parçalar, Ģalvar və köynək tikmək üçün qırmızı parçalar
toxunurdu [11, 65].
1829-cu ildə Şuşada fəaliyyət göstərən ipək toxuculuq
müəssisələrində 740 ədəd dəsmal, 6100 metr qırmızı parça və
360 ədəd müxtəlif məhsullar istehsal olunmuĢdur [18, 120].
Şuşada 16 nəfərin işlədiyi 7 kələfaçan emalatxana var idi. Şuşa
toxucuları yüksək keyfiyyətli kişi və qadın corabları
toxuyurdular. Şuşa tacirləri həmin corabları satmaq üçün Tiflis
şəhərinə aparırdılar.
Şuşa papaqçıları, dərisi Buxara, Şiraz və yerli quzu
dərilərindən qiymətli papaqlar tikirdilər.
Şuşanın toxuculuq müəssisələrində pambıqdan bez
hazırlanırdı. Həmin müəssisələrdə 80 dəzgah var idi ki, burada
da 28 sənətkarlıq müəssisəsi fəaliyyət göstərirdi. Bu
müəssisələrin illik məhsulu orta hesabla 80 000 xan arĢını (rus
arĢını ilə 12000) təşkil edirdi. İstehsal olunan toxuculuq
məhsullarını boyamaq üçün, şəhərdə 3 boyaqçı emalatxanaları
var idi ki, burada 6 nəfər çalıĢırdı [18, 120-121].
Şuşada 40 nəfər adamın işlədiyi 19 dəri zavodu
fəaliyyət göstərirdi. Zavodların illik məhsul istehsalı 2 min
ayaqqabı altlığı, 1400-ə qədər keçi, təxminən 1600 qoyun
45
dərisi təşkil edirdi. Şuşa şəhərində bir kustar tipli sabunbişirmə
zavodu da vardır [18, 121].
Şuşa şəhərində barıt da istehsal olunurdu.
Şuşa şəhərində 22 nəfər adamın işlədiyi 2 kərpic
zavodu fəaliyyət göstərirdi.
Şuşa şəhərində qızıl və gümüĢdən zərgərlər bilərzik,
qızılla bəzədilmiĢ toqqalar, bəzək sancaqları, sırğalar, paltar
üçün bəzək əĢyaları və sairə düzəldirdilər. Pənah xanın
dövründə Şuşada sikkəxana da tikilmişdi.
Şuşada hər bir evdə çörək bişirmək üçün təndir var idi.
Yerli əhali onlara təndirxana deyirdilər. Bunlardan əlavə
məhəllələrin mərkəzində də xüsusi çörəkbişirmə təndirləri də
var idi.
Sənətkarlığın və ticarətin inkişafı Şuşa şəhərində və onun
ətrafında yerləşən kəndlərdə əmtəə-pul münasibətlərinin
inkişafında təsir göstərirdi.
Şuşa tacirləri əzmkarlıqları və əməksevərlikləri ilə
fərqlənirdilər. Siyasi və iqtisadi inkişafın nəticəsi olaraq ġuĢa
Ģəhəri XVIII əsrin sonu – XX əsrin əvvəllərində ticarət
mərkəzi kimi Cənubi Qafqazda Tiflis Ģəhərindən sonra
ikinci yerdə dururdu. Şuşadan ticarət karvanları Azərbaycan
xanlıqlarının mərkəzlərinə və xarici ölkələrə gedirdi. Xarici
ticarətdə Rusiya və Ġran xüsusi yer tuturdu.
Tiflisdən ġuĢaya müxtəlif çit, bəzəkli paltarlar, mahud,
müxtəlif rəngli kolenkor (pambıq parça növü), sarı rəngli
pambıq parçalar olan nankalar, qırmızı boyaq, çay, müxtəlif
rənglər və digər məhsullar gətirilirdi. Bakı xanlığından ġuĢaya
dəmir, yazı kağızı, saxsı qablar, zəfəran və mazut gətirilirdi.
Dərbənddən ġuĢaya qızıl boya, ġəki xanlığından silah, evdə
toxunan mahud, Ģal, yapıncı, xalça, Gəncə xanlığından zəy,
Naxçıvan xanlığından qalın pambıq parçalar və duz, Ərdəbil
xanlığından müxtəlif parçalar, Təbrizdən parçalar, istiot,
darçın, mixək, badam, qurudulmuĢ meyvə, Ġran qəndi,
tumaç, ġirazdan tütün, Xoy və Urmiyadan qumaĢ, bez, çit,
Ərdəbildən qalın pambıq parça gətirilirdi [18, 129].
46
Yaxın və Orta Şərqin şəhərlərində olduğu kimi Şuşada
da sənətkarların peşələrinə uyğun olaraq birlikləri var idi. Həmin
birliklərə Şuşada əsnaflar deyilirdi. XVIII əsrin sonunda
ġuĢada qalayçıları, çəkməçiləri, papaqçıları, dabbaqları,
dulusçuları, zərgərləri, dərziləri, sərracları, çörəkçiləri və
digər sənətkarları öz ətrafında birləşdirən əsnaflar mövcud idi.
Bu əsnafların hər birinin on nəfərdən iyirmi beĢ nəfərə qədər
üzvü var idi [13, 88].
Şuşa əsnaflarının fəaliyyətini tənzimləyən ümumi
qaydalar mövcud idi.
47
ġUġA SOVET HAKĠMĠYYƏTĠ DÖVRÜNDƏ
1920-ci il aprel ayının 28-də Azərbaycanda qanlı
bolşevik rejimi qurulduqdan sonra, respublikamızın hər yerində
olduğu kimi, Şuşanın da qara günləri başlandı. Qisasçılıq hissi
ilə yaşayan ermənilər, sovet rejimindən istifadə edərək, Şuşada
əhalinin müxtəlif sosial təbəqələrinə divan tutmağa başladılar.
Moskvanın fəal köməyi ilə Qarabağda rəhbər vəzifələrə soxulan
erməni ünsürləri «sinfi düĢmən» pərdəsi altında şuşalılara qarşı
soyqırımı, sürgünlər və müxtəlif cəza tədbirləri həyata
keçirirdilər. Xüsusilə, Şuşa ziyalılarına amansız divan tutulurdu.
Keçmiş mənşəyi ilə əlaqədar olaraq, heç bir günahı
olmayan adlı-sanlı insanlar istintaqsız və mühakiməsiz
güllələnirdilər. Onların əmlakı müsadirə olunurdu. Dəhşətli
təqiblərdən yaxa qurtarmaq üçün şuşalıların xeyli hissəsi Ġrana,
Türkiyəyə, ġimali Qafqaza və Orta Asiya respublikalarına
qaçırdılar. Şuşanın yaşlı nümayəndələri söyləyirdilər ki, heç bir
günahı olmayan, vətəninə, xalqına və ailəsinə sadiq olan
yüzlərlə şuşalı günün-günorta çağı güllələnir, onların cəsədləri
şəhərin yuxarı hissəsində yerləşən su anbarlarına doldurularaq
üzərlərinə daş töküb, torpaqla örtürdülər.
1920-1938-ci illər Şuşanın qanlı və qara günləri idi.
Yüzlərlə şuşalı Müsavatçı, Sovet hakimiyyətinin düĢməni,
varlı nəsillərin nümayəndələri elan edilərək fiziki və mənəvi
cəhətdən məhv edilirdilər.
Şuşanın nəinki sakinləri, şəhərin özü də repressiyalara
məruz qaldı. Sovet hakimiyyəti illərində Şuşanın inzibati-ərazi
bölgüsü dəfələrlə dəyişdirildi. Erməni daşnakları Şuşa və onun
sakinləri üçün cəllada çevrilmişdilər. Yerli şuşalılar kütləvi
surətdə şəhəri tərk edir, onların evləri isə kənardan gətirilən
ermənilərə hədiyyə edilirdi. Beləliklə də azərbaycanlıların sayı
azalırdı.
1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaran-
dıqdan sonra, ġuĢa, 1750-ci ildən 1920-ci ilə kimi, yəni 170
ilə yaxın yerinə yetirdiyi ənənəvi statusdan – bütün
48
Qarabağın inzibati mərkəzi statusundan məhrum edildi [13,
91].
1920-ci ildən 1960-cı ilə kimi Şuşada heç bir abadlıq işi
aparılmamışdır. Ermənilər şəhərinin qədim memarlıq abidələrini
yerlə yeksan edirdilər. Pənah xan və İbrahim xanın
hakimiyyətləri dövrlərində inşa olunmuş memarlıq abidələrinə
xüsusi divan tuturdular. Əsgəran, «Xəzinə qayası» ilə üz-üzə
kəmənddə tikilən istirahət memarlıq kompleksi dağıdıldı.
Şuşanın mərkəzində yerləşən karvansaraylar, hamamlar, xanlara
və onların nəsillərinə məxsus olan saray və malikanələr,
müqəddəs yerlər dağıdılırdı. Mən bütün bunları şəxsən
görmüşəm.
Moskvanın həyata keçirdiyi qeyri-qanuni tədbirlərdən
Xankəndində partiya və sovet rəhbərliyini ələ keçirən ermənilər,
1963-cü il yanvarın 4-də Şuşa rayonunu ləğv edərək onu
Xankəndinin tərkibinə qatdılar. Bu bədnam qərar, 1965-ci il
yanvarın 6-da ləğv edildi və ġuĢanın rayon statusu yenidən
bərpa olundu.
Mən, 1963-cü ildə hazırkı Bakı Dövlət Universitetinin
əyani tarix fakültəsinin üçüncü kursunda oxuyurdum.
Doğma Şuşaya qış tətilinə getmişdim. Həmişə məğrur, əzəmətli
görünən ġuĢa ah-vay edib ağlayırdı, adama elə gəlirdi ki, şəhər
Allahı köməyə çağırırdı…
Ermənilər ləğv edilmiş idarə və müəssisələrin dəmir
seyflərindən tutmuş bütün avadanlıqlarını maşınlara yığıb
Xankəndinə aparırdılar. Şuşa qarət edilirdi.
Şuşanı düçar olduğu fəlakətlərdən xilas etmək üçün
xalqımızın cəsarətli və uzaqgörən siyasi liderə böyük ehtiyacı
var idi. Belə bir lider Heydər Əliyev oldu.
1969-cu il iyulun 14-də Ümummilli Liderimiz Heydər
Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi, Şuşanı düçar
olduğu fəlakətlərdən xilas etdi. 1977-ci ildə Azərbaycan SSR
Nazirlər Soveti «ġuĢa Ģəhərinin tarixi hissəsini tarix-
memarlıq qoruğu elan etmək haqqında» qərar qəbul etdi.
Şuşanın iqtisadi, sosial və mədəni həyatında çox mühüm
49
irəliləyiş başlandı.
Şuşada, bütün Azərbaycanda yeganə fabrik – ġərq Milli
Musiqi Alətləri Fabriki açıldı. Fabrik tar, kamança, ud,
nağara və digər musiqi alətləri istehsal edirdi. Fabrikin
istehsal etdiyi məhsullar Gürcüstana, Orta Asiya respublika-
larına, Qazaxıstana, Hindistana, Orta və Yaxın ġərq
ölkələrinə ixrac edilirdi.
Ümummilli Liderimiz Heydər Əliyevin təĢəbbüsü ilə
Azərbaycan mili mədəniyyətinin və incəsənətinin inciləri
olan Üzeyir Hacıbəylinin, Bülbülün, XurĢudbanu Natəvanın,
M.M.Nəvvabın ġuĢada ev muzeyləri yaradıldı. 1982-ci ildə
isə ġuĢada M.P.Vaqifin məqbərəsi açıldı.
Şuşa şəhərində və onun ətraf ərazisində beĢ yüzdən
artıq qədim tarixi memarlıq abidələri var idi. Həmin
memarlıq abidələrinin 250-ə qədəri beynəlxalq əhəmiyyətli
idi.
Şuşa şəhərində və bütövlükdə Qarabağda erməni deyilən
ünsürə aid heç bir tarixi memarlıq abidəsi yoxdur.
Erməni faşistləri Şuşanı 1992-ci il mayın 8-də iĢğal
etdikdən sonra, milli-memarlıq abidələrimizi dağıtmıĢlar.
Şuşanın işğalı zamanı döyüşlərdə 195 nəfər soydaşımız şəhid
olmuş, 165 nəfər yaralanmış, 58 nəfər əsir düşmüş və girov
götürülmüşdü.
Sözsüz ki, qisas yerdə qalmayacaq, son sözü Ģanlı
Azərbaycan əsgəri deyəcəkdir.
50
ġUġA MƏDƏNĠYYƏTĠMĠZĠN MƏRKƏZĠDĠR
XIX əsrin ikinci yarısından baĢlayaraq Qarabağ
xanlığının mərkəzi şəhəri Şuşa elm, mədəniyyət, ədəbiyyat və
incəsənət sahəsində sürətlə inkişaf etməyə başladı. Bu inkişaf
Azərbaycan xalqının milli ruhunu əks etdirirdi. Şəhərdə
fəaliyyət göstərən mollaxanaların və mədrəsələrin sayı
genişlənir, şagirdlərin sayı artırdı.
Yuxarıda Şuşanın memarlıq abidələrindən ətraflı söhbət
açmışıq. Şuşa şəhəri özünün quruluşuna görə Azərbaycan və
ümumilikdə Şərq memarlıq nümunəsində inşa edilmişdir.
ġəhərin BazarbaĢı, Rastabazar, Meydan, AĢağıbazar,
ġeytanbazar və baĢqa memarlıq abidələri ġuĢanın fəxridir.
Rastabazar – daĢlarla döĢənən, ətraflarında tacir dükanları
və müxtəlif sənətkar müəssisələri olan səkilər idi.
BazarbaĢından baĢlayaraq ġeytanbazarın qurtaracağına
qədər küçənin sol və sağ tərəfləri üstü örtülü idi. Qar və yağış
yağanda həmin sahələrə düşmürdü.
Şuşanın mədəni həyatı onun məhəllələrindən və
küçələrindən başlayırdı. Bütün küçələr xüsusi yonulmuş daşlarla
döşənmişdi. XX əsrin 50-ci illərinə kimi ġuĢa küçələrinlə
palçıq olmazdı. Gecələr ay iĢığında yollara döĢənən daĢlar
iĢıq saçırdı. Bu təbii iĢıq idi. 1960-cı ildən baĢlayaraq
Rastabazarlar, küçələrin bəziləri qara asfaltla döşənildi,
mərmər daşlar qara asfaltın altında qaldı.
Mənim yaxşı yadımdadır, şəhərin mərkəzi küçəsi asfaltla
örtülərkən adama elə gəlirdi ki, tarixin yaddaşı olan həmin
daşlar sanki ağlayırdı, qoymayın bizi məhv etsinlər deyə fəryad
qoparırdılar. Rastabazarlara döĢənən iri həcmli hamar
daĢları Xankəndində yaĢayan erməni məmurları söküb
aparır, orada özlərinə ev tikirdilər. Tarixi abidələrimiz
anbarlara çevrilirdi…
ġuĢa Allahın bütün Azərbaycan xalqına əbədi bəxş
etdiyi və yaratdığı əvəzolunmaz təbii abidədir. Çünki bu
şəhərin bütün dünyada rəqibi yoxdur.
51
ġuĢa elm mərkəzi kimi də yaddaşlara həkk olunmuşdur.
Tarixşünaslığımızın mənbələri olan «Qarabağnamələr»in
müəlliflərinin hamısı Şuşada yaşamışlar. Onların bizə miras
qoyub getdikləri əsərlər, Azərbaycan tarixini öyrənməkdə
əvəzolunmaz mənbədir.
Şuşa alimləri özlərinin elmi yaradıcılıqları ilə, dünya
elmlərinin müxtəlif sahələrinə dəyərli töhfələr vermişlər.
Həmyerlilərimizdən Azərbaycan Milli Elmlər Akademiya-
sının (keçmiĢ Azərbaycan SSR Elmlər Akademiyası)
akademiklərindən Əsədov Səttar Məcid oğlu biologiya
elmləri sahəsində, Tutayuk Validə Xaspolad qızı biologiya
elmləri sahəsində, Rüstəmov PaĢa Həbib oğlu kimya elmləri
sahəsində, Ġmanov Lətif Muxtar oğlu fizika elmləri
sahəsində, Allahverdiyev Cəlal Eyvaz oğlu riyaziyyat elmləri
sahəsində əldə etdikləri nailiyyətlərə görə akademik adına
layiq görülmüĢlər.
Şuşa torpağının yetirmələri olan, müxtəlif elm sahələri
üzrə fəlsəfə doktorlarının, elmlər doktorlarının, professorların
adlarını saymaqla qurtarmaq olmaz. Hazırda onların böyük
əksəriyyəti milli elmlərimizin hərtərəfli inkişafı naminə səy və
bacarıqlarını əsirgəmirlər.
Şuşalı müəllimlərin və tibb işçilərinin bir qismi yüksək
fəxri adlara layiq görülmüşlər.
Şuşanın təhsil sahəsindəki dəyərləri tariximizin aparıcı
mövqelərində öz sözünü demişdir. Şuşanın mədəni inkişafı
burada təhsilə olan ehtiyacı ön plana çəkirdi.
Rusiya imperiyası 1829-cu il avqustun 2-də Zaqafqa-
ziyada dövlət məktəblərinin açılması haqqında Nizamnamə
təsdiq etdi. Bu nizamnaməyə görə Azərbaycanın bir neçə
qəzalarında dövlət məktəbləri açılması nəzərdə tutulurdu.
Açılacaq məktəblərin yerləri də müəyyənləşdirilmişdir. Yeni
açılacaq məktəblər – Gəncədə, ġuĢada, Nuxada, ġamaxıda,
Bakıda, Naxçıvanda, Ordubadda və Qazax nahiyəsində
açılması nəzərdə tutulurdu. 1829-cu il Nizamnaməsinin
nəzərdə tutduğu Ģəhərlərdən birincisi ġuĢa qəza məktəbinin
52
təntənəli açılıĢı oldu [21, 12].
1835-ci ilin may ayının 12-də Zaqafqaziya məktəblə-
rinin ikinci nizamnaməsi qəbul olundu. Yeni nizamnaməyə
əsasən ibtidai təhsili inkişaf etdirmək və Tiflis gimnaziyasında
təhsil ala biləcək şagirdlər hazırlamaq idi. Şuşa qəza məktəbi də
öz təhsil sistemini yeni nizamnamənin tələbləri əsasında
qurmağa və yüksək biliyə malik şagirdlər hazırlamağa başladı.
Yuxarı siniflərdə (II-III siniflərdə) Ģəriət, rus dilinin
qrammatikası, coğrafiya, tarix, hesab və həndəsədən
baĢlanğıc, hüsnxət, rəsm, milli dil tədris olunurdu. Lakin
yenə də dərslər rus dilində aparılırdı. Bununla birlikdə, onu
da deyək ki, Azərbaycan dili rus Ģagirdləri üçün məcburi idi.
1830-cu ildə Şuşa qəza məktəbində 3, 1835-ci ildə 4, 1845-ci
ildə 5, 1856-cı ildə 7 nəfər müəllim, qeyd edilən illərə uyğun
olaraq, 30, 44, 187 və 223 nəfər Ģagird var idi [21, 15].
Şuşa qəza məktəbinin kitabxanasında, 1845-ci ilin
məlumatına görə 301 adda kitab və digər tədris ləvazimatı
olmuĢdu [21, 15].
Şuşa qəza məktəbində tədris işlərinin yüksək səviyyədə
qurulması nəticəsində 1847-ci ildə həmin məktəb Ģəhər
məktəbinə çevrildi. Yerli müsəlman əhalisi təhsilə böyük
maraq göstərirdi. Ona görə də məktəbdə təhsil alan şagirdlərin
sayı sürətlə artırdı.
Şuşa şəhər məktəbinin ilk buraxılışından bir neçə nəfər –
Əlibəy Tahirov, Firudin bəy Köçərli və Səfərəli bəy
Vəlibəyov, 1879-cu ildə Zaqafqaziya (Qori) Müəllimlər
Seminariyasının nəzdində açılmıĢ Azərbaycan Ģöbəsinin ilk
məzunları olmuĢlar.
1881-ci il noyabr ayının 20-də ġuĢada 6 sinifli realnı
məktəbi – təcrübi bilik verən orta ümumtəhsil müəssisəsi
açıldı.
XIX əsrin ikinci yarısında ġuĢada təĢkil olunan və
dövrün yüksək intellektinə malik olan yerli ziyalıları özündə
birləĢdirən ədəbi məclislərin Ģəhərin mədəni həyatında
xüsusi yeri olmuĢdur. Belə ədəbi məclislərdən biri, 1864-cü
53
ildə Xan qızı XurĢudbanu Natəvanın yaratdığı «Məclisi-üns»
idi. «Məclisi-üns»ün yaradılmasında «Qarabağnamələr»in
müəlliflərindən biri olan Mirzə Rəhim Fəna yaxından iĢtirak
etmiĢdir.
«Məclisi-üns»
(Dostluq
məclisi)
özünün
yığıncaqlarında hər bir iştirakçıya hörmətlə yanaşır, ehtiyacı
olanlara maddi cəhətdən köməklik göstərirdi. «Məclisi-üns»ün
məşğələlərində – Mirzə Sadıq Piran, Mirzə bəy Məxfi, Məmo
bəy Məman, Mirzə Məhəmməd Katib, Mirzə Ələsgər
Növrəs, Hacı Abbas Agah, Ġsmayıl bəy Darucə və baĢqaları
fəal iĢtirak edirdilər. Onlar Azərbaycan milli qəzəl janrının
inkişafına böyük tövhələr vermişlər.
Şuşanın mədəni həyatında özünəməxsus yer tutan ədəbi
məclislərdən biri də 1872-ci ildə M.M.Nəvvabın təĢəbbüsü ilə
yaradılan və onun evində fəaliyyət göstərən «Məclisi-
fəramuĢan» idi. M.M.Nəvvab baĢda olmaqla məclisin işində
Abdulla bəy Asi, Fatma xanım Kəminə, Həsənəli xan
Qarabaği, MəĢədi Əyyub Baki, Xan Qaradaqi. Əbülhəsən
ġəhid və baĢqaları iĢtirak edirdilər. «Unudulanlar» mənasını
verən
«Məclisi-fəramuşan» 1910-cu ilə kimi özünün
məĢğələlərini yüksək səviyyədə davam etdirmişdir. Hər iki
ədəbi məclisin üzvləri bir-biri ilə ədəbi təcrübə mübadiləsi
aparmış, Azərbaycan mili Ģerinin müxtəlif janrlarının
zənginləĢdirilməsinə xidmət göstərmiĢlər [22, 4].
Şuşanın mədəni həyatında M.P.Vaqifin, Q.B.Zakirin,
XurĢudbanu Natəvanın, M.M.Nəvvabın, S.S.Axundovun,
N.B.Vəzirovun, Ə.Ə.Haqverdiyevin, Y.B.Çəminzəminlinin,
F.B.Köçərlinin və baĢqalarının ədəbi yaradıcılıqları olduqca
böyük yer tuturdu.
Əbəs yerə deyildir ki, F.B.Köçərli ġuĢanı «ġairlər
yuvası» adlandırırdı.
Yuxarıda adları qeyd olunan qələm sahiblərinin həyat və
fəaliyyətləri haqqında qısa məlumat verilməsi məqsədəmüvafiq
olardı.
Molla Pənah Vaqif 1717-ci ildə Qazax mahalının
Salahlı kəndində anadan olmuĢ, 1797-ci ildə ġuĢada qətlə
54
yetirilmiĢdir. M.P.Vaqif öz zamanında bir çox ülum və fünuna
(fənn və elmlər) vaqif olduğu üçün özünə «Vaqif» təxəllüsü
ittixaz (qəbul) etmişdir [23, 159].
M.P.Vaqif fars və ərəb dillərini də mükəmməl bilirmiş.
Xalq arasında onun böyük hörmətə malik olması: - «Hər
oxuyan Molla Pənah olmaz!» ifadəsində tapmışdı. Vaqif
Şuşanın Saatlı məhəlləsində məktəb açmıĢ və uĢaqlara dərs
demiĢdir. Az müddət ərzində Vaqifin şöhrəti artmış və o,
Qarabağın şərəfli və şövkətli adamlarından birinə çevrilmişdir.
Ona görə də Qarabağ xanı Vaqifi saraya dəvət etmiş və onu
özünə vəzir təyin etmişdir. Vaqif Şuşa qalasının tikintisində və
müdafiə qabiliyyətinin möhkəmləndirilməsində, xanlığın idarə
olunmasında İbrahim xanın ən yaxın köməkçisi olmuşdur. Vaqif
1769-cu ildən 1797-ci ilə kimi İbrahim xana baş vəzir kimi
sədaqətlə xidmət etmişdir. O, Azərbaycan poeziyası tarixində
özünün yaradıcılığı ilə böyük yer tutur. Klassik Şərq şerini
dərindən bilən Vaqif qəzəl, müxəmməs, müstəzad və başqa
formalarda əsərlər yazmışdır. Bununla yanaşı Vaqif xalq
ədəbiyyatı, aşıq şerinə də bağlı olmuş, təcnis, xüsusilə
qoĢmaları ilə milli poeziyamızı zənginləĢdirmiĢdir. Nikbinlik,
həyatsevərlik Vaqif poeziyasının əsas xüsusiyyətidir. Milli
dilimizin təkmilləşdirilməsində Vaqifin xidməti böyükdür.
M.P.Vaqif heca vəznində yazdığı şerlərdə xalq dilinin
zəngin xəzinəsindən sənətkarlıqla istifadə etmiĢ, onun ədəbi-
bədii dil səviyyəsinə qaldırmıĢdır. Vaqif yaradıcılıq məktəbi,
ġuĢada və bütövlükdə Qarabağda görkəmli Ģairlərin
yetiĢməsində mühüm rol oynamıĢdır [24, 383-384].
Qasım bəy Zakir (Qasım bəy Əlibəy oğlu CavanĢir)
1784-cü ildə ġuĢada bəy ailəsində anadan olmuĢ, 1857-ci ildə
orada vəfat etmiĢdir. Qasım bəy Zakir Şuşada mollaxanada
təhsil almış, ərəb və fars dillərini öyrənmişdir. Q.B.Zakir Şərq
ədəbiyyatını dərindən bilirdi. O, XIX əsrin birinci yarısında
Azərbaycan
ədəbiyyatının formalaĢmasında baĢlayan
tənqidi realizmin aparıcı nümayəndələrindən biri idi. Vaqif
ənənələrinin davamçısı olan Zakir yaradıcılığında xalq
55
poeziyasının təsviri olduqca güclüdür. Q.B.Zakirin ədəbi
yaradıcılığı olduqca zəngindir. O, qəzəl, müxəmməs,
müstəzad, təcrübənd və tərkibbənd formalarında əsərlər
yazmıĢdı [25, 292-293].
Qasım bəy Zakirin ədəbi yaradıcılıqlarında tənqidi
realizm olduqca güclüdür.
Qasım bəy Zakir Cavanşir Türkmənçay sülh müqavi-
ləsindən sonra, 1828-ci il 15 mart tarixində çar fərmanına
əsasən «Ġran müharibəsinə görə» gümüĢ medalla təltif
Dostları ilə paylaş: |