ĠuĢa təkcə ĢuĢalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaĢımız üçün əziz bir


Naziri  M.Hacinski,  hökumətin  baĢçısı  F.Xoyskiyə  bu



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə12/14
tarix03.02.2017
ölçüsü1,22 Mb.
#7292
1   ...   6   7   8   9   10   11   12   13   14

Naziri  M.Hacinski,  hökumətin  baĢçısı  F.Xoyskiyə  bu 
barədə  yazırdı:  «...  4  aydır  ki,  Azərbaycanın  ərazisinin 
müxtəlif 
bölgələrində 
bolĢevik 
bayrağı 
altında 
məsuliyyətsiz  erməni  hərbi  hissələri  və  baĢqaları  dinc 
müsəlman  əhalisinin  əmlakına  və  həyatına  qarĢı 
görünməmiĢ  vəhĢiliklər  törədirlər.  Eyni  zamanda  həmin 
quldur  dəstələrinin  təĢkilatçıları  tərəfindən  göndərilən 
yalan  məlumatlar  əsasında  Avropa  ölkələrində  bütün 
ictimai  fikri  tamamilə  əks  istiqamətə  yönəldə  bilmiĢlər». 
Komissiyanın qarĢısında duran əsas və baĢlıca vəzifə bütün 
zorakılıq  hadisələrinin  dəqiq  hesabatını  aparmaq, 
zorakılıqların  həyata  keçirildiyi  tarixi  Ģəraiti  dəqiq 
müəyyənləĢdirmək, 
törədilən 
qətl 
və 
talanların 
iĢtirakçılarını  aĢkara  çıxarmaq  və  xalqa  vurulan  zərərin 
ümumi miqdarını müəyyənləĢdirməkdən ibarət idi. Onu da 
deyək ki, dövlət komissiyası eyni zamanda Fövqəladə İstintaq 
Komissiyası  xarakteri  daşıyırdı.  Komissiyanın  əldə  etdiyi 
bütün  nəticələr  rus,  fransız,  alman  və  digər  dillərdə  nəşr 
edilib,  həmin  ölkələrə  göndərilməli  və  erməni  quldurlarının 
yalanlarını  təkzib  etməli  idi.  Daha  doğrusu,  Avropa 
ölkələrində formalaşan erməni təbliğatını ifşa etmək lazım idi. 

 
 
122 
Bu iş, əsasən, həyata keçirildi. 
1918-ci  il  avqustun  31-də  Gəncədə  fəaliyyət  göstərən 
AXC  hökumətinin  baş  nazirinin  imzaladığı  qərara  əsasən 
yeddi  nəfərdən  ibarət  Fövqəladə  Ġstintaq  Komissiyası 
yaradıldıƏləkbər bəy Xasməmmədov komissiyanın sədri, 
Gəncə  dairə  məhkəməsinin  üzvləri  isə  Ġsmayıl  bəy 
ġahmalıyev,  Andrey  Fomiq  Novatski,  dairə  məhkəməsi 
prokurorunun müavini Nəsrəddin bəy Səfikürdski, Gəncə 
köçürmə idarəsindən Nikolay Mixayloviç Mixaylov, həqiqi 
mülki  müĢavir  V.V.Qubvillo  və  müəllim  Mirzə  Cavad 
Axundzadə  idi.  Komissiya  ermənilərin  azərbaycanlılara 
qarsı  törətdikləri  cinayətlərin  aĢkara  çıxarılmasında 
olduqca böyük iĢlər gördü. Tərtib olunan sənədlərdə aydın 
surətdə  göstərilir  ki,  «Bakıda  daĢnaklar  bolĢeviklər, 
menĢeviklər və baĢqa partiyalarla birlikdə 15 mindən çox 
günahsız  müsəlmanı  qətlə  yetirmiĢdir».  N.Nərimanov  da 
1918-ci  il  mart  hadisələrini  milli  soyqırımı  kimi  qəbul 
etmiĢdir. 
Bakıda  və  onun  ətrafında  törədilən  total  qırğınlar 
azərbaycanlıların  mövcudluğuna  və  mənəviyyatına  qarşı 
törədilən  cinayətlər  idi.  Həmin  vaxt  ermənilər  azərbaycan-
lılara  məxsus  şəxsi  binaları,  «Açıq  söz»  və  «Kaspi» 
qəzetlərinin  redaksiyalarını  yandırmış,  onların  əmlaklarını 
qarət etmiş, Təzəpir məscidini,  İsmailiyyəni  və  başqa ictimai 
binaları dağıtmışdılar. 
1918-ci  ilin  mart  ayında  Bakıda  siyasi  vəziyyət 
kəskinləşdiyi  bir  zamanda  bütün  qeyri-müsəlmanlar  erməni-
bolşevik  zəminində  azərbaycanlılara  qarşı  vahid  cəbhədə 
birləşdilər.  Bakı  küçələri  günahsız  və  əli  silahsız  azərbaycan-
lıların  cəsədləri  ilə  dolu  idi.  Qırğın  36-cı  Türküstan  alayının 
tələblərindən və Xəzər donanması dənizçilərinin hədələrindən 
sonra dayandırıldı. Dənizçilər açıq surətdə bildirdilər ki, əgər 
ermənilər azərbaycanlılara qarşı soyqırımını dayandırmasalar, 
ermənilərin  yaşadıqları  ərazilər  top  atəşinə  tutulacaq.  Bu 
bəyanatdan  dərhal  sonra  «Ərdəhan»  və  «Krasnovodsk» 

 
 
123 
hərbi gəmiləri Bakının şərq hissəsində yerləşən limana yaxın-
laşdılar.  Yalnız  bundan  sonra  erməni  quldurları  atəşi  dayan-
dırdılar. 
Daşnak  S.Şaumyanın  rəhbərliyi  altında  olan  Bakı 
Soveti  mart  qırğınının  qarşısını  almaq  əvəzinə,  onu  daha  da 
qızışdırdı.  0,  utanmadan  açıq  surətdə  deyirdi:  «...DöyüĢün 
nəticələri  bizim  üçün  əladır».  S.Şaumyan  RSFSR  Xalq 
Komissarları  Sovetinə  göndərdiyi  13  aprel  1918-ci  ıl  tarixli 
məlumatında qeyd edirdi ki, ...martın 30-31-də və aprelin 1-də 
Bakı  şəhərində  baş  vermiş  döyüşlərdə  bizim  tərəfdən  Sovet 
qırmızı qvardiyası, təşkil etdiyimiz beynəlmiləl  qırmızı ordu, 
qırmızı donanma və erməni milli hissələri vuruşurdular. Həm 
yerli  sovetin,  həm  də  bura  gəlmiş  Qafqaz  ordusunun 
qüvvələrini  hərbi-inqilab  komitəsinin  səyləri  ilə  birləşdirərək 
6000  nəfərə  yaxın  silahlı  qüvvə  təşkil  edə  bildik. 
«Daşnaksutyun»un  da  4  mindən  çox  milli  hissələri  bizim 
ixtiyarımızda  idi.  Lakin  Bakıda  erməni  silahlı  qüvvələrinin 
sayı  6000  nəfərə  çatırdı.  Onlar  qırğınlarda  fəal  iştirak 
etmişdilər. S.Şaumyan utanmadan deyirdi ki, 15 min nəfərdən 
artıq  öldürülənlər  qara  kütlədir.  Deməli,  o,  qətlə  yetirilənləri 
«qara  kütlə»  adlandırırdı.  Elə  burda  qeyd  edək  ki,  S. 
Şaumyanın  oğlu  Suren  Şaumyan  daşnak  olmasına 
baxmayaraq, etiraf edirdi: - «Hamı bir səslə deyir ki, Bakıda 
erməni-tatar  qırğını  gedir  və  bu  qırğını  ermənilər 
törətmiĢlər».  Tatar  dedikdə  azərbaycanlılar  nəzərdə 
tutulurdu. 
1918-ci  il  aprelin  28-də  bolşevik  Ter-Petrosyan  da 
Həştərxandan  S.Şaumyana  açıqdan-açığa  yazırdı:  «Hamı  bir 
səslə  deyir  ki,  Bakıda  tatar  qırğınını  ermənilər  törət-
miĢlər». «NaĢe Vremya» qəzeti isə belə yazırdı: «Heç kim 
inkar  edə  bilməz  ki,  Bakı  Ģəhərində  müsəlman  əhalisinə 
qarĢı ayrı-ayrı erməni qrupları, yaxud erməni olmayanlar 
vəhĢiliklər törətmiĢlər». Bu deyilənlər aydın surətdə göstərir 
ki,  ermənilər  müsəlmanların  kütləvi  surətdə  qırılmasında 
həvəslə iştirak etmiş, qanlı cinayətlər, zorakılıqlar və talanlara 

 
 
124 
yol  vermişlər.  Beləliklə  də,  mart  qırğını  Bakıda  bolşeviklərə 
və  BXKS-ə  ağır  zərbə  vurdu  və  onların  süqutunu 
sürətləndirdi,  milli  dövlətçiliyimizin  –    Azərbaycan  Xalq 
Cümhuriyyətinin yaranması üçün tarixi şəraitin yaranmasında 
mühüm rol oynadı. 
Zaqafqaziya  Seymində  azərbaycanlıların  soyqırımı 
müsəlman  blokunun  qəti  etirazına  səbəb  oldu.  Seymin 
iclasında bolşeviklərə qarşı etiraz çıxışları  gücləndi. Sosialist 
müsəlman  blokunun  nümayəndəsi  A.Səfikürdski  deyirdi  ki, 
əgər  Zaqafqaziya  hökuməti  bolşevik-erməni  cinayətkarlarına 
qarşı  ciddi  tədbirlər  görməsə,  onda  biz  özümüz  onları  məhv 
edəcəyik.  Müsəlman  blokunun  nümayəndələri  Z.Q.Məm-
mədbəyov,  M.  Ə.  Rəsulzadə  və  baĢqaları  da  bildirirdilər 
ki, azərbaycanlıların qırğınına son qoymaq, cinayətkarları 
cəzalandırmaq  Seymin  baĢlıca  vəzifəsidir.  Müsəlman 
blokuna  daxil  olan  nümayəndələrin  və  onları  müdafiə 
edən  Seymin  üzvlərinin  təzyiqi  altında  Cənubi  Qafqaz 
Seymi  BXKS-ə  qarĢı  mübarizə  aparmaq  məqsədilə  100 
min  manat  pul,  piyada  qoĢun  və  süvari  hissələri,  iki 
təyyarə,  zirehli  qatar,  xeyli  silah  və  sursat  ayırmağa 
razılıq  vermiĢdi.  Lakin  bu  qüvvələr  qırğınların  qarĢısını 
ala bilmədi. 
Tayqulaq Andronikin, Dronun, Lalayanın və başqaları-
nın  başçılıq  etdikləri  erməni  quldur  silahlı  dəstələri  Bakıdan 
əvvəl Qarabağda, ġamaxıda, Ġrəvanda, Qubada da kütləvi 
qırğınlar törətmiĢdilər. 1918-ci ilin mart ayına kimi Ġrəvan 
quberniyasında  15155  təsərrüfatı  təmsil  edən  199  kənd 
(100626 nəfər) dağıdılmıĢdı. Andronikin və Dronun silahlı 
quldur  dəstələri  bütün  kəndləri  yandırmıĢ,  əhalisini  məhv 
etmiĢdi.  Bu  qanlı  hadisələr  də  Zaqafqaziya  Seymində 
müzakirəyə  çıxarıldı  və  vəziyyəti  öyrənmək  məqsədilə  ora 
təhqiqat  nümayəndəsi  göndərildi.  Aparılan  araĢdırmalar 
zamanı  müəyyən  edildi  ki,  211  kənd  və  100  min 
azərbaycanlı amansızcasına məhv edilmiĢdir. 
Gəncə  Müsəlman  Milli  Şurasının  sədri  Ə.  Xasməm-

 
 
125 
mədov Cənubi Qafqaz Seyminə göndərdiyi 28 mart 1918-ci il 
tarixli teleqramında göstərirdi ki, martın 18-də bolĢeviklər 
tərəfindən  2000  yaxĢı  silahlanmıĢ  və  hərbi  təlim  görmüĢ 
silahlı dəstə Bakıdan ġamaxıya yola salınmıĢdır. Bu quldur 
dəstə  ġamaxını  və  qəzanın  72  kəndini  talan  etmiĢ  və 
yandırmıĢ, 7 mindən çox müsəlmanı, o cümlədən, qadın və 
uĢaqları  vəhĢicəsinə  öldürmüĢdür.  S.Şaumyanın  şəxsi 
göstərişi  ilə  Quba  qəzasına  göndərilən  erməni  silahlı  quldur 
dəstəsinə  Hamazasp  başçı  təyin  olunmuşdu.  Bu  quldur 
cinayətkar öz qəddarlığı ilə tayqulaq Andronikdən, Drodan və 
başqa cinayətkarlardan geri qalmırdı. O deyirdi: “Mənə Xəzər 
dənizindən ġahdağa qədər olan ərazidə bütün müsəlmanları 
məhv  etmək  əmri  verilmiĢdir”.  Ermənilər  Quba  qəzasında 
122  kəndi  yandırmıĢ,  əhalini  kütləvi  surətdə  qırmıĢ  və 
onların  əmlakmı  qarət  etmiĢlər.  Qubada  tapılan  məzarlıq 
tarixin inkar olunmaz faktıdır. 
“Azərbaycan”  qəzeti  3  mart  1919-cu  il  tarixli 
nömrəsində  ġamaxı  faciəsi  ilə  bağlı  geniĢ  məqalə 
vermiĢdir.  Məqalədə  göstərilir  ki,  Birinci  Dünya 
müharibəsi cəbhəsindən qayıdan erməni əsgərləri özləri ilə 
silahlar  gətirir  və  onları  öz  həmyerlilərinə  paylayırdılar. 
Həmin  silahlardan  ermənilər  azərbaycanlılara  qarĢı 
apardıqları 
qırğınlarda 
istifadə 
etmiĢlər. 
Erməni 
quldurları  ġamaxı  qırğını  zamanı  yerli  əhaliyə  1  milyard 
manatdan artıq ziyan vurmuĢlar. 
 1918-1920-ci  illərdə  Qarabağda  da  ağır  vəziyyət 
yaranmışdı.  Bu  barədə  mətbuat  səhifələrində  və  arxiv 
sənədlərində  istənilən  qədər  material  var.  “Azərbaycan” 
qəzetində 1918-1920-ci illərdə Qarabağda baş verən hadisələr 
barədə silsilə məqalələr dərc olunmuşdur. Həmin məqalələrdə 
ermənilərin  fitnə-fəsadları  hərtərəfli  şəkildə  öz  əksini 
tapmışdır. Daşnaklar Şuşa ilə Ağdamın əlaqəsini kəsmək üçün 
Əsgəranı  əllərinə  keçirmişdilər.  Şuşada  ərzaq  qıtlığı  yaran-
mışdı.  Ermənilər  bütün  yolları,  hətta  dağ  cığırlarını  da 
bağlamışdılar.  Onlar  şuşalıları  qorxutmaq  üçün  tayqulaq 

 
 
126 
Andronikin  və  Şahnəzəryanın  başçılığı  altında  tezliklə  qoşun 
gələcəyi  haqqında  geniş  təbliğat  aparmağa  başlamışdılar. 
Şuşada  olan  ermənilər  sürətlə  silahlanır  və  azərbaycanlılara 
qarşı  qırğına  hazırlaşırdılar.  Şəhərin  yuxarı  hissəsində  onlar 
15  yaşından  60  yaşına  kimi  erməniləri  silahlandırır  və  qan 
tökməyə  hazırlaşırdılar.  Lakin  şuşalılar  ermənilərə  istənilən 
səviyyədə  cavab  verirdilər...  Zabux  kəndi  istiqamətindən 
Şuşaya  hücuma  keçən  Şahnazaryanın  dəstələri  müsəlmanlar 
tərəfindən  darmadağın  edildilər.  Şuşalıların  vurduqları  ağır 
zərbə  onların  bel  sütununu  sındırdı.  Elə  bu  vaxt  Xosrov  bəy 
Sultanovun  Qarabağa  general-qubernator  təyin  olunması 
erməni quldurları üçün olduqca dözülməz oldu. 
Dərələyəz mahalında daşnak Dronun quldur dəstəsi ilə 
döyüşlərdə  Abbasqulu  Şadlinskinin  rəhbərliyi  altında  olan 
qüvvələr  mühüm  rol  oynamışdılar.  Dro  burda  50  kəndi 
dağıtmış  və  əhalisini  qırmışdı.  Abbasqulu  Şadlinski  bu 
mübarizəni  Azərbaycanda  Sovet  hakimiyyəti  qurulduqdan 
sonra  da  davam  etdirmişdi.  Zəngəzurda  da  ermənilərin 
azərbaycanlılara  qarşı  qırğınları  1920-ci  ilə  kimi  davam 
etmişdi.  Qəza  rəisi  Şəkinski  ermənilər  tərəfindən  48 
azərbaycanlı  kəndinin  dağıdılması  haqqında  məlumat 
vermişdi.  Faktlar  sübut  edir  ki,  həmin  kəndlərin  bir  çoxu  bir 
neçə  dəfə  viran  olunmuşdur.  Azərbaycan  parlamentinin 
üzvü  Qara  bəy  Əliverdiyev  ġuĢadan  Bakıya  AXC-i 
hökumətinə  göndərdiyi  19  dekabr  1918-ci  il  tarixli 
teleqramda  Andronikin  Zəngəzurda,  ġuĢada,  Cəbrayılda, 
Tərtərdə,  Ağdamda  törətdiyi  cinayətləri  hərtərəfli  təsvir 
etmiĢdi.  1918-ci il dekabrın 20-də Azərbaycan parlamenti 
bu cinayətləri müzakirə etmiĢ və həmin qəzalarda yüzlərlə 
kəndin dağılmasını,  minlərlə dinc və əliyalın azərbaycanlı 
əhalinin öldürülməsini göstərmiĢdir. AXC hökuməti 1918-
ci  il  sentyabrın  17-də  Bakıya  köçdükdən  sonra  Andronik 
zərərsizləşdirildi, bu quldur Şuşa və Zəngəzurdan qovuldu. 
Erməni  qırğınları  Cənubi  Azərbaycanın  Xoy, 
Urmiya,  Salmas,  Marağa,  Təbriz  və  baĢqa  Ģəhər  və 

 
 
127 
kəndlərində  də  təĢkil  olunmuĢdu.  Onlar  Andronikin  fəal 
iĢtirakı  ilə  bir  neçə  gün  ərzində  10  min  nəfər 
azərbaycanlını  amansızcasına  qətlə  yetirdilər.  Urmiya  və 
Salmas Ģəhərlərinin ətrafında yerləĢən kəndlər boĢ qalmıĢ, 
əhalinin əmlakı qarət edilmiĢdi. 
Ermənilərin  burda  törətdikləri  qırğınlar  İranın  indiki 
rəhbərlərinə  məlumdur.  Bəs  nə  üçün  İran  İslam  Respublika-
sının başında duranlar onlara qardaş və yaxın qonşu deyirlər? 
İran prezidenti öz erməni həmkarını qucaqlayıb öpürsə, rəsmi 
görüşlərdə və verdiyi müsahibələrdə Ermənistanın Azərbayca-
nın  20  faiz  torpağını  işğal  etdiyini  dilinə  gətirib,  onu  işğalçı 
adlandırmırsa, bizimlə necə din qardaşı ola bilər? Hələ bu, bir 
yana,  son  zamanlar  İİR-nin  televiziya  kanalları  Azərbaycana 
qarşı  təxribat  xarakterli  təbliğat  aparır,  daşnaklara  hərtərəfli 
kömək  edir,  onlarla  iqtisadi  və  siyasi  əlaqə  saxlayır, 
Ermənistanla  illik  əmtəə  mübadiləsinin  həcmini  1  milyarda 
çatdırır.  Farslar  ermənilərlə  birgə  Azərbaycana  qarşı 
pozuculuq,  qarşıdurma  və  qisasçılıq  siyasəti  aparır, 
düşmənçilik xarakterli  kitablar  yazırlar.  İranın dini rəhbərləri 
öz  müsəlman  qardaşlarına  beləmi  hörmət  bəsləyirlər?  Onlar 
bilmirlərmi  ki,  indiki  İran  cəmiyyətində  müsbət  nə  varsa, 
azərbaycanlılara  məxsusdur?!  Fars  mədəniyyəti  Azərbaycan 
mədəniyyətinə minnətdar olmalıdır. 
Cənubi  Azərbaycanda  yaşayan  35  milyondan  artıq 
azərbaycanlının ana dilində məktəbi varmı? Yox! Ari irqindən 
olan  qardaşlarına  –    daşnaklara  isə  hərtərəfli  yardım 
göstərirlər. Görəsən, ermənilər “səmimi dost”, “böyük qardaş” 
adlandırdıqları  Təbrizdə,  Urmiyada,  Xoyda,  Makuda,  başqa 
şəhər  və  kəndlərdə  İran  əhalisini  nə  üçün  vəhşicəsinə 
qırmışlar?  Məqsədləri  hansı  səmtə  yönəldilmişdi?  Aydındır 
ki, ermənilərin məqsədi İranda azərbaycanlıların milli azadlıq 
hərəkatının  qarşısını  almaqda  hökumətə  köməklik  göstərmək 
və  fars  qardaşlarının  rəğbətini  qazanmaqdır.  Erməni  məktəb-
lərinin  və  başqa  müstəqil  cəmiyyətlərin  azad  fəaliyyəti  isə 
farslara göstərilən xidmətlərin bəhrəsidir. 

 
 
128 
Ermənilərin  İranın  vəzifəli  şəxslərinə  terror  etmələri 
dövlət səviyyəsində narazılıqla qarşılanmır. Bununla əlaqədar 
bir  faktı  yada  salmaq  yerinə  düşər:  1994-cü  ilin  mart  ayında 
İİR-nın  Moskvadakı  səfirliyinin  bir  neçə  işçisi  Novruz 
bayramını  keçirmək  üçün  İrana  gedərkən  mindikləri  təyyarə 
Dağlıq  Qarabağ  səmasında  ermənilər  tərəfindən  vuruldu  və 
onların  hamısı  həlak  oldu.  İran  hökuməti  bu  cinayətə  lazımi 
səviyyədə qiymət vermədi, bu işə biganə qaldı. Bu misalların 
sayını  xeyli  artırmaq  olar.  Fars  və  erməni  şovinistlərinin 
“dostluğu”  nəinki  onlara,  hətta  başqalarına  da  xeyir  verə 
bilməz.  Azərbaycan  bütün  dünya  azərbaycanlılarının 
vətənidir.  Onlar  bu  müqəddəs  Vətənə  böyük  ümidlə  baxırlar. 
Azərbaycanın  siyasi  və  iqtisadi  cəhətdən  inkişaf  etməsi, 
beynəlxalq  əlaqələrinin  genişlənməsi  indiki  İİR-nın  hakim 
dairələrini  qorxuya  salır.  Elə  buna  görə  də  onlar  erməni 
qardaşlarını etibarlı tərəfdaş adlandırırlar. 
Söz  yox  ki,  ermənilərin  Cənubi  Azərbaycanda  törət-
dikləri  vəhşiliklər  yaddaşlardan  silinməmişdir.  Onlar  Şimali 
Azərbaycandakı  milli  qırğının  dəhşətli  formasını  cənubda 
yaşayan  müsəlman  xalqlarına  qarşıda  törətmişdilər.  İndinin 
özündə  İran  rəhbərlərinin  ermənilərə  bəslədikləri  isti 
münasibət  nəyə  əsaslanır?  Qoy  bu  suala  onlar  özləri  cavab 
tapsınlar.  İran  rəhbərləri  yaxşı  bilirlər  ki,  erməni  soyqırımı 
heç  vaxt  olmamışdır.  İnsanlığa  yad  olan  bu  əməli  tarix  boyu 
ermənilər  törətmişlər.  İrəvanda  qondarma  soyqırımına 
qoyulan  “abidə”nin  üzərinə  gül  qoymaq,  baş  əymək  kimə  və 
nəyə  lazımdır?!  Bu  hərəkət  mənəviyyatsızlıqdan,  öz  din 
qardaşlarına  hörmətsizlikdən  başqa,  bir  şey  deyil.  Qoy  İran 
keçmiş tarixini vərəqləsin, görsün orda nələr var... 
Ermənilər  öz  havadarlarının  fəal  köməyi  ilə  iki  yüz 
ildən  artıqdır  ki,  Azərbaycan  xalqına  qarşı  qanlı  cinayət 
törədirlər.  Onların  əsas  məqsədi  bizim  doğma  torpaqlarımızı 
ələ  keçirməkdir.  XIX  əsrin  əvvəllərində  Cənubi  Qafqaza 
pənah gətirən ermənilər azərbaycanlıların hesabına torpaq ələ 
keçirib,  qondarma  dövlətlərini  yarada  bildilər.  Bu  erməni 

 
 
129 
dövləti  İrəvan xanlığının ərazisində  yaradıldı.  Rusiya imperi-
yasının  forpostu  kimi  yaranan  Ermənistan  bu  günə  kimi 
“böyük qardaşı”nın köməyi ilə Azərbaycanda saysız-hesabsız 
qanlar  tökmüşdür.  1948-1953-cü  illərdə  Ermənistandan  200 
minə  qədər  azərbaycanlının  deportasiya  edilməsində  Sovet 
hökumətinin  rolu  xüsusilə  qeyd  edilməlidir.  Onların  böyük 
əksəriyyəti  iqlim  şəraitinə  və  başqa  maddi  çətinliklərə 
dözməyərək 
həlak 
olmuşdu. 
Kür-Araz 
ovalığına 
köçürülənlərin  düşdüyü  fəlakətləri  sözlə  ifadə  etmək  olduqca 
çətindir. Həlak olanların xeyli hissəsi uşaq idi. 
Erməni  cinayətləri  XX  əsrin  sonlarında  özünün  yeni 
mərhələsinə qalxdı. Daşnaklar “böyük qardaş”ın köməyindən 
istifadə  edib,  hərbi  yola  əl  ataraq  dinc  azərbaycanlı  əhalini 
kütləvi  surətdə  qırmağa,  ərazimizdə  etnik  təmizləmə 
aparmağa və dağıntılar törətməyə başladılar. 1993-cü ilə kimi 
erməni quldurları doğma torpaqlarımızın 20 faizini ələ keçirə 
bildilər. Bu hadisədən əvvəl Ermənistan azərbaycanlıları üçün 
də  ağır  və  əzablı  günlər  oldu.  1993-cü  il  fevralın  5-nə  kimi 
Ermənistandan  Azərbaycana  243682  nəfər  qaçqın  kimi 
gəlmişdir.  Hərbi  müdaxilə  nəticəsində  220  nəfər  öldürüldü, 
1154 
nəfər 
yaralandı. 
Erməni 
vəhşilikləri 
bütün 
istiqamətlərdə  davam  edirdi.  1991-ci  il  noyabrın  20-də 
Xocavənd 
rayonunun 
Qarakənd 
kəndi 
yaxınlığında 
Azərbaycan  Respublikasına  məxsus  olan  hərbi  vertolyotun 
ermənilər  tərəfindən  vurulması  nəticəsində  xeyli  dövlət 
xadimi  həlak  oldu.  Belə  misalların  sayı  çoxdur.  Erməni 
terroru soyqırımının tərkib hissəsidir. Buna başqa ad vermək 
olmaz. 
Dağlıq  Qarabağı  Ermənistanla  birləşdirmək  pərdəsi 
altında daşnaklar hər cür vəhşiliyə əl atmağa başladılar. Onlar 
o  zaman  Azərbaycanda  yaranan  hakimiyyət  boşluğundan 
istifadə edərək Xocalı hadisəsini törətdilər. 1992-ci il fevralın 
25-dən  26-na  keçək  gecə  erməni  hərbi  birləĢmələri  ən 
müasir silahlardan istifadə edərək 366-cı polkun bilavasitə 
iĢtirakı  ilə  Xocalıya  hücum  etdilər.  Xocalılar  soyqırımına 

 
 
130 
məruz  qaldılar.  Qadınlar,  uĢaqlar,  qocalar,  xəstələr 
ağlasığmaz  vəhĢiliklə  məhv  edildilər.  Həmin  müdhiĢ 
gecədə  613  nəfər  dinc  sakin  öldürüldü,  487  nəfər 
yaralandı,  1275  nəfər  əsir  götürüldü,  150  nəfər  itkin 
düĢdü. 
Xocalı  soyqırımı  dünya  ictimaiyyətinə  özünü 
“məzlum”,  “əzabkeĢ”  kimi  tanıtmıĢ  ermənilərin  qaniçən 
sifətini bir daha göstərdi. 1000 nəfər dinc sakin yaralandı, 
106  nəfər  qadın,  63  nəfər  uĢaq,  70  nəfər  qoca  öldürüldü, 
76  nəfər  həddi-buluğa  çatmamıĢ  gənc  oğlan  və  qız  əlil 
oldu.  8  ailə  tamamilə  məhv  edildi,  25  uĢaq  hər  iki 
valideynini,  130  uĢaq  isə  valideynlərindən  birini  itirdi.  56 
nəfər  Ģəhid  oldu.  Onlar  xüsusi  amansızlıq  və  qəddarlıqla 
diri-diri yandırıldılar. Budur, Ġranın erməni qardaĢı. Əsir 
düĢənlər  və  meyidlər  qeyri-insani  hərəkətlərlə  təhqir 
edildi.  Onların  baĢları  və  digər  bədən  üzvləri  kəsildi, 
baĢlarının  dərisi  soyuldu,  uĢaqların  gözləri  çıxarıldı, 
hamilə  qadınların  qarınları  yarıldı.  Bütün  beynəlxalq 
hüquq  normalarına  zidd  olaraq  erməni  silahlı  quldurları 
azərbaycanlı  əsirlərə  qarĢı  qeyri-insani  rəftar  etdilər. 
Onlar  Cenevrə  konvensiyasının  bütün  maddələrinə  və 
protokollarına  zidd  olaraq  dinc  sakinlərin  yollarını 
kəsərək onlara iĢgəncələr verdilər. 
Heydər  Əliyev  Xocalı  soyqırımından  danıĢarkən 
demiĢdir:  “Bu  qəddar  və  amansız  soyqırım  aktı  insanlıq 
tarixinə  ən  dəhĢətli  kütləvi  terror  aktlarından  biri  kimi 
daxil olmuĢdur”. 
Erməni  silahlı  qüvvələrinin  respublikamıza  qarşı 
təcavüzü  zamanı  (1988-1993-cü  illərdə)  30  mindən  artıq 
soydaşımız öldürülmüş, 50 min nəfərə qədər adam yaralanmış 
və  ömürlük  şikəst  olmuş,  4  min  nəfər  əsir  düşmüş,  yaxud 
girov götürülmüşdü. Bir milyondan çox azərbaycanlı ata-baba 
yurdunu  itirmişdir.  Yüz  mindən  çox  yaşayış  evi,  bir 
milyondan çox iqtisadi obyekt, altı mindən çox məktəb və tibb 
müəssisəsi  yandırılmış,  yüz  milyonlarla  dollar  dəyərində 

 
 
131 
maddi  sərvətlər  ələ  keçirilərək  talan  edilmiş  və  ya 
Ermənistana  aparılmışdı.  Əsrlər  boyu  xalqımızın  qoruyub-
saxladığı  tarix  və  mədəniyyət  abidələri  məhv  edilmişdi. 
Erməni  vandalları  xalqımızın  tarix  və  mədəniyyət  abidələrini 
erməniləşdirmişlər. 
Azərbaycan  torpaqları  ermənilər  üçün  yaddır.  Yerli 
olmayan,  tarixdə  diqqəti  cəlb  etməyən  (qan  tökməkdən 
başqa),  vətəni,  mədəniyyəti,  kökü,  paytaxtı  və  tarixi 
şəxsiyyətə malik olmayan ermənilər torpaqlarımıza gətirilərək 
məskunlaşdırılmışlar. Bu, tarixdir. 
Ermənilər  unutmasınlar  ki,  Qarabağda  XIX  əsrin 
əvvəllərinə  qədər  erməni  yaşamamışdır.  Azərbaycan 
ərazisində  mövcud  olan  doqquz  iqlim  qurşağının  altısı 
Qarabağın  payına  düşür.  Dağlıq  Qarabağın  iqlimi,  yeraltı  və 
yerüstü  sərvətləri  onları  özünə  cəlb  edir.  Məhz  bütün  bunlar 
xalqımıza  qarşı  tarixdə  dəfələrlə  soyqırımı  törədən  erməni 
ünsürlərini  bu  qədim  Azərbaycan  ərazisindən  rədd  olub 
getmələrini mümkünsüz edir. 
Ermənilərin,  onların  “prezidentləri”nin  murdar  əlləri 
xalqımızın  günahsız  qanının  axıdılmasına  səbəb  olmuşdu. 
Onlar dəqiq bilirlər ki, Azərbaycan ərazisində və o cümlədən 
də, qədim torpağımız olan Dağlıq Qarabağda yaşamaları artıq 
mümkün deyil.  
Şuşa qəzeti,  
mart, 2011, №5-6 

 
 
132 
Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin