1403) Xolesistitlər zamanı əmələ gələn Myussi-Qeorqiyevski simptomu aşağıda
sadalananlardan hansıdır?
A) Ənsə nahiyəsində trapesiyayabənzər əzələnin bağlandığı yerdə
təzyiq etdikdə
ağrının əmələ
gəlməsi
B) Böyümüş, genişlənmiş, ağrısız öd kisəsinin palpasiya olunması
C) Qarın boşluguna axmış mədə və ya bağırsaq möhtəviyyatının diafraqmal sinir
uclarını qıcıqlandırması hesabına ağrının bazu və körpücüküstü nahiyəyə irradiasiya
etməsi
D) Xəstə ayaq üstə vəziyyətində olarkən qısa bir müddətdə barmaqları ucuna qalxıb,
dabanları üzərinə düşməsi nəticəsində, sağ qabırğaaltı nahiyədə ağrı əmələ
gəlir
E) Sağ qabırğa qövsünün əlin kənarı ilə döyəclənməsi zamanı kəskin ağrının əmələ
gəlməsi
Ədəbiyyat: Клиническая хирургия. Национальное руководство.
Том II Под
редакцией акад.РАН и РАМН В.С, Савельева, акад.РАМН А.И.Кириенко.
М.2013 стр.442.
1404) Aşağıda sadalanan simptomlardan hansı ümumi öd axarının şişlə
sıxılması nəticəsində əmələ gəlir?
A)
II Ayzenberq simptomu
B)
Kurvuazye simptomu
C)
Ortner simptomu
D)
Pekarski simptomu
E)
Ker simptomu
Ədəbiyyat: Onkologiya Ə.Əmiraslanov, A.Qazıyev Bakı 2010 səh. 142.