«Тясдиг едирям»



Yüklə 180 Kb.
səhifə9/9
tarix31.10.2022
ölçüsü180 Kb.
#66893
1   2   3   4   5   6   7   8   9
M-2

3-cü tədris sualı: Fövqəladə hadisələr zamanı istehsal və sosial təyinatlı
obyektlərdə işin dayanıqlığı.
Fövqəladə vəziyyət şəraitində obyektlərdə işin dayanıqlığının əsasları və mahiyyəti.
Dinc və ya müharibə dövründə mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması məqsədilə təsərrüfat obyektlərində işin dayanıqlığmin təmin edilməsi ölkənin iqtisadiyyatı ilə əlaqədər vacib məsələdir. Bu həmçinin mülki müdafiənin qarşısında duran əsas vəzifələrdən biri sayılır.
Respublikamızın ərazisindəki hər bir obyekt, müxtəlif kortəbii hadisələrin, o cümlədən də bunlardan ən fəlakətlisi olan zəlzələnin təsir dairəsinə düşə bilər. Yalnız onu qeyd edək ki, ölkəmizin ümumən hər yeri 8 baladək, ərazinin dörddə biri qədəri də 9 baladək zəlzələ ehtimallı sahələr sayılır. Yalnız 9 ballıq zonada əhalinin 20%-i, sel təhlükəli rayonlarda isə 5%-dən çoxu yaşayır.
Bütün bunların nəticəsində yarana biləcək dinc və müharibə dövrlərindəki fövqəladə hadisələr zamanı təsərrüfat obyektlərinin zədələnmə dərəcəsi nəinki onların hansı gücdə kortəbii hadisə rayonunda yerləşdiyindən həm də bu obyektlərin müdafiəyə hazırlaşması dərəcəsindən asılı olacaq.
Bu hazırlığın məğzini isə onun binaların və qurğuların fiziki davamlığı da daxil olmaqla, burada işin sabitliyini artırmaq üçün görülən tədbirlər təşkil edir. Belə tədbirlər görülmüş obyektlər, nisbətən az alacaq, şəxsi hey’ətin müdafiəsi e’tibarlı olacaq, deməli, obyekti daha qısa müddətdə yenidən işə salıb lazımi məhsulları istehsal etməyə xeyli əlverişli imkan yaranacaqdır.
Fövqəladə hadisələr zamanı obyektdə işin sabitliyi nə deməkdir və onun yüksəldilməsi nədən ibarətdir?
Obyektdə işin dayanıqlığı - obyektin qəzalara, kortəbii hadisələrə və müasir silahların zədələyici təsirinə davam gətirməsi, bunların təsiri şəraitində belə, planda nəzərdə tutulmuş həcmdə məhsul buraxması, mühəndis-texniki avadanlığı zəif, yaxud, orta dərəcədə zədələndikdə istehsalın mümkün qədər tez bərpa olunması qabiliyyətinə deyilir.
Maddi nemətlər istehsal edilməyən obyektlərin (nəqliyyat, rabitə, səhiyyə, tədris müəssisələri və s.) işinin dayanıqlığı deyildikdə isə, onların fövqəladə hadisələr zamanı öz funksiyaların yerinə yetirməsi bacarığı nəzərdə tutulur.
İşin sabitliyinin yüksəldilməsi isə, obyektlərin məhz bu qabiliyyətinin və imkanların artırılıb müvafiq normativ sənədlərin tələbləri səviyyəsinə çatdırılmasından ibarətdir. İşin dayanaqlığmm artırılması üçün obyektlərdə hələ əvvəlcədən mühəndis-texniki texnoloji və təşkilati tədbirlər kompleksi işlənib hazırlanır və vaxtında həyata keçirilir. Belə tədbirlərin görülməsində əsas konkret məqsədlər aşağıdakılardır:
- istehsalat qəzalarının qarşısını almaq;
- qəzalar, təbii fəlakətlər vaxtı, habelə müasir silahların təsiri nəticəsində baş verə
biləcək itki və zərəri azaltmaq;
- fəlakətlərin, qəzaların, eləcə də düşmən hücumu nəticələrinin tez aradan
qaldırılmasına şərait yaratmaq;
- pozulmuş istehsal prosesinin qısa müddətdə bərpa olunması imkanını əldə
etmək;
- ekstremal şəraitdə işçilərin, onların ailə üzvlərinin normal həyat şəraitini
təmin etmək.
Fövqəladə hadisələr zamanı istehsal obyektlərində və sahələrində işin dayanıqlığının artırılması çox olduğu qədər, həm də geniş sahəli və mürəkkəb bir problemdir. Burada istehsalatların ərazidə düzgün yerləşdirilməsi, əvəzedici istehsalat və müəssisələrin yaradılması, etibarlı maddi-texniki təchizatın, nəqliyyat əlaqələrinin təmin olunması, əlavə yanacaq növünə, digər xammal və texnologiyalara keçmək üçün hazırlıq tədbirlərindən başlamış, obyektlərdə işçilərin müdafiə edilməsinə, fəlakət nəticələrinin aradan qaldırılmasmadək müxtəlif işlər aiddir. Bunların bir qisminin hələ obyektlərin layihələşdirilməsi və tikilməsi vaxtı, digərlərinin isə sonradan yerinə yetirilməsi nəzərdə tutulur. Bütün bu tədbirlər səlahiyyətli orqanlar tərəfindən təsdiq edilmiş normativ sənədlərə uyğun olaraq icra edilir.
Mülki Müdafiə orqanlarının vəzifəsi istehsalatın tərkib hissələrinin-işçi qüvvəsinin, avadanlıqların, xammalın, hazır məhsulların müdafiəsinə yönəldilmiş mühəndis-texniki və digər tədbirlərin işlənib hazırlanması və yerinə yetirilməsində iştirak etməkdir.
Fövqəladə hadisələr zamanı obyektdə işin dayanıqlığını artıran tədbirlər kompleksində mühəndis texniki tədbirlərin yerinə yetirilməsi xüsusən böyük əhəmiyyətə malikdir. Yuxarıda deyildiyi kimi, belə tədbirlər bina və qurğuların, kommunikasiyaların müxtəlif dağıdıcı təsirlərə fiziki davamlığının artırmaq üçün görülür.
Yeni müəssisələr, digər müxtəlif obyektlər layihələşdirilərkən və tikilərkən yerinə yetirilən mühəndis-texniki tədbirlər daha səmərəli və iqtisadi cəhətdən xeyli sərfəli olur.
Bu zaman ilk növbədə, obyektin ərazisində bina və qurğuların yerini zonalar üzrə planlaşdırmaq, yəni istehsalat qurğularını, ambarları, zavod idarəsi binalarını və digər müxtəlif məqsədli tikililəri ayrı-ayrı qruplar şəklində (zonalarla) yerləşdirmək nəzərdə tutulur. Xüsusən partlayış təhlükəli sexləri, laboratoriyaları, güclü təsirli zəhərli maddə tutumlarını ayrıca yerləşdirmək vacib sayılır. Təcrübə göstərir ki, bütün bunlar həm də qəzalar, dağıdıcı kortəbii hadisələr, başqa kənar təsirlər şəraitində ikinci zədələyici amillər törəməsinin, uçqun qalaqları yaranmasının xeyli dərəcədə qarşısını alır.
Obyektlər tikilən dövrdə həmçinin orada işləyəcək işçilərin müdafiəsi (MM müdafiə qurğularının tikilməsi və s.) məsələləri də həll edilir.
Fəaliyyətdə olan obyektlərdə isə belə tədbirlər müəssisələrin yenidən qurulması vaxtı və itehsalatm təkmilləşdirilməsi qaydası ilə həyata keçirilir.
Araşdırma zamanı obyektin istehsal prosesində iştirak edən elementlərinin mövcüd vəziyyəti müasir silahların bütün zəhərləyici amillərinə, ikinci amillərə, habelə ehtimal edilən kortəbii hadisələrinin tə’sirinə davamlıq baxımından qiymətləndirilib təyin edilir. Bundan məqsəd - obyektin istehsal fəaliyyətində ən zəif sahələri aşkara çıxarmaq və onların etibarlığmı, eləcə də bütünlüklə müəssisənin sabit işini təmin etmək üçün tələb olunan mühəndis-texniki, texnoloji və təşkilati tədbirləri müəyyənləşdirməkdir.
Mühəndis texniki tədbirlər: obyektdəki binaların, qurğuların, avadanlığın və kommunikasiyaların zədələyici təsirlərə fiziki davamlığmı artırmaq üçün görülən tədbirlərdir.
Texnoloji tədbirlər: ikinci zədələyici amillər yaranması ehtimalının qarşısını almaq məqsədilə obyektdə texnoloji rejimin dəyişdirilməsi nəzərdə tutulur.
Təşkilatı tədbirlər: fövqəladə hadisələr zamanı yaranan şəraitdə obyektdə mülki müdafiə qərargahının, qüvvələrin, habelə işçilərin ən səmərəli fəaliyyət qaydalarını müəyyən etməkdən ibarətdir.
Məhz bütün bu tədbirləri konkretləşdirmək üçün aparılan araşdırmalar mütəxəssislər tərfmdən xüsusi metodika üzrə və müvafiq hesablama cədvəllərindən istifadə edilməklə aparılır.
Onu da qeyd etmək lazımdır ki, görüləcək mühəndis texniki tədbirlərin həcmi və xarakteri obyektin vacibliyindən, dinc və müharibə dövrlərindəki fövqəladə hallar zamanı yarana biləcək təhlükənin dərəcəsi baxımından harada yerləşdiyindən, işçilərin sayından və digər şərtlərdən asılı olur.
Hətta eyni bir ərazidə yerləşən müəsisələr belə, özlərinin təyinatına, istehsalat prosesinin xarakterinə, iş şəraitinə və s. görə bir birindən xeyli fərqlənirlər. Buna görə də bütün obyektlər üçün yararlı olan eyni bir həcmdə işlərin siyahısını tərtib etmək, əlbət ki, mümkün deyil. Hər bir müəssisədə görülməli mühəndis-texniki tədbirlər konkret şəraitdən asılı olaraq müəyyən edilir. Lakin belə tədbirlərin bir qismi bütün obyektlər üsün ümumi sayılır və bunlar hər bir obyektdə yerinə yetirilə bilər.
Sülh dövründə idarəetmə üçün inzibati xidmət binalarında, dispetçer məntəqələrində və digər otaqlarda yerləşdirilmiş texniki rabitə vasitələri, nəzarət- ölçü cihazları, məsafədən idarəetmə aparatları və sair cihazlar işədilir. Əsas idarəetmə vasitələri sayılan bu avadanlıqlar müdafiə üçün nəzərdə tutulmamış binalarda qoyulduğuna görə adətən kifayət dərəcədə fiziki davamlılığa malik olmurlar. Həmin avadanlıq yerləşdirilən tikililər obyektin əsas istehsal qurğularından daha tez sıradan çıxa bilər, bu isə müəssisədə idarəetmənin itirilməsi və istehsalın pozulması ilə nəticələnər.
Buna görə də müharibə dövründə müəssisənin fəaliyyətinin etibarlı surətdə idarə edilməsi üçün buradakı sığmacaqlarm birində obyektin idarəetmə məntəqəsi yaradılıb, lazımi rabitə və xəbərdarlıq vasitələrilə təmin edilməlidir.
İdarəetmənin dayanıqlığını artırmaq məqsədilə belə mühəndis-texniki tədbirlərlə yanaşı təşkilatı tədbirlər də nəzərdə tutulur: işçilərin müxtəlif növlərdə işləyəcək qruplara ayrılır, bu qrupları (növbələri) obyektdə işləyərkən və təhlükəsiz sahələrdə dincələrkən idarə etmək üçün onların sayma müvafiq idarəetmə qrupları, digər operativ qruplar təşkil edilib fəaliyyətə hazırlanır.
Yanacaq, güclü təsirli kimyəvi maddələr istehsal edilən və digər yüksək təhlükəli zavodlarda bu tədbirlər obyektin dinc və müharibə dövrlərində MM planında nəzərdə tutulur. Burada ehtimal olunan qəzaların, habelə yarana biləcək ikinci zədələyici amllərin xarakteri və miqyası göstərilir, adamların və maddi sərvətlərin xilas edilməsi üzrə tədbirlər, qəza nəticələrinin aradan qaldırılması yolları və üsulları, bu zaman ixtisaslaşdırılmış qrupların, xilasedici, yanğınsöndürən dəstələrin fəaliyyət qaydası müəyyən edilir.
GTZM işlədilən və onların buxarları ilə zəhərlənmə təhlükəsi olan otaqlarda avtomat neytrallaşdırma qurğusu qoyulur. Zərərli buxarlar müəyyən təhlükəli konsentrasiyaya çatanda qurğu avtomatik surətdə işə qoşularaq deqazasiya mayesi çiləyib, zəhərli maddələri neytrallaşdırır. İstehsal obyektlərində, mürəkkəb texnoloji qurğularda qəzalar adətən yanğınlarla müşayət olunur. Yanğın təhlükəsizliyini artırmaqdan ötrü obyektdəki alışa bilən müxtəlif binaların divarlarına, konstruksiyaların səthinə odadavamlı boyaq çəkilir, yaxud superfosfat məhlulundan suvaq vurulur.
Müharibə və dinc dövründəki fövqəladə hallar zamanı obyektlər tamamilə, güclü surətdə, orta və zəif dərəcələrdə dağıntılara məruz qala bilər. Tamamilə və güclü dağıldılmış obyektlərdə, xüsusən müharibə dövründə istehsalın bərpa edilməsinə cəhdlər göstərilməsi adətən məqsədəuyğun sayılmır, çünki, iqtisadi cəhətdən özünü doğrultmur. Orta və zəif dərəcədə zədələnən müəssisələrdə isə müharibə dövründə belə, məhsul buraxılışın bərpa olunması real sayılır, lakin o şərtlə ki, bu işlərə obyektin özü və onun şəxsi heyəti əvvəlcədən hazırlaşmış olsun.
İstehsalatın bərpa edilməsi planları və layihələri adətən iki variantda zəif və orta dərəcələrdə zədələnmə halları üçün tərtib olunur. Bu zaman hər iki şərait üzrə ilknövbəli bərpaetmə işlərinin xarakteri və həcmləri müəyyənləşdirilir, tələb ediləcək işçi qüvvəsi, materiallar, avadanlıq və s. habelə onların qiyməti hesablanır, bərpa müddətləri göstərilir. Bu zaman o da nəzərə almır ki, bəzi hallarda obyektin bərpa edilməsi müvəqqəti xarakter daşya bilər. Buna görə də ən vacib məhsulların qısa müddətdə istehsalına nail olmaq məqsədilə müvafiq normativ sənədlərin tələblərindən müəyyən dərəcədə kənara çıxma hallarına yol vermək mümkündür. Bərpa müddətlərini azaltmaqdan ötrü həmçinin sanədləşdirilmiş tikinti hissələrindən, yüngül karkaslardan, salamat qalmış konstruksiyalardan da geniş istifadə olunur.
Müəssisənin bərpa olunması üçün əsas şərtlərdən biri də əvvəlcədən işlənib hazırlanmış layihələrin, tikinti üzrə və texniki sənədlərin qorunub saxlanmasıdır.
Beləliklə, dinc və müharibə dövrlərində ekstremal şəraitdə iqtisadiyat obyektlərində işin dayanıqlığmin yüksəldilməsi üzrə tədbirlər işçilərin e’tibarlı müdafiəsinə, xilasetmə işlərinin qısa müddətdə icrası, istehsalın bərpa olunmasına yönəldilməklə bərabər, həmçinin dinc dövrdə də istehsalat qəzaları ehtimalının azaldılması və qəza nəticələrinn məhdudlaşdırılması üçün böyük əhəmiyyətə malikdir.
Fövqəladə hallarda obyektlərin işinin dayanıqlığmin yüksəltmə yolları və üsulları.
Fövqəladə hadisələr zamanı işin dayanıqlığını yüksəldən konkret tədbirləri müəyyən etməkdən ötrü əvvəlcə obyektdə bu sahə üzrə araşdırmalar (tədqiqatlar) aparılır.
Müvafiq təşkilatlar tərəfindən aparılan araşdırmalar göstərir ki, dinc dövründə istehsalat qəzalarının xeyli bir qismi «insan amili» sayəsində baş verir, yəni səbəb işçinin öz vəzifəsinin öhdəsindən gələ bilməməsi, yaxud öz işinə, texnoloji rejimin, istehsalat təlimatı tələblərinin icrasına səhlənkarlıqla yanaşmasıdır. Bax, buna görə də obyektlərdə hər bir işçiyə istehsalatda özünü hifzetmə hissinin aşılanması qəza ehtimalını azaltmağın və ümumiyyətlə təhlükəsizliyin artırılması yollarından biri sayılmalıdır.
Xarakterinə görə belə tədbirlər qruplaşdırılır, bunlara bəzən, işin dayanıqlığmin yüksəldilməsi yolları və ya istiqamətləri deyilir.
Bunlar aşağıdakılardır:

  1. fövqəladə hallar zamanı işçilərin müdafiəsinin təmin edilməsi;

  2. obyektin ən vacib elementlərinin möhkəmliyinin artırılması və texnoloji prosesin təkmilləşdirilməsi;

  3. maddi texniki təchizatın dayanıqlığının artırılması;

  4. ekstremal şəraitdə obyektin idarəetmə sisteminin etibarlığmm yüksəldilməsi;

  5. müəsədə istehsalat qəzaları baş verməsi, ikinci zədələyici amillər törəməsi ehtimalını və onların zərərini azaltmaq üzrə tədbirlərin işlənib hazırlanması;

  6. obyektdə istehsalın bərpa edilməsi üçün hazırlıq görülməsi.

Bu tədbirlər əsasən əvvəlcədən işlənib yerinə yetirilir. Bilavasitə fövqəladə hallar zamanı görülməli olan əməliyyatlar isə qabaqcadan planlaşdırılır, onların dərhal icrası üçün hazırlıq görülür.
Həmin tədbirlərin mahiyyətini nəzərdən keçirək:

  1. İşçilərin müdafiəsi hər hansı bir obyektdə işin dayanıqlığının yüksəltməyin ən vacib amilləridir, çünki aydındır ki, işçi qüvvəsi olmadan heç bir istehsalat mümkün deyil. Bu məqsədlə görülən mühəndis-texniki tədbirlərin ən başlıcası bütün işçilərin MM qurğuları ilə təmin edilməsidir. Təlimatda göstərilir, dərəcəli şəhərlərdə və müharibə dövründə daha ciddi təhlükə yaranan sahələrdə işini davam etdirən müəssələrin işçiləri sığmıcaqla, qalan bütün əhali isə daldalanacaqla təmin edilməlidir.

  2. Obyektin ən vacib elementlərinin, bina və qurğuların möhkəmliyinin artırılması - buradakı avadanlığı, dəzgahları, texnogen xətləri müdafiə üçün vacibdir. Mə’lum olduğu kimi tikilən sənaye binaları və qurğularının ümumi sabitliyi hissələrin ağırlığına və külək nəticəsində yaranacaq əlavə yüklərə hesablanır.

V) Maddi-texniki təchizat, obyektdə təchizatın dayanıqlığı xammal, material, komplektləşdirici hissələr, avadanlıq və yanacaq ehtiyatlarını yaratmaqla artırılır. Bunlar həm istehsalı davam etdirmək, həm də fövqəladə hallarda pozularsa, onun bərpası üçün nəzərdə tutulur. Azalmayan ehtiyatlar halında tədarük görülən həmin materialların miqdarı nazirliklərin hər bir obyekt üçün təsdiq etdiyi normalar üzrə müəyyən olunur.
Müxtəlif yerlərdəki mal göndərən təşktlatlarla istehsal əlaqələrinin variantlarını hazırlamaq, digər müəssisələrdən alman bir sıra ən vacib hissələrin, qovşaqların obyektin özündəcə istehsal olunması və s. tədbərlər də işin dayanıqlığını artırar.
Hazır məhsulların vaxtında və dərhal istehlakçıya göndərilməsi də çox vacibdir. Xüsusən, neftayırma, kimya müəssisələrində hazır məhsulun yığılıb qalması həm obyektin özü, həm də qonşu obyektlər və yaşayış sahələri üçün ciddi qorxu yaradar, ikinci zədələyici amillərin ən qorxulu mənbəyinə çevrilə bilər.
Q) Ekstremal şəraitdə obyektdə istehsal prosesinin və MM idarə etmək rəhbər hey’ətin fəaliyyətində əsas və ən məsuliyyətli işdir. İdarəetmə prosesi hər cür hallarda işçilərə, MM dəstələrinə daim rəhbərlik edilməsini nəzərdə tutur, əsas tələb isə onun fasiləsizliyidir. İdarəetmənin rəhbər heyət rabitə və xəbərdarlıq vasitələrindən istifadə etməklə həyata keçirir.

  1. Müəsisələrdə istehsal qəzalarını və ikinci zədələyici amillər ehtimalını azaltmaq üzrə tədbirlər adətən birgə hazırlanıb yerinə yetirilir.

  2. Obyektdə pozulmuş istehsalın bərpa olunması üçün hazırlıq görülməsi. Yuxarıda deyildiyi kimi, obyektin məhsul buraxmağa qısa müddətdə hazırlanması imkanı onun işinin sabitliyinin vacib göstəricisidir. Belə hazırlıq nə dərəcədə yüksəkdirsə, hər hansı bir səbəbdən zədələndikdən sonra müəssisədə istehsal prosesi bir oqədər tez bərpa olunar.

Həmin işləri obyektin rəhbəri təşkil edir. Bu məqsədlə onun əmrinə əsasən müxtəlif sahələr üzrə (məsələn, bina və qurğuların, texnoloji avdanlığın, enerji təchizatının, digər təchizat və nəqliyyatın etibarlığmı təyin etmək üçün) müvafiq araşdırma qrupları yaradılır, onların konkret vəzifələri və iş proqramları myəyyənləşdirilir. Bu qruplara müəssisənin mütəxəssisləri ilə yanaş elmi tədqiqat idarələrinin əməkdaşları da cəlb oluna bilər. Tədbirlər iqtisadi cəhətdən o zaman əsaslandırılmış hesab edilir ki, onlar eyni zamanda əminamanlıq dövründə də obyektin qəzasız fəaliyyətinin tə’min olunmasına, əmək şəraitinin yaxşılaşdırılmasına və istehsal prosesinin təkmilləşdirilməsinə xidmət edir.
Belə araşdırmalar nəticəsində iki cür plan tərtib edilir: birincisi, dinc dövründə obyektdə işin dayanıqlığmin yüksəldilməsi üzrə tədbirlər planı və ikincisi, müharibə təhlükəsi yaranan dövrdə obyektdə işin sabitliyini artırmaq üzrə tədbirlər planıdır.
Obyektin rəhbəri tərəfindən təsdiq edilib yuxarı idarələr, nazirliklərlə razılaşdırılandan sonra birinci plandakı tədbirlər obyektin iqtisadi və sosial inkişafı üzrə perspektiv planlara, ikinci sənəddəki işlər isə müəssisənin müharibə dövrü üçün mülki müdafiə planına daxil edilir.





Yüklə 180 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin