- Bəs bu ermənilər hardaydılar?
Vaqif sakit səslə:
- Ermənilər buralara çox sonralar gəlmiĢlər. Bunlar
Çingiz və Əmir Teymurun yürüĢləri zamanı qaçıb, bu
dağlara sığınmıĢlar. Görmürsünüzmü, erməni yaĢayan
yerlərə “sığnaq” deyirlər”. Onların vətəni olmayıb.
Ermənilər səyyar həyat sürüblər. Erməniyə vətən məhfumu
yaddır. Harda yaxĢı güzaran tapsalar, onlar üçün ora
“vətən” hesab olunur.
Şimaldan gələn həyəcanlı xəbərlər Qarabağ xanlığının
sarayında narahatçılığa səbəb olurdu. Mirzə Əliməhəmməd
ağaya Tiflisdən belə bir yazılı məlumat gəlmişdi ki, Qızlar
istiqamətində rus qoşunları toplaşır. Rusiya imperiyasının
nümayəndələri İraklinin yanına gəlir, nə isə aralarında danışıqlar
aparılır. Qubalı Fətəli xan da Kür çayını tez-tez keçərək Qarabağ
kəndlərini dağıdır və əhalini əsir aparırdı. İranda da xanlar biri-
biri ilə mübarizə aparır, hətta Arazdan şimala da keçirdilər.
Belə bir mürəkkəb şəraitdə İbrahimxəlil xan Qarabağ
xanlığının sərhədlərinin təhlükəsizliyi qayğısına qalır və Şuşanın
möhkəmləndirilməsi işini davam etdirirdi.
Məliklər yenə də xanlığın daxilində pozuculuq işlərini
davam etdirir, onun hərbi qüvvələri və daxili durumu haqqında
ruslara məlumat verirdilər.
İbrahimxəlil xan qaynı Cümşüdü yanına çağırtdırıb,
məsələni aydınlaşdırmağı qərara aldı. Xan Ağasi bəylə oturub,
düşüncəyə dalmışdı. Bu zaman Cümşüd xanın otağına daxil oldu
və salam verdi. Xan onun salamını almadı. Cümşüd bir qədər
ayaq üstə qaldıqdan sonra xan onu qəzəblə süzüb, oturmağa
icazə verdi. İbrahimxəlil xan qəzəblə danışmağa başladı:
- Balam, sən erməni, mən müsəlman, məndən pislik
görmüsən?
99
Cümşüd itaətkarcasına:
- Allah eləməsin, xan - dedi, - həmişə sizdən hörmət
görmüşük, biz bir ovuc erməni sizə nə edə bilərik. Biz ermənilər
kimik ki, sizin bir sözünüzü iki eləyək. Evdə oturub, ev yiyəsi
ilə dava eləmək olarmı?
- Yaxşı bəs bu məliklər məndən nə istəyirlər? Eşitdiyimə
görə, Dizaq məliyi İsa özünü ləyaqətsiz aparır, ruslara
arxalanmaq fikrinə düşüb, hətərən-pətərən danışır. Haram olsun
ona verdiyim çörək! Bu saat silahlı dəstə göndərib, onun başını
bədənindən üzdürüb, itlərə yem etdirərəm...
Cümşüd sakit səslə xana xatırlatdı ki, bu başı batmış
məliklər mənim atama da yağı kəsilmişdilər, qudurğanlıq
edirlər, onlar ən ağır cəzaya layiqdirlər.
Xan qəti bir səslə Cümşüdə dedi ki, papağınız donuz
dərisindəndir, amma gerisindən xəbəriniz yoxdur. Adam gərək
tutduğu işin gerisini yaddan çıxarmasın. I Pyotr sizə yalandan
nələr vəd etmişdi, axırı nə oldu? Siz bu torpağa qonaq kimi
gəlmisiniz,
harda
olmusunuzsa,
ordan
biabırcasına
qovulmusunuz. Onun-bunun yalançı və‟dlərinə aldanıb, yerli
əhaliyə qarşı mübarizə aparmısınız. Nəticədə də qırılıb məhv
olmusunuz.
İbrahimxəlil xan Ağasi bəyə müraciət edərək dedi:
- Bu saat 300 nəfər silahlı dəstə göndər, İsanın
məsələsini həll etsinlər, malını, mülkünü müsadirə edib,
yoxsullara paylasınlar. Mən onu Dizaq sığnağına yüzbaşı
qoydum, daha özümə düşmən demədim.
Xanın bu sözlərindən dərhal sonra Kələntər Ağasi bəy
ayağa qalxdı və “baş üstə” deyib otaqdan çıxdı.
Cümşüdün sifəti qorxusundan tamamilə dəyişmişdi,
xanla otaqda tək qalması onu sanki işıqlı dünyadan ayırmışdı.
Onun belə bir vəziyyətə düşməsi İbrahimxəlil xanın sərt
baxışlarından yayınmadı.
- Gedə bilərsən, - xanın qəzəbli səsi eşidildi.
Cümşüd bütün gücünü toplayıb, birtəhər otaqdan
çıxmağa hazırlaşarkən xan bir daha qətiyyətlə dedi:
100
- Get, ermənilərə de ki, nə qədər gec deyil, ağıllarını
başlarına yığsınlar, sonra gec olar.
Gərgin vəziyyətdə olan Cümşüd sarayın artırmasına
çıxdıqdan sonra dərindən nəfəs aldı, cibindən dəsmalını çıxarıb,
alnının tərini sildi və saraydan uzaqlaşdı...
Otaqda tək qalan İbrahimxəlil xan bir qədər fikrə daldı,
sonra ayağa qalxaraq o baş-bu baş gəzməyə başladı.
Şahməhəmməd otağa daxil olub, xana hansısa məsələ barədə
məlumat verməyə başladı. Bu zaman Vaqif içəri girdi,
Şahməhəmməd söhbəti yarımçıq saxladı... Vaqifin otağa daxil
olması xanı gərgin vəziyyətdən qurtardı. Şahməhəmmədin ona
verdiyi məlumat sanki yaddan çıxdı, söhbət yarımçıq qaldı.
İbrahimxəlil xan bir qədər əsəbi halda:
- Axund, - dedi: - görürsən ermənilər yenə də sakit
durmurlar, elə deyirsən xoşluqla dolan. Bu da xoşluq! Badaralı
Gapı Ballıca yolunu kəsib, gəlib-gedənə sataşır. Bu yaramazı
məhv etmək lazımdır.
Vaqif düşüncəli tərzdə:
- Bunların hamısı məliklərin işidir. Elə bilirlər ki, rus
gəlib, bunları xan edəcək, məgər bunlar hələ də başa düşmürlər
ki, Nadir şahın onlara verdiyi saxta hüququn vaxtı çoxdan
qurtarıb. Bir ovuc erməninin nə istədiyini heç özləri də bilmirlər.
Bu, bədbəxtçilikdir.
Daha
sonra
Vaqif
təəssüf
hissilə bildirdi ki,
araqarışdıranlar, əlbəttə, cəzalarını almalıdırlar. Başqa çıxış yolu
yoxdur. Bunlar sakit otursaydılar, elə Loristanda qalardılar, daha
qaçıb, Qarabağa gəlməzdilər. İsa da və ona kömək olan
yaramazlar da öz layiqli cəzalarını mütləq almalıdırlar. Bəzi
qonşu xanlıqların bizə qarşı pozuculuq hərəkətlərini davam
etdirdikləri bir zamanda ermənilərin düşmənçilik hərəkətləri
yolverilməzdir. Qəti tədbirlər görmək vaxtı gəlib-çatıb.
Şimaldan Rusiya imperiyasının, cənubdan İranın Şimali
Azərbaycan xanlıqları üçün təcavüzkarlıq hərəkətlərinin
gücləndiyi bir zamanda məlikləri susdurmaq və onları
zərərsizləşdirmək zamanın ən mühüm tələblərindən biri idi.
101
İbrahimxəlil
xan
Vaqiflə,
Kələntər
Ağasi
bəylə,
Şahməhəmmədlə və başqa saray məmurları ilə hərtərəfli
məsləhətləşmələrdən sonra qardaşı oğlu, Qarabağ xanlığında
igidliyi və mərdliyi ilə məşhur olan Batmanqılınc Məhəmməd
bəyi yanına çağırıb dedi:
- Oğlum, səninlə fəxr edirəm. İgidlərini də yığ başına,
get Badaralı Gapını aradan götür. İlk növbədə, Badara məliyini
asdırarsan! Daha sonra yerin deşiyində də olsa, Gapını tapıb,
lazımınca cəzasını verərsən. Qoy bilsin ki, duz-çörəyə xəyanət
nə deməkdir. Mən özüm Naxçıvana gedirəm. Naxçıvan xanı
məni tanımaq istəmir. Gapı məsələsini həll etdikdən sonra
Xudafərin körpüsünə çıxarsan, ordan da Naxçıvana gedərik.
Məhəmməd bəy əmisindən aldığı tapşırığı yerinə
yetirmək üçün elə həmin gün, İbrahimxəlil xan isə iki gündən
sonra səfərə çıxdı. Xan sarayda, şəhərdə və xanlığın başqa
yerlərində asayişi təmin etmək üçün yerində qoyduğu Kələntər
Ağasi bəyə böyük səlahiyyətlər verdi.
Məhəmməd bəy Badaraya gəlib, əmisindən aldığı
tapşırıqları tamamilə yerinə yetirdi. Sonra Xudafərin körpüsünə
doğru hərəkət etdi. Xan Xudafərin körpüsünə çatdıqda
Məhəmməd bəyi başının adamları ilə birlikdə onu gözlədiklərini
gördü. Məhəmməd bəy Gapının eybəcər başını xanın ayaqları
altına atdı...
İbrahimxəlil xan Naxçıvan xanı Kəlbəli xanla
münasibətlərini qaydaya salıb, geri qayıtdı.
Rus-Osmanlı müharibəsi 1768-ci ildən davam edirdi.
Müharibə 1774-cü ildə Kiçik Qaynarca sülhü ilə başa çatdı və
Rusiya Krımı işğal etdi. Bununla da, Qara dənizə çıxış yolu
qazandı. Rusiya Şərq planını həyata keçirməyə başladı. Bu, ilk
növbədə, məliklər və keşişlər tərəfindən sevinclə qarşılanırdı.
Məliklər və keşişlər ruslardan yenə ümid gözləyirdilər.
Rusiyanın verdiyi boş vədlər erməniləri məhv olmaq dərəcəsinə
gətirib-çıxarmışdı. Keşiş Ohan erməni sığnaqlarını gəzir,
nəsihətlər verir və erməniləri məliklərə inanmamağa çağırırdı.
O, sığnaqlardan qayıtdıqdan sonra Vaqiflə görüşmək və
102
məsləhətləşmək qərarına gəldi. Ohan görüşə gələrkən Axund
həyətində bənövşə dərirdi. O, keşişi mehribancasına qarşılayıb,
evə apardı. Ohan dedi:
- Axund, səninlə məsləhətləşməyə gəlmişəm. Yenə bu
yaramaz məliklər sarsaqlaşıblar, Allah axırını xeyir eləsin...
Vaqif böyük bir maraqla Ohanı dinləməyə başladı. O, isə
sözünə ara vermədən əsəbi halda danışırdı. Deyirdi ki, məliklər
rus padşahına bir ərizə yazıblar. Ərizə iftira və yalanlarla
doludur. Onların bu hərəkətləri adamı dəhşətə gətirir.
Vaqif Ohanı dinlədikcə xəyala dalır və daxilən əsəbi hal
keçirirdi.
Vaqif Ohandan soruşdu:
- Onlar ruslardan nə istəyirlər?
- Nə istəyəcəklər, istəyirlər ki, rus bura gəlib bir erməni
hökmranlığı qursun. Mən qorxuram ki, yenə qan tökülər, camaat
qırılar. Vartapet Minasın qəbrinə lənət...
Vaqifin təklifi bu oldu ki, məliklərin hərəkətlərini
İbrahimxəlil xana bildirmək lazımdır. Camaat qırılınca qoy beş
məlik, beş də tüğyan etmiş keşiş ölsün. İbrahimxəlil xan, Vaqif
və Ohan məsləhətləşib qurtardıqdan sonra keşiş Ohan evinə
getdi. Otaqda qalan İbrahimxəlil xanla Vaqif hərtərəfli
məsləhətləşməyə və qəti qərar çıxarmağa başladılar. Vaqif
ümidverici bir səslə İbrahimxəlil xana dedi:
- Xan sağ olsun, erməniləri qırsaq, onda rusların əlinə
bəhanə düşər, bundan bizə heç bir xeyir gəlməz. Mənə elə gəlir
ki, rusların ən başlıca siyasəti İrana qapı açmaqdan ibarətdir.
Ona görə də rus ermənidən istifadə etmək istəyir. Orinin İrana
səfərini yada salmaq kifayətdir. Biz də yazaq. Bildirək ki,
erməni kimdir, onlar bizim torpaqlara nə vaxt gəliblər, beş-on
ermənini məliklər və keşişləri birə kimi canımıza salıb, öz
murdar məqsədləri üçün onlardan istifadə edirlər. Mənim
məsləhətim belədir. Bir yaxşı kağız yazım, sənin xan övladı
olduğundan, iyirmi ildir ki, Qarabağ torpağında hökmranlıq
etməyindən, xanlığın gücündən, sənin şəxsi nüfuzundan rus
hökumətinə ətraflı məlumat verim. Eyni zamanda da Rusiya
103
hökumətinə bildirək ki, himayənizə girməyə və bac verməyə də
razıyıq. Kağız sabah hazır olar. Kağızı Musa Soltan vasitəsilə
rus nümayəndəsinə çatdırmaq olar. Musa Soltan bacarıqlı,
dilavər bir adamdır. Beləliklə, biz rusu erməni fırıldaqlarından
ayırıb, öz tərəfimizə çəkə bilərik.
Xan Vaqifin təklifini qəbul etdi. Vaqif məlik Abonun
tutulub, zindana salınmasını da məsləhət bildi. Ona görə ki,
aranı qarışdıran odur. Ayrı tənbeh lazım deyil.
Vaqif saraydakı otağına çəkilib, Rusiya imperatriçəsi II
Yekaterinaya olduqca tutarlı bir məktub yazmağa başladı. Bu, o
məktub idi ki, Peterburq sarayında Qarabağ xanlığına qarşı
hazırlanan məkrli planı tamamilə heçə çıxardı. Ermənilərin
1783-cü ilin mart ayında Peterburqa yazdıqları böhtanla dolu
ərizələrinin üzərinə knyaz Potyomkin-Tavriçeski yazmışdı:
“İbrahimxəlil xanı hakimiyyətdən salıb, Qarabağda erməni
əyaləti yaratmaq lazımdır”.
Vaqifin Peterburqa yazdığı məktub 1783-cü ilin aprel
ayında çatdı. Bu məktub Potyomkini əvvəlki niyyətindən
danışırdı. O, bu məktubun üzərinə belə bir dərkənar yazmışdı:
“İbrahimxəlil xanın bizə qarşı bəslədiyi sədaqət rus çariçası
üçün ən gözəl bir bacdır” deyərək öz fikrini ifadə etmişdir. Bu
barədə Potyomkin Qarabağ xanı İbrahimxəlil xan Cavanşirə də
xəbər göndərmişdi.
Qarabağ xanlığının bu dövrdə xarici siyasətinin ən
başlıca vəzifələrindən biri rus işğalının qarşısını almaq, erməni
böhtanlarını heçə çıxarmaq, onların bu diyara gəlmə olduqlarını
ruslara başa salmaqdan ibarət idi. İbrahimxəlil xanla birlikdə
Vaqif də bu sahədə böyük işlər görürdü. Rusiya ilə münasibətlər
tədricən qaydaya düşürdü...
Rusiya Cənubi Qafqaz uğrunda mübarizəsini bir an da
olsa, təxirə salmırdı. Özünə möhkəm dayaq yaratmaq üçün
bütün vasitələrdən istifadə edirdi. 1783-cü il iyulun 24-də
Rusiya imperiyası ilə Kartli-Kaxetiya (Gürcüstan) çarlığı
arasında Şimali Qafqazın Georgiyevsk qalasında traktat
imzalandı. Bu traktata əsasən Gürcüstan Rusiya imperiyasının
104
himayəsi altına keçdi. Gürcüstan hakimi II İrakli özünün və
varislərinin adından Rusiya çarının ali hakimiyyətini və
himayəsini qəbul etməklə tarixi məsuliyyəti öz üzərinə götürdü.
Traktata əsasən Rusiya da üzərinə müəyyən təəhhüdlər
götürürdü. Belə ki, II İraklinin çarlığının bütövlüyünün və
Gürcüstan taxt-tacının qorunmasını Rusiya öz üzərinə götürür,
hakimiyyətdə vərəsəlik hüququnu qəbul edirdi. II İrakli daxili
idarəetmə işlərində də müstəqilliyini saxlayırdı, xarici siyasətdə
isə Tiflis şəhərində olan səlahiyyətli rus məmuru ilə
hesablaşmalı idi. Rusiya Tiflisdə hərbi qüvvə saxlamaq hüququ
da əldə edirdi.
Gürcüstanın
Rusiya
himayəsinə
keçməsindən
İbrahimxəlil xan da xəbər tutdu. Vaxt itirmədən bütün dövlət
məmurlarının, ağaların, bəylərin və din xadimlərinin iştirakı ilə
geniş müşavirə çağırdı. Yaranmış beynəlxalq şərait müzakirə
olundu. Müşavirə iştirakçıları ikili mövqedə dayandılar. Bir qrup
İrandan, digər qrup isə Osmanlı Türkiyəsindən kömək istəməyi
irəli sürürdü. Məsələ hərtərəfli müzakirə edildi. İbrahimxəlil xan
və Vaqif bütün çıxışları, rəy və təklifləri səbrlə dinləyir, heç
kimin sözünü kəsmirdilər. Kələntər Ağasi bəy Şahməhəmməd
İbrahimxəlil xanın və Axund Vaqifin məsələyə necə münasibət
bildirəcəklərini böyük intizarla gözləyirdilər. Onlar da Qarabağ
xanlığının gələcək taleyi üçün məsuliyyət daşıdıqlarını yaxşı
bilirdilər. Mirzə Əliməhəmməd də dərin xəyal içərisində idi. Axı
xanlığın tale yüklü məsələsi həll olunurdu.
Vəliəhd Məhəmmədhəsən ağa da gərginlik içərisində idi.
O, bu vəziyyətdən xilas olmaq üçün söz alıb, sakit tərzdə dedi:
- Mənə elə gəlir ki, ruslarla razılaşmaq məqsədə
müvafiqdir. Rus hökumətinin özü də buna can atır... Rusiya
dövləti güclü dövlətdir, son zamanların siyasi hadisələri də onun
gücünü sübut edir.
Məhəmmədhəsən
ağanın
bu
çıxışı
müşavirə
iştirakçılarının bir hissəsində mübahisələrə səbəb oldu.
Ağalardan biri təəccüblü səslə dedi:
- İslam məmləkətinə kafir buraxmaq olarmı? Dinimizi,
105
şəriət qanunlarımızı niyə nəzərə almırsınız? Allah mənə o günü
göstərməsin!
Nəhayət İbrahimxəlil xan müşavirədə yaranmış gərgin
vəziyyəti yumşaltmaq məqsədilə danışmağa başladı:
- Kim deyir ki, Qarabağ xanlığını rusa verək? Mən sağ
ola-ola bu işə yol verərəmmi?
Burda xanın səsində bir zəiflik yarandı, rəngi dəyişildi,
əsəblərini sakitləşdirmək üçün qəlyan çəkməyə başladı. Xanın
vəziyyəti məclisdəki ab-havanın dəyişilməsinə və iştirakçıların
sakitləşmələrinə səbəb oldu. Otaqda dərin sükut yarandı.
Yaranmış vəziyyəti Vaqifin mənalı və tutarlı çıxışı aradan
qaldırdı:
- Xan sağ olsun, ümidsizliyə qapılmaq olmaz, düşmən
qapımızın ağzını kəsməyib? Atalar demişkən, nəyinən yoldaş ol,
amma əlindən ağacı yerə qoyma! Biz də öz işimizi əvvəlcədən
ehtiyatlı tutmalıyıq. Xanlığın müstəqilliyini, təhlükəsizliyini və
suverenliyini qoruyub-saxlamaq məqsədilə bütün tədbirlər
görülmüş və görülür. Silahlı qüvvələrimizin sayı 7 minə
qədərdir. Bunların 3 mini ləzgilərdir. Lazım gələrsə, Əmmə
xandan əlavə canlı qüvvə almaq olar. Xanın zəngin xəzinəsi və
çoxlu ərzaq anbarları əhalini və ordunu uzun müddət saxlamağa
kifayət edər.
Vaqif danışdıqca ətrafdakıları nəzərdən keçirirdi. Hamı
onu maraqla dinləyirdi. Vaqif bundan istifadə edərək son fikrini
açıqladı:
- Elçilərimizi göndərək, bizim də himayəyə girmək
arzumuzu Tiflisdə rus nümayəndəsinə bildirsin. Biz vəziyyəti
sonra bir daha götür-qoy edərik. Elə bu saat rusun himayəsinə
girmirik ki!
Vaqifin fikri məclisdə yenidən etirazların başlanmasına
səbəb oldu. Lakin o, inandırıcı dəlillərlə məclisi yenidən
sakitləşdirə bildi.
İbrahimxəlil xan Vaqifin çıxışını dinlədikcə sakitləşir,
özündə daxilən yüngüllük hiss edirdi. Ona görə də neypuşu
(qəlyanı) xüsusi bir zövqlə çəkir, arabir də gülümsəyirdi.
106
Gözlənilmədiyi halda xan yenidən məclisi gözdən keçirib dedi:
- Axund Vaqif özü Tiflisə getməlidir. Onunla birlikdə
səlahiyyətli adamlar da gedəcək. Yazı-pozu işlərini də Mirzə
Camal aparar, yaxşı xətti var. Mən Axund Vaqifə geniş ixtiyar
verirəm. Məsləhət necədirsə, elə də edər, özü arif və aqil
insandır.
Xanın təklifi məclis tərəfindən böyük razılıqla qarşılandı.
Hamının gözlərində ümidverici bir işıq yarandı. Bu işıq gələcəyə
yol açırdı...
Qışın oğlan çağı idi. Şuşa qalası dümağ xalat geyinmişdi.
Hava sakit və şəffaf idi. Adamlar nəfəs aldıqca yüngülləşir,
yumşaq qar üstündə həvəslə gəzir, tanışlar bir-birinə qartopu
atırdılar. Səma açıq olduğu üçün günəşin parlaq şüaları hər
tərəfə yayılır və təbiətə xüsusi gözəllik verirdi.
Vaqif uzaq səfərə hazırlaşmasına baxmayaraq, hərdən
pəncərədən təbiət mənzərəsini seyr etməkdən doymurdu.
Vaqifin arvadı Mədinə Vaqifin yol tədarükü ilə məşğul idi. O,
qış paltarlarını səliqə ilə seçir, təmiz və yaraşıqlı geyim
əşyalarını evin bir tərəfinə yığırdı. Yol üçün geyim əşyalarını
Vaqif özü seçməli idi. Bu, belə də oldu.
Vaqif Tiflisə böyük ümidlə gedirdi. Gedirdi ki, xanın
ona etibar etdiyi missiyanı layiqincə yerinə yetirə bilsin. Bunun
üçün o özündə güc və inam hiss edirdi. Gedirdi ki, Qarabağ
xanlığının varlığı üçün əlindən gələni etsin, Pənahəli xanın onlar
üçün qoyub-getdiyi Qarabağ xanlığını qoruyub-saxlaya bilsin...
Bütün bunlar sanki Vaqifə qol-qanad verirdi. O, dağ qartalı kimi
Tiflis istiqamətində uçmaq həvəsində idi...
Vaqifin başçılıq etdiyi Qarabağ nümayəndə heyəti
Tiflisə gedərkən yolda çox əziyyət çəkdi. Soyuq qış havası,
qalın qar yollarda gediş-gəlişə böyük maneə törədirdi. Atların
burunlarından çıxan hava sanki vulkana bənzəyirdi. Buz
bağlamış yollarda atlar arabir büdrəyirdilərsə də, cəld Qarabağ
atları üçün bunlar adi bir hal idi. Vaqifgil Tiflisə çatan kimi II
İraklinin mehmandarları onları gürcü zadəganlarından birinin
evinə apardı. Uzun yol atların yorulmasına təsir göstərmişdi.
107
Nökərlər atları rahatladılar, onların tərləri silinib-qurulandı,
arpa-saman verildi.
Vaqif bir qədər istirahət etdikdən sonra həsrətində
olduğu Tiflisi gəzməyə çıxdı. Sonra isə Tiflis hamamına getmək
və yorğunluğunu çıxarmaq istədi. Bunu hiss edən Mirzə Camal
sakit bir tərzdə dedi:
- Axund, yoldan sonra bu qarlı havada hamama getmək
olmaz, adam xəstələnə bilər, bu işi sonraya saxlamaq yaxşı
olardı.
Vaqif qırmızı yanaqlı, aydın nitqə malik olan Mirzə
Camala ata məhəbbəti ifadə edən gözləri ilə baxaraq dedi:
- Oğlum, mən dağlarda böyümüşəm, soyuq, şaxta mənə
kar etməz. Su yolun yorğunluğunu canımızdan çıxarar, bir-iki
gün evdə oturub-dincələrik.
Vaqif nümayəndə heyəti ilə birlikdə Tiflisi gəzib, yenə
də onlar üçün ayrılmış iqamətgaha qayıtdılar. Bir neçə gündən
sonra II İraklinin nümayəndəsi Vaqifin yanına gəlib, bildirdi ki,
yanvarın 22-də rəsmi ziyarət olacaq, gəldim ki, sizi xəbərdar
edim.
Tiflis bayramsayağı bəzədilmişdi. Yanvarın 22-də 101
topdan açılan atəş bayramın başlandığını şəhər əhalisinə xəbər
verdi.
Rəsmi
keçid
çarın
nümayəndəsi,
polkovnik
S.D.Burnaşevin yaşadığı mənzildən başlayıb, II İraklinin
sarayına getməli idi. Vaqif və onun başçılıq etdiyi nümayəndə
heyəti rəsmi keçidə qoşulmadılar, kənarda dayanıb, onu seyr
etməyə başladılar.
Rəsmi
keçid
qurtardıqdan
sonra
Rusiyanın
nümayəndələri bir-bir yaxınlaşaraq Rusiyanın himayəsinə
keçməsi şərəfinə İrakliyə əl verib, təbrik etdilər. Növbə Vaqifə
çatdıqda o, irəli yeriyib, II İraklinin əlini sıxdı və İbrahimxəlil
xanın adından onu təbrik etdi. II İrakli qaşlarının altından Vaqifi
süzərək türkcə dedi:
- Dostum İbrahimxəlil xana məndən çox-çox salam
söyləyin!
Sonra qonaqlar yemək otağına dəvət olundular. II
108
Yekaterinanın və II İraklinin şərəfinə badələr qaldırıldı, sağlıqlar
deyildi. Söz Vaqifə verildi. O, dərin məzmunlu çıxış etdi. II
İraklini vali kimi şərəfləndirdi. Bu, II İrakliyə xoş gəlmədi.
Çünki o, artıq İranın dörd valisindən biri deyildi. Rusiyanın
himayəsinə keçmiş müstəqil padşah idi. Vaqifin vali deməsi
Burnaşevi də razı salmadı. Vaqif İraklini padşah adlandırmaqla
İranı narazı sala bilərdi. Bunu o, yaxşı bilirdi. Burnaşev ilk dəfə
olaraq incə Şərq diplomatiyası ilə qarşılaşdığını hiss etdi. Hiss
etdi ki, Vaqifin çıxışı Qarabağ xanlığı ilə İranın
münasibətlərinin pozulmamasına yönəldilmişdir.
Vaqif və onun başçılıq etdiyi nümayəndə heyəti Tiflisdə
iki həftə qaldı. Bu müddət ərzində o, şəhərin tarixi yerləri ilə
tanış oldu. II İraklinin andiçmə mərasimində Qarabağ
nümayəndələri də iştirak etdilər. Vaqif II İrakli ilə bir daha
görüşə bilmədi. Səbəb o idi ki, imzalanan müqaviləyə görə
Gürcüstan hakimi yalnız Burnaşevdən başqa, digər xarici
nümayəndə heyəti ilə görüşə bilməzdi, onun razılığı olmadan bir
addım da ata bilməzdi. Rusiya imperiyasının müstəmləkəçilik
siyasəti ilk anlardan özünü açıq surətdə göstərirdi. Vaqif bunu
dərindən hiss edirdi.
Vaqif II İraklinin düşdüyü vəziyyətdən məyus oldu.
İrakli nümayəndəsi vasitəsilə Vaqifə Burnaşevlə görüşməsini
məsləhət gördü. Vaqif İraklinin təklifini qəbul etdi.
Vaqif rus məmurunun qəbuluna böyük qürurla, Qarabağ
xanlığının gücünü və əzəmətini nümayiş etdirən vəzir kimi
getdi. Onun mindiyi Qarabağ atı Tiflis küçələrindən keçərkən
adamlar atın yerişinə, onun sahibinə maraqla baxırdılar. Atın
hərdənbir kişnəməsi sanki Qarabağ xanlığının gücünü, əzəmətini
nümayiş etdirirdi.
Vaqif Burnaşevin qəbuluna tək getdi. Bəylərin məmurun
yanına getmələrinə razı olmadı. Yalnız özü ilə Mirzə Camalın
getməsini məsləhət bildi. Vaqif Burnaşevin otağına daxil olanda
məmur masanın sol tərəfində dayanmışdı. Vaqif onu diqqətlə
süzdü... Divardan asılan II Yekaterinanın iri rəsmi ilə
Burnaşevin arasında heç bir fərq olmadığı Vaqifin nəzərini
109
özünə cəlb etdi. İmperatriçənin sifəti, gözləri, qaşları, dodaqları
eynilə Burnaşevdə idi. Bu zaman Vaqif ürəyində “mal yiyəsinə
oxşamalıdır” atalar sözünü yada saldı. S.D.Burnaşev Vaqifə
nəzakətlə əl verib, əyləşməsini xahiş etdi. Hər ikisi əyləşdi.
Mirzə Camal da Vaqifin sol tərəfində, masanın qarşısında
əyləşdi. Onlar bir sıra rəsmi söhbət etdilər, tərcüməçi Vaqiflə
Burnaşevin danışıqlarını tələsmədən, aydınlıqla tərcümə edirdi.
Bu arada Burnaşev Yekaterinanı tərifləməyə başladı. Tiflisə
qoşun yeritməsini əhalinin asayişinin qorunması ilə izah etdi.
Rusiyanın əsl məqsədindən, işğalçılıq siyasətindən bir kəlmə də
olsun danışmadı və danışa da bilməzdi.
Sonra Burnaşev əsl məsələyə keçdi:
- Biz möhtərəm hökmdarımız İbrahimxəlil xanla da dost
olmaq istəyirik. Mərhəmətli çariçə himayəedici əlini sizə də
uzatmaq istəyir. Xan yalnız bizim himayəmizdə öz taxtında
həmişəlik qala bilər...
Uzaqgörən Vaqif Burnaşevin bu saxta sözlərini dinləyir
və şərqlilərə məxsus şübhə ilə onun incə dodaqlarına və ağ
dişlərinə tamaşa edirdi. Burnaşev danışığını qurtarar-qurtarmaz
Vaqif sözə başladı:
- Ġbrahimxəlil xan adlı-sanlı nəslin nümayəndəsidir.
Dostları ilə paylaş: |