EVLADIM ULUYOLA
Mütləqə İnam Yolu – Ulu Yoldur: – Zərdüştdən gələn, Babəkdən
gələn, Dədə Qorquddan gələn, Hürufilərdən gələn, Füzulidən gələn,
Muğamdan gələn, Sazdan gələn!
İnsanlaşma Yolu – Ulu Yoldur: – Zərdüştdən gələn, Babəkdən gələn,
Dədə Qorquddan gələn, Hürufilərdən gələn, Füzulidən gələn, Muğamdan
gələn, Sazdan gələn!
Ruhani Cəmiyyət Yolu – Ulu Yoldur: – Zərdüştdən gələn, Babəkdən
gələn, Dədə Qorquddan gələn, Hürufilərdən gələn, Füzulidən gələn,
Muğamdan gələn, Sazdan gələn!
313
Müstəqil Vətən Yolu – Ulu Yoldur: – Zərdüştdən gələn, Babəkdən
gələn, Dədə Qorquddan gələn, Hürufilərdən gələn, Füzulidən gələn,
Muğamdan gələn, Sazdan gələn!
Özümlü Şərq Yolu – Ulu Yoldur: – Zərdüştdən gələn, Babəkdən
gələn, Dədə Qorquddan gələn, Hürufilərdən gələn, Füzulidən gələn,
Muğamdan gələn, Sazdan gələn!
"Uluyol" adını sənə halal eləyirəm!
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
14 Ümid günü, İşıq Ayı, 13-cü il. Bakı.
(Qeyd: Həyatda adı Dadaş idi. Döndü).
“YAS GÜNÜ” MƏRASİMİ HAQQINDA
“Yas Günü” Fərəh çağırdı, Fərəhə çağırdı.
Evladların Sözü, Əsilin Təşkilatçılığı, Ellinin Evgüzarlığı Təqdir olunur.
Özümlünün Təmsil etdiyi Ailənin Evlad Ləyaqəti Təqdir olunur.
Qaranlıqlar Yarılsın!
EVLADIM ELUCANIN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1.Hesabat Təqdir olunur.
2.Müqəddəslik üstə köklənməli, Müqəddəsliyə çağrılmalı, Müqəddəslik
çağırmalı!
3.Amallaşma – İnsanlaşma – Xalqlaşma Birliyinə Yüksəlməli!
4.Ataya Təzə Evlad Yetirmək!
5.Dərgini Bənzərsizlik səviyyəsinə çatdırmaq, yaymaq!
Nurlanın, Nurlandırın!
15 Dözüm günü, İşıq Ayı, 13-cü il. Bakı.
“ATALI YURD” DƏRGİSİNƏ XEYİR-DUA
Gerçəkliyi ötün ki, gerçəkliyə gərək olasınız!
Həyatı ötün ki, Amala gərək olasınız!
Nisbini ötün ki, Mütləqə gərək olasınız!
İnsanlaşın ki, Yurdlaşasınız!
Bəşər Ruhsuzluq bəlasına düçar olub, – Ruhani İntibah gərək!
Əzəli, Əbədi, Sonsuz, Kamil Varlığa yüksəlin!
Ötəri, Keçici, Sonlu, Qeyri-Kamil Yoxluqdan qurtarın!
Qaranlıqlar Yarılsın!
21 İşıq Ayı, Ümid günü, 13-cü il. Bakı.
314
ATAYLA AZNEFTDƏ GÖRÜŞ
Görüş Amal çağırdı, Amala çağırdı.
ATAYLA NEFT DAŞLARINDA, CİLOV ADASINDA GÖRÜŞ
I. Görüş Mütləqə yaxın səviyyədə keçdi.
II. Əsilin yaradıcı Təşkilatçılıq Əməli təqdir olunur.
“EVLAD GÜNÜ” MƏRASİMİ
I. Mərasimin Yazısı evladım Uğura tapşırılsın.
Yazı 27 İşıq Ayı Ataya təqdim edilsin.
II. Mərasimin Məzmunu:
Ata Sözü.
Evladların Evladlar haqqında Sözü.
Ruhani Sənədlərin oxunması.
23 Mərhəm günü, İşıq Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
Cəmiyyət – Ağalıq, Nökərçilik, Təbəqə, İmtiyaz əsasında qurulub.
Cəmiyyət – Antiinsani quruluşdur əslində; onu Antiinsanilik
qurub.
İnsanlaşma – Ağalığın, Nökərçiliyin, Təbəqələrin, İmtiyazların
ölümüdür.
İnsanlaşmada – cəmiyyətçilik ölür.
EVLADIM GÖYLÜYƏ
Yurdumuz – Göyümüzdür – Müqəddəs Ucalığımız!
Amalımız – Göyümüzdür – Müqəddəs Ucalığımız!
Əməlimiz – Göyümüzdür – Müqəddəs Ucalığımız!
Göy boyda Yük daşıyırıq, – Göy Yükü daşıyırıq – Fərəhli!
Mütləqə İnam Göylüyük!
Özüylədöyüş Göylüyük!
Ruhani Cəmiyyət Göylüyük!
Müstəqil Vətən Göylüyük!
Özümlü Şərq Göylüyük!
Dünyanın Mənası var – Dünyadan artıq –
Dünyanın Mənası – Göyümüzdür.
Həyatın Mənası var – Həyatdan artıq –
Həyatın Mənası – Göyümüzdür.
İnsanın Mənası var – İnsandan artıq –
İnsanın Mənası – Göyümüzdür.
315
Göyümüz – Ruhani Gözümüzdür.
“Göylü” adını sənə halal eləyirəm!
Qaranlıqlar Yarılsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
25 Murad günü, İşıq Ayı, 13-cü il. Bakı.
(Qeyd: Həyatda adı Xatirə idi. Ocaqdan çıxdı).
FƏRQ
Ağalıq – Maddiyyatçılığa əsaslanır;
Atalıq – Ruhaniyyatçılığa.
HƏQİQƏT
Dövlət – İctimai Quruluşu qoruyur, İnsanı İctimai Quruluşdan qorumur.
İctimai Quruluş – cəmiyyətin antiinsanilik səviyyəsini qoruyur;
İnsanilik – cəmiyyət səviyyəsindən Yüksəkdir.
HƏQİQƏT
Cəmiyyətlər Ağalıq ehtirasından yarandılar, Atalıq qayğısından
yaranmadılar.
26 İnam günü, İşıq Ayı, 13-cü il. Bakı.
İNALA, RUHANƏYƏ, ELANAYA
Böyüyün – İnsan olun.
İnamınız Tam, Bütöv, Doğru olsun.
İdrakınız Tam, Bütöv, Doğru olsun.
Mənəviyyatınız Tam, Bütöv, Doğru olsun.
İradəniz Tam, Bütöv, Doğru olsun.
Yurdçu olun, Mütləqçi olun, Müqəddəsçi olun!
Ürəyinizdə Günəş olsun.
İnal – Bacılarının Ruhani Qardaşı olsun!
Bacılar – İnalın Ruhani Bacıları olsunlar!
Yəni İnal Bacılarının Amaldaşı olsun!
Yəni Bacılar İnalın Amaldaşı olsunlar!
Əsilin balaları – Əsilliyin balaları.
Yetkinin balaları – Yetkinliyin balaları.
Əsil Böyümək.
Yetkin Böyümək.
Əsilliyə çatmaq.
Yetkinliyə çatmaq.
1 Şölə Ayı, Murad günü, 13-cü il. Bakı.
316
HƏQİQƏT
Özündəki Adama inanma. Özgəsindəki Adama inanma.
7 Qismət günü, Şölə Ayı, 13-cü il. Bakı.
“RUHANİ QURUM GÜNÜ” MƏRASİMİ
I. Mərasimin Yazısı Əsilə tapşırılır.
II. Yazı Şölə Ayının 25-də Ataya təqdim olunur.
Mərasimin məzmunu:
Ata Sözü.
Evlad Sözü. Əsil, Təmsilçilər, Evladlar.
Ruhani Sənədlərin oxunuşu.
14 Qismət günü, Şölə Ayı, 13-cü il. Bakı.
BUZOVNADA ATAYLA GÖRÜŞ
Görüş Amal çağırdı, Amala çağırdı.
Sadiqimin Təşkilatçılığı Təqdir olunur.
ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
I. Ailənin zəngin Ruhani Əməli Təqdir olunur.
II. Kapitalizm – Sosializm, İslam – Marksizm Birliyini Bilmək və
camaata çatdırmaq.
III. Türkçülük – Şərqilik – Bəşərilik Birliyini Bilmək və camaata
çatdırmaq.
IV. Gerçəkliyi ötmək Məqsədinin Özüylədöyüş Əməliylə birliyinə nail
olmaq!
Nurlanın, Nurlandırın!
15 Murad günü, Şölə Ayı, 13-cü il. Bakı.
“EVLAD GÜNÜ” MƏRASİMİ
Mərasim Mütləqə yaxın səviyyədə keçdi, Müqəddəsliyə yaradı; Əsilin
Təşkilatçılığı, Ellinin Evgüzarlığı Təqdir olunur.
Mərasimə gəlməyənlər Ata qarşısında cavab verməlidirlər.
17 Arzu günü, Şölə Ayı, 13-cü il. Bakı.
EVLADIM SOYLUNUN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
I. Hesabat Təqdir olunur.
II. Müqəddəslik kökü üstündə köklənməli.
III. Xalqlaşma – Evladlaşma – Kamilləşmə Birliyinə çatmalı.
317
EVLADIM ELUCANIN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
I. Hesabat Təqdir olunur.
II. İnsanlaşma – Amallaşma – Evladlaşma birliyinə çatmaq.
III. Xalqlaşma Yüksəkliyinə çatmaq.
25 Ümid günü, Şölə Ayı, 13-cü il. Bakı.
EVLADIM ELANAYA
Elimizə Analar gərək – Amallı, Sabahlı.
Mütləqə İnam böyütsün Analar Balalarda.
İnsanlaşma böyütsün Analar Balalarda.
Müstəqil Vətən böyütsün Analar Balalarda.
Ruhani Cəmiyyət böyütsün Analar Balalarda.
Özümlü Şərq böyütsün Analar Balalarda.
Analıq Müqəddəsliyinə çatsınlar Analar.
Beşik başında Amal oxunsun, Sabah oxunsun.
“Elana” adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
6 Murad günü, Od Ayı, 13-cü il. Bakı.
(Qeyd: Əsilin – Elxanın, Yetkinin – Sevincin 8 yaşlı qızı... Ata-anasıyla
birgə Ocaqdan çıxdı).
EVLADIM SOYLUNUN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
I. Hesabat Təqdir olunur.
II. Amallaşma – Evladlaşma – Xalqlaşma birliyinə çatmaq.
III. Müqəddəslik Halı Mütləqləşsin!
8 Arzu günü, Od Ayı, 13-cü il. Bakı.
“RUHANİ QURUM” MƏRASİMİ HAQQINDA
I. Mərasim Mütləqə yaxın bir səviyyədə keçdi.
II. Əsilin Yazısı, Təşkilatçılığı Təqdir olunur.
III. Mərasimə gəlməyənlər Ata qarşısında cavab verməlidirlər.
9 Ümid günü, Od Ayı, 13-cü il. Bakı.
EVLADIM ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
I. Hesabat Təqdir olunur.
II. Konkret Əməl İdeyasını Ruhani Səviyyədə bilmək, bildirmək.
318
III. Rəğbətçilər Dairəsini genişləndirmək.
Nurlanın, Nurlandırın!
15 Arzu günü, Od Ayı, 13-cü il. Bakı.
EVLADIM DOĞMANIN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
I. Hesabat Təqdir olunur.
II. Amallaşma – İnsanlaşma – Xalqlaşma səviyyəsinə çatmaq.
Qaranlıqlar Yarılsın.
21 İnam günü, Od Ayı, 13-cü il. Bakı.
“ATA GÜNÜ” MƏRASİMİ HAQQINDA
I. Mərasim Mütləq səviyyədə keçməlidir.
II. Mərasimin Yazısı Safruha, Əsilə, Elliyə tapşırılır.
III. Yazının ilk çeşidi Qürub Ayının 25-də Ataya çatdırılır.
IV. Mütləq İntizam səviyyəsi yaranmalıdır – İntizamı pozan Ocaqdan
çıxarılır.
Qaranlıqlar Yarılsın!
HƏQİQƏT
Təzə – Köhnənin əvvəli.
Köhnə – Təzənin sonu.
Əbədi – Təzədən Üstün, Köhnədən Üstün.
Təzə Var olmur – çünki Köhnəlir.
Köhnə Var olmur – çünki Ölür.
Əbədi Var olur – çünki Köhnəlmir, Ölmür.
25 Mərhəm günü, Od Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
Allah – gerçəklik səviyyəsində Mütləqdir, yəni Mahiyyətcə –
AntiMütləqdir.
Din – gerçəklik səviyyəsində Mütləqilikdir, yəni Mahiyyətcə
AntiMütləqilikdir.
28 İnam günü, Od Ayı, 13-cü il. Bakı.
EVLADIM SOYLUNUN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
I. Hesabat Təqdir olunur.
II. Özüylədöyüş Mütləq Özünütanıma, Özündənayrılma, Özünəçatma
səviyyəsinə Yönəlməlidir.
III. İntizam Mütləqiliyinə nail olmalı!
Qaranlıqlar Yarılsın!
319
HƏQİQƏT
İnsandan kənarda Dünya var;
İnsanilikdən kənarda Dünya yoxdur.
HƏQİQƏT
Dünyanın Mənası – İnsanilik.
HƏQİQƏT
İnsan həm Dünyanın çiyninə düşən ən ağır Yükdür, həm də çiy-
nində Dünyanın ən ağır Yükünü – Mənasını daşıyandır...
İNSANIN MAHİYYƏTİ
İnam, İdrak, Mənəviyyat, İradə, Vicdan, Ədalət, Həqiqət, Sığmazlıq,
Mütləqilik.
ÖZÜYLƏDÖYÜŞ İZHARI
Nə qədər ağıllı olsam da – Ocağa qədər ağılsızdım –
indi ağıllıyammı?
Nə qədər təmiz olsam da – Ocağa qədər pozğun idim –
indi təmizəmmi?
Nə qədər qüvvətli olsam da – Ocağa qədər zəif idim –
indi qüvvətliyəmmi?
VARLIQ – YOXLUQ
Mütləq – Nisbinin Yoxluğu.
Nisbi – Mütləqin Yoxluğu.
HƏQİQƏT
Xalq – Mütləq Fərdiyyət.
Fərdiyyət – Mütləq Xalq.
31 Dözüm günü, Od Ayı, 13-cü il. Bakı.
SSRİ ALİ TƏHSİL NAZİRLİYİ
ALİ ATTESTAT KOMİSSİYASININ SƏDRİNƏ
Əfəndiyev Asif Qasım oğlu tərəfindən
Ərizə
Sizin idarəniz tərəfindən mənə verilən dövlət filosofluğu diplomları
mənəviyyatsız siyasətbazlar, mənsəbpərəstlər, əzbərçilər ordusu yaratdı;
indi
o,
qətiyyətlə
kapitalist
kommunistlərə,
dindar
ateistlərə
çevrilməkdədir.
Vəsiqələrinizi qaytarmaqla mən öz insani ləyaqətimin qeydinə qalıram.
320
HƏQİQƏT
Azadlıq – İnsanilik: Mütləq İnam, Mütləq İdrak, Mütləq Mənəviyyat,
Mütləq İradə, Mütləq Ədalət, Mütləq Həqiqət.
HƏQİQƏT
İnsanilik – Fərddə ifadə olunur, Xalqda ifadə olunur – Cəmiyyətdə rədd
olunur.
HƏQİQƏT
Vətəndaş – cəmiyyətdaş deyil, çünki Vətən – cəmiyyət deyil.
ÖLÜM – CƏMİYYƏT
Ölüm – Fərdə qarşıdır: Onu öldürür.
Cəmiyyət – Fərdə qarşıdır: Onu ictimailəşdirir.
Cəmiyyət Adamı – əslində ölmüş adamdır.
HƏQİQƏT
Cismani Ailə – Ağalığı aradan qaldırmadı, Xanımlığı aradan qaldırma-
dı; Yadlığı, Yırtıcılığı, Şəhvəti aradan qaldırmadı – bu səbəbdən də İn-
saniliyə yaramadı.
HƏQİQƏT
Gerçəklik Uçurumdur–
Əgər Sənlə Gerçəklik arasında Uçurum yoxsa – Uçurumdasan.
Gerçək İnam – Uçurumdur –
Əgər Sənlə Gerçək İnam arasında Uçurum yoxsa – Uçurumdasan.
Gerçək İdrak – Uçurumdur –
Əgər Sənlə Gerçək İdrak arasında Uçurum yoxsa – Uçurumdasan.
Gerçək Mənəviyyat – Uçurumdur –
Əgər Sənlə Gerçək Mənəviyyat arasında Uçurum yoxsa – Uçurumdasan.
Gerçək İradə – Uçurumdur –
Əgər Sənlə Gerçək İradə arasında Uçurum yoxsa – Uçurumdasan.
FƏRQ
Həyat Yolu – Ölüm.
Ruhaniyyat Yolu – Mütləq.
HƏQİQƏT
Dünyaya Ümidim yoxdur – Dünyanın Mənasına Ümidim var.
321
Həyata Ümidim yoxdur – Həyatın Mənasına Ümidim var.
Adama Ümidim yoxdur – Adamın Mənasına – İnsana Ümidim var.
MÜTLƏQ İSTƏK
Allahdan istədiyini özündən istə.
HƏQİQƏT
Xəlqi Şüur – Fərdi Şüur.
İctimai Şüur – Antixəlqi Şüur.
Ruhani Şüur – Fərdi Şüur, Xəlqi Şüur.
HƏQİQƏT
Həyat – Ömrün Bayırı.
Ruh – Ömrün İçi.
1 Mərhəm günü, Qürub Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
Nisbi Məna olmur.
Gerçəklikdə hər şey nisbidir.
Deməli, Məna Gerçəkliyi Mütləq ötməlidir.
HƏQİQƏT
Nisbi Ruhaniyyat olmur.
Gerçəklikdə hər şey nisbidir.
Deməli, gerçəklikdə Ruhaniyyat olmur.
Deməli, Ruhaniyyat Gerçəkliyi mütləq ötməlidir.
2 Qismət günü, Qürub Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
Mütləq İnam – Antiictimai İnam.
Mütləq İdrak – Antiictimai İdrak.
Mütləq Mənəviyyat – Antiictimai Mənəviyyat.
Mütləq İradə – Antiictimai İradə.
HƏQİQƏT
İnsan – ictimai münasibətlərin inkarıdır, bu səbəbdən də ictimai
münasibətlər İnsana qarşıdır.
HƏQİQƏT
İctimai İdrak: keçici, nisbi, qeyri-kamil.
Ruhani İdrak: əbədi, Mütləq, kamil.
322
HƏQİQƏT
İnsan – Mütləq Fərdiyyətdir: Bənzərsiz, Əvəzsiz, Müstəqil.
Cəmiyyət Fərdiyyətə qarşıdır – bu səbəbdən də İnsana qarşıdır.
İnsani cəmiyyət yoxdur: çünki Fərdiyyətçi cəmiyyət yoxdur.
HƏQİQƏT
Gerçəkliyi sevmək – Nikbinlik deyil;
Gerçəklikdə hər şey Nisbidir, Keçicidir, Qeyri-Kamildir:
Gerçəkliyi sevən üçün Mütləq yoxdur əslində –
Əbədi yoxdur, Kamil yoxdur.
Gerçəkliyi sevən – Mahiyyətcə Bədbindir.
HƏQİQƏT
Cəmiyyət – Gerçəkliyi qoruyur – əslində Yoxluğu qoruyur.
3 Murad günü, Qürub Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
Ekzistensialistlərin 20-ci əsrdə gördüklərini Sufilər 10-cu əsrdə
görmüşlər. Şərq Qərbi 10 əsr qabaqlayıb.
HƏQİQƏT
Əgər heç kəs heç kəsdən ötrü ölməyirsə, demək, heç kəs yaşamır.
HƏQİQƏT
Şər – Mənasızdır, onun Zəifliyi bundadır.
Xeyir – Mənalıdır, onun Gücü bundadır.
Mənalı – Şər olmur, Mənasız – Xeyir olmur...
İblislik – Mənasızlıqdır; İblis Fəallığı Mənasız Fəallıqdır...
Bu baxımdan, Şər – Varlıq deyil, Yoxluqdur –
amansız, fəlakətli, həqarətli, fəal Yoxluq.
4 İnam günü, Qürub Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
Qaranlıq Həqiqət olmur.
Qaranlıq haqqında Həqiqət – İşıqdır.
Ölüm haqqında Həqiqət – Həyatdır.
5 Arzu günü, Qürub Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
Şər Xeyirlə döyüşsə – məğlub olar;
Şər – Nisbi Xeyirlə döyüşür, bu səbəbdən də məğlub olmur.
Şərin qarşısına Xeyir çıxmır – bu səbəbdən də Şər yaşayır.
323
HƏQİQƏT
Şər Ruhla bacarmır – çünki Ruh – Mütləqdir.
Şər Bədənlə bacarır – çünki Bədən – Nisbidir.
HƏQİQƏT
Xeyiri – Varlıq yaşadır, Şəri – Yoxluq.
VARLIQ – YOXLUQ
Nisbi Xeyir Yoxdur.
Nisbilikdə Şər Var.
HƏQİQƏT
Xeyir – Xeyir olsaydı – Şər olmazdı.
Həqiqət – Həqiqət olsaydı – Yalan olmazdı.
Şəri yaradan Xeyir əskikliyidir.
Yalanı yaradan Həqiqət əskikliyidir.
Şərin Varlığı yoxdur.
Yalanın Varlığı yoxdur.
HƏQİQƏT
Şər Xeyir görməsə, ölməz.
Şər Xeyir görmür, bu səbəbdən də ölmür.
HƏQİQƏT
Adam – Yalançı İnsan...
VARLIQ – YOXLUQ
Xeyir Var olsa – Şər yox olar.
Xeyir Var olmur – bu səbəbdən də Şər yox olmur.
HƏQİQƏT
Mənasızlıq – Məna Yoxluğu.
Məna – Mənasızlıq Yoxluğundan üstün.
Mənasızlığı yaşadan Yoxluqdur, Mənanı yaşadan Varlıq.
VARLIQ – YOXLUQ
Şər – Xeyir Yoxluğu.
Xeyir – Şər Yoxluğundan üstün.
324
Yalan – Həqiqət Yoxluğu.
Həqiqət – Yalan Yoxluğundan üstün...
Şər – Yalan.
Xeyir – Həqiqət.
6 Ümid günü, Qürub Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
Adam İnsan olmayınca – İblis ölməyəcək.
HƏQİQƏT
Gördüyümüz nə varsa – Gerçəklikdir.
Bildiyimiz nə varsa – Gerçəklikdir.
Dünyanın Mənası – gördüyümüzdən artıqdır, bildiyimizdən artıqdır.
HƏQİQƏT
Gerçəklik səviyyəsində hünər olmur.
Hünər – gerçəkliyi ötməkdir.
Gerçəklik səviyyəsində Hünər – Yalançı Hünərdir.
HƏQİQƏT
Gerçəkliyin Fəlakəti Məna İşığında görünür:
ancaq biz Fəlakəti görürük – Mənanı görmürük.
VARLIQ – YOXLUQ
Olanların çoxu – Yoxdur.
Olmayanların çoxu – Var.
HƏQİQƏT
Mütilik – Ruhsuzluqdur. Din – Mütilik carçısıdır.
Dini Ruh – əslində Ruhsuzluqdur.
ƏLAQƏ
Allahın bəndəsi, hökmdarın rəiyyəti, Cəmiyyətin aləti.
HƏQİQƏT
Allaha bel bağladığı gündən Adamın beli qırıldı.
HAL
Musiqiyə necə qulaq asıramsa – Düşüncələrimə də elə qulaq asıram.
HƏQİQƏT
Allah – İnamdan yox, İnamsızlıqdan yaranıb –
Adamların Özlərinə İnamsızlığından.
325
HƏQİQƏT
Din Azadlığı – Ruhani Əsarət Azadlığı.
HƏQİQƏT
İntizam – Azadlıqdır; İtaət – Əsarət.
Din İnsanı Allah əsarətinə salır...
Dostları ilə paylaş: |