Polis əməkdaşı tərəfindən alınan pul geri qaytarıldı. Muraciətçi şikayət ərizəsində bildirmişdir ki, yaxın qohumun vasitəsi ilə tanış olduğu polis əməkdaşı ona vəkil tutmaq məqsədi ilə 800 manat almışdır. Müraciətçini aldadaraq, ona kömək etməmiş, pulu isə geri qaytarmamışdır. “Şəffaflıq Azərbaycan”ın məsələyə müdaxiləsindən sonra, Nazirlikdən gələn cavabda bildirildi ki, Təhqiqat İdarəsində araşdırma aparılmış, müraciətçinin pulu ödənilmişdir.
Mənzil özəlləşdirildi.Müraciətçi bildirirdi ki, yaşadığı mənzili özəlləşdirmək üçün aidiyyatı orqana müraciət edərkən ondan rüşvət tələb olunmuşdur. Müraciətçi tələb olunan rüşvəti vermədiyi üçün süründürməçiliklə üzləşmişdir. Mərkəz tərəfindən olunan müraciətdən sonra müraciətçi 21 gün müddətindü 11 AZN dövlət rüsumu ödəməklə evini özəlləşdirməyə nail olmuşdur.
Lənkəran mərkəzi üzrə
İki polis əməkdaşı kobud hərəkətlərinə görə cəzalandırıldılar. Vətəndaşlar şikayət edirdi ki, onlar 2 polis əməkdaşı tərəfindən təhqirə və təzyiqə məruz qalıblar. “Şəffaflıq Azərbaycan”nın məsələyə müdaxiləsindən sonra, vətəndaş tərəfindən bildirildi ki, həmin şəxslər cəzalandırılıb və onlar şikayətçilərdən üzr istəyiblər.