Ümümi cərrahiyə ixtisası üzrə nümunəvi test sualları



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə150/292
tarix30.08.2023
ölçüsü7,13 Mb.
#141112
1   ...   146   147   148   149   150   151   152   153   ...   292
2020-02-19 14-56-56

735) Kriptit nədir? 
A) Yoğun bağırsağın iltihabi 
B) Pararektal toxumanın iltihabı 
C) Anal məməciklərin iltihabı 
D) Düz bağırsaq selikli qişasının iltihabı 
E) Morqan ciblərinin iltihabı 
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. 
Москва, «Медпрактика» , 2006, стр., 93. 
736) Ağciyər absesinin inkişafında rol oynamayan xəstəlik hansıdır? 
A) Qastroezofageal reflüks 
B) Şəkərli diabet 


C) Qida borusunun divertikulu 
D) Huşun itməsi, qıcolma və udma aktının pozulması ilə müşayiət olunan nevroloji 
xəstəliklər 
E) Qida borusunun axalaziyası 
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, 
səh., 94. 
737) Aspirasion abseslər daha çox harada lokalizasiya edir? 
A) Qaraciyərin VIII seqmentində 
B) Sağ ağciyərin II və VI seqmentlərində 
C) Sol ağciyərin yuxarı payının aşağı seqmentində və aşağı payının aşağı
seqmentində 
D) Sol ağciyərin yuxarı payının aşağı seqmentində və aşağı payının yuxarı
seqmentində 
E) Dalaqda 
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, 
səh., 93. 
738) Ağciyər abseslərinin ağırlaşmaları zamanı aşağılardan hansı müşahidə 
olunmur? 
A) Pnevmotoraksın inkişaf etməsi 
B) Bronxlara qanaxma və asfiksiya 
C) Plevra boşluğuna açılması və empiema 
D) Uzaq orqanlarda metastatik abseslərin əmələ gəlməsi 
E) İrinin bronxlar vasitəsilə digər sahələrə yayılması və yeni abseslərin əmələ gəlməsi 
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, 
səh., 94. 
739) Təmiz bir əməliyyatdan 24 - 48 saat sonra yaranan temperaturun səbəbi 
nədir? 
A) Atelektaz 
B) Yara infeksiyası 
C) Sidik katetrinin sidiylikdə çox qalması 
D) Diafraqmaaltı abses 
E) Bağırsaq ilgəkləri arası abses 
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. 
Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том стр., 155. 

Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin