiq edir. Qərb ideoloqları da bunu gözəl bilirlər və öz ölkələrində ailə təməllərinin zə-ifləməsindən xeyli narahatdırlar. Bu gün Qərb ölkələri ailəsizliyin ağrısını (əhalinin sayının azalması, iqtisadi səmə-rəliliyin aşağı düşməsi, cinayətkarlığın çoxalması, cəmiyyətin idarə olunmasının çətinləşməsi və s.) az çəkmir. Hər halda “ailə kiçik dövlətdir” deyimi təsadüfi yaranmamışdır. Ailə şüurlu insan cəmiyyətini digər canlıların birliyindən fərq-ləndirir, cinsi ehtiraslara hədsiz aludəçiliyin qarşısını alır, əxlaqi dəyərlər yaradır, qadın ləyaqətini yüksəldir, ictimai münasibətləri tənzimləyir və s.

Təəssüf ki, son dövrlər ailə quruluşunu dağıtmağa yö-nəlmiş qərbmənşəli görüşlərin təbliği ilə çox rastlaşırıq. Bu təbliğatda əsasən “qadın azadlığı”, “vətəndaş nikahı”, “nikah müqaviləsi” və b. ideyalardan istifadə edilir.

Qərbdən qaynaqlanan belə bir təbliğat mövcuddur ki, guya ailə ənənələri insanların, xüsusən də qadınların hüquq və azadlıqlarını məhdudlaşdırır və inkişafa mane olur. Bu təbliğatda qadınların avropasayağı həyat tərzi əsl qadın azadlığı kimi qiymətləndirilir. Milli ailə ənənələrimizə isə, sadəcə, orta əsrlərdən qalma kişi avtoritarizminin təzahürü kimi baxılır. Əslində isə, hər şey əksinədir. Ailə ənənələri sadəcə olaraq cəmiyyət qarşısında insanlar üzərinə vəzifələr və məsuliyyət qoyur, buna azadlıqların məhdudlaşdırılması kimi baxıb ədalətsiz hesab etmək düzgün deyil. İnsanların cəmiyyət qarşısında vəzifələrinin və məsuliyyətinin olması isə ictimai problemlərin həlli üçün zəruridir. Əgər ənənələr cəmiyyət tərəfindən məsuliyyət qoyursa, uyğun qanunlar (məsələn, ailə məcəlləsi) dövlət tərəfindən məsuliyyət qoyur.

Hər kəsə məlumdur ki, Avropa cəmiyyəti bizdəki kimi möhkəm ailə təməllərinə əsaslanmır, orada ailə bizdəki qədər yüksək dəyərə malik deyil, ailə bizdəki kimi müqəddəs sayılmır, insanların həyatında və xoşbəxtliyində bizdə olduğu qədər önəmli rol oynamır. Ailə təməlləri zəif olan cəmiyyətdə isə birbaşa ailə ilə bağlı olan bir çox anlayışlar – ailə tərbiyəsi, qadın isməti, kişi qeyrəti və s. öz mahiyyətini dəyişmiş və ya mənasını itirmiş olur. Belə cəmiyyətdə bir çox iqtisadi (israfçılığın artması, qənaətin azalması) və əxlaqi (cinsi mü-nasibətlərdə ifrat azadlıq, tüfeyli həyat tərzi və s.) problemlərin ortaya çıxması qaçılmaz olur. Bəs belə əxlaqi problemlərin mövcud olduğu cəmiyyətdə daha çox qadınların, yoxsa kişilərin haqları pozulur? Əgər cinsi münasibətlərdə ifrat azadlıq varsa, belə cəmiyyətdə ilk növbədə qadın ləyaqəti alçalır və daha çox kişilərə “sərf edir” (bəzən üzdəniraq “müasirlik düşüncəsi”nin təsirinə düşmüş bəzi qadınlar bunu başa düşmürlər). Ailə isə, kişiyə qadın qarşısında məsuliyyət və vəzifələr qoyur və qadın ləyaqətini yüksəldir. İnsan cə-miyyətində tarixən ailə quruluşunun meydana çıxması qa-dınların bəlkə də ən böyük qələbəsidir. Ona görə də, kişilərə nisbətən qadınlar həmişə şüuraltı olaraq daha çox ailə istəyir.

Tarixi ailə ənənələrimizə görə ailənin maddi təminatına ilk növbədə kişi cavabdehdir, qadın isə, ilk növbədə ev işləri ilə məşğul olmaq və uşaqlara baxmağa cavabdehdir, lakin başqa işlərdə çalışması də yasaq deyil. Bəzən bu ənənə qadını kişidən asılı edən, qadının azadlığını məhdudlaşdıran ənənə kimi qiymətləndirilir. Əslində isə, bu ənənə, qadına güzəşt və hörmətdən irəli gəlir, həmçinin, burada hər iki tərəfə vəzifə və məsuliyyət qoyulduğundan buna asılılıq münasibəti kimi baxıb ədalətsiz hesab etmək düzgün deyil. Digər tərəfdən, daha optimal və ədalətli bir alternativ də yoxdur. Bunu öz müşahidələrimizdən də görə bilərik. Bu gün dövrümüzün məlum reallıqları üzündən (kişinin məcburi işsizliyi və ya məsuliyyətsizliyi və s.) ailənin maddi tələbatının qadın tərəfindən ödənildiyi ailələrdə qadın “kişi məndən asılıdır” deyib heç də özünü xoşbəxt saymır, əksinə, özünü istismar olunan və alçaldılmış hiss edir, ənənəvi ailələrdəki qadınları isə daha xoşbəxt hesab edir. Ona görə də ailədə bəzi ev işlərinin qadınlar tərəfindən yerinə yetirilməsi ənənəsini qadınlar üçün böyük bir faciəyə və bədbəxtliyə çevirmək lazım deyil, bu sadəcə, tarixən obyektiv zərurət kimi meydana çıxmış ictimai əmək bölgüsünün ailə modelidir. Yəni, ailə ənənələri evdə “qadın işləri” ilə bərabər “kişi işləri”ni də müəyyən edir. Bu bölgü heç də ədalətsizlik yox, həyatın gözəlliyidir.

Bəzən qadınlar, ailə ənənələrimizə o əsasla qarşı çıxırlar ki, niyə “kişi xəyanət”inə pis baxılmır, qadının adekvat əməlinə isə pis baxılır. Əslində isə, ailə ənənələrimizdə də “kişi xəyanəti”nə çox pis baxılır, sadəcə, qadının adekvat əməli yalnız “xəyanət” yox, həm də onun öz ləyaqətini alçaltması, “ləkələnməsi” kimi qəbul olunduğundan belə qadınla yaşamaq kişi üçün də alçaqlıq sayılır. Bu baxış isə, əslində ənə-nələrimizdə qadınların daha müqəddəs, toxunulmaz qəbul olunması ilə əlaqədardır.

Vətəndaş nikahı” dedikdə kişi ilə qadının rəsmi nikahdan və mövcud ənənələrdən kənar, sonu öncədən mü-əyyən edilməyən birgə həyatı başa düşülür. “Vətəndaş nikahı” ənənəsini müdafiə edənlər bunu azadlıq, müasirlik və inkişaf göstəricisi kimi qəbul edərək bir çox problemlərin (ailə münaqişələrinin, boşanmaların və s.) bu yolla həll oluna biləcəyini və inkişafın təmin olunacağını qeyd edirlər. Onların hansı əsasla bu fikri irəli sürdükləri isə çox maraqlıdır. Əslində bu üzdəniraq ideyanın yumşaq desək, heç bir əsası yoxdur. İlk növbədə onu qeyd etmək lazımdır ki, “Vətəndaş nikahı” adlandırılan münasibət bir ənənə kimi inkişaf edərsə, bu ənənə insanları ailə məsuliyyətindən azad edər, qadınların kişilər tərəfindən aldadılıb atılmasına əlverişli şərait yaradar, qadınların və kişilərin ciddi ailə qurmağa olan istəyini azaldar və nəticədə cəmiyyətin ailəsizləşməsi baş verər. Bu isə cəmiyyətdə ciddi fəsadlarla nəticələnə bilər.

Mənəvi-əxlaqi baxımdan yanaşsaq, “vətəndaş nikahı” adlandırılan qeyri-ənənəvi münasibətlərdə bir çox dəyərlər dəyişmiş və mənasını itirmiş olur. Burada ilk növbədə qadın isməti, ailə namusu və s. anlayışlar öz mənasını itirir və qadın ləyaqəti alçalır.

Bütün bunları nəzərə aldıqda o nəticəyə gəlmək olar ki, Qərbdən qaynaqlanan və cəmiyyətimizi ailəsizləşdirməyə yönəlmiş üzdəniraq “vətəndaş nikahı” ideyası inkişafımıza yox, hər cəhətdən inkişafdan qalmağımıza xidmət edə bilər. Türk cəmiyyətinin gücü onun tarixən möhkəm ailə təməlləri üzərində qurulmasındadır və bu gün də Azərbaycan ailəsinin timsalında bu yaşamaqdadır. İnkişafımız üçün bunu dağıtmaq yox, qorumaq daha məqsədəuyğundur.

Son vaxtlar ailə quranlar arasında məcburi nikah mü-qaviləsinin bağlanmasının zəruriliyindən çox danışılır. Bunun insan haqlarının təmin olunmasına, ailə quruluşunun möh-kəmlənməsinə, boşanmaların sayının azalmasına səbəb ola biləcəyi qeyd edilir. Əslində isə bu o qədər də sadə məsələ deyil və nikah müqaviləsinin cəmiyyətimizdə hansı fəsadlara gətirib çıxara biləcəyini göz önünə almaq çox vacibdir.

Nikah müqaviləsi nə deməkdir? Nikah müqaviləsi ailə quracaq tərəflər arasında müəyyən münasibətləri əvvəlcədən müəyyən edən hüquqi sənəddir. Yəni tərəflər nikahda olduğu müddətdə və boşanma zamanı bir çox iqtisadi və hüquqi məsələləri bəri başdan müəyyən edir və şərtləşirlər. Bu müqavilə ailə məcəlləsindən və adət-ənənələrdən fərqləndiyi halda müqavilə əsas götürülür. Yəni sadəcə iki şəxs adət-ənənələri və əsasən ona uyğun yazılmış ailə məcəlləsini bir tərəfə qoyub “ailə münasibətləri”ni özləri müəyyən edirlər. Bu isə qeyri-müəyyən bir şərtləşmə olduğundan, bu şərtləşmə nəticəsində qurulmuş münasibətlərin cəmiyyətdə ailə funksiyalarını yerinə yetirib-yetirməyəcəyi bəlli olmadığından onu “ailə münasibəti” adlandırmaq belə doğru deyil. Yəni ailə münasibətlərində ümumi prinsiplər mövcud olmalıdır ki, onu ailə adlandırmaq mümkün olsun. Ailəni sadəcə iki şəxs arasında bağlanan müqavilə səviyyəsinə endirmək olmaz! Onda bəri başdan ailənin möhkəmliyindən və daimiliyindən imtina etmiş oluruq. Həmçinin, yalançı nikahlar, maddi maraqla nikahdan sui-istifadə (xüsusən qadın tərəfindən) halları üçün geniş imkanlar açılmış olur. Bir sözlə, cəmiyyətin ailə təməllərini dağıtmaq üçün əlverişli şərait yaratmış oluruq.

Fikrimizcə, mükəmməl ailə məcəlləsi olan yerdə nikah müqaviləsinə nəinki ehtiyac yoxdur, hətta bunun çoxlu fəsadları ola bilər. Azərbaycan Respublikasının mövcud ailə məcəlləsi kifayət qədər geniş və mükəmməl yazılmışdır. Burada milli ailə ənənələrimiz də nəzərə alınmışdır, bir çox ənənələrə münasibətdə qanunun neytrallığı gözlənilmişdir ki, bu da ailə ənənələrimizin sərbəst fəaliyyətinə şərait yaradır. Yəni bir çox ailə ənənələri məcəllə ilə məcburiləşdirilməsə də, qadağan da edilmir. Məsələn, ailənin maddi təminatına ilk növbədə kişinin cavabdeh olması ənənəsi məcəllədə birbaşa qeyd edilmir. Həmçinin bu ənənənin insanlar tərəfindən yaşadılması da məcəllə ilə qadağan deyil. Lakin məcəllədə boşanma və s. hallarda qadına edilən müəyyən güzəştlər ailə ənənələrinin müəyyən qədər nəzərə alındığını göstərir. Məcəllədə boşanmadan sonrakı mülki məsələlər də mükəmməl şəkildə həll olunur. Belə ki, məcəlləyə görə boşanmadan sonra tərəflərin nikahda olduğu dövrdə əldə olunmuş və birgə istifadə olunan əmlak yarı bölünür, nikahdan əvvəlki dövrdə əldə olunmuş əmlak, həmçinin hər kəsin şəxsi istifadəsində olan əşyalar isə şəxsin özünə qalır. Bu şərtlər isə nikahdan sui-istifadə hallarının, o cümlədən maddi maraqla yalançı (qeyri-səmimi) nikaha girmə hallarının qarşısını alır və ailə quruluşunun möhkəmliyinin qorunmasına xidmət edir.

Qərb cəmiyyəti üçün bəlkə də nikah müqaviləsi mütərəqqi sayıla bilər. Çünki, orada onsuz da ailə dəyərləri xeyli dərəcədə itirilmişdir. Burada insanlar ciddi, daimi ailə həyatından çox əsasən cinsi ehtiraslara əsaslanan, müvəqqəti, məsuliyyət daşımadıqları həyata üstünlük verirlər. Və təbii ki, belə insanlar ailə məcəlləsinin məsuliyyətini daşımamaq üçün rəsmi nikaha girmək istəmirlər. Dövlət isə onlara nikah müqaviləsi təklif etməklə onları ailə məcəlləsinin məsuliyyətindən azad edir ki, təki onların münasibəti rəsmiləşsin. Çünki, istənilən halda rəsmiləşmiş münasibətlərin fəsadları daha az olur. Yəni Qərb cəmiyyətində nikah müqaviləsi insanları ciddi ailə münasibətlərinə yaxınlaşdırmağa yönəldiyi halda, bizim cəmiyyətdə bu müqavılə insanları ciddi ailə münasibətlərindən uzaqlaşdırmağa xidmət edir.

Bəzən ailə ənənələrimizin korrupsiyaya şərait yaratdığını iddia edirlər. Misal da gətirirlər ki, kimsə rüşvət alır, korrupsi-ya ilə məşğul olur və bunu ailə saxladığına görə etdiyini deyir. Öncə onu qeyd edək ki, haram gəlirlə ailə saxlamağa, uşaq böyütməyə ənənələrimizdə heç də yaxşı baxılmır və həmin fikir korrupsionerlərin “ailəcanlılıq” pərdəsi altında öz əməllinə bəraət qazandirmaq cəhdidir. Digər tərəfdən, korrupsiya, rüşvət almaq və vermək ənənəsi milli ənənə sayıla bilməz, çünki milli ənənələr tarixin sınağından keçərək, xalqın içindən – “aşağı”-dan gəlir və obyektiv xarakter daşıyır. Bu gün Azərbaycandakı korrupsiya ənənəsi isə, əsasən sosialist sistemindən qalma, subyektiv xarakterli idarəçilik ənənəsidir (“yuxarı”dan gəlir). Yəni, milli yox, siyasi ənənədir.

Bəzən ailə münasibətlərində yaranan problemlərin əsas səbəbi kimi savadsızlıq göstərilir. Düzdür, elmin, savadın fərdlərin və bütövlükdə cəmiyyətin həyatında və inkişafında rolu böyükdür. Lakin təəssüf ki, təcrübə göstərir ki, ailə münasibətlərində savadlılıq, elmlilik heç də özünü doğrultmur. Ailə münasibətləri xüsusi mənəvi keyfiyyətlər tələb edir. Bəzən elə savadlı, alim qadınlara rast gəlirik ki, ailədə qaynana kimi gəlininə münasibəti (və ya gəlin kimi qayınanasına münasibəti) yüz illər öncəki qadınların öz gəlininə (və ya qayınanasına) qərəzli münasibətindən demək olar ki, heç nə ilə fərqlənmir.

Ailə ənənələrimizin aşınmasına təsir göstərən amillərdən biri də telekanallarda yayımlanan Latın Amerikası serialla-rıdır. Bu seriallar maraqlıdır, bunu inkar etmək olmaz. Hətta insanların bu seriallara aludəçiliyi az qala psixi xəstəlik dərəcəsindədir. Bəs bu seriallar cəmiyyətə nəyi təbliğ edir və gənclərin tərbiyəsinə necə təsir göstərir?

Kimdir bu serialların müsbət qəhrəmanları? Milli dəyərlərimizə görə “ismətsiz” və ya “qeyrətsiz” adlandırıla bi-ləcək qadınlar və ya kişilər. Bu seriallarda bəzən öz ailə namu-sunu qorumaq üçün mübarizə aparan kişilər “mənfi obraz” kimi təqdim olunur, ailədən kənar doğulmuş uşaqların ata-anaları isə “müsbət obraz” kimi təqdim olunur. Açıq-saçıq geyimlər və səhnələr də öz yerində. Bu seriallarda “sevgi” adı altında cinsi ehtiraslar əsas yer tutur, ailə isə ikincidərəcəli olmaqla əsl dəyərinə malik deyil. Başqa sözlə, bu serialların ideyasına görə xoşbəxt olmaq üçün daimi ailə vacib deyil, neçə dəfə istəsən evlənib-boşanmaq olar, əsas odur ki, “sevgi” (əslində isə cinsi ehtiraslar) olsun, o da ailədən kənar olsa da olar. Yəqin ki, bu Latın Amerikası xalqlarının öz mənəvi dəyərləridir. Bizim dəyərlərimizə görə isə, ailəsiz nə əsl sevgi var, nə də xoşbəxtlik. Buradan o nəticə çıxır ki, Latın Amerikası serialları bizim üçün ailəsizliyi təbliğ edir. Belə təbliğat isə milli varlığımıza və inkişafımıza qarşı yönəlmiş bir təbliğatdır.

Türkiyə serialları Latın Amerikası seriallarına nisbətən milli dəyərlərimizə daha yaxın olsa da, yenə də daha çox Latın Amerıkası seriallarını təqlıd edir. Hətta bəzi Azərbaycan seriallarında da əsasən Latın Amerikası seriallarının təqlid olunduğunu görürük. Yaxşı olardı ki, öz filmlərimizdə öz milli mənəvi dəyərlərimiz təbliğ edılsin, Azərbaycan ailəsinin və Azərbaycan qadınının əsl dəyəri verilsin, Vətən və Millət sevgisi tərənnüm olunsun. Həyat, ictımai münasibətlər yalnız cinsi ehtiraslardan ibarət ola bilməz. İnsan digər canlılardan fərqli olaraq şüura, “ailə”, “vətən”, “millət” hissinə, elmi təfək-kürə, yaradıcılıq instinktinə və s. malikdir. Bu xüsusiyyətlərin bəziləri müəyyən qədər hətta bəzi heyvanlarda da var. Belə olan təqdirdə filmlərin məzmunu elə olmalıdır ki, o məhz insan cəmiyyətinin inkişafına xidmət etsin, onun dağılmasına yox.

Əgər Latın Amerikası serialları maraqlıdırsa və insanların müəyyən mənəvi tələbatlarını ödəyirsə, insanlar ona baxa bilərlər, ancaq unutmaq olmaz ki, bu bizim həyatımız deyil, bu bizə yad və daha aşağı səviyyəli bir həyatdır.

Serial yayımında ən mühüm hadisələrdən biri 2012-ci ilin may ayından xarici serialların milli telekanallarda yayımının rəsmən qadağan edilməsi və yerli serialların çəkilməsinə dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi oldu. Sevindirici haldir ki, yeni çəkilən və yayımlanmaqda olan yerli seriallarımızda artıq təbiiliyi, realizmi, öz milli dəyərlərimizə uyğun həyat tərzini görə bilirik.

Ailə dəyərlərimizin aşınmasına səbəb olan amillərdən biri də müasir şou-biznesdə hökm sürən müəyyən tendensiyalardır. Şou-biznes xadimləri, xüsusən də estrada müğənniləri ailə dəyərlərimizə zidd həyat tərzi ilə xalqın qarşısına çıxanda və təbliğ olunanda bu, yeniyetmə və gənclərin tərbiyəsinə, dünyagörüşünə təsirsiz qalmır. Belə ki, incəsənət xadimləri, özəlliklə də müğənnilər həmişə cəmiyyətin diqqət mərkəzində olur. Onlara pərəstiş edilir, gənclər müğənniləri özlərinə ideal seçirlər, onlara bənzəmək istəyirlər. Xüsusən də telekanallarda, qəzet və jurnallarda müğənnilərin dönə-dönə təbliğ olunduğu bir vaxtda. Lakin öz bədənini nümayiş etdirməklə karyera qazanan, “ailəmi sənətimə qurban vermişəm” deyən (əslində əxlaqını pula və şöhrətə qurban verən) üzdəniraq müğənnilər heç vaxt Azərbaycan qadınına nümunə ola bilməzlər! Bəzən müğənnilər cinsi əxlaqdan, ailə tərbiyəsindən kənar bu davra-nışları müğənnilik sənətinin ayrilmaz tərkib hissəsi olduğunu deməklə özlərinə bəraət qazandırmaq istəyirlər. Bu fikir Avropa xalqları üçün doğru qəbul oluna bilər, çünki, onlarda adət ənənələr, mentalitet, ailə və tərbiyə anlayışları bizdəkindən fərqlidir. Bizdə isə gənclərimizin milli əxlaqını, ailə tərbiyəsini pozan heç nəyi doğru qəbul etmək olmaz və heç kim deyə bilməz ki, müğənnilərin abır-həyadan, əxlaqdan kənar dav-ranışları və hərəkətləri olmadan onların oxuduğu mahnılar sevilə bilməz.

Düzdür, istənilən halda insanlar həyatda hansısa yolu özlərinə rəva bilməkdə azaddırlar. Sadəcə olaraq şou-biznesdəki ailə dəyərlərimizə zidd olan tendensiyanın gənclər üçün bir nümunəyə çevrilməsinin, şou-biznes dairəsindən çıxıb kütləviləşməsinin qarşısını almaq lazımdır. Bu məsələdə dövlət siyasətinin həlledici rolu var. Belə ki, dövlət tərəfindən iste-dadlı sənətçilərə dəstək verilməli, şou-biznesdə gənclərimizin tərbiyəsini və əxlaqını pozan həyat tərzinin təbliğinin qarşısı təbliğati və ya lazım gələrsə inzibati yolla alınmalıdır.

Ailə MMD-imiz içərisində çox mühüm yer tutduğundan uyğun olaraq xalqımızın toy adət-ənənələri də çox zəngindir. Bu adət ənənələrin xeyli hissəsi bu gün də yaşadılır. Bir hissəsi isə yalnız söhbətlərdə və kitablarda xatırlanır. Xalqımız toyu çox sevir və toy-nişan mərasimlərinə çox həvəslidir. Bu da təbiidir. Belə ki, ailə qurmaq, normal ailə həyatı sürmək mentalitetimizdə xoşbəxtliyin əsas amillərindən biri, bəlkə də birincisidir.

Nikah-toy adət-ənənələrimiz xeyli dərəcədə toplanmış və araşdırılmış sahələrdəndir. Əksər insanlarımız bu adət-ənənə-lərlə xeyli dərəcədə tanışdır. Biz isə bu adət-ənənələrdə müba-hisə doğuran bəzi məqamlara toxunmağı lazım bilirik.

Əksər xalqlarda olduğu kimi bizdə də ailə qurmaqda “götürüb qaçma”, “qoşulub qaçma” və sonradan “barışıq” ənənələri vardır. Müasir dövrdə bu ənənəni insan oğurluğu və zorakılıq kimi qiymətləndirməklə onun əleyhinə çıxanlar var. Əlbəttə ki, zorla qız qaçırma ənənəsi bu gün qətiyyən qəbul oluna bilməz. Lakin könüllü (“qoşulub qaçma”) ənənəsinin müstəsna hallarda öz müsbət əhəmiyyəti olmuşdur. Belə ki, bu ənənə valideynlər narazı olduqda ailə qurmaq istəyən gənclərin öz məqsədlərini reallaşdırmağa şərait yaratmışdır. Başqa sözlə, bu ənənə gənclərin həyat yoldaşı seçməkdə azadlığını təmin etmişdir. Bu gün də rəsmi nikaha girmək üçün oğlan və qızdan başqa heç kimin razılığı tələb olunmur. Əlbəttə ki, könüllü “götürüb qaçma” ənənəsi ən son variantdır və yalnız müstəsna hallarda məqbul sayıla bilər. Valideynlərin, böyüklərin razılığı və məsləhəti ənənələrimizdə ilkin və əsas şərtdir. Lakin bəzən böyüklər haqsız və əsassız yerə narazı olduqda könüllü “gö-türüb qaçma” (“qoşulub qaçma”) ənənəsi məqbul sayıla bilər.

Azərbaycan xalqı digər xalqlardan yüksək qonaq-pərvərliyi ilə fərqlənir. Xalqımızda qonaqpərvərlik ənənəsinin güclü olması özü də ailədən gəlir. Çünki, bu ənənə də ailə ilə bağlıdır. Ənənəmizə görə evə gəlmiş qonaq həddən artıq əziz, hörmətli və imtiyazlıdır. Folklorşünaslığımızda bu ənənəmizə daim toxunulmuşdur. Tədqiqatçı Ş.Bünyadova tərəfindən isə bu ənənəmiz ayrıca tədqiqat sahəsinə də çevrilmişdir (3.19)

Xalq adət-ənənələri içərisində mistik-dini ənənələr və inanclar xüsusi yer tutur. Məlumdur ki, bəşəriyyətin dünyagörüşü qədim dövrlərdən müəyyən sitayişlər və mifologiyalar şəklində meydana çıxmış, daha sonra isə dinlər formalaşmışdır (bax, səh. 206). Dinlər özündə dinəqədərki dünyagörüşlərinin ünsürlərini saxlamışdır. Hətta bir xalq bir neçə din dəyişsə belə, qədim sitayişlər, mifologiyalar və öncəki dinlərdən gələn inancları öz şüurunda saxlayır. Türk xalqları şamançılıq, Göy-Tanrıçılıq, maqçılıq/məcusilik (bu təlim bəzən şamançılıqla, bəzən də zərdüştlük və atəşpərəstliklə eyni-ləşdirilir), zərdüştlük, manilik, xristianlıq və b. dinlərə sitayiş etmiş, VII-VIII əsrlərdən etibarən isə əksər türk xalqları sonuncu səmavi din olan islamı qəbul etmişdir. Lakin bu gün türk xalqlarının böyük əksəriyyəti islam dinini qəbul etmiş olsalar da, qədim mifologiyalardan və dinlərdən qalan müəyyən inancları bir milli ənənə kimi yaşatmaqdadır. Hətta islama aidiyyəti olmayan bir çox ənənələr və inanclar islamla əlaqələndirilərək və ona uyğunlaşdırılaraq yaşadılır. Məsələn, “yeddi”, “qırx” və “əlli iki” kimi yas mərasimləri, isla-maqədərki mistik ənənələrin (falçılıq, cadugərlik, magiya (maqçılıq), ofsunçuluq, münəccimlik və s.) islamla əla-qələndirilərək (kitab açma, dua yazma, bədəndən cin çıxatrma və s.) yaşadılması, islamdan çox-çox əvvəl yaranmış novruz bayramı ənənələrinin islamla əlaqələndirilərək inkişaf et-dirilməsi və s.

Qədim türk inancları icərisində qurd (boz qurd) totemi xüsusi yer tütür. Qədim mifologiyamızda türklər qurddan törəmə hesab olunmuş və türklər özlərini xaraktercə qurda yaxın hesab etmişlər. Lakin qurdla bağlı inanclar sitayiş xarakterli olmamış və din səviyyəsinə qalxmamışdır. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi türklərdə din kimi təktanrıçılıq üstün mövqedə olmuşdur. Qurdla bağlı bir çox əfsanə və rəvayətlər, ənənələr, el deyimləri və s. xalqımız tərəfindən bu gün də yaşadılır.

Mistik-dini ənənələr və inanclarımız müəyyən qədər toplansa da, az araşdırılmış sahələrdəndir. Bu günədək araşdırmalar əsasən xalq ədəbiyyatı araşdırması çərçivəsində aparılmışdır. Əslində isə bu sahədə kulturoloqlar, etnoqraflar, dinşünaslar, psixoloqlar, tarixçilər və filosofların, həmçinin təbiət elmləri sahəsinin alimlərinin xüsusi tədqiqatına ehtiyac var. Çünki, bir çox mistik-dini ənənələr və inancların elmi əsası və müsbət əhəmiyyəti də üzə çıxarılır. Məsələn, axşam ev süpürməyin ziyan gətirəcəyi haqqında məşhur xalq inancı elmi cəhətdən belə əsaslandırılır ki, evi süpürərkən qalxan toz uzun müddət havada qaldığından, axşam süpürülmüş otaqda havaya qalxmış toz orada yatacaq insanların nəfəsinə dolaraq onların səhhətinə ziyan vura bilər. Mistik ənənələrimizin və inanc-larımızın məhz bu istiqamətdə araşdırılmasına ehtiyac var.

Şərq xalqlarının, xüsusən də türk xalqlarının dini-fəlsəfi görüşlərinin inkişafında VIII əsrdə yaranmış sufilik təriqətinin mühüm rolu olmuşdur. Sufilik (təsəvvüf) islam təriqəti kimi yaransa da, ona islamaqədərki dinlərin (zərdüştlük, şamançılıq və s.) və inancların böyük təsiri olmuşdur. Bu təriqətin əsas ideyaları nəfsə üstün gəlmək, maddiyyatdan uzaq olub mənəviyyata tapınmaq, mənəvi saflaşmaq və bu saflaşmanın ən yüksək səviyyəsinə çataraq Haqqa – Tanrıya qovuşmaqdır. Sufilikdə fəlsəfi görüşlər əsasən panteist xarakterlidir. Təsəvvüf sistemi xeyli dərəcədə araşdırılmlş və araşdırılmaqda olan sahələrdəndir.

Xalq adət-ənənələrimizin bir qismi aşıq sənəti ilə bağlı olan ənənələrdir. Aşıq sənəti ənənələri təəssüf ki, indiyədək ayrica tədqiqat sahəsinə çevrilməmişdir. Öncə qeyd etdiyimiz kimi aşıq sənətinin indiyədək əsasən ədəbiyyat (aşıq ədəbiyyatı) və müəyyən qədər də musiqi (aşıq musiqisi) tərəfi araşdırılmışdır. Əslində isə aşıq sənəti yalnız ədəbiyyat və musiqidən ibarət deyil. Aşıq sənətinin özünəməxsus zəngin ənənələr sistemi var. Düzdür bu ənənələri aşıq ədəbiyyatı (dastanlar, rəvayətlər, şeirlər və s.) müəyyən qədər özündə daşıyır. Lakin aşıq sənətinin elə ənənələri də vardır ki, bu gün yalnız yaddaşlarda və söhbətlərdə yaşayır. Ona görə də aşıq sənəti ənənələri aşıq ədəbiyyatının tədqiqatı çərçivəsində yox, ayrıca tədqiqat sahəsi kimi öyrənilməlidir.

Aşıq sənəti ənənələrinə ustad-şagird münasibətləri, dastançılıq ənənələri, aşıq şəxsiyyətinin cəmiyyətdəki yeri və rolu ilə bağlı ənənələr və s. aiddir.

Aşıqlar sadəcə universal musiqiçilər (çalğıçı, müğənni, bəstəkar) və şairlər olmamışdır. Onlar həm də cəmiyyətdə çox hörmətli şəxslər, el ağsaqqalları olmuşlar. Aşıqlar insanların məsləhət və nəsihət yeri, xalq adət-ənənələrini tərənnüm edən, insanları maarifləndirən, onlara dini-fəlsəfi biliklər verən, haqq-ədalətin carçısı və müdafiəçisi kimi çıxış edən şəxsiyyətlər olmuşlar. “Aşıq” ifadəsinin özünün sufilərin “haqq aşiqi” titulundan qaynaqlanması da təsadüfi deyil.

Adət-ənənələrimiz içərisində xalqımızın milli bayramı olan novruz bayramı ənənələri geniş yer tutur. Yazın gəlişi, təbiətin oyanması ilə bağlı xeyir-bərəkət bayramı olan bu bayram astronomik mənasına, ənənə və mərasimlərinin həddən artıq zənginliyinə görə dünyanın ən böyük bayramlarından biridir. Təsadüfi deyil ki, Novruz bayramı xalqımızın milli bayramı kimi BMT-nin qeyri-maddi mədəni irs siyahısına da salınmışdır. Novruz bayramı qədim inancların (atəşpərəstlik, şamançılıq və s.) bir çox ünsürlərini özündə daşıyır. Hətta bu bayram islamdan çox-çox əvvəl yaranmış olsa da, zaman-zaman onun bir çox ənənələri islam dininə uyğunlaşdırılmış, hətta bu bayram xalqın gözündə islamla bağlı bir bayrama çevrilmişdir. Hazırda bu bayramı türk xalqları ilə bərabər digər Şərq xalqları (farslar, əfqanlar və s.) qeyd edirlər. Novruz bayramı xeyli dərəcədə tədqiq olunmuş sahələrdəndir. Artıq bu bayramın xüsusi ensiklopediyası (3.2) da tərtib edilmişdir.

Türk xalqlarında tarixən həm köçəri, həm də oturaq həyat ənənələri olmuş və onlar biri-birini tamamlamışdır. Türklərdə köçərilik əsasən mövsimi xarakterli (yayı yaylaqlarda, qışı qışlaqlarda keçirməklə) olmuşdur. Belə həyat tərzinə elat və ya tərəkəmə mədəniyyəti deyilir. Elat mədəniyyəti müəyyən qədər araşdırılmış və araşdırılmaqda olan sahələrdəndir.

Xalqımızın əxlaqi dəyərlərindən biri də tarixən formalaşmış el köməyi adətləridir. Bu adətlər ilk dəfə Q.Cavadov tərəfindən ayrıca tədqiqat sahəsinə çevrilmişdir (3.20) O, tarixi və etnoqrafik materiallar əsasında xalqımızın xeyriyyəçilik və iməcilik ənənələrini, həmçinin əkinçilik və maldarlıqda, toy və yas mərasimlərində mövcud olan el köməyi adətlərini geniş araşdırmışdır. El köməyi adətlərimiz müəyyən qədər bu gün də yaşadılır və bu adətlərin insanların həyatında və cəmiyyətin inkişafında müsbət rolu böyükdür.

Türk millətinin dövlətçilik döyüş ənənələri türkoloq-ların daim xüsusi diqqət mərkəzində olmuşdur. Dövlətin kiçik modeli sayılan ailə quruluşu türk cəmiyyətində möhkəm təməllərə malik olduğu kimi, türklərdə tarixən dövlətçilik ənənələri də güclü olmuşdur. Məlumdur ki, türklər ən qədim və çoxsaylı dövlətlər qurmuş millətlərdəndir. Aydındır ki, güclü orduya və döyüş qabiliyyətinə malik olmadan böyük və güclü dövlətlər qurmaq mümkün deyil. Ona görə də döyüş türklərin həyatında xüsusi əhəmiyyət kəsb etmiş, hətta döyüşmək bir milli ənənə xarakterində olmuşdur. Tədqiqatçılara görə qədim türk dövlətlərində nizami ordu olmamış, yetkinlik yaşına çatmış hər bir oğlan əsgər hesab edilmiş, lazım gələn an vətənin müdafiəsinə səfərbər olunmuşdur. Ona görə də, uşaq yaşlarından oğlanların və hətta qızların da ox atmaq, qılınc oynatmaq, güləşmək və s. döyüş vərdişlərinə yiyələnməsi, bir döyüşçü kimi yetişməsi türklərdə bir milli ənənəyə çevrilmişdir. Bu günün özündə də hələ dil açmamış körpə uşaqlara başqalarını vurmaq (“ak eləmək”) vərdişini öyrətmək adəti məhz qədim milli ənənəmizin qalığı hesab olunur.

Tədqiqatçılara görə türklərdə nizami ordu sisteminə keçid ilk dəfə Qəznəlilər (969-1187), daha sonra Səlcuqlar (1038-1157), Osmanlılar (1299-1922) və Səfəvilər (I Şah Abbasın hakimiyyəti dövründə (1587-1629)) dövlətlərində baş vermişdir. Lakin hazırda türk dövlətçiliyi tarixinin yeni konsepsiyası meydana çıxdığından bu məsələlərin də yenidən və daha dərindən tədqiqinə ehtiyac var.

Türk milləti dünyada ən çox imperatorluq qurmuş millət olsa da bu imperatorluqlarda digər xalqlara qarşı şovinist münasibət, o cümlədən assimilyasiya siyasəti olmamışdır. Türk imperatorluqlarının tərkibində yaşamış xalqların öz dillərini və mədəniyyətlərini saxlaması buna əyani sübutdur. Türk imperatorluqlarında digər xalqların nümayəndələrinə hətta dövlət idarəçiliyində də geniş yer verilmişdir. Bütün bu faktlar türklərin dünyanın ən tolerant xalqlarından biri, bəlkə də birincisi olduğunu deməyə əsas verir. Tolerantlıq – xoşgörü bu gün də xalqımızın əsas əxlaqi keyfiyyətlərindən biridir. Bəzən isə tarixi düşmənlərimizə qarşı da tolerant münasibətimiz unutqanlıqla nəticələnmiş və bundan istifadə edən düşmənlərimizdən başımıza bir çox məlum bəlalar da gəlmişdir.



Digər folklor ünsürləri
Yuxarıda nəzərdən keçirdiyimiz folklor nümunələrindən (xalq ədəbiyyatı, xalq musiqisi və xalq adət-ənənələri) əlavə milli geyimlər, milli rəqslər, meyxana sənəti, milli mətbəx, xalq təsviri və dekorativ-tətbiqi sənəti, xalq təbabəti, xalq oyunları və s. kimi yaradıcılıq nümunələri də vardır ki, bunlar da xalq yaradıcılığının məhsuludur və milli varlığın müəyyənləşməsində və yüksəldilməsində mühüm rol oynayır.

Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin