Тяхмини тявгим тематик план


Mövzu 16. Müəllimin dərsə hazırlığının psixoloji məsələləri



Yüklə 1,34 Mb.
səhifə28/47
tarix22.04.2023
ölçüsü1,34 Mb.
#101567
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   47
pedaqoji psixologiyadan mühazirə kursu-2011.02 (2)

Mövzu 16. Müəllimin dərsə hazırlığının psixoloji məsələləri

Plan:

  1. Müəllim fəaliyyətinin əsas cəhətləri

  2. Müəllimin dərsə hazırlığının psixoloji məsələləri

  3. Təhsil subyektlərini öyrənməyə təhrik edən üsullar

  4. Təlim materialının verilməsi üsulları

Pedaqoji fəaliyyətin arzu edilən olması və onun effektivliyinin artırılması müəllimin dərsə hazırlığından çox asılıdır. Müəllimin dərsə hazırlıq səviyyəsindən asılı olaraq məhsuldar pedaqoji fəaliyyətdə bələdləşmə və özünüifadə kimi ayırd edilən iki cəhət xüsusi vurğulanır. Bəzi müəllimlər dərs planında detalların işlənilməsinə diqqət yetirir, dərs üçün planlaşdırılan məsələlərin həllini dəqiqliklə düşünürlər. Belə müəllimlər dərsin geniş planını - konspektini hazırlayır və dərsin özündə buna dəqiqliklə riayət etməyə çalışırlar. Dərsə hazırlığın belə üslubunda qeyri-mütəhərrik və rigid yönəlişdiyə malik zəif sinir sisteminə mənsub müəllimlər olurlar. Belə müəllimlər dərsə dəqiqliklə hazırlığın təlimata uyğun ehtiyacını dərk etməkdən çox dərs əsnasında yarana biləcək gözlənilməzliklərdən qaçmaq üçün edirlər.
Gözlənilməz və çətin situasiayalara düşərkən belə müəllimlər yaranmış psixi gərginlikdən çətin baş çıxarır və dərsin idarəsini itirə bilərlər. Odur ki, onların seçdikləri hazırlıq üsulu öz zəif tərəflərini kompensasiya etməyə xidmət edir.
Digər müəllimlər bir o qədər ehtiyatlı və konservativ deyildirlər. Onlar dərsə hazırlaşmağa bir o qədər vaxt ayırmır, təlim-metodik çalışmaların həllərini dəqiqliklə düşünmür, dəqiq plan-konspektlər tutmağı sevmirlər. Onlar improvizasiya etməyə üstünlük verir, dərsi “əhvalın dalğasında”, canlı aparmağa çalışırlar.
Bu onunla əlaqədardır ki, onlarda yeni situasiyada sürətli bələdləşməyə və psixi gərginliyə dayanıqlı olan güclü və mütəhərrik sinir sistemi aydın nəzərə çarpır. Bunun nəticəsidir ki, belə müəllimlər dərslərdə yarana biləcək gözlənilməzliklərdən qorxmur, özlərini itirmir, bu və ya digər çalışmaların da həllərini dəyişdirməklə bütövlükdə dərsin planını tez – tez dəyişirlər.
Doğrudur, əgər müəllim özünü toplamağa müvəffəq olmasa, bu, dərsin müəyyən qədər tələblərə uyğun olmayan şəkildə aparılmasına gətirib çıxara bilər.

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin